Yazarlar
Sonun başlanğıcı...

Anar Şabanoğlu


Sonun başlanğıcı...
İstefa!

Huşəng


İstefa!
Sonun başlanğıcı…

Anar Şabanoğlu


Sonun başlanğıcı…

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
Bugünkü qəzet
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
11 noy 11:06manset

“Qarabağ”da heç kim yaxasını kənara çəkməsin!


Günahkar axtarırıqsa, hər kəsin “payı” var
Redaksiyadakılar Allah şahididi. Hələ APOEL-lə Bakıdakı oyundan əvvəl demişdim ki, “Qarabağ” burda qalib gələ bilməsə, səfərdə uduzacaq. Bunu hiss etmək üçün futboldan zərrə qədər anlayışlı olmaq bəs edir. Psixoloji üstünlük rəqibin tərəfinə keçəndə, üstəlik, o doğma azarkeşləri önündə oynayanda durum sənin işin ikiqat çətinləşir. Maksim Medvedev sağ olsun, hər nə qədər vurduğu qolla üzümüzü güldürsə də, onun etdiyini komanda yoldaşları bacarmadı. Zərbə anında ayağı-ayağına dolaşan Maqaye Geye, 7 metrlik “çərçivə”yə gözünü yumub zərbə vuran Miçel, əlverişli mövqedə topu saxlaya bilməyən Zubir qol şanslarını sağa-sola xərcləyəndə dərhal “Linfild”lə səfər görüşünü xatırlayıb, barmağımı dişlədim.
Nəticədə avqustun 22-də “Vindzor Park”da yaşanan ssenarinin eynisi bu dəfə GSP stadionunda təkrarlandı. APOEL öncə hesabı bərabərləşdirdi, ardınca özünə hava-su kimi lazım olan qələbə topunu vurdu. Matç başa çatandan sonra sosial şəbəkələr sözün əsl mənasında dağılır. “Qarabağ”ın uduzması trend olub. Əldən çıxan qələbəyə görə baş məşqçidən tutmuş rəhbərliyə kimi, indiki futbolçulardan tutmuş sabiq oyunçulara kimi hamı günahkar bilinir. Tam haqlıdılar. Taleyüklü oyunda, xüsusən də hesabda öndə olduğun, qol imkanları yaxaladığın, rəqibdən qat-qat yaxşı oynadığın matçda uduzmusansa, tənqid qaçılmazdı. Və buna görə heç kim yaxasını kənara çəkə bilməz!
Klub rəhbərliyi
Klubdakı əsas söz sahibləri – Abdulbari və Tahir Gözəllərin hər dəfə jurnalistlərlə söhbətdə bir açıqlaması var ki, qulaqlarda sırğa kimidi: “Qurban Qurbanov üçün hər cür şərait yaratmışıq, istədiyi futbolçunu komandaya gətirməyə hazırıq”. Dediklərində həqiqət payı çoxdu. Bəli, klubun başbilənləri komandanın uğurlu çıxış etməsi üçün imkan daxilində, təkrar edirəm, imkan daxilində lazım olan transferlərin həyata keçməsinə “hə” deyir. İndiyə qədər bu məsələdə baş məşqçi ilə fikir ayrılıqları olub, ya yox – bilmirəm, amma hər fasilə dönəmində yeni oyunçular alınırsa, deməli, vəziyyət deyilən kimidi. Amma...
Bir komandanın komanda olması üçün oturuşmuş heyət olduqca vacibdi. Belə deyək, aparıcı fiqurları qoruyub saxlamaq, onlardan maksimum yararlanmaq. “Qarabağ”ın heyətində son 10 ildə ən yararlı “qol maşını” Reynaldodan sonra Dino Ndlovu idi. Qısa zamanda həm komandaya uyğunlaşdı, həm də baş məşqçinin ondan nə istədiyini dərk etdi. Nəticəsi isə vacib oyunlarda vurduğu vacib qollar idi. Məhz onun inamlı çıxışı sayəsində “Qarabağ” ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrupunda oynadı. Sonrası? Asan şəkildə əldən buraxdılar, getdi Çinə. Dinoyla eyni dönəmdə ağdamlıların formasını geyən Pedro Enrike də onun kimi. PAOK-a məxsus olmasına baxmayaraq, “Qarabağ”da çıxış edirdi. Səviyyəsi göz qabağında, komandası üçün etdikləri ortada idi. Pedronu da saxlamaq lazım idi, saxlamadılar. Yaxın keçmişə boylansaq, Vild-Donald Gerye nümunəsini göstərə bilərik. Ansi Aqollidən sonra sol cinahda parlaq oyunu ilə seçilirdi. Hər nə qədər səhvlərə yol versə də, Ayltonla Rerras Faysaldan daha çox fayda verirdi “Qarabağ”a. Lakin onu da öz əlləri ilə “Neftçi”yə verdilər. Siyahını İbrahim Şehiç və başqalarının adları ilə genişləndirmək olar.
Hamısının başında pul dayanır, birmənalıdı. Komandada özünü yaxşı hiss edən futbolçu satılırsa və ya başqa yerə üz tutursa, deməli, ortada maliyyə anlaşılmazlığı olub. “Qarabağ” rəhbərliyi isə bu mənada ehtiyatlı davranmaq, “bunu göndərək, yaxşısını taparıq” şəklində düşünməklə vəziyyəti qəlizləşdirir. Onsuz da həmin futbolçuları saxlamaqla avrokuboklarda uğur qazanır və bunun müqabilində UEFA-dan kifayət qədər vəsait əldə edirsən. Ehtiyatlanmağa, gələcəyi risk altına atmağa nə gərək?
Baş məşqçi
Qurban Qurbanov APOEL-ə məğlubiyyətdən sonra “mənim günahımdı” etirafında bulunmayıb. Adım kimi əminəm ki, ordakı jurnalistlərdən hansısa biri bununla bağlı sual səsləndirsəydi, baş məşqçi yaxasını kənara çəkməz, həqiqəti dilə gətirərdi. Çünki nəticələrə cavabdeh şəxs odu. Uğursuzluq varsa, deməli, günahkar ilk növbədə baş məşqçi özüdü, suçu da özündə axtarmalıdı. Niyə?
Tomas Doll və Qurban Qurbanov. Avqustda komandanın başında Paolo Trametsani olduğu matçı nəzərə almasaq, alman çalışdırıcı ilə Qurbanovun komandaları arasında son 3 ayda 3 oyun baş tutub. Və bütün hallarda yekun nəticəyə sevinən tərəf APOEL-dəki söz sahibi olub: 2 qələbə, 1 heç-heçə. Bəli, bu gün Qurban bəyin oynatdığı futbol Dollun komandasının sərgilədiyi oyundan qat-qat baxımlı və məzmunludu. Amma herr Tomasın düşündüyü nəticədi. Nəticə qazanmaq üçünsə “Qarabağ”ı durdurmağın yolunu tapmışdı. Ağdamlılara qarşı sərt oynamalı, meydanın hər yerində pressinq tətbiq etməli, ən zəif tərəfi olan standart vəziyyətlərdən maksimum yararlanmalı. Məhz təhlil və tapşırıqların sayəsində bu gün üzləri gülür. Son 2 oyunda vurduqları 4 qolun 3-nə “standart”dan imza atıblar. Yəni Doll bizimkilərin zəif yerini tapmışdı, bundan necə lazımdı, istifadə etdi. Təəssüf ki, eyni şeyi Qurbanov edə bilmədi. Ya oyun planında nəyisə dəyişmək lazım gəlirdi, ya sxemdə, ya da fiqurlarda. Rəqib sənə qarşı eyni cür oynayırsa – pusquda dayanıb, gücünü qoruyub, sonluğu gözləyirsə, vaxtında “cavab atəşinə” hazır olmalısan. Həssas məqamlardan biri isə hissələr arasındakı fasilədi. 15 dəqiqəlik müddətdə baş məşqçi yetirmələrinə əlavə güc verməli, rəqibin oyununa əsasən nələrisə dəyişməli, bir sözlə, hesabda öndə olan komanda ikinci yarıda rəqibinə nisbətən daha “diri” görünməlidi. Təəssüf ki, “Qarabağ” bütün hallarda sona yaxın məyus olmaqdadı.
Zədə nədən əmələ gəlir? Nadir hallarda hansısa futbolçu dayandığı yerdə, yaxud rəqibin zərbəsinə tuş gəlib zədələnir. Əksər zədələr əzələ dartılmasından doğur. Bu da yüklənməyə görədi. Yüklənmə nədən olur? Futbolçu tez-tez meydana çıxıb, lazımi bərpa dönəmini keçməyəndə. APOEL-ə qarşı əsas heyətdə yer alan 11 futbolçudan 8-i noyabrın ilk günündə”Neftçi”ylə ağır oyunda və ağır qazonda meydana ilk dəqiqədən ayaq basmışdı. Halbuki Qurbanovun sərəncamında həmin gün oynaya biləcək başqa futbolçular da vardı. Onsuz da “Neftçi”dən 8 xal öndəsən, məğlubiyyət ciddi mənada nəyi dəyişəcəkdi ki? Bir də ki, bu gün “Qarabağ” üçün prioritet daxili çempionatdı, yoxsa qrupdan çıxmaq? Nəticə nə oldu? Mahir Əmrəli “Bakcell Arena”da zədələndi, həmin oyunun iştirakçıları olmuş Dani Kintana ilə Miçel isə GSP stadionunda “dartdı”. Aparıcı fiqurlardan heç olmasa 5-6-nı APOEL-lə taleyüklü oyun üçün qorumaq lazım idi.
Futbolçular
Əslində məğlubiyyətin memarları onlardı. Top dalınca qaçanlar, müdafiədə uşaq səhvlərinə yol verənlər, rəqib qapısına düz-əməlli zərbə vura bilməyənlər. Rəqibin ilk qolu. Araz Abdullayev korner bayrağından xeyli uzaqda topu meydanın mərkəzinə, yaxud kənarına tərəf uzaqlaşdırmaq əvəzinə “başından rədd etmək” zərbəsi ilə meydandan çıxarır və rəqibə künc zərbəsi şansı verir. Top cərimə meydançasına havalandırılır, Lukas Souza Riçard Almeydanın yanından keçib rahat şəkildə başla topa toxunur. İkinci qol da onun kimi. Riçard Almeyda “Qarabağ”ın cərimə meydançası yaxınlığında topu rahat qəbul edib, qərar qəbul etmək əvəzinə, vecsiz şəkildə Ayltona ötürmə etmək həvəsinə düşür. Lakin daha həvəsli olan Əl-Tamari öncə topu braziliyalılardan oğurlayır, daha sonra komandasının xeyrinə korner qazanır. Matiç bu dəfə topu uzaq küncə havalandırır, Efrem rahat şəkildə “kürə”yə akrobatik tullanışla zərbə vurur, topun qapı xəttini keçməməsi üçün çalışan Qara isə Yannunun toxunuşuna mane ola bilmir.
Adlardan da göründüyü kimi, buraxılan toplarda Arazdan tutmuş Riçarda qədər hamının rolu var. Qol imkanlarını boşa verən Miçel, Zubir, Geye də onlar kimi. Halbuki sona yaxın bir qədər məsuliyyətli və ehtiyatlı davranmalı olduqlarını futbol oynamağa yeni başlayanda onlara öyrədiblər, öyrətməlidilər.
Başqa səbəblər
Komandanın transfer siyasətinə cavabdeh olan şəxs əslində baş məşqçidi. Lakin Qurbanovla “Qarabağ” rəhbərliyinin bu məsələdə necə anlaşdığından xəbərdar deyilik. “Barmağını uzatdığı futbolçunu alırlar, ya yox” sualının cavabı “hə”disə, baş məşqçi həm də futbolçu seçiminə görə qınanmalıdı. Ötənilki “yararsızlar”ın adları indiyə qədər dillər əzbəridi: Con Delarj, Hannes Halldorsson, İnnosent Emeqara, Simeon Slavçev. Bu il həmin siyahı bir az da genişlənib. Nə mühafizə xidmətinin rəhbəri görkəmindəki Maqaye Geye, nə hücumda müdafiədən daha effektli görünən Aylton, nə ehtiyat oyunçular skamyasının “bəzəyinə” çevrilən Rerras Faysal bu gün komandanın yükünü çiyinlərində daşıyacaq bacarığa sahibdi. Gündəmə daha çox ağzındakı saqqızla gələn Asmir Beqoviç də onlar kimi.
“Qarabağ” pley-off həyəcanı yaşamaq, daha da irəli getmək istəyirsə, legioner seçimi zamanı son dərəcə diqqətli davranmalıdı. İndiki əcnəbilərin bacarığı ilə qrupdan çıxmaq əsl sürpriz sayılacaq.
Son söz əvəzi
“Yıxılana balta vurmazlar” deyiblər. Bu gün ölkə futbolunun gözünün ağı da, qarası da “Qarabağ”dı. Bu komandanın sayəsində əcnəbi həmkarlarımızın qarşısında sinəmizi qabağa verib, “bizdə də futbol var” deyə bilirik. Amma daha artığını umuruq. Çünki Qurban Qurbanovun da, ona dəstək verən rəhbərliyin də daha artığını edə biləcəyinə inanırıq. Bunun üçünsə müşahidə etdiklərimizi diqqətə çatdırmalı, lazım gələndə məsləhətlərimizi verməliyik. Necə ki, valideyn şirin balasının inkişafı üçün yeri gələndə əzizləyir, yeri gələndə üstünə acıqlanır.
İnanır və ümid edirik ki, “Qarabağ” son ikioyunda lazım olan nəticələri qazanıb ölkə futbolsevərlərinin üzünü güldürəcək. Artıq bizimkilərin taleyi öz əlində olmasa da...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Bu gün, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Bu gün, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Bu gün, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Bu gün, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Bu gün, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı Dünən, 12:20 Çay və ya qəhvə içmək zamanı Dünən, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Dünən, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Dünən, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Dünən, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Dünən, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib Bütün xəbərlər
Ən çox oxunanlar