03 apr 14:14manset

“Qarabağ” – “Qəbələ” matçı “Tofiq Bəhramov”da keçirilsin!

“Qarabağ” – “Qəbələ” matçı “Tofiq Bəhramov”da keçirilsin!
Asif Əsgərov: “Qərar “Kəpəz”lə oyundan sonra veriləcək”

Hər kəs səbirsizliklə aprelin 9-nu gözləyir. Bu da boşuna deyil. Bəlkə də həmin gün çempionluğun taleyi müəyyənləşəcək. Hazırda turnir cədvəlinin zirvəsində qərarlaşan “Qarabağ” 2 xal qabaqladığı “Qəbələ”ni doğma azarkeşləri önündə sınağa çəkəcək. Bu komandalar arasında cari mövsüm baş tutan hər üç qarşılaşmada böyük ajiotaj yaşanıb. Qızıl medallar uğrunda mübarizə isə rəqiblərin duelini daha da prinsipial edir. Hələ bu harasıdı?! Böyük ehtimalla, kubokun finalında da məhz “qırmızı-qaralar”la “köhlən atlar” üz-üzə gələcək. Hər halda, bu iki komanda yarımfinalın ilk qarşılaşmalarında rəqiblərini səfərdə 2 top fərqi ilə üstələyib. Deməli, tərəflər iki “cəbhə”də kəllə-kəlləyə gələcək. Bütün bu məqamlar aprelin 9-da baş tutacaq qarşılaşmanı daha da prinsipial edir. Həmin görüşdə azarkeş marağının, meydandakı mübarizənin hansı səviyyədə olacağını təsəvvür etmək çətin deyil. Bir məqam dəqiqdi ki, heç bir komanda digərinə güzəştə getməyəcək.
Məlum olduğu kimi, “Qarabağ” sabah “Kəpəz”i Tofiq Bəhramov adına Respublika stadionunda sınağa çəkəcək. Buna səbəb “Azərsun Arena”nın ot örtüyündə yaranan problemdi. Mütəxəssislərin rəyinə görə, həmin problemin aradan qaldırılması təxminən bir həftə vaxt aparacaq. Bu isə o deməkdi ki, “Qarabağ” – “Qəbələ” matçı mərkəzi arenada keçirilə bilər. Niyə də olmasın?! Bir halda ki, həmin qarşılaşmanın auditoriyası daha böyükdü, oyunun Respublika stadionuna salınması müsbət hal olar. Əvvəla, “Tofiq Bəhramov”a təşrif buyurmaq sıravi azarkeşlər üçün daha rahatdı. Bundan başqa, qarşılaşmanın önəmi tamaşaçı sayının daha çox olacağından xəbər verir. Premyer-liqada hər dəqiqə belə oyun izləmirik. Çempionatın təbliğatını istəyən hər kəs həmin oyuna Respublika stadionun “qucaq açmasının” tərəfdarı olmalıdı. Mərkəzi arenanın tam dolub-dolmayacağını bir tərəfə qoyaq. Ən azı tribunaların yarısı dolacaq. Bunun nəyi pisdi?!
Təbii, bu məsələdə meydan sahibi “Qarabağ”ın mövqeyi həlledici olacaq. Görəsən, klub prinsipial rəqibini Respublika stadionunda sınağa çəkməyə necə baxır? Bu sualla “Qarabağ”ın baş meneceri Asif Əsgərova müraciət etdik: “Hər şeyə bu həftənin sonunda aydınlıq gələcək. Ola bilər, növbəti matçlar Respublika stadionunda baş tutsun. Stadionun durumuna baxıb, qərar verəcəyik. Biz daha böyük tutumlu stadionda yox, qazonu daha yaxşı vəziyyətdə olan arenada oynamağı planlaşdırırıq. Yəni komandalar öz bacarıqlarını daha rahat ortaya qoya bilsinlər. Qazonla yox, rəqiblə mübarizə aparsınlar. Ona görə də “Kəpəz”lə qarşılaşmanı gözləyək. Növbəti həftə isə evdə iki oyunumuz var - “Neftçi” ilə kubok, “Qəbələ” ilə çempionat matçı. Ola bilər ki, bu iki oyun Suraxanıda olsun, yaxud da ola bilər, mərkəzi arenada keçirilsin. “Kəpəz”lə oyundan sonra bununla bağlı qərar açıqlanacaq. Həmin vaxt “Azərsun Arena”nın durumuna da baxacağıq. “Qarabağ” da istəyir ki, stadion dolsun. Bilsək ki, 30 min azarkeş gələcək, “Tofiq Bəhramov”da oynayarıq. Özünüz də bilirsiz ki, bu variant real görünmür. Ancaq yenə deyirəm, gəlin, bu həftənin sonunu gözləyək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar