14 dek 13:10manset

Levnikov Azərbaycan hakimlik məktəbini təriflədi

"Növbəti avrokubok mövsümündə Əliyarı Çempionlar Liqasının vacib oyunlarında görsəz, təəccüblənməyin”

 

Ötən həftə "Xəzər” TV-də yayınlanan "Futbol saatı” verilişinin qonağı olan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov fürsətdən istifadə edib ictimaiyyətə eksklüziv xəbəri olduğunu, Əliyar Ağayevin 2017-ci ilin əvvəlindən FİFA-nın birinci kateqoriyasına yüksələcəyini bildirmişdi. Ancaq bu açıqlamadan 4 gün sonra UEFA-nın növbəti il üçün açıqladığı siyahıda Ağayevin adı ikinci kateqoriyada yer alan ədalət təmsilçilərinin arasında idi. Bu isə gözlənildiyi kimi, mətbuatda, futbol ictimaiyyəti arasında böyük söz-söhbətə səbəb oldu. Demək olar ki, hamı Xaqani bəyi ictimaiyyətə yalan sırımaqda ittiham etdi. Məsələ ilə bağlı açıqlama verən Məmmədov isə yalan söyləmədiyini, təkcə Əliyarın yox, onunla bir qrupda yer alan heç bir hakimin birinci kateqoriyaya keçmədiyini bildirib. Hətta Hakimlər Komitəsinin sədri UEFA-nın Hakimlər Kollegiyasının MDB ölkələri üzrə əlaqələndiricisi Nikolay Levnikovla danışdığını, Ağayevin iyunda kateqoriyasını dəyişmək ehtimalının olduğunu da vurğulayıb.

Xaqani bəyin dediklərinin doğru olub-olmadığını aydınlaşdırmaq üçün Nikolay Levnikovla əlaqə saxladıq. Rusiyalı funksionerin məsələyə reaksiyası belə oldu: "Hələ ki nəinki Əliyar, onunla yanaşı, geridə qoyduğumuz ildə özünü yaxşı tərəfdən göstərən, perspektiv vəd edən heç bir hakim birinci kateqoriyaya keçirilməyib. Əsas odu ki, Ağayev 2017-ci ilin yazında elit kateqoriyaya daxil olan hakimlərin təlim-məşq toplanışına dəvət olunub. Onun birinci kateqoriyaya keçib-keçməməsinə mayın sonu-iyunun əvvəlində aydınlıq gələcək. Onu da qeyd edim ki, Əliyar daim bizim nəzarətimizdədi, onun haqda yaxşı fikir formalaşıb. Bu məsələdə Xaqani Məmmədovu qınamağın yeri yoxdu. Çünki əvvəl hakimlərin kateqoriya dəyişməsi yanvarda olurdu. Qitə futbol qurumunda keçirilən son toplantıda qərar verildi ki, 2017-ci ildən bu məsələyə mayın sonunda, yəni daxili çempionatlar başa çatandan sonra baxılsın. Yenə təkrar edirəm, Malaqada baş tutacaq toplanışa Avropanın ən güclü hakimləri qatılacaq. Ağayev ora dəvət alıbsa, deməli, ona inanır və etimad göstərirlər. Malaqa toplanışına qədər isə Əliyar beynəlxalq matçlara təyinat alacaq”.

Levnikovun sözlərindən belə qənaətə gəlmək olar ki, qeyri-adi heç nə baş verməsə, Ağayev 6 aydan sonra FİFA-nın birinci kateqoriyasına keçəcək. Bu isə yerli hakimlərin gələcəyi üçün əla perspektiv deməkdi. Bəzi mütəxəssislərin fikrincə, Əliyarın daha yüksək pilləyə yüksəlməsi FİFA referisi adı daşıyan hakimlərimizn sayının atrmasını da şərtləndirə bilər. Xatırladaq ki, hazırda sinəsində FİFA loqosunu daşıyan ədalət təmsilçilərimizin sayı üçə bərabərdi. Rusiyalı UEFA funksionerinin məsələyə reaksiyası belə oldu: "Qeyd etdiyiniz məsələ Əliyarın irəli getməsindən asılı deyil. Bu gün Azərbaycanda istedadlı, FİFA referisi adına layiq hakim varsa və yerli Hakimlər Komitəsi onun namizədliyini irəli sürərsə, aidiyyatı orqanlar bu məsələni gözdən keçirə bilər. Onu da bildirim ki, Azərbaycan hakimlik məktəbi həmişə savadlı, işinə məsuliyyətlə yanaşan yetirmələri ilə seçilib. Ağayevin gələcək uğuru isə ölkə adına böyük nailiyyət hesab oluna bilər. Növbəti avrokubok mövsümündə Əliyarı Çempionlar Liqasının vacib oyunlarında görsəz, təəccüblənməyin. Onunla yanaşı, FİFA dərəcəli başqa hakimlərinizə də mötəbər oyunlar tapşırıla bilər”.

RƏŞAD

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar