13 apr 19:06manset

Yığma Sloveniyaya bileti Bakıdan sifariş etdi!

Yığma Sloveniyaya bileti Bakıdan sifariş etdi!
Beləliklə, futzal üzrə Avropa çempionatının əsas mərhələsinə yekun vuruldu. Son turun oyunları şənbə günü keçirildi ki, millimiz həlledici oyunda Macarıstanı sınağa çəkdi.
Futzal üzrə Avropa çempionatı
Əsas mərhələ, B qrupu

Macarıstan – Azərbaycan 1:6 (1:2)
Macarıstan: 12. Dyula Tot, 3. Bentse Kloçak, 5. Peter Komaromi, 7. Norbert Horvat, 11. Zoltan Drot; 1. Qabor Motkoviç, 2. Riçard David, 4. Peter Nemet, Yanoş Trençeni (k), 9. Yanoş Rabl, 10. Akoş Harniş, 13. Adam Hoşsu, 14. İştvan Qal, 15. Laslo Bito.
Baş məşqçi: Sito Rivero.
Azərbaycan: 1. Rövşən Hüseynli, 5. Fineo Araujo, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Everton Kardoso; 19. Elnur Zamanov, 2. Faiq Ağayev, 3. Tyaqo Teles, 4. İsa Atayev, 7. Nihad İsmayılov, 10. Vilyam Oliveyra, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov.
Baş məşqçi: Biro Jade.
Qollar: R.Hüseynli, 2-öz qapısına (1:0). T.Teles, 12 (1:1). Eduardo, 17 (1:2). Fineo, 22 (1:3). X.Bağırov, 25 (1:4). Fineo, 34 (1:5). İ.Atayev, 36 (1:6).
Vərəqələr: P.Nemet, 5. Eduardo, 9 – sarı.
Hakimlər: TİMO ONATSU (FİNLANDİYA), Borislav Kolev (Bolqarıstan), Kostas Nikolau (Cənubi Kipr).
Hakim-inspektor: İvan Novak (Xorvatiya).
UEFA nümayəndəsi: Sergey Lisençuk (Ukrayna).
11 aprel. Bakı İdman Sarayı.
Günün ilk matçında Albaniya ilə Bosniya və Hersoqovina heç-heçəyə (6:6) razılaşdığından macarlar da Biro Jadenin yetirmələrinin qarşısına rahat çıxmışdı. Macarıstan ən azı pley-offa vəsiqəni təmin etdiyindən itiriləsi heç nəyi yox idi. Əksinə, bütün gücünü sərf edib AÇ-nin final mərhələsinə qrup qalibi kimi yüksəlməyi hədəfləmişdi. Yeri gəlmişkən, bosniyalıların qapıçısı oyunun gedişində ağır zədə aldı. Başı döşəməyə çırpılan qolkiperə ilk tibbi müdaxilə elə zalda həyata keçirildi, daha sonra xəstəxanaya aparıldı. Ancaq öyrəndik ki, ciddi problem olmadığından otelə qayıdan Fidan Qaşi dünən komandası ilə birgə Bakını tərk edib.
Bəribaşdan qeyd edək ki, Bakı İdman Sarayında bu dəfə qələbəlik idi. Futzal Federasiyasından 100-ə qədər bilet alan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları (rəhbəri futzal üzrə keçmiş inspektor Rüfət Əmirovdu), “Sektor 11”in bir qrup fanatı, eləcə də sıravi azarkeşlər futzalçılarımızı qələbəyə ruhlandırırdı. Eləcə də ilk iki oyunda arenaya müavini Sərxan Hacıyevi göndərən AFFA-nın baş katibi Elxan Məmmədov bu dəfə özü təşrif buyurmuşdu. O, matçı İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovla yanaşı izləyirdi. “Qarabağ”ın və millimizin braziliyalı üzvü Riçard Almeyda isə ailəsi ilə birgə dəstək verməyə gəlmişdi.
Oyuna gəlincə, ilk dəqiqələrdən topa nəzarət Biro Jadenin yetirmələrinin tərəfindəydi. Ancaq qonaqların təhlükəli silahı, millidə 100-cü oyununu keçirən “Kayrat”lı Zoltan Drot 2-ci dəqiqənin əvvəlində yığmamızı cəzalandırdı. Daha doğrusu, hesab kuryoz qol nəticəsində açıldı. Onun zərbəsindən sonra top dirəkdən dönsə də, Rövşən Hüseynlinin ayağına dəyib tora daxil oldu. Bununla belə, özünü itirməyən futzalçılarımız təzyiqi artırdı. Çoxsaylı qol imkanlarını sağa-sola xərcləyən milli, nəhayət, 12-ci dəqiqədə istəyinə çatdı. Bu dəfə rəqib qapıçının səhvini Tyaqo Teles bağışlamadı. O, topu Totun ayaqlarının arasından keçirdi – 1:1. Bironun yetirmələri fasiləyədək hesabda önə keçməyi bacardılar. 17-ci dəqiqəyə təsadüf edən əks-hücumu Qallonun sol cinahdan hücuma qoşduğu Eduardo çəpəki zərbəylə tamamladı və yenidən tribunaları coşdurdu.
Yığmamız ikinci hissəyə də qolla başladı. Hakimin start fitindən cəmi 2 dəqiqə sonra Fineo hesabı 3:1-ə çatdırdı. Qonaqlar bu qoldan sonra “qatarın getdiyini” anladılar. Özünə gələ bilməyən rəqibi 25-cü dəqiqədə Xətai Bağırov cəzalandırdı. Ancaq bu da son olmadı: milli macarları daha 2 dəfə meydanın mərkəzinə dəvət etdi. 34-cü dəqiqədə Fineo yenə Dyula Tota “ayaqarası” qol vurdu. Matçda son nöqtəni isə İsa Atayev qoydu – 6:1. Ümumiyyətlə, sonluq macarlar üçün qanqaraldıcı alındı. Bironun yetirmələri rəqib futzalçıları sözün məcazi, baş məşqçi Sito Riveronu isə həqiqi mənasında topla döydü. Belə ki, oyunun sonlarında qonaq komandanın texniki zonasının yaxınlığında Rablla Oliveyranın mübarizəsi zamanı top futzalçımızın ayağından məşqçinin üzünə çırpıldı. Eynəyi kənara düşən mütəxəssisin burnundan qan açıldı ki, həkimlərin müdaxiləsi lazım oldu. Rivero sona qədər ağrının şokunu yaşadı.
Beləliklə, millimiz ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə, ancaq bu dəfə maksimum nəticəylə vəsiqə qazandı.
------
Reaksiyalar
Biro Jade, yığmanın baş məşqçisi: “İstəyirəm ki, əvvəlcə dediklərimi xüsusi qeyd edəsiz. İlk növbədə AFFA-nın baş katibi Elxan Məmmədova təşəkkür etmək istəyirəm. Hər zaman bizimlə oldu, dəstək verdi. Futzal Federasiyasının prezidenti Zaur Axundova minnətdaram. Eyni zamanda məşqçilər heyətinə, komandanın bütün işçilərə, təkcə bu gün oynayan yox, bütün futbolçulara, hər kəsə, Emin, Fərid, Ramiz, Oqtay və başqalarına “çox sağ ol” demək istəyirəm. Bu qələbədə hər kəsin payı var. Rəqib bu gün hesabda öndə olanda da xüsusi bir şey hiss etmirdim, tam sakit idim. Onlar cəmi bir vəziyyət yaradıb qol vurmuşdu. Oyuna nəzarət 70-80 faiz bizdə idi. Uşaqlara da deyirdim ki, sakit oynayın, yaxşı olacaq. Futzal dinamik oyundu, epizod yaradıb qol vura bilməyəndə rəqib sizi cəzalandırır. Gərək fürsəti əldən verməyəsən. Bu gün əlimizə düşən imkanlardan yararlandıq və asan qələbə qazandıq. Bu gün görmək istədiyim komandanın 80 faizi meydanda idi. Deməzdim ki, ideal vəziyyətdəyik, ancaq çox yaxşı komandamız var. Tapşırıqlara uyğun oynadılar, vəziyyətlərdən yararlandılar, müdafiədə diqqətli oldular. Bütün bunlar bizim fəlsəfəmizi əks etdirir. Qitə birinciliyində ab-hava tam fərqli olur. Təbii ki, indiki səviyyəmizi daha da yaxşılaşdırmalıyıq. Əsas odu ki, potensial var. Əskiklərimizi düzəltməliyik. Ora gedən hər kəs qarşısına hədəflər qoyub gedir. Buna görə də inkişaf mütləqdi. Hazırlıq və məşq üçün hələ çox vaxt var. Oyunçularla fərdi şəkildə danışacağıq. Hər şeyi dəyərləndirib təhlil edəcəyik. Baxacağıq ki, kimin potensialı var, kim ümidləri doğrulda bilib? Bütün bunları mən təkcə etməyəcəm. Bütün məşqçilər korpusu, idarəçilər birlikdə qərar verəcəyik. Məşqçi kimi bilirəm ki, yeni oyunçulara ehtiyacımız var. Ancaq kimə ehtiyac var, kimi dəvət edəcəyik, bu haqda danışa bilmərəm. Həmişə çalışrıq ki, daha yaxşısını edək”.
Sito Rivero, Macarıstan yığmasının baş məşqçisi: “Həm qələbə, həm də final mərhələsinə vəsiqə qazanması münasibətilə Azərbaycanı təbrik edirəm. Oyuna gəlincə, hiss edirdim ki, oyunçularım əsəbi və gərgindi. Rəqibin vurduğu dördüncü qoldan sonra mübarizə bizim üçün bitdi. Azərbaycan millisinin üzvləri yüksək səviyyədə çıxış etdilər və onlar istənilən rəqibə qarşı mübarizə aparacaq gücdədilər. Biz isə pley-off mərhələsindəki rəqibimizi gözləyəcəyik. . Məqsəd mərhələ keçmək, mübarizəni davam etdirmək idi – bunu bacardıq. Finala çıxmaq şansımız 50 faizdi”.
Elxan Məmmədov, AFFA-nın baş katibi: “Millimizin final mərhələsinə birbaşa vəsiqə qazanması sevindirici haldı. Düşünürəm ki, bugünkü oyun əvvəlkilərdən daha maraqlı alındı. Yığmamız 2018-ci ildə həlledici mərhələnin keçiriləcəyi Sloveniyaya yollanacaq. İnanırıq ki, belə inamlı oyunu orda da nümayiş etdirəcək. Evdə oynadığımızdan psixoloji təzyiq vardı. Əslində ən çətini bosniyalılara qarşı matç idi. Evdə oynamaq bir tərəfdən yaxşı haldı. Ancaq digər tərəfdən, təzyiq çox olur. Milli komandamızı səfərdə də görmüşük. Orda daha rahat oynayır. Ancaq burda bir az təzyiq altında olur. Son oyunda tam açıldı və aşkar üstünlüklə qalib gəldik. Beləliklə, qrupu yüzfaizlik nəticə ilə başa vurdular. Çox güman, Biro Jade ilə əməkdaşlıq final mərhələsində də davam edəcək. Millimiz onun rəhbərliyi altında çox yaxşı nəticə göstərdi, gözəl oyunlar nümayiş etdirdi. Düşünürəm ki. Biro Jade komandanın heyəti ilə çox yaxşı münasibət qurdu. O əsl komanda ruhu formalaşdıra bildi. Yəqin ki, AFFA İcraiyyə Komitəsi onunla müqavilənin uzadılmasına müsbət baxacaq. Ən əsas sevindirici hal odu ki, Biro Jade gözümüzün qabağında məşqçi oldu. Əvvəl millimizdə oynadı, sonra baş məşqçisi oldu. Təbii ki, futzalda hədəfimiz daha yüksəkdi. Bu yığmamız daha yaxşı nəticələr göstərir. Final mərhələsinə yaxın baş məşqçi ilə oturub düşünəcəyik və real məqsədləri qarşımıza qoyacağıq”.
B qrupu
1. AZƏRBAYCAN 3 3 0 0 16-5 9
2. Macarıstan 3 1 1 1 7-11 4
3. Bosniya və Hers. 3 0 2 1 12-13 2
4. Albaniya 3 0 1 2 9-15 1
A qrupu (Gürcüstan)
1. İtaliya 3 2 1 0 8-5 7
2. Gürcüstan 3 0 3 0 4-4 3
3. Belarus 3 0 2 1 5-6 2
4. Hollandiya 3 0 2 1 6-8 2
Final mərhələsinə birbaşa vəsiqə: İtaliya
Pley-off: Gürcüstan
C qrupu (Ukrayna)
1. Ukrayna 3 3 0 0 7-3 9
2. Xorvatiya 3 2 0 1 11-3 6
3. Belçika 3 1 0 2 3-8 3
4. Monteneqro 3 0 0 3 3-10 0
Final mərhələsinə birbaşa vəsiqə: Ukrayna
Pley-off: Xorvatiya
D qrupu (Rumıniya)
1. Portuqaliya 3 3 0 0 11-2 9
2. Rumıniya 3 1 1 1 8-10 4
3. Finlandiya 3 1 1 1 10-13 4
4. Latviya 3 0 0 3 5-9 0
Final mərhələsinə birbaşa vəsiqə: Portuqaliya
Pley-off: Rumıniya
E qrupu (Polşa)
1. İspaniya 3 2 1 0 14-1 7
2. Serbiya 3 2 0 1 11-9 6
3. * Polşa 3 1 1 1 5-7 4
4. Moldova 3 0 0 3 5-18 0
Final mərhələsinə birbaşa vəsiqə: İspaniya
Pley-off: Serbiya
F qrupu (Qazaxıstan)
1. Qazaxıstan 3 3 0 0 11-0 9
2. Çexiya 3 2 0 1 12-10 6
3. Makedoniya 3 0 0 3 7-13 0
4. Danimarka 3 0 0 3 7-14 0
Final mərhələsinə birbaşa vəsiqə: Qazaxıstan
Pley-off: Çexiya
G qrupu (Türkiyə)
1. Rusiya 3 3 0 0 10-0 9
2. Fransa 3 2 0 1 9-7 6
3. Slovakiya 3 1 0 2 9-6 3
4. Türkiyə 3 0 0 3 2-17 0
Final mərhələsinə birbaşa vəsiqə: Rusiya
Pley-off: Fransa
* Polşa ən yaxşı 3-cü yerin sahibi kimi pley-offda iştirak edəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar