17 yan 12:25manset

AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır


Nazim Süleymanov: “İcraiyyə Komitəsinin əvvəlki 11 üzvü nə etmişdi ki, indi 13 nəfər nə edəcək?”
Ötən il sentyabrın 11-də futbol ictimaiyyəti yeni bir qurumun yaranmasına şahid oldu. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə AFFA Azad Həmkarlar İttifaqının təqdimat mərasimi keçirildi. Elə həmin iclasda da Nazim Süleymanov yeni yaradılan qurumun sədri seçildi. İlk gündən yeni təşkilatın fəaliyyəti AFFA tərəfindən bəyənilmədi, rəsmi sayt vasitəsilə bəyanat yayan assosiasiya belə bir qurumu tanımaq niyyətinin olmadığını bildirdi. AFFA Azad Həmkarlar İttifaqının hazırkı fəaliyyəti və gələcək planlar ilə bağlı Nazim Süleymanovla danışmağı lazım bildik. Ondan son vaxtlar müşahidə olunan susqunluğun səbəblərini soruşduq.
- Nazim bəy, AFFA Azad Həmkarlar İttifaqı hazırda nə işlə məşğuldu, fəaliyyətinizi necə davam etdirirsiz? Kənardan baxanda belə bir təəssürat yaranır ki, fəallığınız bir qədər azalıb, əvvəlki kimi hiss olunmur.
- Kənardan baxanda belə görünə bilər, amma heç də belə deyil. İlk gündən müəyyənləşdirdiyimiz prinsiplər üzrə fəaliyyətimizi davam etdiririk. AFFA Azad Həmkarlar İttifaqı formalaşma mərhələsindədi. Bildiyiniz kimi, artıq beş rayonda görüşlər keçirmişik, yerli futbol ictimaiyyətinin də iştirakıyla həmin rayonlarda yerli təşkilatlar yaradılıb. Bunlar Lənkəran, İmişli, Masallı rayonları, Şirvan və Sumqayıt şəhərləridi. Bilirsiz ki, Həmkarlar İttifaqına qoşulma könüllüdü. Biz heç kimi buna məcbur edə bilmərik, nə də hansısa rayona gedib, deyə bilmərik ki, yığışın, burda təşkilat yaradaq. Rayonlara səfərlərimiz dəvətlər əsasında olur. Digər rayonlardakı görüşlərə də hazırlıq gedir, müəyyən iş aparılır. Bunlarla bağlı hər dəfə geniş açıqlama vermirik. Bəlkə buna görə də kimsə bizim fəallığımızın azaldığı barədə düşünür. Hər şey əvvəlki kimidi.
- Rəsmi qeydiyyat prosesi nə yerdə qalıb? Sənədləri toplayıb, Ədliyyə Nazirliyinə müraciət edəcəkdiz.
- Müraciətimizi ünvanlamışıq, amma nazirliyə yox, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına. Daha doğrusu, oranın Mədəniyyət Nazirliyindəki bölümünə. Bizə deyildi ki, idman sahəsindəki həmkarlar təşkilatları məhz mədəniyyət sektoruna aiddi. Ona görə də həmin təşkilata sənədlərimizi göndərdik. Hələlik rəsmi cavab almamışıq. Soruşanda belə məlum oldu ki, cavab vermək üçün konkret müddət yoxdu, müzakirə aparıb, qərar verəcəklər və bizi üzvlüyə qəbul edəcəklər. Bu məsələnin bizim üçün elə bir problemi yoxdu. Rəsmən qeydiyyata alınmasaq da, işimizə davam edirik.
- AFFA Azad Həmkarlar İttifaqı yaranan gündən futbol ictimaiyyətindən, veteranlardan tam dəstək ala bildizmi? Onların dəstəyi sizi razı saldımı?
- Bəli, futbol ictimaiyyətinin dəstəyini almışıq. Veteranların dəstəyinin necə olduğunu isə özünüz gördüz. Bir sahənin veteranı o adama deyilir ki, o keşməkeşli yolları keçsin, o yolun dərəsini-təpəsini bilsin, sınaqlardan üzüağ çıxsın. Bu adamlar təcrübəli hesab olunur. Ağı qaradan seçməli, öz təcrübələrini ümumi işin xeyrinə sərf etməlidilər. Şəxsən mən futbol veteranlarının dəstəyindən razı qalmadım. Nə demək olar? Biz heç kimi məcbur edə bilmərik. Dəstəklərini artıq gözləmirəm, heç olmasa, işimizə mane olmasınlar, bizə əngəl törətməsinlər. Önəmli olan futbol ictimaiyyətinin dəstəyidi ki, onu da hiss edirik. Özünüz də görürsüz ki, təkcə Bakıda yox, rayonlarda da bizi dəstəkləyən insanlar var. Beş rayonda yerli təşkilatımızın qısa müddətdə formalaşması buna sübutdu. Könüllülük prinsipləri əsasında 450 üzvümüz var. Sıralarımız yenə də genişlənir.
- AFFA prezidenti Rövnəq Abdullayevə ünvanladığınız müraciətə nə cavab gəldi?
- AFFA prezidentinin adından məktub almışıq. Məktubun qısa məzmunu belədi ki, AFFA bizi tanımaq istəmir. Bildirirlər ki, sənədlərimizi toplayaq, onlara göndərək. İcraiyyə Komitəsində Həmkarlar İttifaqının yaranması müzakirə olunsun. Yalnız ondan sonra hansısa qərar verilə bilər. Bunun özü gülməlidi. Axı, həmkarlar təşkilatının yaranması üçün hansısa qərar lazım deyil. İndiki halda AFFA İcraiyyə Komitəsinin hansısa müzakirəsinə, qərarına ehtiyac da yoxdu. Çünki Həmkarlar İttifaqı sərbəst, müstəqil bir qurumdu. Əməkdaşların hüquqlarını qorumaq üçün yaranır. Biz kiməsə hesabat verməli, yaxud da icazə almalı deyilik. Bizə deyirlər ki, sizin futbol ictimaiyyətinə aidiyyatınız yoxdu. Kimin? Mənim, yaxud Boris Xetaqurovun, Asəf Namazovun, Səmədağa Şıxlarovun, Samir Ələkbərovun, Novruz Əzimovun... Bizim futbol ictiamiyyətinə dəxlimiz yoxdusa, kimin var? Biz illərdi harda işləmişik? Nazim Süleymanovun Azərbaycan futboluna aidiyyatı yoxdusa, nə üçün məni Avropa Liqasının finalından öncə ulduzların qarşılaşmasına dəvət etmişdilər? Bilirsiz ki, həmin vaxt ölkə başçısı cənab İlham Əliyev də oyuna baxmağa gəlmişdi, bizimlə də görüşdü. Mən futbol ailəsinin üzvü deyiləmsə, məni cənab prezidentə necə təqdim etdilər? Biz AFFA Azad Həmkarlar İttifaqı olaraq fəaliyyətimizə davam edirik, qeydiyyata almamaq, tanımamaq kimi işlər bizim üçün problem deyil. Növbəti müraciətimizi cənab İlham Əliyevə ünvanlayacağıq. Artıq bunun üzərində iş gedir, məktub hazırlanır. Hamımız bilirik ki, hörmətli prezidentimiz idmanı, xüsusən də futbolu çox sevir, ona qayğıyla yanaşır. Onun futbola məhəbbəti yüksəkdi, inanıram ki, cənab İlham Əliyevə müraciətimiz cavabsız qalmayacaq. Həmin müraciəti ünvanlayarkən geniş toplantımız olacaq, mətbuat nümayəndələri də ora dəvət alacaqlar.
- Son iki ayda artıq iki dəfə AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Nizamnəyə dəyişiklik edilib, strukturda yeniləmə nəzərdə tutulur. Sizcə, bütün bunlar nəyə hesablanıb? Bu dəyişikliklərə münasibətiniz necədi?
- AFFA ictimai təşkilatdı, Azərbaycan futbolu kimi o da bizim hamımızındı. Hazırda hansısa dəyişikliyə qərar verən hüquqi orqan İcraiyyə Komitəsidi. Biz də o komitənin işini, verdiyi qərarları diqqətlə izləyir, hörmətlə qarşılayırıq. Çox istərdim ki, verilən qərarlar Azərbaycan futbolunun inkişafına hesablansın, hansısa şəxsi maraqların qorunmasına yox. Şəxsi maraqlar Azərbaycan futbolunun maraqlarından önə keçməməlidi. Yanvarın 28-də bu dəyişikliklər daha dəqiq bilinəcək və biz də görəcəyik. İcraiyyə Komitəsinin üzvlərinin sayını artırıb, 13-ə çatdırıblar. Əvvəlki 11 nəfər nə etmişdi ki, indi 13 nəfər nə edəcək? Mən istərdim ki, biz kəmiyyətə yox, keyfiyyətə fikir verək. İcraiyyə Komitəsi Azərbaycan futbolunun problemlərinə diqqət ayırsın.
- Güman olunur ki, həmin gün millinin baş məşqçisinin kimliyinə də aydınlıq gələcək...
- Milli komanda bizim hamımızındı, Azərbaycan xalqınındı. Onun taleyinə biganə deyilik. Millilərimiz, futbolumuz təkcə AFFA-nın deyil. Şəxsən mən Azərbaycan futbolunun bugünkü səviyyəsindən narazıyam. Zaman-zaman problemləri də dilə gətiririk, çıxış yollarını göstəririk. Yığmaya hansı mütəxəssisin başçılıq etməsi indi ən vacib məsələ deyil. Daha əvvəl həll edilməsi vacib olan problemlər var. Azərbaycan futbolunun ümumi vəziyyəti dəyişməli, çempionatımızın səviyyəsi yüksəlməli, uşaq futboluna baxış kökündən dəyişməlidi. Hazırda biz başımızı “Bakı çempionatı” ilə qatırıq. Ən vacib problem də budu. O turniri paytaxtdan çıxarıb, Azərbaycan çempionatına çevirməliyik ki, bölgələrdə də futbol olsun, istedadlı balalarımız futbolla nəfəs alsın, onunla məşğul ola bilsinlər. Daha sonra başqa problemlərin həllindən danışmaq olar.
[b]AMAL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib 29-01-2020, 19:02 Səfiyarlı Ozobiçin Almeydanı unutduracağını düşünür 29-01-2020, 19:00 “Qarabağ”: bir gündə iki məğlubiyyət 29-01-2020, 18:59 U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi 29-01-2020, 18:57 Füzuli Məmmədov nəticələrdən narazıdı 29-01-2020, 18:54 “Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu 29-01-2020, 18:52 Yığma mundiala vəsiqə uğrunda mübarizəyə başlayır 28-01-2020, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu 28-01-2020, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bütün xəbərlər
Ən çox oxunanlar