07 apr 22:03manset, gundem

Elxan Məmmədov dəstəyə görə təşəkkür etdi

Elxan Məmmədov dəstəyə görə təşəkkür etdi
Fuad Əsədov baş katibi ruhdan düşməməyə çağırdı

Srağagün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Konqresi keçirildi. Toplantıda qitə futbol qurumunun İcraiyyə Komitəsinə seçkilər baş tutdu. Bu Konqres azərbaycanlı futbolsevərlər üçün xüsusi önəm daşıyırdı. Çünki AFFA-nın baş katibi Elxan Məmmədov da UEFA-nın qanunverici orqanına namizədliyini irəli sürmüşdü. Onun üzv seçilib-seçilməyəcəyi ölkədə maraqla gözlənilirdi. Sirr deyil ki, Məmmədov İcraiyyə Komitəsində təsmil olunsaydı, bu ölkə futbolu adına bir ilk olacaqdı. Axı indiyədək heç bir azərbaycanlı UEFA-da bu səviyyədə təmsil olunmayıb. Bundan başqa, qitə futbol qurumunda “idmanın şahı”nın gələcəyi ilə bağlı qəbul olunacaq qərarlarda azərbaycanlının imzasının olması gələcək nəsillər, tarix üçün də xoş olmaqla yanaşı, futbolumuza da xeyir verə bilərdi. Necə ki, bu gün rusiyalı futbol funksioneri Vyaçeslav Koloskov (RFF-nin sabiq prezidenti), türkiyəli Şenes Ərzik öz ölkələrində sevilərək xatırlanır. Məhz onların sözugedən qurumda təmsil olunması sayəsində hər iki ölkənin futbolu müəyyən imtiyazlara sahib olmaqla yüksək mərtəbələrə qalxdılar (ən azı hər iki ölkənin hakimlərinə yüksək səviyyəli oyunlar etibar olundu, mübahisəli məsələlərdə klublarına güzəştlər edildi).
Təəssüf ki, Elxan bəy lazımi qədər səs toplaya bilmədi. UEFA İcraiyyə Komitəsinə 50 səslə Karl Erik Nilsson (İsveç), 48 səslə Con Delani (İrlandiya), 46 səslə Mişel Uva (İtaliya), 45 səslə Zibiqnev Bonek (Polşa), 44 səslə Raynhard Qrindel (Almaniya), 40 səslə Devid Hill (İngiltərə), 36 səslə Mihael van Praaq (Hollandiya) və 34 səslə Sərvət Yardımçı (Türkiyə) üzv seçildi. Elxan Məmmədov 24, Armand Duka (Albaniya) 25 , Kiran Okonnor (Uels) isə cəmi 11 səs toplayaraq, komitədən kənarda qaldı. Əslində seçki zamanı İK-ya üzv seçilənlərin hansı ölkələri təmsil etməsi çox şeydən xəbər verir. Siyahıya nəzər yetirdikdə, Məmmədovun alternativlərinin hər birinin yaşlarının çox olduğunu, futbol sahəsində yetərincə tanındığını görmək mümkündü. Onların təmsil etdiyi ölkələr də “köhnə qitə”də müəyyən söz sahibləridi. Odu ki, azərbaycanlı futbol funksionerinin ilk dəfə qatıldığı seçkidə məğlub olması heç də acınacaqlı deyil. Hər halda, 38 yaşlı Məmmədov namizəd olmaqla ən azı Avropa futbol ailəsinə “Odlar yurdu” haqda müəyyən məlumat çatdıra bildi.
Məsul sınaqda lazım olan keçid balını toplaya bilməyən Məmmədov dünən AFFA-nın saytına açıqlama verib: “Hörmətli futbol ailəsinin üzvləri. Bildiyiniz kimi, AFFA-nın İcraiyyə Komitəsinin iclasında mənim UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyim irəli sürülmüşdü. Ötən dövr ərzində UEFA-nın üzvü olan 55 ölkənin 50 milli assosiasiyasının rəhbər şəxsləri ilə görüşlərim oldu, seçki proqramımı təqdim etdim, futbolun inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq. Aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə təşkil olunmuş UEFA-nın 41-ci növbəti Konqresində keçirilən seçkidə qalib gələ bilməsəm də, seçkiyə hazırlıq dövründə Avropa futbolunun nüfuzlu şəxsləri ilə görüşlərim mənim üçün böyük təcrübə oldu və gələcək fəaliyyətimdə bu proses zamanı əldə etdiyim təcrübədən maksimum yararlanmağa çalışacam. Konqresdə mənə səs verən 24 milli assosiasiyanın kollektivinə, hazırlıq dövründə məndən dəstəyini əsirgəməyən hər kəsə, ölkə futbol ictimaiyyətinə, media təmsilçilərinə, ümumilikdə futbol ailəmizə dərin təşəkkürümü bildirirəm”.
Yaşananlarla bağlı AFFA-nın sabiq prezidenti Fuad Musayevin də mövqeyini öyrənməyi lazım bildik. Uzun illər yüksək vəzifə tutan, idarəetmədə yetərincə təcrübəyə malik, AFFA prezidenti olduğu dönəmdə UEFA başkanı Lennart Yuhanssonla yaxın münasibətdə olduğu üçün qitə futbol qurumunun kuluarlarında nələrin yaşandığından xəbərdar olan Fuad bəy ölkə xaricində olduğundan onunla danışa bilmədik. Əvəzində AFFA-nın sabiq baş katibi Fuad Əsədovla danışdıq: “Seçkinin nəticələrindən xəbərim var. Siz baxın, görün UEFA-nın İcraiyyə Komitəsinə hansı ölkələrin nümayəndələri seçilib. Onların hər biri aparıcı futbol ölkələrini təmsil edir. Elxan Məmmədovun bu seçkilərdə 24 səs toplaması heç də pis nəticə deyil. Düzdü, ola bilsin, ona səs verənlər keçmiş Varşava müqaviləsində imzası olan sosialist ölkələrinin federasiyalarıdı. Ancaq bunun özü böyük uğurdu. Məncə, Məmmədov həvəsdən düşməməli, növbəti seçkilərə də qatılmalıdı. Ümid edirəm ki, gələn seçkidə o İcraiyyə Komitəsində təmsil oluna bilər. Bu ölkə futboluna da xeyir verə biləcək amildi. Mən bu gün bütün proseslərdən kənardayam. Heç kim məni kiminsə tərəfini tutmaqda ittiham edə bilməz. Ancaq uzun illər futbol təsərrüfatında çalışan insan kimi deyə bilərəm ki, qitə futbol qurumunun İcraiyyə Komitəsində təmsil olunmaq ölkəyə bir çox dividendlər gətirir. Ona görə də bu cür məsələlərdə hazırkı baş katibə dəstək olmaq lazımdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar