05 noy 15:05manset

Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb”


Kamrana “qaqaşım” deyir, “Araz”a azarkeşlik edir...
Məşhur meyxana ustası Ağamirzə İspaniyada səfərdə olub. Bəlkə də Pireneyə səfəri səs-küy doğurmayacaqdı. Lakin iki gün əvvəl “Santyaqo Berbnabeu”dan paylaşdığı şəkil gündəmə gəlməsini şərtləndirdi.
Düşünmək olardı ki, Madridə yollanması “Real”ın oyununu canlı izləmək həvəsinə görə olub. Lakin ötən həftəsonu Zinəddin Zidanın yetirmələri səfərdə “Barselona”nın qonağı olmalıydı ki, həmin matç təxirə salındı. Ağamirzənin paylaşdığı şəkillərə baxanda məlum olur ki, səfərdə əsas məqsəd heç də futbol matçını izləməklə bağlı deyilmiş. Özünün də dediyi kimi, dostlarını ziyarət edib, Kral sarayına baş çəkib, bir sözlə, qədim şəhəri gəzmək imkanı qazanıb.
Onunla əlaqə saxlamaqda məqsədimiz isə futbol və “Real” sevgisi, lap dəqiq desək, Raulun vətəninə yollanmasının əsl səbəbini öyrənmək idi.
- Nömrənizi Vüqar Maştağadan aldım, hələ də qayıtmadığınızı güman etdiyini dedi. Bakıdasız?
- Hə, gəlmişəm. 5-6 günlük getmişdik, dünən qayıtdıq.
- İlin-günün bu vaxtı nə əcəb İspaniya? Oralara, adətən, yay aylarında gedirlər.
- Çoxdankı planımız idi, getməliydik. Dedim, həm İspaniyanı gəzərəm, həm də Barselonaya gedib “El Klasiko”nu canlı izləyərəm. Bilirsiz, ya yox, “Real”ın qatı azarkeşiyəm axı. Səfərimiz həm ziyarət, həm ticarət xarakteri daşıyırdı. Bəxtimizdən “El Klasiko” da təxirə salındı. Yenə heç olmasa, havalar xoş idi, gəzə bildik.
- Bilet almışdız?
- Əlbəttə. Dediyim kimi, çoxdan planlaşdırmışdıq deyə, vizalar hazırlanmışdı, oyuna bilet almışdıq.
- Oyunun təxirə salınacağı bir neçə gün əvvəldən bilinirdi axı.
- Bilirəm, Bakıda olanda xəbərimiz var idi. Amma geriyə addım atmağın yeri yox idi. Viza açılmışdı, təyyarəyə və oyuna bilet almışdıq deyə, getmək məcburiyyətində qaldıq.
- Tək getmişdiz?
- Xeyr, dost-tanışla.
- Səfər necə keçdi? Necə gəzdiz, nə gördüz?
- Əla, əla... Madridi başdan-ayağa gəzdik, fürsətdən istifadə edib adama 30 avro verib bilet aldıq, “Santyaqo Bernabeu”nu yaxından gördük. Maşallah, əla stadiondu. Muzeydəki kuboklar, futbolkalar, stadionun özü. Ləzzət elədi.
- İspaniyada meyxana da yaxşı gedər.
- Türk dostumuz var, onun evində yığışanda deyirdim. Çay içib, çörək yeyəndə arada 10-15 dəqiqə dostlar üçün deyirdim. Belə də, “qurd öldürmək” üçün. İspaniyaya getmişkən, konsulluqda işləyən Adil müəllimlə də yaxından tanış oldum. Sağ olsunlar, gəlib görüşdülər, hal-əhval tutdular. Deyim ki, maraqlı və unudulmaz səfər oldu.
- Madrid həqiqətən “nağıllar şəhəridi”?
- Nağıllar deyəndə ki, qədim şəhərdi. Madriddən də qədim olan Toledo şəhərinə də baş çəkdik. Paytaxtdan 90 kilometr aralıdadı. Vaxtilə həmin şəhərdə müharibələr olub, üç dəfə hakimiyyət dəyişib: yəhudilər, xristianlar, sonra da müsəlmanlar. Tarixi yerlərdi.
- Madridlə Bakının oxşar və fərqli cəhətləri nədi?
- Onu gərək görəsən, deməklə olmur axı. Bilirsiz, məni təəccübləndirən nə oldu? 5-6 gün orda olduq, külək adlı şey görmədik. Deyirlər ki, külək ildə bir neçə dəfə əsir, onda da tarixi hadisə kimi yadda qalır. Hava da ləzzət elədi. Pencəklə gəzə bilmirdik, isti idi.
- Ötən həftəsonu Madriddə “Atletiko” - “Atletik” oyunu var idi. Orda ikən nə əcəb baxmadız?
- Yox e, mənimki “Real”dı.
- Onda futbol yox, “Real” azarkeşisiz.
- Düz deyirsiz, yalandan niyə deyim ki, futbolun xəstəsiyəm? Ancaq “Real”ın oyunlarını maraqla gözləyir, izləyirəm. “Ateltiko”, o biri, bu biri mənlik deyil.
- “Real” sevgisi hardandı?
- Vallah, nə bilim. Neçə ildi bu komandaya azarkeşlik edirəm. Baxırdım, hamı bu komandadan danışır. Sonradan özüm də baxmağa başladım, oyunları xoşuma gəldi. O vaxt Kriştiano Ronaldo da ordaydı.
- Onda “Real” üçün qafiyə açmamış olmazsız.
- O qədər demişik ki, əsas da Kərimlə. Kərim “Barselona” azarkeşidi axı. Mən “Real” deyirdim, o “Barselona”. Ən yaddaqalan qafiyəmiz də bu olub. Mən deyirdim, “Barselona” bacarmıyır “Real”nan, Kərim də deyirdi, siz yaşayın hələ ki bu xəyalnan. Bu qafiyə altında efirdə də demişik. Maraqlı alınmışdı.
- “Real”ın oyunlarını mütəmadi izləyirsiz, yoxsa vaxt tapandan tapana?
- İzləməyə çalışıram. Nə yalan deyim, bir də baxırsan toyla, məclislə üst-üstə düşür. Belə olanda videonu evdə mənim üçün yaddaşa yazırlar. Hamıya da tapşırıram ki, hesabı deməyin. Gecə evə gedib maraqla baxıram. Hesabı bilməyəndə maraqlı olur axı. Sanki oyun canlı gedir.
- Ronaldolu “Real” yaxşı idi, yoxsa indiki?
- İndi də pis deyil, amma Ronaldo ilə lap super idi. Şükür Allaha, get-gedə öz oyununu tapmaqdadı.
- Bu yay “Real”lı Luka Modriç Bakıya gəlmişdi. Gedib görüşmədiz?
- Yox e.
- Niyə?
- Çünki “Real” tək Modriçdən ibarət deyil. Mən komandanın özünə azarkeşlik edirəm, ayrı-ayrı futbolçulara yox. İnşallah, bəlkə nə vaxtsa “Real” Bakıya gələr, gedib hamısı ilə görüşərəm. Əla olar e.
- “El Klasiko”ya aldığınız biletlərin aqibəti necə oldu?
- Açığı, bilmirəm. Uşaqlar məşğul olurdular bilet işi ilə. Deyəsən, elə də qalıb.
- Azərbaycan futbolu ilə necə, yaxından maraqlanırsız?
- Yaxından deməzdim. İmkan olanda baxıram. Mənimki futzaldı, ən çox ona baxıram.
- Hansı komandaya azarkeşlik edirsiz?
- “Araz”a.
- Zaur Axundovun komandasına.
- Ay sağ ol. Zaur müəllim dostumuzdu, salam-sağ olumuz var. İmkan düşəndə Bakı İdman Sarayına gedib “Araz”ın çıxışlarını izləyirəm.
- “Qarabağ”, “Neftçi”, yığma – bunlarla aranız yoxdu?
- Niyə yoxdu? Var. Sadəcə, mütəmadi izləmirəm. Bu yaxınlarda alçaqlar “Qarabağ”ın oyununda bayraq açmışdılar. “Qarabağ” da sağ olsun, həmin oyunda rəqib qapısına 4 top vurdu. Ürəyimə yağ kimi yayıldı. Bu yaxınlarda da yenə maraqlı oyunları olacaq.
- APOEL ilə...
- Hə-hə, APOEL ilə. Ona mütləq baxacam.
- Bu gün axşam 8-də Azərbaycan derbisi var. “Neftçi”ylə “Qarabağ” oynayacaq. Stadiona getməyəcəksiz?
- Yox, stadiona gedə bilməyəcəm. Səfərdən qayıtmışam, bir az yorğunam. Axşam 8-dədi?
- Bəli.
- Evdə baxaram, inşallah.
- Futbol ictimaiyyətindən kiminlə münasibətiniz var?
- Çoxlarıyla tanışlığım var. Ən çox qapıçı qaqaşım Kamranla yaxınam. Maşallah, qəşəng meyxana deməyi də var. Hərdən yığşırıq, o da bizə qoşulur.
- Onda Ruslan Əmircanovu da tanımamış olmazsız.
- Əlbəttə, tanıyıram. Mingəçevirli balası, o da Kamranla bir yerdə olur həmişə. Maşallah, axır vaxtlar futbolumuzda irəliləyiş müşahidə olunur. Bu yay “Neftçi”nin adı da gur gəlirdi. Rusları udmuşdular. “Qarabağ” qrupdan çıxmaq istəyir, görək də. Kaş bu tarixi hadisəyə şahidlik edək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar