18 yan 12:09manset

“Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb


“Mən heç kimdən heç nə ummadım, quru təbrikə də gücləri çatmır?”
İstər futbolçu, istər məşqçi, istərsə də funksioner kimi adını Gəncə futbolunun tarixinə qızıl hərflərlə yazdıran Mehman Allahverdiyev yanvarın 13-də 60 yaşını tamamlayıb. Yubileylə bağlı onunla elə doğum günü danışmaq istəsək də, müəyyən səbəblərdən alınmamışdı. Ancaq dünən ölkənin ən titullu məşqçilərindən biri ilə söhbətləşə bildik.
- Öncə sizi yubileyiniz münasibəti ilə təbrik edirik.
- Çox sağ olun. Sizlərə həm öz adımdan, həm də veteranlar adından təşəkkür edirəm ki, bizi yaddan çıxarmırsız, pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olursuz.
- Bir neçə gün öncə 60 yaşınızı tamamladız. Yubileyi harda və kimlərlə qeyd etdiz?
- Ad günümü yaxın qohumlarımla öz evimdə qeyd etdik. Böyük tədbiri isə mart və ya apreldə keçirməyi planlaşdırıram. Orda artıq bütün futbol adamları, yaxın dostlarım iştirak edəcəklər. Yanvarın 13-də isə qardaşım, bacım, nəvələrim, dayım, xalam məni təbrik etdilər.
- Mehman Allahverdiyev 60 ilik həyatının neçə ilini futbola həsr edib?
- 9 yaşımdan futbol oynamağa başlamışam. Belə çıxır ki, 51 il futbola xidmət etmişəm (gülür).
- 51 ildə nə qazanıb, nə itirmisiz?
- Futbol mənə çox şey qazandırıb. Yaşıl meydan, top mənim həyatımdı. Futbola görə ali təhsil, ev, maşın almışam. Ancaq ən əsası, Mehman Allahverdiyev kimi hörmət və nüfuz qazanmışam.
- Bu gün futboldan kənarda qaldığınıza görə hansı hissləri keçirirsiz? Sanki futbol ictimaiyyəti Allahverdiyevi unudub...
- Belə deməzdim. İndi danışacam, deyəcəklər özünü tərifləyir. Ancaq olan şeyi söyləyirəm. Gəncədə 450 min əhali var. Onların arasında futbolla az-çox maraqlanan kütlənin 98 faizi məni görəndə bilmirlər necə hörmət etsinlər. Nəinki Gəncədə, başqa rayonlara, Bakıya gedəndə də eyni münasibəti görürəm. Oynadığım illəri xatırlayırlar, SSRİ-nin məşhur şərhçisi Nikolay Ozerovun haqqımda səsləndirdiyi fikirləri yada salırlar, “Neftçi”də, “Kəpəz”də vurduğum qollardan söz açırlar. Belə münasibət istər-istəməz adama xoş gəlir, illərlə çəkdiyin zəhmətin hədər getmədiyini düşünürsən. Azarkeşlərimiz hər dəfə deyirlər ki, Gəncə futbolunun uğurları sənin adınla bağlıdı. Mən “Kəpəz”ə həm futbolçu, həm də funksioner kimi xidmət etmişəm. Baş məşqçi kimi çalışmışam, icraçı direktor postunu tutmuşam, vitse-prezident və prezident olmuşam. Hətta bir ara komandanın fəaliyyətini davam etdirməsi üçün öz vəsaitimi xərcləyib, sponsorluq da etmişəm. Ola bilər, kimlərsə bunu yaddan çıxarıb, ancaq gəncəli azarkeşlər heç nəyi unutmayıblar. “Kəpəz” ilk dəfə mənim rəhbərliyim altında avrokuboklarda iştirak edib. Hətta bir mərhələ də keçdik. Lakin çox təəssüf ki - bilmirəm, anlaşılmazlıq qoyum bunun adını, yoxsa nə deyim – hazırda mən futboldan kənarda qalmışam. Buna baxmayaraq, həyatda xoşbəxtəm. Ona görə ki, məni sevirlər, hər yerdə hörmətlə yanaşırlar. Və məni səbirsizliklə yenidən Gəncə futbolunda gözləyirlər. “Yeddi oğul istərəm” filmində Cəlal Gəray bəyə “Humay sağdı, bu mənə bəsdi” dediyi kimi, mənim də adım-sanım, şöhrətim mənə bəsdi.
- “Kəpəz” rəhbərliyi yubileylə bağlı sizi təbrik etdi?
- Xeyr.
- Niyə?
- Mən nə bilim? Bunu onlardan soruşmaq lazımdı.
- Adını klub tarixinə qızıl hərflərlə yazdıran şəxsi unutmağın bir adı var: biabırçılıq...
- Bəli, bu onlar tərəfindən böyük biabırçılıqdı.
- Ancaq “Neftçi” sizi unutmadı, klub saytında yubileyiniz münasibəti ilə təbrik etdi.
- Təbriklər həddən artıq çox idi. Futbol camiəsindən çoxları zəng vurub yubiley münasibəti ilə məni təbrik etdi. Bu günə kimi də zəng vuranlar var. Sizdən bir qədər əvvəl Rüstəm Rəhimovla danışdım. Yanvarın 13-də burda olmadığını, bu gün Bakıya qayıtdığını bildirib, ad günümü təbrik etdi. Əfsuslar olsun ki, “Kəpəz” rəhbərliyi heç olmasa, sosial şəbəkədə, saytında belə məni yada salmadı, adi bir quru təbrik də yazmadılar. “Neftçi” sağ olsun ki, saytı vasitəsi ilə məni xatırladı. Bu doğrudan da “Kəpəz” adına biabırçılıqdı, mənə hörmətsizlikdi. Bu klubun rəhbərliyi, məşqçilər korpusu var. Niyə belə etdilər, hələ də mənə çatmır.
- Sizə qarşı niyə belə, özünüz də qeyd etdiyiniz kimi, hörmətsizlik etsinlər ki?
- Səbəbini mən də bilmirəm. Bu dəfə “Axırıncı aşırım” filmdən bir epizodu xatırlamaq istəyirəm. Orda deyilir ki, “adamın torpağını da, varını da alarlar. Bəs kişiliyə nə sözün?” İndi mən də eyni sualı vermək istəyirəm. Mən “Kəpəz”in canlı tarixiyəm. Keçmişini dananın gələcəyi olmaz. Bu günün sabahı var. Onlar mənim üzümə necə baxacaqlar? Gəncə futbolu üçün nələr etməmişəm? Bayaq avrokubokdakı ilk oyunu boş yerə xatırlamadım. Həmin vaxt UEFA-nın Macarıstandan olan komissarı oyun ərəfəsində stadiona baxış keçirdi. Taxta oturacaqlara görə narazılıq edib, onların plastiklə əvəzlənməsini istədi. Onu da qeyd etdi ki, bu işlər görülməyəcəyi halda oyunun Gəncədə keçirilməsinə icazə verilməyəcək. Onda öz puluma Türkiyədən plastik oturacalar gətizdirib tribunada quraşdırdıq. İstəyirdim ki, oyunu doğma azarkeşlərimizin qarşısında keçirək, Gəncədə futbol bayramı baş tutsun. “Kəpəz”in göy-sarı rənginin, loqosunun da ideya müəllifi mən olmuşam. Komanda bir ara “Gəncə” adı altında çıxış edirdi. Onun yenidən “Kəpəz” olmasını da mən təmin etmişəm. Klubun hüquqi ünvanı kimi də mənim evim göstərilir. Bu gün də kluba ünvanlanan məktublar mənim evimə gəlir, mən isə onu kluba göndərirəm. İndiki rəhbərliyin mənə qarşı belə laqeydliyi heç bir çərçivəyə sığmır. Mən heç vaxt sosial şəbəkələrə, klub saytlarına baxmıram. Mənə Füzuli dedi ki, “Neftçi”nin saytı səni yubiley münasibəti ilə təbrik edib, ancaq “Kəpəz” adından heç nə yoxdu. Vallah, ayıbdı. Müstəqillik illərində bu komandanın bütün uğurlarının altında mənim imzam var. Qardaşım Füzuli də 20 il “Kəpəz”in şərəfini qoruyub. Baxmayaraq ki, həmin vaxt ona bir çox klublardan cəlbedici təkliflər gəlirdi. İndi nə oldu, hər şey yaddan çıxdı? Dünya dağılsa da, “Kəpəz” Mehman Allahverdiyevin olacaq. Pis olacaq, inkişaf edəcək, deyə bilmərəm. Ancaq həmin gün yetişəcək. Bunlar özlərini öldürməklə deyil. Onda da bilmirəm, bu şəxslər mənim üzümə necə baxacaqlar. Bu dərəcədə biganəlik olar? Mən heç kimdən heç nə ummadım, quru təbrikə də gücləri çatmır?
- Söylədiklərinizdən belə başa düşmək olar ki, “Kəpəz”ə dönəcəyinizin ümidi ilə yaşayırsız.
- Ümid həmişə sonda ölür. Əlbəttə, ümid edirəm və inanıram ki, yenidən kluba qayıdacam. Az qala yarım milyon əhalisi olan şəhərin idman ictimaiyyəti, azarkeşləri kluba qayıtmağımı istəyirsə, niyə buna qarşı çıxırlar? Bu gün “Kəpəz”in oyunlarına uzağı 50-60 nəfər gəlir ki, o da orda top qovan futbolçuların qohum-qardaşıdı. Komandada Mehman olardı, görərdiz stadiona nə qədər azarkeş gəlir. Elə çoxları deyir ki, biz stadiona sənə görə gəlirdik. Demirəm ki, yaxşı işləyirdim, mənim vaxtımda hər şey ideal idi. Sadəcə, Gəncə məni çox istəyir. İndi də bəzən azarkeşlərə deyirəm ki, stadiona getmək, komandaya dəstək vermək lazımdı. “Kəpəz” heç kimin şəxsi əmlakı deyil. Bu komanda Gəncəni təmsil edir. İnanıram ki, vaxt gələcək, hər şey öz yerini tutacaq. Yenə Gəncədə dolu tribunalar, komandanı alqışlayan müxtəlif fanklubları görəcəyik. Bundan sonra mənim əsas istəyim budu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar