28 yan 12:13manset

“Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu


Nazim Süleymanov: “Elxan Məmmədov hər vəchlə ittifaqın qeydiyyatdan keçməsinin qarşısını alır”
Dünən AFFA Həmkarlar İttifaqının sədri Nazim Süleymanov mətbuat konfransı təşkil edib jurnalistlərin suallarını cavablamalıydı. Bununla bağlı elan verilmiş, mətbuat konfransının “Altus” otelində keçiriləcəyi bildirilmişdi. Tədbirin keçiriləcəyi məkana çatanda məlum oldu ki, otel rəhbərliyi mətbuat konfransını təxirə salıb. Səbəb kimi isə konfrans salonunun tavanından su axması göstərilib.
Otellərdə yer tapılmadı
Bu haqda jurnalistlərə ittifaqın İdarə Heyətinin üzvü Naib Abdulla xəbər verdi və davamında bunları söylədi: “3 gün öncə otel rəhbərliyi ilə görüşüb mətbuat konfransı keçirmək istədiyimizi bildirdik. Bunun üçün lazımi məbləği də ödədik. Əlaqə nömrəsi verdik ki, birdən nəsə olsa, bizə əvvəlcədən xəbər versinlər. Bu günlərdə bizə heç nə deyilmədi. Ancaq bu gün otelə gələndə konfrans salonunu su basdığını bildirdilər. Təbii ki, mən buna inanmadım və salona baxmaq istədiyimi dedim. Təkidimdən sonra salonun qapısını açdılar və ora girdim. Heç nə yox idi. Heç şübhəsiz, otel rəhbərliyinə sifariş AFFA rəhbərliyindən gəlib. Onlar hər yolla bizim qarşımızı kəsmək, hər addımda ittifaqın işinə mane olmağa çalışırlar”.
Bir neçə dəqiqədən sonra ittifaq üzvləri yaxınlıqdakı daha iki otelə müraciət edib, tədbir keçirmək istədiklərini bildirdilər. Ancaq həmin otelin rəsmiləri də müxtəlif bəhanələrlə AFFA Həmkarlar İttifaqına qapı açmadılar. Belədə ittifaqın rəhbəri Nazim Süleymanov media nümayəndələrini yaxnlıqdakı kafelərin birində, çay süfrəsi ətrafında söhbətləşməyə dəvət etdi.
“İnanırıq ki, prezident müraciətimizə cavab verəcək”
Veteran futbolçu əvvəlcə yaşananlarla bağlı fikirlərini bölüşdü: “Məqsədimiz hamıya məlumdu. Həmkarlar İttifaqı bütün təşkilatlarda var. İstəyirik ki, AFFA-nın da tərkibində olsun. Bu gün sizinlə görüşən futbol veteranlarını, yəqin ki, hamınız çox yaxşı tanıyırsız. Boris Xetaqurov dünyada tanınmış həkimdi, 1966-cı ildə “Neftçi”nin bürünc medal qazandığı kollektivin üzvü olub. Samir Ələkbərov, Novruz Əzimov, Səmədağa Şıxlarov, Asif Namazov – hamısı müxtəlif illərdə ölkənin bir nömrəli komandasının şərəfini qoruyublar, azarkeşlərin sevimlisi olublar. Əfqan Həmzəyev FİFA referisidi, Orucəli Durmuşov həm SSRİ, həm də müstəqiliyyin ilk illərində hakimlik edib, komitədə çalışıb. Naib Abdulla isə müxtəlif yaş qrupları üzrə yığmaların həkimi olub. AFFA rəhbərliyi isə deyir ki, ittifaqda yer alanların assosiasiyaya aidiyyatı yoxdu. Belə çıxır ki, insanlar başqa sahələrdə çalışıblar. Absurd fikirlərdi. Elxan Məmmədov hər vəchlə ittifaqın qeydiyyatdan keçməsinin qarşısını alır. Bu gün özünüz də şahid olduz ki, adi mətbuat konfransı keçirməyimizə imkan vermədilər. Bu yaxınlarda AFFA prezidenti Rövnəq Adullayevə məktub ünvanlamışdıq. Ancaq müraciətimizə Məmmədov cavab verdi ki, bu da bizi qane etmədi. Bu dəfə ölkə başçısına məktub göndərmişik. İlham Əliyev idmana, xüsusilə də futbola böyük diqqət və qayğı göstərir. Futbolun inkişafı üçün böyük maliyyə ayrılır. İnanırıq ki, prezident müraciətimizə cavab verəcək və biz də onun ətrafında sıx birləşib, futbolumuzun inkişafına xidmət edəcəyik”.
“İki nəfər sıralarımızı tərk etdisə, əvəzində onlarla üzv olmaq istəyən var”
Süleymanov söhbət zamanı son günlərdə ittifaqdan ayrılan Babək Alxasov və Əfqan Talıbovla bağlı da fikirlərini səsləndirdi: “Biz heç kimi ittifaqa məcbur dəvət etməmişik. Kim istəyir, üzv olur. Onlar özləri gəlmişdi, özləri də getdi. Hər ikisinə gələcək işlərində uğurlar arzulayıram. İki nəfər sıralarımızı tərk etdisə, əvəzində onlarla üzv olmaq istəyən var. Hazırda 487 nəfər ittifaqın üzvüdü. Əsas məqsədimiz futbol sahəsində çalışan insanların hüququnu qorumaqdı. Ancaq nədənsə bu istəyimiz bəzi adamların xoşuna gəlmir. Bizi müxalifət gözündə görürlər. Ancaq səhvə yol verirlər”.
Prezidentə məktub ünvanlandı
Nazim bəydən sonra digər ittifaq üzvləri də çıxış edərək, məqsəd və məramlarından söz açdılar. Sonda Süleymanov ölkə başçısına ünvanladıqları məktubun nüsxəsini media nümayəndələrinə təqdim etdi: “Azərbaycan sürətlə inkişaf edərək, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq ölkəmizin qazandığı hər bir uğur sizin konkret hədəflərə hesablanan siyasətinizin nəticəsidi. Məhz sizin uzaqgörən siyasətiniz, prinsipiallığınız və beynəlxalq aləmdə böyük nüfuzunuz sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın böyük uğurlarının fövqündə sizin modernləşmiş siyasətiniz dayanır. Təsadüfi deyil ki, hər bir sahədə olduğu kimi, sizin uğurlu siyasətiniz nəticəsində ölkəmiz idmanda da sürətlə inkişaf edib. Azərbaycan artıq beynəlxalq aləmdə bir idman ölkəsi kimi tanınır. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir, dünya standartlarına uyğun infrastruktur yaradılır. Digər tərəfdən, Azərbaycan müntəzəm qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir. Dünyanın ən mötəbər beynəlxalq idman tədbirlərinin təşkili ölkəmizə böyük nüfuz qazandırıb. İlk Avropa Oyunlarının, 4-cü İslam Həmrəyliyi Oyunlarının, “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinin, UEFA Avropa Liqası turnirinin finalının, futbol üzrə bu il keçiriləcək Avropa çempionatının final mərhələsinin 4 qarşılaşmasının, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdi. Bu diqqət və qayğının nəticəsi kimi idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, Azərbaycanın bayrağını qaldırır, himnini səsləndirilər.
Çox təəssüf ki, idmanın bütün sferalarında əldə olunan bu uğurları futbola aid edə bilmirik. Baxmayaraq ki, Azərbaycan dövləti, şəxsən siz başda olmaqla futbola həmişə diqqət və qayğı göstərir. Azərbaycan futbolunun inkişafı üçün infrastrukturun qurulması, futbolçuların yetişdirilməsi üçün dövlət tərəfindən AFFA-ya xeyli vəsait ayrılır. Dünyanın heç bir ölkəsində dövlət Futbol Federasiyasına bu qədər yardım etmir. 2005-15-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunanda ölkə çempionatının yüksək liqasında 18, 1-ci divizionunda isə 22 komanda çıxış edirdi. Bu klubların da böyük əksəriyyəti bölgələrimizi təmsil edirdi. Bu gün isə Azərbaycan çempionatının yüksək liqasında cəmi 8 klub çıxış edir ki, bu klubların da 6-sı Bakıda məskunlaşıb. Bölgələrdə futbolun səviyyəsi sıfır həddindədi. Mingəçevir, Şirvan, Qazax, İmişli, Quba, Lənkəran, Masallı, Yevlax və sair futbol ənənələri olan bölgələrimiz bu gün heç 1-ci divizionda da təmsil olunmur. Gəncə və Tovuz kimi futbol tariximizdə iz qoymuş bölgələr yalnız 1-ci divizionda çıxış edir və hər ikisi acınacaqlı durumdadı. İqtisadi qüdrəti Azərbaycandan qat-qat zəif olan qonşu Gürcüstan və mənfur düşmənimiz olan Ermənistan çempionatında çıxış edən komandaların sayı bizdən daha çoxdu. Hansı ki, bu ölkələrin heç birində futbola dövlət dəstəyi yoxdu. Ölkəmizdə isə dövlətin dəstəyi ilə xeyli sayda olimpiya kompleksləri, stadionlar tikilib və təmir olunub. Elə sizin göstərişinizlə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidən qurulmasına ilkin olaraq 5 milyon manatın ayrılması da dövlətin və şəxsən sizin futbola olan qayğınızın göstəricisidi. Çox təəssüf ki, futbol sahəsindəki inkişaf bu diqqət və qayğıya adekvat deyil.
Bu problemlərin yaranmasının bəlli səbəbi var. Azərbaycanın olduqca güclü futbol ənənələri olub. Ölkəmizdə adlı-sanlı futbolçular yetişib. Çox təəssüf ki, bu gün Azərbaycan futbolunun bəzi veteranları bu sahədən tam uzaq salınıblar. Futbolun inkişaf etdirilməsi üçün veteranların bilik və təcrübəsindən istifadə olunmur. Əvəzində xarici ölkələrdən mütəxəssislər dəvət olunmasına üstünlük verilir. Nəticə isə göz qabağındadı: yığma komandamız AÇ-2020-nin seçmə mərhələsində qitədə ən zəiflərdən oldu, cəmi 1 xal topladı.
Azərbaycanın futbol ictimaiyyətinin bir qrup nümayəndəsi bu problemləri görərək, onun həlli istiqamətində öz bilik və bacarıqlarını sərf etmək üçün AFFA Həmkarlar İttifaqını (AFFAHİ) yaradıb. Düşünürdük ki, AFFA rəhbərliyi futbol ictimaiyyətinin bir təşkilatda toplaşaraq futbolumuzun inkişafına töhfə vermək istəyini anlayışla qəbul edəcək və bizim bilik və bacarığımızdan yararlanacaq, təkliflərimizi qəbul edəcək. Çox təəssüf ki, AFFA rəhbərliyi Azərbaycan futbolunun məşhur veteranlarının, ictimai xadimlərinin bu istəyini nəzərə almadı. Qanunvericiliyə görə, Həmkarlar Təşkilatını yaratmaq futbol ictimaiyyətinin müstəsna hüququdu və AFFA da bu təşkilatın normal fəaliyyət göstərməsi üçün şərait yaratmalıdı. Amma qurumun rəhbər şəxsləri birmənalı olaraq bu öhdəliklərindən imtina etdilər. Xatırladaq ki, 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş Həmkarlar İttifaqı haqda Qanuna uyğun olaraq yaratdığımız təşkilatla birgə əməkdaşlıq etmək məqsədilə AFFA-ya ünvanladığımız rəsmi müraciətə assosiasiya rəhbərliyi tərəfindən imtina cavabı almışıq.
Bu gün uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Bu inkişaf modelinin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial inkişafı özündə ehtiva edən islahatlardı. Son 17 ildə sizin rəhbərliyinizlə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. 2019-cu ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədi. Ancaq təəssüf ki, bu islahat dalğası futbol təsərrüfatına təsir etməyib. AFFA rəhbərliyi sizin apardığınız siyasətdən, verdiyiniz tapşırıq və tövsiyələrdən nəticə çıxartmır. AFFA-nın idarəetmə sistemində ölkədə aparılan inqilabi islahatlara adekvat addımlar atılmır. Bu da Azərbaycan futbolunun gələcəyinin yenidən qaranlıq olması ilə bağlı narahatlıq yaradır.
Azərbaycanın futbolda da böyük potensialı var. Biz bu potensialı üzə çıxarda bilsək, Avropanın adlı-sanlı ölkələri ilə rəqabət apara bilərik. Bu potensial imkan verir ki, bölgələrimizdə kütləvi şəkildə istedadlı futbolçular yetişsin, klublarımız Avropada daha böyük uğurlar qazansın, futbolçularımız dünyanın adlı-sanlı klublarında oynasınlar, yığma komandalarımız dünya və Avropa çempionatlarının final mərhələsində iştirak etsinlər. Təəssüf ki, AFFA-dakı idarəetmə sistemi bu potensialın açılmasına imkan vermir. Azərbaycan futbolunun inkişafına töhfə verə biləcək bəzi futbol veteranları futbol idarəçiliyindən tam uzaq salınıblar. Əvəzində futbol təsərrüfatına bu sahəyə aidiyyəti olmayanlar rəhbərlik edirlər ki, onlar da futbol veteranlarının bilik və bacarığından yararlanmaqda maraqlı deyillər.
Biz futbol veteranları və AFFA Həmkarlar İttifaqının (AFFAHİ) yüzlərlə üzvü sizin apardığınızı siyasəti, islahatları dəstəkləyirik. İstəyirik ki, ölkəmizin bütün sferalarında nəzərəçarpan dərəcədə hiss olunan inkişaf futbolumuza da sirayət etsin. Məhz bu amili nəzərə alaraq, sizə müraciət edirik. Azərbaycanın futbol təsərrüfatından uzaq salınmış veteranların sözünü eşidəcəyinizə inanırıq. İnanırıq ki, bizi qəbul edəcək, Azərbaycan futbolunun problemləri, onların həlli yolları ilə bağlı fikir və təkliflərimizi dinləyəcək, bizə öz dəyərli tövsiyələrinizi verəcəksiz”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar