06 apr 18:45manset, gundem

Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinə düşə bilmədi

Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinə düşə bilmədi
AFFA bir milyon avro irəli düşdü

Dünən UEFA-nın 41-ci Konqresi keçirildi. Finlandiyanın paytaxtı Helsinkidə gerçəkləşən tədbirdə qitə futbol qurumunun İcraiyyə Komitəsinə seçki də baş tutdu. Təbii, azərbaycanlı futbolsevərlər üçün məhz bu məqam önəmliydi. Çünki AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın qanunverici orqanına namizədliyini irəli sürmüşdü. Onun komitəyə üzv seçilib-seçilməyəcəyi maraq doğururdu. Hər halda, Məmmədov İcraiyyə Komtəsində təmsil olunsaydı, bu ölkə futbolu adına bir ilk olacaqdı. Belə ki, indiyədək heç bir azərbaycanlı UEFA-da bu səviyyədə təmsil olunmayıb. Seçkinin nəticələri haqda bir qədər sonra ətraflı bəhs edəcəyik. Öncə isə bəzi nüansları diqqətinizə çatdıraq.
Helsinkidə baş tutan toplantıda 55 federasiyanın prezidentləri və nümayəndələri iştirak edirdi. Tədbirin gündəliyində 6 məsələ yer almışdı:
1. Qarşıdakı 4 ildə UEFA İdarə Heyətində çalışacaq 8 üzvün müəyyənləşməsi
2. Növbəti 4 ildə UEFA-nı FİFA-da təmsil edəcək 4 üzvün seçki ilə müəyyənləşməsi
3. Növbəti 2 ildə UEFA-nı FİFA-da təmsil edəcək 1 üzvün seçki ilə müəyyənləşməsi
4. UEFA prezidenti, İdarə Heyəti və komitə sədrlərinin illik fəaliyyətlə bağlı hesabatı
5. 2015/16 mövsümünün maliyyə hesabatı və 2017/18 mövsümünün büdcə təsdiqi
6. UEFA-nın Klub Maliyyə Nəzarət Komitəsinin strukturunun təsdiqlənməsi
Toplantıda çıxış edən UEFA prezidenti Aleksander Çeferin bunları deyib: “Futbolu pul idarə etməməlidi. Futbolun dəyərlərinə hörmət etmək lazımdı. Pulları hesabına bizdən güclü olduğunu düşünənlərin şantajına uymamalıyıq. Keçmişdən qorxmamalı, irəli getməkdən çəkinməməliyik. Futbol narahat dünyada insanlara xəyal qurmaq şansı yaradır. Futbol arzusu hələ də yaşayır. Uşaqların, xüsusilə də balaca qızların futbola gəlişi uğurlu gələcəyin açarıdı. Bu, uzunmüddətli investisiyadı”.
Çıxış zamanı Çeferin UEFA-ya üzv olan hər assosiasiyalara əlavə 1 milyon avro ödəniləcəyini də açıqlayıb. Başqa sözə, AFFA da qitə futbol qurumunun səxavətindən yararlanmış olacaq.
Bunaqan başqa, ötən mövsüm üçün UEFA-nın gəlirləri açıqlanıb. Qurumun gəliri 4,58 milyard, xərcləri isə 3,31 milyard avro olub. Avropa futbol qurumunun maliyyə hesabatı zamanı təmiz qazancın 1,27 milyard avro təşkil ediyi bildirilib. Gəlirlərin 2,16 milyard avrosu teleyayın, 928 milyon avrosu kommersiya hüquqları, 286,5 milyon avrosu bilet satışı, 142,4 milyon avrosu qonaqpərvərlik xidmətindən əldə olunub. Digər maddələr üzrə gəlir 37,2 milyon avro təşkil edib. Halbuki UEFA 2014/15 mövsümündə 2 dəfə az - 2,099 milyard avro qazanmışdı. Gəlirlərin artması 2016-cı ildə Avropa çempionatının keçirilməsi ilə bağlıdı. Qitə futbol qurumu 2015/16 mövsümündə yarış iştirakçılarına daha çox - 2,27 milyard avro ödəniş edib. Turnirlərin keçirilməsinə 537,7 milyon avro xərclənib. 2014/15 mövsümündə xərclər də daha az - 1,98 milyard avro idi.
İndi isə keçək əsas məsələyə. Konqresdə Elxan Məmmədov tək deyildi. AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov da baş katiblə birgə toplantıda iştirak edirdi. UEFA İcraiyyə Komitəsindəki 8 vakant yerə əvvəlcə daha çox namizəd var idi. Bir müddət öncə Cənubi Kipr Futbol Assosiasiyasının fəxri prezidenti Marios Lefkalitis fikrindən vaz keçmişdi. Tədbirdən öncə isə qazaxıstanlı Kayrat Boranbaqey qısa çıxış edərək, namizədliyini geri götürdüyünü bildirib. Bununla da namizədlərin sayı 11-ə enib və Elxan bəyin rəqibləri 10 nəfər olub: Zibiqnev Bonek (Polşa), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Raynhard Qrindel (Almaniya), Karl Erik Nilsson (İsveç), Kiran Okonnor (Uels), Mişel Uva (İtaliya), Sərvət Yardımçı (Türkiyə), Devid Hill (İngiltərə), Mihael van Praaq (Hollandiya).
Təəəsüf ki, Məmmmədov lazımi qədər səs toplaya bilməyib. UEFA İcraiyyə Komitəsinə 50 səslə Karl Erik Nilsson, 48 səslə Con Delani, 46 səslə Mişel Uva, 45 səslə Zbiqnev Bonek, 44 səslə Raynhard Qrindel, 40 səslə Devid Hill, 36 səslə Mixael van Praaq və 34 səslə Sərvət Yardımçı üzv seçilib. Elxan Məmmədov 24, Armand Duka isə 25 səs toplayıb. Həm bu iki nəfər, həm də cəmi 11 səs qazanan Kiran Okonnor komitədən kənarda qalıb. Qeyd edək ki, İcraiyyə Komitəsi UEFA-nın ali operativ idarəetmə orqanı sayılır. Bura qurumun prezidenti Aleksander Çeferin, 5 vitse-prezident - Anxel Mariya Vilyar (İspaniya), Marios Lefkaritis (Cənubi Kipr), Cankralo Abete (İtaliya), Qriqori Surkis (Rusiya), Mihael van Praq (Hollandiya), eləcə də 10 sıravi üzv daxildi.
Bundan başqa, Konqresdə FİFA-nın Şurasındakı yeni UEFA təmsilçiləri seçilib. Səsvermənin yekunlarına əsasən Deyan Saviçeviç (Monteneqro), Şandor Çani (Macarıstan) və Kostakis Kutsokumnis (Cənubi Kipr) qarşıdakı 4 ildə FİFA-nın İdarə Heyətində yer almaq hüququna yiyələnib. Həmçinin UEFA-nın İcraiyyə Komitəsində olan alman Raynhard Qrindel də qarşıdakı 2 ildə FİFA-da qitə futbol qurumunu təmsil edəcək. O bu postda Volfqanq Nirsbaxı əvəz edib. Qeyd edək ki, FİFA-nın İdarə Heyəti üçün 4 yerə 5 nəfər namizədliyini irəli sürmüşdü. Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkonun namizədliyi siyasi məsələlərə görə qəbul edilməmişdisə, İslandiya Futbol Assosiasiyasının sabiq rəhbəri Qeyd Torsteynsson seçkidən öncə geri addım atmışdı.
Tədbirdə Aleksander Çeferin tərəfindən təklif olunan inzibati islahatlar da təsdiqlənib. Konqresdə UEFA-nın Nizamnaməsi üçün nəzərdə tutulan dəyişikliklər yekdilliklə qəbul olunub. 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, bundan sonra UEFA İcraiyyə Komitəsinə yalnız öz milli assosiasiyalarında prezident, vitse-prezident, baş katib və ya icraçı direktor postlarından birini tutan şəxslər namizəd ola biləcəklər. UEFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri hər biri 4 il olmaqla, 3 müddətə seçiləcəklər və komitədə Avropa Klublar Assosiasiyasına (AKA) iki yer ayrılacaq. Eləcə də komitənin işinin idarə edilməsi və tələblərə riayət olunması üzrə hazırda fəaliyyət göstərən üzvlərin sayı 3-dən 5-ə çatdırılacaq. Bundan sonra milli assosiasiyaların ekspertlərinə UEFA-nın komitələrinə rəhbərlik etməyə icazə veriləcək. Həmçinin UEFA-nın Nizamnaməsinə qurumun istənilən turnirlərin keçirilməsi üçün şəhərləri və stadionları tam obyektiv və şəffaf şəkildə seçməsinə dair bənd daxil ediləcək.
Yeri gəlmişkən, daha bir qərarı diqqətinizə çatdıraq. Belə ki, 2019-cu ildən başlayaraq növbəti 3 ildə ÇL-in və AL-in finallarının bir həftə ərzində keçirilməsi təsdiqlənib. AFFA-nın 2019-da keçiriləcək bu iki klub turnirinin finalının Bakıda keçirilməsi ilə bağlı UEFA-ya müraciət etdiyini də xatırladaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar