06 apr 19:07manset

Elxan Abdullayev Tahir Süleymanova və fanatlara “ilişdi”

Elxan Abdullayev Tahir Süleymanova və fanatlara “ilişdi”
“Forza Neftçi”ni azarkeş saymıram”

Gözlənildiyi kimi, oyunsonrası mətbuat konfransında “Neftçi”nin baş məşqçisinə xeyli sual ünvanlandı. Elxan Abdullayev gündəmə düşəcək açıqlamalar verdi. O, əvvəlcə bunları dedi:
- İlk növbədə qələbə münasibətilə “Qarabağ”ı təbrik edirəm. Finalda hər iki komandaya uğurlar arzulayıram. Bu gün komandamız çox gözəl oynadı. İlk oyunda sərfəli nəticə qazana bilməmişdik. Kubok iki oyundan ibarətdi. Gərək ilk matçda da belə çıxış edərdik. Yenə də futbolçulara təşəkkür edirəm. Çox böyük əzmkarlıq göstərdilər.
- Komandaya yeni gələndə qış fasiləsindən sonra işlərin düzələcəyini demişdiz. “Neftçi” həm çempionatda, həm də kubokda Avroliqaya qatılmaq şansını itirib...
- Kubokda şansımızı itirsək də, çempionatda şansımız qalır. Mən söz verməmişdim ki, komandanı Avroliqaya çıxaracam. Söz vermişdim ki, komandanı bu vəziyyətdən çıxaracam. Fikrimcə, bunu da bacardım. Sizə elə gəlmir? Hərdən Tahir Süleymanov yazır ki, “Neftçi” 15 futbolçu transfer edib. O qədər oyunçunu eyni vaxtda almamışıq, sadəcə, gedənləri əvəzləmişik. Onların maaşına başqa futbolçular gətirdik. Mən gələndən sonra heyətdə 3 legioner artırıb. Vəssalam. Hesabımızda 26 xal var. 3 dəfə “İnter”i udmuşuq, 1 dəfə “Qəbələ”ni udmuşuq. “Qarabağ”la isə heç-heçə etmişik. Biz “İnter”i yox, “Zirə”ni, “Qəbələ”ni yox, “Sumqayıt”ı udsaydıq yenə eyni miqdarda xal toplayardıq. Ancaq əvəzində “Zirə” və “Sumqayıt” bizdən geridə olacaqdı. Bizim problemimiz odu ki, əsas rəqiblərimizə uduzmuşuq. Güclü komandalara isə qalib gəlmişik. Qışdan sonra 17 xal toplamışıq və hələ qarşıda 4 oyunumuz var. Bunlardan ikisində qalib gəlsək, yekunda mövsümün 2-ci yarısında 23 xal toplamış olacağıq. Bu qədər xalı qış fasiləsinədək yığsaydıq... Komandada inkişaf var. Komanda birdən-birə qurulmur, vaxt lazım olur. Sadəcə, bizdə sabitlik çatışmır ki, bu da vaxtla düzəlir.
- Bəzi legionerlər icarə əsasında sizdə çıxış edir. Bu məsələ sizə problem yaratmayacaq?
- Qışda səviyyəli futbolçu tapmaq çətindi. Hazırkı legionerlərimiz əvvəlkilərdən güclüdülər. Bəzi adamlar büdcəmizi sayır. Amma açıq deyim ki, Şikovun burda aldığı pula indi 3 legioner saxlayırıq. Mən də istərdim ki, sərəncamımda daha səviyyəli legionerlər olsun. Bəzi adamlar Flavinyo və Vobayın “Neftçi”də oynamasını xatırladır. Flavinyo 800 min dollar alırdı. Amma indi belə bir imkanımız yoxdu. Bu futbolçularla yaxşı nəticə göstərdiyimizi düşünürəm.
- Büdcədən danışdız. Amma sizi məğlub edən “Sumqayıt” və “Zirə”nin büdcəsi də “Neftçi”nin büdcəsindən böyük deyil. Bu gün də azarkeşlər sizi istefaya səslədilər. Düşünmürsüz ki, işiniz fiaskoya uğradı?
- Xeyr. Mən azarkeşin fikriylə oturub-durmuram. Mən onları azarkeş saymıram. Mən bu fanklubu “Neftçi”nin azarkeşi saymıram. Komandanı sevən fanat 60-cı dəqiqədə “istefa” qışqırmaz. Ən azı oyunun başa çatmasını gözləyir. Oyunun gedişində bunu deyəni azarkeş saymıram. “Neftçi”nin sadiq azarkeşləri var, biz onlar üçün oynayırıq. Amma “Forza Neftçi”ni azarkeş saymıram. Onlar gəlib stadionda xuliqanlıq edirlər. Doğma komandasının futbolçularını söyənləri bu klubun azarkeşi saya bilmərəm.
- Düşünmürsüz ki, bu açıqlamanız sizə baha başa gələ bilər?
- 14-15 yaşlı uşaqdan qorxmalıyam? Kim istəyir, gəlsin, başa salım. Sumqayıtda arxamda durub söyüş söyürlər, işimə mane olurlar. Belə şey görməmişəm.
- Kamran Ağayev sizin maraq dairənizdədimi?
- Onun klubu ilə müqaviləsi davam edir. Mövsüm başa çatsın, ondan sonra baxmaq olar. Kamranı yaxşı qapıçı sayıram. Amma biz indi yalnız növbəti oyunu düşünürük. Ağayev bizim düşərgədə də deyil.
- Komandanın oyunundan razı qaldığınızı dediz. Amma bu gün nəticə lazım olduğu vaxtda hücumçunu hücumçu ilə əvəzlədiz. Halbuki itiriləsi bir şey yox idi. İki hücumçuyla oynaya bilməzdiz? Bir də hansı gözəl oyundan danışırsız ki, real qol vəziyyəti yarada bilmədiz?
- Oyunun təkrarına sabah yenidən baxın. Bilmirəm siz hansı gözlə baxırsız. Siz azarkeş, mən isə məşqçi gözü ilə baxıram. İndi deyirəm ki, yaxşı oynadıq. Amma qol vursaydıq, bu, əla olardı. Bizdə ağıllı adam çoxdu. Hərdən “feysbuk”da yazırlar ki, Elxanın futbol savadı yoxdu. Sonra da özündən heyət qurur: 8 legioner, 3 yerli. Yəni legioner limitini nəzərə almır. Siz baş məşqçi olsaydız, kimi meydana buraxardız? Danışmaq asandı. Mən də iki hücumçu ilə oynamaq istərdim. Amma limit problemi var. İki hücumçuya keçmək üçün əcnəbilərdən birini çıxarmalısan. Ya Folprexti, ya Erreranı, ya da hansısa müdafiəçini çıxarmalıydım. Amma “Qarabağ”la oyunda bunu etmək mümkün deyil.
- “Xalq komandası” niyə xalqın sevgisini itirib?
- Azarkeşin 15-16 yaşı var. Onları öyrədən var. Gənc azarkeşlərə düz istiqamət göstərmirlər. Valideynlər diqqət versinlər ki, onlar nə işlə məşğul olurlar. İstəməzdim ki, gənclərimiz futbola belə yanaşsın. Onlar hələ istefanın nə olduğunu bilmir. “Qəbələ”ni məğlub edəndə məni dahi adlandıran sonra məğlub olanda deyir ki, səviyyəsizdi. Belə düşüncə düzgün deyil.
- Ruslan Abışovun toyunda jurnalistlərlə söhbətdə demişdiz ki, qış fasiləsindən sonra əsas rəqiblərinizi məğlub etməsəz məşqçilik kateqoriyanızı cıracaqsız...
- Mən bunu nə vaxt demişəm? İndi yazırlar ki, guya mən “Qarabağ”ı 3:0 udacağımızı demişəm. Kimə demişəm? Soruşdular ki, “Qarabağ” finaldadımı? Cavabım bu oldu ki, bizi niyə basdırırsız, hələ şansımız var. Bilirəm ki, çətindi, amma şans var. Ancaq konkret hesabla bağlı bir şey deməmişəm. Hansı məşqçi deyər ki, şansımız yoxdu. Futbolçu o açıqlamaları oxuyur. Desəm ki, şansımız yoxdu, futbolçu hansı motivasiya ilə meydana çıxar? Mən özümü günahkar çıxarmıram. Mən “Neftçi”yə gələndə bəzi adamlar deyirdi ki, AZAL bizi keçməyəcək. Öz yolumla gedirəm və tələsmirəm. Məni tələsdirən də yoxdu. Qarşıma əvvəldən şərt qoyulsaydı ki, kuboku qazanmalısan, Avroliqaya vəsiqə qazanmalısan, bəlkə də o zaman komandaya gəlməzdim. Mənə dedilər ki, komandanı imkan daxilində düzəlt. Komandada nəyin çatmadığını bilirik. Səbirli olun.
Qurban Qurbanovun mətbuat konfransı isə sakit məcrada keçdi və çox çəkmədi: “Komandamı və azarkeşlərimizi finala çıxmağımız münasibətilə təbrik edirəm. İlk oyundan sonra demişdim ki, cavab görüşü daha çətin olacaq. Sona qədər heç birimizdə rahatlıq olmadı. “Neftçi” bəlkə də ən yaxşı oyununu göstərdi. Topla çox gözəl davranırdılar. Bu cür oynamaqda davam etsələr, istənilən rəqibə qalib gəlmək gücündədilər. Bir az yorğunluq var. Bu da normaldı. Çox az vaxtımız qalıb. “Qəbələ” ilə vacib oyunumuz var. Çalışacam futbolçulara həmin görüş öncəsi bir az istirahət verim.
- Demək olarmı ki, qızıl medalların açarı “Qəbələ” ilə görüşdü?
- Belə düşünmürəm. Mövsümboyu bir neçə dəfə yerlər dəyişib. Bizim üçün rahat oyun olmayıb. Qələbə qazandığımız matçlarda da gərginlik hiss etmişik. Kənardan başqa cür görünə bilər. Çempionatın sonuna qədər gərginlik davam edir. Məğlub olsaq, fərq 1 xala enəcək. Çalışacağıq ki, bu, baş verməsin. Düşünmədiyimiz yerlərdə xallar itirmişik.
- “Qəbələ” ilə son vaxtlardakı oyunlarda söz-söhbətlər çox oldu. Bunu nəzərə alıb, istərdizmi ki, finalda “İnter”lə qarşılaşasız?
- Biz istəməklə deyil. “Qəbələ” ilə ilk dəfə finalda üz-üzə gələcəyik. Bəzi rəqiblər var ki, onlarla qarşılaşmaq istəmirsən. Onlardan biri də “Qəbələ”di. Maraqlı və çətin oyun keçəcək.
- Yığmanın oyunundan sonra Əfran İsmayılov çox tənqid olundu. Onun psixoloji durumu indi necədi?
- Normaldı. Hansısa oyundan sonra futbolçuları tənqid edirlər, tərifləyirlər. Tənqid olunmayan futbolçu yoxdu. Əfranın təcrübəsi var. Bir az ruhdan düşmüşdü, yorğunluğu var idi. Amma indi hər şey normaldı.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar