04 iy 15:37manset

Özünüzü dolayın, bəylər…


Bildiyiniz kimi, iyunun 27-də növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və qurumun Müşahidə Şurasının üzvlərinə müraciət etmişdim. Yalnız o ümidlə ki, bəlkə yatmış vicdanları oyana, bəlkə bu dəfə həqiqətin gözünə daş basmayalar. İyunun 28-də Müşahidə Şurasının iclası keçirildi, dünən isə Vüqar Səfərlinin imzaladığı, F 115 saylı məktub bəndənizin poçtuna daxil olub. Həmin məktubda deyilir: “Hörmətli Mahir müəllim. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ünvanladığınız 27.06.2019-cu il tarixli təkrar müraciətə baxılmışdır. Fondun Müşahidə Şurasının 28 iyun 2019-cu il tarixli iclasında KİV layihələrinin maliyyələşdirilməsi şərtlərinə yenidən baxılması ilə bağlı təklifiniz məqsədəuyğun hesab edilməmişdir. Hörmətlə, icraçı direktor Vüqar Səfərli”.
Yüzdəyüz əminəm ki, iyunun 28-də keçirilən iclasda məktubum müzakirəyə çıxarılmayıb. Deyim niyə? Qurumun saytında həmin iclasla bağlı yer alan xəbərdə belə yazılıb: “İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Şuranın sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq bildirib ki, gündəlikdə Fondun 2019-cu ilin II yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi məsələsi dayanır. Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə iyunun 4-dən 27-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 26 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib. Səfərli həmçinin bildirib ki, müsabiqəyə sənəd təqdim edən 25 ictimai-siyasi qəzet indiyə qədər də maliyyə yardımı müsabiqələrində iştirak edib və Fond tərəfindən maliyyələşdirilib. Müsabiqədə yeni iştirak edən "Nedelya" qəzetinin sənədlərində çatışmazlıqlar olduğundan, qəzetə maliyyə yardımının ayrılması məqsədəuyğun hesab edilmir”.
Göründüyü kimi, “Futbol+”in məktubunun müzakirəsindən söhbət getmir. Sadəcə, Vüqar Səfərli quru formallıq, məmur etikası xatirinə mənə cavab göndərib ki, gözüm yolda qalmasın. Təbii ki, bu da mübarizənin sonu deyil. Haqqımız uğrunda mübarizə davam edir və edəcək. Tanış hüquqşünaslarla KİVDF-ni məhkəməyə verməklə bağlı müzakirə aparırıq ki, bunun da nəticələri ilə bağlı siz oxuculara bilgi verəcəyik.
MAHİR
P.S. Dünəndən KİVDF-nin təşkilatçılığı ilə KİV təmsilçilərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Moskvaya səfər proqramı başlayıb. Nümayəndə heyətinin Rusiyanın jurnalist təşkilatlarının və aparıcı KİV-inin redaksiyalarında görüşləri nəzərdə tutulub. Bunu yazıram və qeyri-ixtiyari acı gülüşə qərq oluram. Mən ölüm, ruslardan nəyi öyrənəcək və ya onlara nəyi öyrədəcəksiz? 10 milyonluq ölkədə bircə dənə də müstəqil ictimai-siyasi qəzetin, telekanalın qalmamasını, yoxsa reklam və satış bazarının sıradan çıxarılmasını, ya bəlkə nazirlərin və komitə sədrlərinin holdinqlər qurub, bütün vicdanlı jurnalistləri pulla satın almasını? Öyrədin, öyrədin, “dəyərli” təcrübədi...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar