03 apr 13:51manset

Tahir Süleymanovdan özünəməxsus reaksiya gəldi

Tahir Süleymanovdan özünəməxsus reaksiya gəldi
“Əyləncə klubuna çevrilən komandanın əyləncə mərkəzindəki tədbirində iştirak etməmək daha yaxşıdı”

Tahir Süleymanovun yubiley tədbirinə dəvət olunmaması birmənalı qarşılanmadı. 2011-14-ci illər aralığında “Neftçi”nin ardıcıl uğurları bayram etməsində vitse-prezidentin danılmaz əməyi vurğulanmalıdı. Düzdü, tapşırığı verən baş məşqçi, icra edən futbolçulardı. Amma söhbət klubun ailə kimi birləşməsindən, ağıllı siyasətin yürüdülməsindən, seleksiya işlərindəki uğurdan gedirsə, klub prezidenti Sadıq Sadıqovla yanaşı, Tahir Süleymanovun da adı çəkilir. Vaxtilə futbol oynayan, sonradan hakimlik edən və ən nəhayət, klub idarəçiliyindəki bacarığını göstərən Süleymanov indiki rəhbərlərin bir çoxundan fərqli, futbolu dərindən bilən biridi. Və “Neftçi”nin yığıncağında məclisin yuxarı başında əyləşməyi haqq edən 3-5 nəfərdən biriydi. Amma dəvət göndərilmədi. Adını da “keçmiş dövrlərdən ancaq klub prezidentləri dəvət olunub” qoydular.
Məsələ məlumdu. “Ağ-qaralar”dan ayrılan təcrübəli mütəxəssis hazırda müxalifətçı rolundadı. Verdiyi açıqlamalar, sosial şəbəkələrdə yazdığı status və şərhlər futbolun inkişafına hesablansa da, çoxları bunu qıcıq kimi qəbul edir. İstər AFFA-nın baş katibi Elxan Məmmədov olsun, istərsə də bü gün kluba rəhbərlik edənlər. Belələrinə futbol yox, marketinq-menecment mütəxəssisləri lazımdı. Həyatı boyunca ayağına top dəyməyən, futbolun 22 nəfərin top dalınca qaçmasından ibarət olduğunu düşünənlər AFFA, həm də “Neftçi”yə rəhbərlik edənlərin “çaldığı havaları” məharətlə oynayır deyə, Süleymanov kimilərə məclisdə yer ola bilməzdi. Məclisi təşkil edənlərə gözdağı olardı.
Təbii ki, səbəbkarın da məsələ ilə bağlı deyəcəkləri var. Odu ki, Tahir bəylə əlaqə saxlayıb “sizə niyə dəvətnamə göndərilmədi” sualını ünvanladıq: “Neftçi”nin 80 illiyi ilə bağlı tədbirlər, təəssüf ki, klubun ən uğursuz dönəminə təsadüf etdi. Bu da səbəbsiz deyil. Son 10 ildə klub fasilələrlə eyni ideoloqlar tərəfindən iki dəfə zəbt olunub. Bu proses davamlı olsaydı, 75 illikdə də heç bir uğur olmazdı. Təəssüf ki, tarixi uğurlardan sonra yenidən "Neftçi"ni çökdürdülər. Dəvət olunmamağım mənə qarşı hörmətsizlik deyil. Bu işlərin başında duranların cılız və məqsədli olmalarıdı. 80 illik tarixi olan klubu "əyləncə mərkəzi"nə endirib əylənmək olmaz. “Qarabağ”la vacib oyundan öncə "po sto qram" tədbiri təşkil etmək indi "Neftçi"yə rəhbərlik edənlərin futbolu necə də "dərindən" bildiyini göstərir. Bütün gücü oyuna, qələbəyə səfərbər etmək əvəzinə başlarını təfəkkürlərinə, adlarına uyğun məkanda əylənməyə sərf etdilər. Bunun nəticəsi də 0:2-lik "təbrik" oldu. Futbolu, futbol idarəçiliyini bilməyən adamlar "Neftçi"ni məhv edirlər. Və bu proses 3 ildi davam edir. Nə vaxta kimi? "Neftçi" kimlərinsə şəxsi mülkü deyil! Xalqın pulu ilə maliyyələşir. Bu mösüm 15-16 legioner dəvət ediblər ki, 8 komandalı zəif çempionatda azarkeşlərin hissləri ilə əylənsinlər? "Neftçi" adına təəssüf edirəm. Çox danışmağa ehtiyac yoxdu. İmkanları olsa, erməniləri gətirib başda otuzdurarlar. Milli ruhu, futbol biliyi, idarəçilik keyfiyyətləri olmayanlarla "Neftçi" düzəlməz. Sırf sualınıza gəlincə, əyləncə klubuna çevrilən komandanın əyləncə mərkəzindəki tədbirində iştirak etməmək daha yaxşıdı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar