03 avq 11:56manset

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!
Aslan Şahgəldiyev: “Hazırda xarici şirkətdən müraciət var”
Azərbaycan premyer-liqası deyəndə əvvəllər ağla “Unibank” gəlirdisə, 2012-dən bu yana “Topaz”ın adını eşitməkdəyik. Çünki çempionatın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan qurum yarandığı gündən məhz bu şirkətlərlə əməkdaşlıq edib. PFL onları geniş kütləyə reklam edib, onlar da bunun qarşılığında maliyyə dəstəyi göstəriblər. Deyəsən, ölkə futbolunda “Topaz” da “Unibank” kimi tarixin yaddaşına qovuşacaq.
Hələ bir müddət öncə PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxlayıb, “Topaz”la yeni əməkdaşlıq çərçivəsində yeniliklər gözlənilirmi” sualını ünvanladıqda təəccüblü cavab almışdıq: “Yeni əməkdaşlıqla bağlı durğunluqdu. Bir qədər gözləməyiniz məsləhətdi”.
Üstündən təxminən iki həftə keçəndən sonra Aslan bəyi yenidən aradıq ki, görək vəziyyət nə yerdədi, “Topaz”dan səs-soraq varmı? Hər halda, növbəti futbol mövsümünün başlamasına aşağı-yuxarı 15 gün qalıb. Artıq indidən əməkdaşlıq müqaviləsi bağlanmalı, detallar müzakirə edilməli, yeniliklər haqda məlumat verilməlidi. Şahgəldiyevi dinləyək: “Bildiyiniz kimi, 2012-ci ildə “Topaz”la əməkdaşlığımız başlayıb, illər ərzində baş sponsorumuz olub. Bu müddətdə birgə müxtəlif böyük layihələr həyata keçirmişik. Həmişə əməkdaşlığımızdan məmnun qalmışıq. Artıq “Topaz”la yeni mövsümlə bağlı görüşümüz baş tutub, ancaq hələlik görüşün nəticəsi barədə konkret qərar verilməyib. Müqavilənin yenilənib-yenilənməyəcəyi ilə bağlı “Topaz”dan cavab gözləyirik”.
Öncəki illərdə PFL-in təşəbbüsü, “Topaz”ın sponsorluğu sayəsində jurnalistlərin bolgələrə və xarici ölkələrə səfərləri təşkil olunar, müxtəlif viktorinalar oynanılardı. Lakin 2018/19 mövsümündə bu hal yaşanmadı. Səbəb isə baş sponsorun buna maliyyə ayırmamasıydı. Maraqlıdı, müqavilə yenilənərsə, budəfəki durum necə olacaq: “Topaz”la müqavilə bağlandıqdan sonra bu barədə dəqiq danışmaq olar. Ötən illərdə jurnalistlərin təkcə bölgələrə yox, bir neçə dəfə xarici ölkələrə də səfərləri təşkil olunub, müxtəlif layihələr həyata keçirilib: ayın oyunçusu, ayın qolu, xarici səfərlər və s. Bütün bunlar xərc tələb etdiyinə görə sırf büdcəyə aid məsələlərdi. “Topaz”la əməkdaşlıq davam edəcəyi təqdirdə belə məsələlər müzakirə olunacaq”.
“Şər deməsən, xeyir gəlməz” məsəli dildən-dilə gəzə-gəzə çağdaş dövrümüzə qədər gəlib çıxıb. Özlüyündə həqiqəti əks etdirən məsəldi. Aslan bəyə “birdən “Topaz” geri çəkildi, nə edəcəksiz” sualını ünvanladıqda olduqca maraqlı cavab eşitdik: “Biz ümid edirik ki, “Topaz”la danışıqlar müsbət yekunlaşacaq. Ancaq əksi olsa, başqa şirkətlərlə əməkdaşlığımız labüd olacaq. Hətta hazırda xarici şirkətdən müraciət var. İstənilən halda, “Topaz”dan son qərar gələnə kimi gözləməyə üstünlük veririk”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar