13 avq 10:38manset

Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış


Qurban Qurbanovun mətbuat konfransının özəti...
Dünən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Azərsun Arena”nın konfrans salonunda jurnalistlərlə görüşü əvvəlcədən nəzərdə tutulan vaxtda – 18.00-da başladı. Təmkinli, amma bir qədər gərgin görünən mütəxəssis özü ilə futbolçulardan kimisə gətirməyi lazım bilməmişdi. Başqa bir maraqlı məqam Kiprdən ölkəmizə təşrif buyuran 10-a yaxın jurnalistin mətbuat konfransında iştirak etməməsiydi. Təbii ki, bizləri maraqlandıran əsas məqam bu yox, Qurban bəyin deyəcəkləri idi. Odu ki, 13 dəqiqəlik mətbuat konfransında səslənən fikirlərin özəti ilə tanış olun.
- Hər birinizi salamlayıram. Bayramınızı təbrik edirəm. Həqiqətən çox vacib oyuna çıxırıq. Çox diqqətli olmalıyıq. Həm rəqibdə məşqçi dəyişikliyi olub, həm də daim fərqli sistemdə oynayırlar. Sabah futbolçularımız meydanda daha çox düşünməli olacaqlar. Buna hazır olmalıyıq. Bacardığımız qədər futbolçuları məlumatlandırmışıq ki, rəqib baş məşqçi işlədiyi dönəmdə hansi sistemə, hansı oyun üslubuna daha çox üstünlük verib. İstəyrik ki, yaxşı oyun, yaxşı mübarizə, yaxşı nəticə ilə həm sizləri, həm də azarkeşləri sevindirək.
- Kipr mətbuatında belə bir yazı çıxmışdı ki, baş məşqçi dəyişikliyi Qurban Qurbanovu narahat edir. Bu fikirlə razısızmı?
- Narahatlıq mütləq var. Rəqib komandada hansısa dəyişiklik olanda, xüsusən də baş məşqçi dəyişəndə narahatlıq yaranır. Çünki ilk oyundan öncə fərqli, tanıdığımız komandaya qarşı hazırlaşmışdıq. Amma indi rəqib fərqli oynayacaq. Baxmayaraq ki, oyunçular eynidi. Amma bu ilk belə hal deyil, əvvəllər də olub. Əksinə, bu məqamın həm biz məşqçilərin, həm də futbolçuların işinə faydası olacaq. Niyə? Çünki mən əvvəl də qeyd etdim ki, sabah düşünmək və çox diqqətli olmaq vacibdi. Oyunçularımızı buna hazırlamağa çalışırıq.
- 5 yaşımdan futbola baxıram və ilk dəfə belə bir epizod gördüm. Riçard Almeyda cərimə zərbəsi zamanı “canlı sədd”in arxasında uzanmışdı.
- Televizorda görmüşəm. Belə hallar bəzi oyunlarda olur. Rəqibin 10 nömrəli oyunçusu (Tomas De Vinsentini nəzərdə tutur – H.), xüsusən də cərimə zərbəsi qapıya yaxın məsafədə təyin olunanda topu “canlı sədd”in altından qapıya göndərmək üsulundan çox yararlanır. Hər futbolçumuzu qol buraxmamaq üçün komandaya əlindən gələn yardımı etməlidi. Gələcəkdə də belə halların şahidi ola bilərsiz.
- Sizcə, rəqib yeni baş məşqçini bu mərhələni keçmək üçün gətirib, yoxsa gələcəyi düşünərək?
- Bəlkə fərqli-fərqli fikirlər söyləməyimiz düzgün çıxmaz. Baş məşqçinin məsuliyyəti hər oyunda var. Uğurlu nəticələri olsa belə. Nəticəni əsasən baş məşqçidən soruşurlar. Böyük məsuliyyət məndə də var. Çünki oyunun gedişində hər an diqqətli olmalıyıq. Yeni baş məşqçinin qalib gəlmək üçün hansı taktiki gedişlərə, hansı oyun sisteminə əl atmasına xüsusi fikir verməliyik. İnanmıram ki, APOEL-in yeni baş məşqçisinin qarşısına mütləq bu oyunu udmalısan tələbi qoyulub. Yəqin ki, gələcəyi düşünürlər.
- Komandanın fiziki durumu necədi, zədəlilərin durumu nə yerdədi?
- İnşallah, yaxşılığa doğru gedir. Yalnız Bədavi Hüseynov hələ də komanda hazırlığına qoşulmayıb. Belə oyunlarda futbolçu sayının çox olması vacibdi. Başqalarının durumu əvvəlki dövrlərdən daha yaxşıdı, həftəboyu məşq ediblər.
- APOEL-in oyunundakı mümkün dəyişikliklərin miqyasını necə təsəvvür edirsiz? Sizcə, bu yalnız taktiki dəyişikliklə məhdudlaşacaq – son günlər Kipr mətbuatı 3-5-2-dən 4-4-2-yə keçiddən danışır - , yoxsa yeni baş məşqçinin gəlişi ilə emosional canlanma, əhval-ruhiyyə dəyişikliyi ön plana çıxacaq?
- Hər ikisi olacaq. Əhval-ruhiyyəyə gəlincə, APOEL-də buna qədər nələr olduğunu bilmirdim, bu heç bizə aid olan məsələ də deyil. Amma komandada hansısa dəyişiklik olanda futbolçular ilk oyunlarda istər-istəməz daha fəal, daha aqressiv olurlar, oyuna maksimum yaxşı hazırlaşırlar ki, ilk oyundan məşqçi ilə münasibətləri yaxşılaşdırsınlar. Biz bu məsələdə o qədər də dərinə getməməliyik. İlk növbədə öz oyunumuzu oynamağa çalışmalı, futbolçularımızdan meydanda istədiyimizi almalıyıq.
- Son saniyələrdə vurulan qol sabahkı oyunla bağlı planlarınızı dəyişdimi?
- Təcrübə göstərir ki, nə 2:1, nə 2:0, nə 3:0 – bu nəticələr heç bir komandanı arxayınlaşdırmır. Bəzən buraxılan qol ziyanına olur, bəzən də xeyrinə. Bilmək olmaz, bəlkə buraxdığımız qol xeyrimizə olacaq, futbolçular daha ciddi olacaq. Həmin qol bir daha göstərdi ki, matç final fitinədək oynanılır.
- Əsas heyətdə dəyişiklik gözlənilirmi? Elə bir mövqe var ki, hələ də tərəddüd içindəsiz və onunla bağlı sabahkı məşqdən sonra qərar verəcəksiz?
- Sabah səhər də məşqimiz olacaq və bundan sonra əsas heyətlə bağlı yekun qərar verəcəyik.
- Səfər matçında qol vuran yeni hücumçunuz Maqaye Qeyenin sabah ilk dəqiqələrdən meydanda görə bilərik?
- Düşünürəm ki, yox. Çünki hələ ideal formasından uzaqdı, fiziki durumu tam yerində deyil. Ancaq durumu yaxşılığa doğru gedir. Sonradan meydana çıxmaq ehtimalı böyükdü.
- Mahir Kiprdə qol vurdu və son vaxtlar da haqqında transfer xəbərləri artır. Onunla bu haqda söhbətləşmisiz?
- Daim futbolçularla fərdi söhbət edirik. Biri iki ildən sonra böyüyür, biri beş ildən sonra. Hər futbolçuyla yaxşı oyundan sonra fərdi söhbətimiz olur ki, uğurlu çıxışını davam etdirsin. Futbolçu fikrini buna yönəltməlidi. Mahir get-gedə böyüməyə başlayır, daha təcrübəli olmalıdı. Bunu hiss edirik. Hər bir halda insan nəfsi fərqlidi. Üzdə bir, beyində fərqli düşüncələr ola bilər. İnşallah, inanıram ki, Mahirın sabahkı oyunda çıxışı yaxşı olmalıdı.
Mətbuat konfransından sonra “Qarabağ”ın məşqinin ilk 15 dəqiqiəsini izləmək imkanımız da oldu. Həmin zaman kəsiyində sahə oyunçuları və qapıçılar meydanın ayrı-ayrı yerlərində məşq edir, Bədavi Hüseynov, meydanboyu dövrə vurur, texniki personal isə topların havasını tənzimləməklə və başqa məşqöncəsi hazırlıq işləri ilə məşğul olurdu. Bir sözlə, adi işgüzar proses idi...
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar