30 in 13:00manset

KİVDF yenə ədalətsiz qərar verdi


Qurumun milyon payladığı qəzetlər bazar ertəsi “yatır”
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda ilin ikinci yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı məsələ müzakirə olunub. Dünənki sayımızda quruma müraciət ünvanlamağımıza rəğmən, müzakirələrin elə belə bitəcəyini, yəni “Futbol+”in növbəti dəfə yardımdan kənarda qalacağını bilirdik. Sadəcə, hər şeyin tarixə olduğu kimi yazılması üçün müracitə göndərmişdik. KİVDF-nin Müşahidə Şurasında oturanlar, daha doğrusu, onlara Prezident Administrasiyasından göstəriş verənlər növbəti dəfə ədalətsiz qərar çıxardılar, saxta sənədlər əsasında bir milyondan artıq pulun taleyini həll etdilər. Təfərrüat üçün deyim ki, 7 gündəlik qəzetin hər birinə aylıq 20000, 13 həftədə üç dəfə işıq üzü görən qəzetin hər birinə aylıq 10000, nəhayət, 5 həftəlik qəzetin hər birinə aylıq 5000 manat ayrılıb.
Təbii ki, belə ədalətsiz qərara imza atanlar bir gün cəzalanacaq. Bu dünyada da olmasa, o dünyada – Allah divanında. Amma məhz bu məqamda xatırlatmaq istədiyimiz bəzi mətləblər var. Açıq-aşkar bildiririk ki, ardıcıl ikinci dəfədi “Futbol+”in haqqı yeyilir və ölkədə KİVDF-nin şərtlərinə cavab verən iki qəzet varsa, onun birini məhz indi siz oxuyursuz. Başqaları hansı saxtakarlıqlarla sənəd yığırlar, rüşvət mexanizmi harda başlayır, harda bitir – bunları da bilirik və yaxınlarda faktları bəzilərinin qırmızı sifətinə çırpacağıq. İkinci məqam odu ki, yalandan “yalnız ictimai-siyasi qəzetlərə pul veririk” deyib, bu siyahıya “Hərbi and”, “"The Business Times”, “Oxu məni” kimi tematik nəşrləri salırlarsa, deməli, bu adamların jurnalistika sahəsində bilikləri yazdıqları plagiat kitablar səviyyəsindən uzağa getməyib, ya da ortada maddi təmənna var.
Üçüncü məqam: iyulun 1-dən etibarən ölkədə bazar ertəsi işıq üzü görən yeganə qəzet “Futbol+” olacaq. Baxmayaraq ki, təkbaşına çıxmaq, bununla da ölkənin əsas yayım şəbəkəsi olan “Əks-səda”nı bazardan bazar ertəsinə keçən gecə də işləməyə sövq etmək bizə əlavə maliyyə itkisi bahasına başa gələcək. Amma bizim üçün burda ən vacib məsələ xəbər gözləyən oxucumuzun maraqlarıdı. KİVDF-də oturanlar və onlara göstəriş verənlər, bilin ki, 10, 20 min manat ayırdığınız adamlar iyuldan başlayaraq qəzetlərini bazar ertəsi dincə qoyurlar, həmin gün informasiya satmırlar. Yəni onlara elə gəlir ki, informasiya da kartof-soğandı, bir gün satmaq olar, o biri gün yox. Yazıqlar olsun bu ölkənin mətbu təfəkkürünün daşıyıcılarına. Güman edirəm ki, hörmətli müəllimlərim Şirməmməd Hüseynovla Famil Mehdi indi narahatcasına məzarlarında çevrilirlər.
Dördüncü məqam: biz bu mübarizə yoluna çıxanda, təbii ki, özümüzə dost, həmkar saydığımız qəzet redaktorları ilə də məsləhətləşdik. Şəxsən mən onlardan bəzilərinin rəhbərliyi altında işləmişəm, birgə müəyyən yol qət etmişik, bəziləri bu gün Mətbuat Şurasının İdarə Heyətində təmsil olunur. Amma açığı, elə reaksiya gördüm ki, vaxtı ilə belələriylə kəsdiyim çörəyə görə də utandım. Bu ölkədə özünə utanmaz-utanmaz “media kapitanı” adını yapışdıran çoxları nəinki kapitan, heç əsgər sayılmağa da layiq deyil. Hamısı çoxdan mövcudluqlarını qorumaqla məşğuldular, “axtalanıblar” və KİVDF-nin dayanması onların faktiki həzin mənəvi sonu olacaq. Amma biz varıq, çətinliklə də olsa, yarıac-yarıtox yaşayırıq, kimsənin önündə gözükölgəli deyilik. Çünki peşəyə qədəm qoyanda hansı məhrumiyyətlərlə üzləşəcəyimizi də, bu ölkədə hansı cəngəllik qanunlarının işlədiyini də bilirdik. Hələlik bu qədər. Əsəblərim sakitləşəndən sonra bu mövzuya növbəti dəfə müraciət edəcəm.
MAHİR RÜSTƏMLİ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:42 “Şüvəlan” FK bəyanat yaydı Dünən, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Dünən, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Dünən, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Dünən, 17:05 “Səbail”in debüt səhvləri Dünən, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Dünən, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Dünən, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Dünən, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Dünən, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Dünən, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Dünən, 16:24 Transfer dosyesi Dünən, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Dünən, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Dünən, 16:07 “Sabah”da yeni qapıçı Dünən, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Dünən, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı Bütün xəbərlər
Ən çox oxunanlar