22 yan 12:17manset

Yanvarın 28-də seçki yox, təyinat olacaq!


Qurban Qurbanov İcraiyyə Komitəsindən getdi
AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, qurumun 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək. Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdı. Yanvarın 18-də qeyd olunan müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin siyahısını diqqətinizə çatdırırıq:
Regional Futbol Federasiyaları İctimai Birliyi - 3 yer
1. İsgəndər Cavadov - Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev - Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov - Şimal Regional Futbol Federasiyası tərəfindən
Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer
1. Zaur Axundov - “Keşlə” tərəfindən
2. Rauf Əliyev - “Səbail” tərəfindən
3. Vaqif Sadıqov - “Sumqayıt” tərəfindən
4. Elşad Nəsirov - “Neftçi” tərəfindən
5. Fərid Mansurov - Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi - 2 yer
1. Firudin Qurbanov - Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov - Futzal Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi - 2 yer
1. Elmar Məmmədyarov - Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva - İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
Yanvarın 8-də AFFA-nın növbədənkənar Konfransında Nizamnaməyə edilən dəyişiklikdən sonra İcraiyyə Komitəsinin üzvlərinin sayının 11-dən 13-ə artırıldığını ötən saylarımızın birində xəbər vermişdik. Namizədlərin siyahısına baxdıqda indiyədək İK üzvü olmayan baş katib Elxan Məmmədovun, AFFA-nın Beynəlxalq departamentinin rəhbəri, Azərbaycanın ilk qadın UEFA nümyəndəsi kimi adını futbol tariximizə yazdıran Könül Mehtiyavanın, Gənclər və İdman Nazirliyinin idman bölməsinin rəhbəri, olimpiya çempionu Fərid Mansurovun adını görmək mümkündü. 13 yerə 13 namizədin olduğunu nəzərə alsaq, artıq onların İK-da təmsil olunacağını demək mümkündü. Əvəzində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov namizədlər arasında yoxdu.
Cavadov olmasın, Məmmədov olsun
AFFA-nın yanvarın 8-də keçirilən növbədənkənar Konfransından sonra artıq hamı başa düşdü ki, Nizamnaməyə edilən dəyişikliklər Elxan Məmmədovun icraçı vitse-prezident kürsüsünü ələ keçirməsinə hesblanıb. Onun bu dəfə İK üzvlüyünə namizədliyinin irəli sürülməsi də əvvəlcədən düşünülmüş planın tərkib hissəsidi. Məmmədov yanvarın 28-də əvvəlcə komitə üzvü olacaq, ardınca isə növbəti dəfə AFFA prezidenti seçiləcək Rövnəq Abdullayevin təklifi ilə icraçı vitse-prezident təyin olunacaq. Bu məsələdə diqqəti çəkən məqam baş katibin namizədliyinin Şimal Regional Futbol Federasiyasından (ŞRFF) irəli sürülməsidi. Deyək ki, namizədliyi Qərb Regional Futbol Federasiyası tərəfindən irəli sürülən İsgəndər Cavadov hazırda bu bölgənin ən köklü klubu olan“Kəpəz”in rəhbəridi və bu üzdən qərb bölgəsinin futbol camiəsi veteran futbolçuya dəstək verib. Bəs baş katibi ŞRFF ilə hansı tellər bağlayır? Bu suala cavab tapmaq üçün ŞRFF-nin prezidenti Abdulla Məmmədovla əlaqə saxladıq: “Əvvəlki seçkidə ŞRFF-nin namziədi İsgəndər Cavadov olurdu. Ancaq bu dəfə onun namizədliyi Qərb Regional Futbol Federasiyasından irəli sürüldü. Biz də federasiyanın 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin son toplantısında qərara gəldik ki, bu dəfə namizədimiz Elxan Məmmədov olsun”.
Abdulla bəyə “niyə namizədiniz məhz Elxan Məmmədov oldu” sualını versək də, tutarlı cavab eşitmədik. O bir qədər duruxub “bu, bizim seçimimizdi” deyib, artıq heç nə danışmayacağını bildirdi. Yəqin ki, Məmmədov “yuxarıdan gələn tapşırıqdı” söyləmək istəyirdi, lakin bunu açıq-aydın ifadə etməkdən çəkindi.
PFL rəsmisi namizəd seçiminə aydınlıq gətirdi
Yeni Nizamnaməyə əsasən, əvvəlki illərdən fərqli PFL-ə 5 yer ayrılıb. Xatırladaq ki, bundan öncə Ramin Musayevin rəhbərlik etdiyi qurum İK-da 4 nəfərlə təmsil olunurdu. AFFA-nın açıqladığı yeni siyahıda “Keşlə” Zaur Axundovun, “Səbail” Rauf Əliyevin, “Sumqayıt” Vaqif Sadıqovun, “Neftçi” Elşad Nəsirovun və nəhayət, PFL Fərid Mansurovun namizədliyini irəli sürüb. Siyahıdan da göründüyü kimi, AFFA-nın “bulağından su içməyən”, müstəqil siyasət yürüdən, yeri gələndə assosiasiyanın bəzi qərarlarına etiraz edən “Qarabağ” və “Qəbələ”nin nümayəndəsinə İK-da yer ayrılmayıb. Niyə? Cavab bəllidi. Komitədə yalnız Elxan bəyə “ləbbeyk” deyən futbol adamları olmalıdı. Müstəqil fikri olan, ağa “ağ”, qaraya “qara” deməkdən çəkinməyənlər gələcək icraçı vitse-prezidentə nə vaxtsa başağrı yarada bilərlər. PFL-in namizədləri hansı meyarlarla seçməsi də bizə qaranlıqdı. Bu məsələyə aydınlıq gətirmək üçün hazırda Antalyada olan qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə danışdıq: “İstənilən klub AFFA-ya müraciət edib öz namizədini irəli sürə bilər. Siyahıdan da görünür ki, hansı klublar bu addımı atıblar. “Qarabağ” və “Qəbələ”yə gəlincə, deməli, onlar nümyəndələrinin İK-da olmasını istəməyiblər. Bir yer boş qaldığından məsləhətləşmələrdən sonra PFL tərəfindən Fərid Mansurovun namizədliyi irəli sürüldü. Futbol respublikanın bütün bölgələrini əhatə edən idman növüdü. Fərid müəllim də Gənclər və İdman Nazirliyində idman şöbəsinin rəhbəridi. Nazirliyin tərkibində olan idman məktəblərində də futbol bölmələri var, müxtəlif yaş qrupu üzrə turnirlər keçirilir. Orda da hansısa problem, çatışmazlıqlar ola bilər. Mansurovu futbola yad sima saymaq olmaz. Bütün bunları nəzərə alıb, onun namizədliyini irəli sürmüşük”.
Yeri gəlmişkən, PFL prezidenti Ramin Musayev komitənin bütün iclaslarına qatılsa da, səsvermə hüququna malik deyil. Halbuki bəzi ölkələrdə çempionatı təşkil edən qurumun rəhbəri də İK-da təmsil olunur. Aslan bəylə söhbətdə Musayevin namizədliyinin niyə irəli sürülməməsinə də toxunduq: “Ramin Musayev PFL prezidenti kimi daim İK-nın iclaslarında iştirak edir. Düzdü, səsvermə hüququ olmasa da, problemləri qabardır, təkliflər irəli sürür, müzakirələr zamanı rəy bildirir”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar