17 iy 15:33manset

Gerye “Qarabağ”ı aldatdı


Nurlan İbrahimov: “Nə etmək istədiyini anlamaq olmurdu”
Mövsüm başa çatandan bu yana haqqında nağıllar yazılan, rəvayətlər dolaşan Vild-Donald Geryenin məsələsinə iki aydan sonra cavab gəldi: o bundan sonra “Qarabağ”da oynamayacaq!
Əslində hələ mayda qəzetimizə verdiyi müsahibədə sonluğun belə olacağına dair mesaj vermişdi. “Qarabağ”dakı son maaşından narazı qaldığını deyən Haiti yığmasının üzvü “Legiya” ilə “Rizəspor”un təklif etdiyi əməkhaqqını ön plana çəkmişdi. Adam 2 il şərəfini qoruduğu, iki dəfə çempion olduğu, Çempionlar Liqası və Avroliqanın qrupunda çıxış etdiyi klubla pul davası edirdi. Lakin sonradan işlər qaydasına düşmüşdü. Gerye “Qarabağ” rəsmilərinə yeni müqaviləyə görə “hə” demiş, Bakıya gələcəyi vaxtı söyləmişdi. Klub da futbolçunun sifahi razılığını əldə əsas tutub, onu avrokubokların 2019/20 mövsümü üçün sifariş etmişdi.
İndi isə məlum olub ki, ərköyün futbolçunun Azərbaycana qayıtmaq niyyəti yoxdu. Müxtəlif bəhanələrlə komandaya Avstriya və Albaniyada qoşulmaqdan imtina etdikdən sonra yekunda “gələ bilməyəcəm” deyib. Əsas səbəb isə Haiti yığmasının CONCACAF-ın yarımfinalına qədər irəliləməsi, Geryenin Kanada üzərindəki 3:2 hesablı qələbələ həlledici topun müəllifi olmasıdı. Yığmanın gözlənilməz uğurlu çıxışından sonra başqa milli üzvləri kimi, Vild-Donaldın da sərfəli şərtlər dalınca qaçması başadüşüləndi. Digər səbəb kimi Ayltonun transferini göstərə bilərik. Haitili bəlkə də braziliyalıya daha çox şans veriləcəyini düşündüyündən geri addım atmaq məcburiyyətində qalıb.
Bu məsələdə uduzan isə “Qarabağ” oldu. Futbolçu mənasında yox, başına gələn hadisə ilə. Təsəvvür edin, oyunçu ilə yeni müqavilə bağlamırsan, şifahi razılığını alıb adını UEFA-ya göndərirsən, yekunda səbəbkar gəlib çıxmır. Ən təsirlisi də budu. Klubun mətbuat katibi Nurlan İbrahimov vəziyyətin bu həddə çatmasında Geryeni günahkar görür: “Gerye mövzusunu qapanmış saya bilərik. Niyə bu cür davrandığını başa düşmək olmur. Ayltonun komandaya cəlb olunmasının məsələyə heç bir aidiyyatı yoxdu. Çünki həm bu transferdən öncə, həm də sonra söhbətimiz olmuşdu ki, hər iki halda “ok” vermişdi, adının sifariş olunması istəmişdi. Biz də verdiyi vədi əsas tutub, adını UEFA-ya göndərmişdik. Bakıya gəlməliydi, gəlib çıxmadı. Gah millinin oyunlarından sonra istirahətə ehtiyac duyduğunu söyləyirdi, gah da ailəsi ilə vaxt keçirməli olduğunu deyirdi. Nə etmək istədiyini anlamaq olmurdu. Hər dəfə bir bəhanə ilə çıxış edirdi. Artıq yeni futbolçu ilə anlaşmışıq. Yaxın saatlarda adını ictimaiyyətə açıqlayacağıq”.
Bu yerdə Huşəngin qəzetimizin 11 iyul tarixli sayında yer alan “Qarabağ”ın debüt halı: qol yox, sual çox!” sərlövhəli yazısından iqtibas gətirməklə məsələyə nöqtə qoymaq istəyirik: “Gerye ilə bağlı məsələ də başqa yazının mövzusudu. Hələ də bilinmir ki, haitili oğlan “Qarabağ”dan ayrılıb, yoxsa bu komandanın oyunçusudu... Dünən onun yoxluğunda əziyyət çəkən Maksimə baxa-baxa düşünürdüm ki, Geryenin altıqat Azərbaycan çempionu ilə belə saymazyana davranmaq haqqı varmı? Amma bu sualın əksini də düşünək: altıqat ölkə çempionu belə qeyri-ciddi adamla işbirliyini davam etdirməyə məcburdumu?”
Necə deyərlər, artıq şərhə ehtiyac yoxdu!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar