19 okt 13:24manset

İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi


“Elxanı gətizdirə bilmədin, Dadaş müəllim?”
Balakişi Qasımovun baş direktor vəzifəsinə gəlişi ilə verilişləri məzmun və keyfiyyət dəyişikliyinə məruz qalan İTV-nin efirində həftənin ilk dörd günündə “3D” layihəsi də təqdim olunur. Format belədi ki, Dadaş Dadaş oğlu Dadaşlinski 20 dəqiqəlik zaman kəsiyində qonaqları ilə günün ən aktual məsələləri ətrafında söhbətləşir. “3D” proqramının oktyabrın 15-dəki qonağı yığmanın və bir çox klubun sabiq çalışdırıcısı, hazırda Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərən Ağasəlim Mircavadov oldu. Əsasən də Ağasəlim bəyin qeyri-səmimiliyi üzündən veriliş istənilən səviyyədə alınmasa da, hər halda, Dadaş bəyin atmacaları üzündən bəzi maraqlı məqamlar izlədik. Bu öz yerində, daha maraqlı məqam odu ki, verilişin İTV-nin “feysbuk” səhifəsində yayılan videosuna şərh yazan soydaşlarımız birmənalı şəkildə ölkə futbolunun indiki durumuna görə AFFA-nın baş katibi Elxan Məmmədovu qınayır və məhz onun “3D” layihəsində, necə deyərlər, “məhşər ayağına çəkilməsini” tələb edirlər. Həmin şərhlərlə tanış olaq.
Elnur Aslanov. Bunlar olmayan şeydən necə danışır…
Müşfiq Məmmədov. Biz Elxan Məmmədovu gözləyirik.
Nemət Tahir. Regionlarda uşaq futbolu olmadan heç cür alınan deyil. Bakı çempionatı keçirməklə inkişafa nail olmaq mümkün deyil.
Elnur Abbaslı. Elxan Məmmədovu çağırın, ona deyin sözünüzü. Əlbəttə, deyə bilirsizsə.
İqbal Cəfərov. Elxan Məmmədovu dəvət edə bilmirsiz?
Emin Balazadə. Elxanı gətizdirə bilmədin, Dadaş müəllim?
Anar Göyüşov. Rövnəqi, Elxanı çağırıb Asiya məsələsini soruşmaq lazım idi, Dadaş bəy, Ağasəlimi yox.
Elnur Mahmudov. Çağırın Elxanı, qoy cavab versin ki, rayonlarda niyə futbol yoxdu, stadion yoxdu?
Əli Qəhrəmanlı. Elxan gəlsin, ağ yuyun, qara sərin onu.
Fərid Seyidov. Mən bu gün Qurban Qurbanovu gözləyirdim. Heyf… Bu adam yaraşmadı bu verilişə…
Loğman Qafarzadə. Elxan gəlsin ora, cavab versin, bu qədeşin əlindən nə gəlir ki, nə də eləsin.
Alim Aslanov. Ağasəlim Mircavadov ağsaqqal adamdı, qorxur AFFA-ya söz deməyə. Dadaşlinskinin heç bir sualına düz-əməlli cavab vermədi. Elxan Məmmədovu çağırın ən yaxşısı.
Ruslan Heybətli. Elxanı çağırın ora.
Nadir Mustafayev. Bu suallar Elxana verilməlidi. Niyə uşaq futbolu yoxdu, niyə inkişaf yoxdu? Nə işlər görüblər bu illər ərzində? O kresloda Elxanı görmək istərdik. AFFA istefa!
Elnur Qasımov. Elxan Məmmədovu orda görmək istərdim, gələrsə, “Azərbaycanda futbolu niyə bu günə qoyduz?” sualını səsləndirməyinizi xahiş edirəm.
Bakı liqası nə vaxt ölkə çempionatı olacaq?
8 komanda çox deyil?
Regionlarda niyə futbol yoxdu?
Azarkeşləri olmayan komandalar niyə çempionatdadı?
Zöhrab Süleyman.Dadaş müəllim srağagün deyəndə ki futboldan danışacağıq, fikirləşdim ki, Elxan Məmmədov gələcək, Dadaşlinski də onu çarmıxa çəkəcək. 72 yaşlı dayday nə danışa bilər? O da ki ola haqqı deyə bilməyən dayday.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar