21 dek 13:47manset

“Jalə” ilyarım “Qəbələ”yə sponsorluq edəcək


Fariz Nəcəfov AFFA-dan da dəstək gözləyir
Son aylarda maliyyə problemi səbəbindən qışda AFFA-nın nəzarəti altına keçəcəyi deyilən “Qəbələ”nin taleyinə dünən aydınlıq gəldi. “Qafqaz” otelində təşkil olunan mətbuat konfransında “qırmızı-qaralar” “Jalə” şirələri ilə sponsorluq müqaviləsi imzaladı.
Tədbiri giriş sözü ilə açan bölgə təmsilçisinin prezidenti Fariz Nəcəfov əvvəlcə son aylarda yaşananlarla bağlı fikirlərini bölüşdü: “Son vaxtlar klubun büdcəsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələr gedirdi. Diqqətinizə çatdırmaq istəyirəm ki, deyilənlər müəyyən mənada həqiqəti əks etdirirdi. “Gilan” “Qəbələ”nin təsisçisi kimi uzun müddətdi klubun sponsoru idi. Büdcə ilə bağlı rəsmi bildiriş olmasa da, şifahi şəkildə deyilmişdi ki, maliyyə sarıdan azalma olacaq. Bu səbəbdən də sponsor axtarışına çıxmışdıq. Buna görə də klubun dağılmasıyla bağlı söhbətlər dolaşırdı. “Gilan”ın nəzdində olan, ancaq müstəqil marketinq fəaliyyəti aparan şirkətlərlə görüşmüşdük. İndi isə “Jalə” ilə əməkdaşlıq edəcəyik. “Qəbələ” fəaliyyətini davam etdirəcək. Bu görüşlər çərçivəsində AFFA rəsmiləri və şəxsən baş katib Elxan Məmmədovla görüşmüşük. Bildiyiniz kimi, AFFA bir sıra klublara maliyyə dəstəyi verir. Biz də belə bir dəstək üçün müraciət etmişdik. Assosiasiyadan bildirildi ki, qurumun büdcəsi illik təsdiq olunduğu üçün hazırda bizə maliyyə dəstəyi verə bilməyəcəklər. "Qəbələ" ilə bağlı AFFA İcraiyyə Komitəsində hansı müzakirələrin getdiyindən xəbərsizik. "Qəbələ" kimi klubun dağılması Azərbaycan futbolu üçün zərbə olardı. Hazırda başqa sponsorlarla da danışıq gedir. "Qəbələ" yaşayacaq. AFFA tərəfindən klublara ayrılan maliyyə vəsaiti müəyyən meyarlar əsasında olmalıdı. Başqa ölkələrdə də bu təcrübə var. AFFA tərəfindən vəsait hansısa meyarlara görə klublar arasında bölünərsə, biz də həmin siyahıda olmaq istərdik. Açığı, belə bir dəstəyi gözləyirik. İstər Müşahidə Şurası olsun, istərsə də prezident strukturu - klublar müstəqil olmalıdı, AFFA-dan pul almamalıdılar. Elxan Məmmədovun da dediyi kimi, iş adamları cəlb edilməlidi. Onlara da sponsorluğa görə müəyyən güzəştlər edilməlidi”.
Klub prezidentindən sonra çıxış üçün söz “Jalə”nin marketinq direktoru Amid Səfərova verildi: “Jalə" müstəqillik dövrünün ilk istehsalçı markalarından biridi. Yarandığı gündən bazarda öz mövqeyini qorumuş markadı. Dünyanın 20-dən çox ölkəsində satışı təşkil olunan Azərbaycan markasıdı. Şirkətimiz müstəqil marketinq siyasəti yürüdür. Aparılan danışıqlardan sonra "Qəbələ" İdman Klubu ilə əməkdaşlıq etməyi qərara aldıq. Bu gün bizim üçün qürurverici bir məqamdı. Azərbaycan idmanının inkişafına dəstəyimizi veririk. Eyni zamanda, "Qəbələ" Azərbaycan idmanına töhfə verən bir klubdu. Çox sevindirici haldı ki, iki köklü, tanınmış brend əməkdaşlığa başlayır".
Çıxışlar başa çatandan sonra isə imzalama mərasimi keçirildi. Fariz bəy “Jalə”nin marketinq direktoruna arxasında “10” və şirkətin adı, loqosu olan forma hədiyyə etdi. Bundan sonra hər iki şəxs tədbirə qatılan media nümayəndələrinin suallarını cavabladılar.
“AFFA tərəfindən klublara ayrılan məbləğ sistematik, müəyyən meyar əsasında olmalıdı”
– Bir neçə il əvvəl “Jalə” sizin titullu sponsorlarınız arasında yer alırdı. İndiki əməkdaşlıqla əvvəlki arasında nə kimi fərqlər olacaq?
- F.N.: Ümumiyyətlə, zaman-zaman müəyyən layihə çərçivəsində “Gilan Holdinq”in nəzdində olan şirkətlərlə əməkdaşlıq etmişik. Ancaq komandanın formasında onların adları heç vaxt qeyd olunmayıb. Özünüz də gördüz ki, bu dəfə “Jalə”nin adı formada əksini tapıb. Fikir verdizsə, şirkətin adı arxa tərəfdə qeyd olunub ki, bu da aramızda olan razılıqdan irəli gəlir. Qarşı tərəf hələ boşdu. Yeni sponsorlarla danışıqlar davam edir. Oranı daha yaxşı şərtlər təklif edəcək sponsor üçün saxlamışıq.
– AFFA ilə danışıqlar bitdimi?
– F.N.: AFFA-da məsələni müzakirə etmişik, yəqin ki, yaxın zamanda da danışıqlar davam edəcək. Yenə deyirəm, AFFA tərəfindən klublara ayrılan məbləğ sistematik, müəyyən meyar əsasında olmalıdı. Klublar da gələcək strategiyasında bunu nəzərə almalıdı. Klubların müstəqil fəaliyyəti də öz yerində. Klubun inkişafı da müstəqillikdən başlayır. Biz AFFA-dan dəstək gözləyirik.
– Çıxışınızda bildirdiz ki, müzakirələr zamanı AFFA-nın kluba maliyyə dəstəyi verə bilməyəcəyi məlum oldu. Belə olan halda “Qəbələ”nin məsələsini İcraiyyə Komitəsinin toplantısında gündəliyə çıxarmağın nə mənası var idi? Sizə elə gəlmir ki, bu məsələdə AFFA manipulyasiya edir?
- F.N.: Bu sualı AFFA rəhbərliyinə versəz, daha yaxşı olar. İcraiyyə Komitəsinin toplantısında iştirak etmədiyimdən orda nələrin müzakirə olundan xəbərsizəm. Ancaq onu da deyim ki, mən qarşı tərəfdən bu məsələnin İcraiyyə Komitəsində müzakirə olunmasını xahiş etməmişəm.
– “Gilan” klubu maliyyələşdirməkdən imtina etdi. Bəs təsisçi olaraq qalacaq?
- F.N.: Bəli, “Gilan Holdinq” təsisçi kimi qalacaq.
“Klub müstəqil olmalıdı”
– AFFA maliyyə ayırdığı klublarda Müşahidə Şurasının olmasını və öz nümayəndəsinin təmsil olunmasını istəyir. Sizə belə təklif gəlsə, razılaşarsız? Bildiyimiz qədər əvvəl belə təklifi qəbul etməmisiz.
- F.N.: Klub müstəqil olmalıdı. Fərqi yoxdu, klub necə idarə olunur - Müşahidə Şurasıdı, yoxsa prezident üsulu. Nə fərqi var? İş adamları bu işə cəlb olunmalıdı. İdmana yatırım edən iş adamlarına müəyyən güzəştlər etmək lazımdı. Neçə vaxtdı ki, sponsorlarla danışıram, görürəm. Bu məsələ AFFA-da qaldırılmalıdı.
– Yeni sponsorlarla yola indiki kimi davam edəcəksiz, yoxsa yenə iddialı “Qəbələ” görəcəyik?
- F.N.: Hələ ki olduğumuz kimi davam edirik. Digər razılaşmalardan sonra iddiamiz barədə dəqiq fikir söyləmək mümkündü.
– “Qəbələ” ilə “Gilan” arasındakı münasibət əvvəlki kimi olacaq?
- F.N.: Xeyr. Əvvəl təsisçi idi və göstəriş verilirdi ki, hansı şirkətlərlə danışaq. Ancaq indi fərqlidi. “Jalə” müstəqil fəaliyyət göstərir. Ola bilər ki, digər şirkətlər “Qəbələ” ilə əməkdaşlıq etməsinlər, bu, onların öz işləridi.
– Söylədiklərinizdən belə aydın oldu ki, yeni sponsor axtarışını ancaq ölkə daxilində çıxmısız. Xarici investorların cəlb olunası yönündə hər hansı görüşləriniz olub?
– Xeyr.
“Büdcəmizdə artım olsa, heyəti gücləndirə bilərik”
– Müqavilənin müddətinin artırılması üçün sponsor olaraq klubun qarşısına hansısa şərt qoymusuz?
- A.S.: Əsas şərtlərdən biri kommersiya ilə yanaşı, Azərbaycan idmanına dəstəkdi. Bu, 51 faiz təşkil edir. Kommersiya məqsədi isə brendin ölkədə tanıdılmasıdı.
– Komandada son vaxtlar canlanma hiss olunur. Yeni əməkdaşlıq müqaviləsi də imzalanır. Son vaxtlarda isə klub öz yetirmələrini yaxşı məbləğə başqa klublara satmaqla müəyyən qədər də olsa, xərcləri qarşılamağa çalışırdı. Qış fasiləsində transferlər və hər hansısa yerli futbolçunun satılması gözlənilir? Davit Volkovun da müqaviləsinin müddəti yanvarda bitir. O qalacaq?
– Çox yaxşı məbləğə futbolçu satmamışıq. Əldə etdiyimiz vəsait Azərbaycan futbolu üçün çox azdı. Məqsədimiz təkcə pul qazanmaq yox, həm də Azərbaycan millisinə futbolçu verməkdi. Bəzi futbolçulara təkliflər var. Buna artıq məşqçilər heyəti ilə görüşdükdən sonra qərar verəcəyik.Volkovla danışıqlar aparırıq. Büdcəmizdə artım olsa, heyəti gücləndirə bilərik. Komandadakı futbolçular öz işlərini görürlər, legionerlərimiz də başqalarından geri qalmır.
– Müqavilənin müddəti nə qədərdi?
- A.S.: Bu barədə məlumat verməyi unutdum. Müqavilənin müddəti ilyarımdı.
– Geridə qalan 3-4 ayda olan maliyyə çatışmazlığı akademiyanın fəaliyyətinə necə təsir göstərdi?
– F.N.: Tək problem o oldu ki, başqa rayonlardan olan valideynlər uşaqlarını əvvəkli kimi akademiyaya gətirmədilər. Bir-iki nəfər də çıxdı. Ancaq bu maliyyə ilə bağlı məsələ deyildi. Bu gün akademiyanın durumu yaxşıdı. Kim istəsə, gedib gözləri ilə görə bilər. Bir gün qalmaq da problem deyil, yer ayırarıq. Orta statistik azərbaycanlının ailəsində olan şərait akademiyamızda var. Uşaqların qidalanması və məskunlaşması qaydasındadı. Bu günə kimi heç kimin pulunu gecikdirməmişik, heç kimə də borcumuz yoxdu.
“Elmar Baxşıyev mövsümün sonuna qədər komandanın baş məşqçisi olacaq”
– Birinci divizionda çıxış edən və oyun alğı-satqısına görə 14 oyunçusu futboldan ömürlük uzaqlaşdırılan “Ağsu”nun sponsoru satış bazarında sizin rəqiblərinizdən olan “Vitamin”di. Bir şirkətin bu duruma düşməsi sizi qayğılandırır?
- A.S.: Biz “Qəbələ”nin keçmişinə bələdik. Bu klubun Azərbaycan idmanında rolunu bilirik. Heç bir qayğımız yoxdu.
– Volkovun meneceri də Bakıdadı. Onun başqa klublarla danışıqlar aparması mümkündü?
– F.N.: Bu məsələ ilə bağlı klubun baş meneceri Zaur Əzizovla danışmışam. Ondan aldığım məlumata görə, Volkov “Qəbələ”də qalmaq istəyir. Seçim onundu. Biz istəyirik ki, o, klubda qalsın.
– Fors-major halları istisna etsək, hansı halda müqavilə ləğv oluna bilər?
- A.S.: Bizim şirkətin büdcəsi satışlarımıza uyğun olaraq formalaşır. İndiki iqtisadi götəricilər qalacağı və satış tempi belə davam edəcəyi təqdirdə heç bir problem yaşanmayacaq.
– Bir müddət əvvəl akademiyanın binasının satışa çıxarılması ilə bağlı söz-söhbət yayıldı. Bu nə dərəcədə həqiqətdi?
– F.N.: Elə bir şey yoxdu və müzakirə mövzusu deyil. Belə bir şey olsaydı, yəqin ki, bizə də nəsə deyərdilər.
– Gələn il Yay Olimpiya Oyunları keçiriləcək. “Qəbələ” İdman Klubu olduğundan, yəqin ki, yeni sponsorla anlaşma başqa idman növlərinə də yaxşı mənada təsirini göstərəcək.
– F.N.: Büdcədə tək futbol yox, başqa idman növlərinin də xərcləri nəzərə alınır. Olimpiadadan medal gətirə biləcək idmançılarımız var. Karatedə Rafael Ağayevdən, boksçularımızdan medal gözləyirik.
– Elmar Baxşıyevin durumu necə olacaq?
– F.N.: Elmar Baxşıyev mövsümün sonuna qədər komandanın baş məşqçisi olacaq.
– İkinci mövsümdü ki, “Qəbələ”nin əvəzedici komandası birinci divizionda iştirak etmir. Son günlər aşağı dəstədə danışılmış oyunlarla bağlı xoşagəlməz olayların yaşandığına şahidlik edirik. “Qəbələ-2”nin iştirak etməməsinə səbəb bu ola bilərmi?
– F.N.: Qətiyyən yox. Mən dəfələrlə bu məsələ ilə bağlı açıqlama verib, iştirak etməməyimizn səbəbini bildirmişəm. Futbolda belə halların yaşanması çox pisdi. Akademiya rəhbərliyinə xüsusi tapşırıq vermişəm ki, uşaqlarla bu mövzuda söhbət aparılsın, maarifləndirmə olsun. Heç vaxt istəmərəm ki, “Qəbələ”nin hansısa futbolçusunun adı belə neqativ olaylarda hallansın.
– Maliyyə durumu ilə bağlı klubun nəzdində fəaliyyə göstərən idman bölmələrindən hansınınsa bağlanması ehtimalı var?
– F.N.: Xeyr, büdcə tam kəsilsə, ümumiyyətlə, klub bağlana bilər. Amma belə yox. Məsələn, karate bölməsində məşqçimiz yoxdu. Cəmi üç idmançımız var ki, onların da aldıqları maaş büdcəmizə o qədər də təsir göstərmir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar