01 may 13:17manset

“Füzuli” və “FC Baku” Region Liqasından kənarlaşdırıldı

“Füzuli” və “FC Baku” Region Liqasından kənarlaşdırıldı
Böyük ehtimalla finalda “Uğur”un rəqibi “Şahdağ” olacaq
Region Liqasında qeyri-müəyyənlik davam edir. Finalçılardan biri məlum olsa da, digər yarımfinal oyununun keçirilməməsi səbəbindən liqanın həlledici qarşılaşmasının hansı tarixdə oynanılacağı bilinmir. Bir daha xatırladaq ki, ikinci pley-off mərhələsinin cavab oyunu çərçivəsində baş tutan “Füzuli” – “FC Baku” qarşılaşmasından sonra birincilərin baş məşqçisi Vasif İsmayılov qəzetimizə müsahibəsində qonaq komandanın onun bəzi futbolçularını pulla aldığını iddia etmiş və bununla bağlı AFFA-ya fktlar təqdim etdiyini bildirmişdi. Ancaq iki gün sonra İsmayılov növbəti dəfə qəzetimizə açıqlama verərək, tələskənliyə yol verdiyini, “FC Baku”nun prezidenti Cavidan Qorçiyevlə görüşdə bir çox detalları bir daha araşdırdıqdan sonra yanlış addım atdığını söyləmişdi. Lakin UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycandakı nümayəndəsi Seymur Səlimli “Füzuli”nin çalışdırıcısının müraciəti əsasında həm AFFA, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını vurğulamışdı.
Yuxarıda qeyd etdiyimiz kimi, finalçılardan biri yarımfinalda “Araz Naxçıvan”ı mübarizədən kənarlaşdıran “Uğur”du. “Şahdağ” isə yarımfinaldakı rəibini gözləyir. Başverənlərlə bağlı həm Sumqayıt, həm də Qusar təmsilçinin baş məşqçisinin fikirlərini öyrənməyi lazım bildik və hər ikisinə eyni sualla nmüraciət etdik: “FC Baku” rəqibin bəzi oyunçularını “almaqla” vicdansızlığa yol verib. “Füzuli”nin bəzi futbolçuları isə maddi maraq qarşılığında oyunu satmaqla şərəfsizlik ediblər. Siz bu haqda nə düşünürsüz, yarımfinalda və finalda hansı komanda ilə qarşılaşmaq istəyirsiz?”
Kamran Əlibabayev (Şahdağ): “Mən kiməm ki, qərar verim. Bu suala AFFA cavab verməlidi. Əsas odu ki, vaxtında qərar versinlər və biz də işimizi bilək. Mayın 5-də artıq orucluq başlayır. Komandada 80 faiz mömin futbolçulardı və oruc tutacaqlar. Həmin vaxt meydana çıxmaq çox çətin olacaq. Artıq havalar da istiləşib. Yəqin ki, AFFA rəsmiləri yaxın günlərdə bizə bir söz deyəcəklər. Hamı istəyir ki, məqsədə daha asan yolla çatsın. Məndən olsa, “Şahdağ”ı birbaşa finala buraxaram. Ancaq yarımfinalda oynmaqdan da çəkinmirik”.
Qəzənfər Abbasov: “Başverənlərdən xəbərdaram, hər iki komandanın rəsmilərinin açıqlamalarını sizin qəzetdən oxuyuram. Ötən həftə qəzetinizə açıqlama verən Seymur Səlimli araşdırmanın davam etdiyini bildirib. Mən bilmirəm ki, “Füzuli”nin baş məşqçisi AFFA-ya nə təqdim edib, onun ortaya qoyduğu dəlillərdə nələr var? Yəqin ki, aidiyyatı qurumlar yaşananları dərindən araşdırıb obyektiv qərar qəbul edəcək. Mənim üçün hansı komandanın finalda oynayacağı o qədər də vacib deyil. Əsas odu ki, oyunun vaxtını əvvəlcədən desinlər. Sabah zəng vurub deməsinlər ki, iki gündən sonra artıq meydana çıxırsız. Belə etsələr, düzgün olmayacaq. Bir də məni ən çox narahat edən məqam oyunçularımın bəzilərinin mayın 6-da çimərlik futbolu yığmasının tərkibində İspaniyaya yollanmasıdı. Ona qədər final olmasa, böyük ehtimalla meydana ikinci heyətlə çıxmalı olacağıq. Çünki həmin tarixdə “Uğur”un bəzi aparıcı oyunçuları yığmanın düşərgəsində olacaq”.
RƏŞAD
P.S. Günün sonunda AFFA İntizam Komitəsinin məsələ ilə bağlı qərarı məlum oldu: “6 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Region Liqasının ikinci pley-off mərhələsinin cavab oyunu olan “Füzuli” – “FC Baku” matçından sonra “Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb. Müraciətə əsasən Region Liqasının İşçi qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb və araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” cari mövsümün sonuna qədər Region Liqasından kənarlaşdırılır. Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqda araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək”.
P.P.S. Bu qərardan sonra, məntiqlə, finalın digər iştirakçısı (“Uğur” həlledici görüşdəki rəqibini gözləyir) "Şahdağ" olmalıdı. Ancaq çox qəribədi ki, qərarda bununla bağlı bir cümlə belə yoxdu. Məsələ ilə bağlı İşçi Qrupun üzvü Yusif Vəliyevlə əlaqə saxladıq: “Sabah (bu gün) İşçi Qrupun üzvləri bir araya gəlib müzakirələr aparacaq. Məsələ ilə bağlı İntizam Komitəsinə müraciət olunacaq. Komitənin qərarından sonra "Şahdağ"ın finalda oynayacağını rəsmi demək olar. Finalın vaxtına gəlincə, böyük ehtimalla həlledici qarşılama mayın 10-15-i aralığında baş tutacaq".
Daha bir məraqlı məqam odu ki, dünən “Füzuli”nin baş məşqçisi Vasif İsmayılov da istefa verdi...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar