14 apr 22:15manset

“Futbol+”in taleyi Azərbaycan radiosunda müzakirə olundu

“Futbol+”in taleyi Azərbaycan radiosunda müzakirə olundu
Əflatun Amaşov suallar önündə çətinlik yaşadı
KİVDF-nin aprelin 1-dən “Futbol+”i dövlət yardımından kənarda qoyması ötən gün “Azərbaycan” radiosunun efirində də müzakirə olunub. Həmkarlarımız İlkin Baba və Günay Tehranqızının aparıcısı olduğu “Gəl, səhərim”in qonağı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov olub. Proqram boyunca şura sədri aparıcıların və dinləyicilərin ona yönələn suallarını cavablayıb. Müzakirə doğuran məsələlərdən biri də “Futbol+”in üzləşdiyi ədalətsizlik olub. İlkin bəy KİVDF-nin ayrı-seçkiliyi sayəsində qəzetimizin dövlətin maliyyə yardımından kənarda qalmasının düzgün olmadığını vurğulayıb və Əflatun bəydən məsələyə münasibət bildirməsini istəyib. Amaşov yaşananlara belə reaksiya verib: “Mətbuat Şurası bu məsələdən məlumatlıdı. Ancaq bütün bu proseslər şurada yox, KİVDF-də həll olunur. Dünyanın müxtəlif ölkələrində dövlət kütləvi informasiya vasitələrini maliyyələşdirir. Xüsusilə də ictimai-siyasi yöndə fəaliyyət göstərən nəşrlərin pulsuzluq fonunda başqa fondlara, hansısa insanlara əl açmaması üçün onlara müəyyən vəsait ayrılır. Reklam və satış vasitəsilə öz maliyyələrini qura bilmədikdə dövlət onları maliyyələşdirir. Çünki media elə bir silahdı ki, kim ona vəsait ayırırsa, o da hökm verir. Bunun da qarşısı alınmasa, onda Azərbaycan başqa qurumların, ayrı-ayrı təşkilatların, iş adamlarının nəzarətində olacaq. Və müəyyən bir məqamda həmin iş adamları, beynəlxalq qurumlar dövlətin əleyhinə həmin media orqanından istifadə edə bilər. Maliyyələşmənin mahiyyəti bundan ibarətdi. Artıq 10 ilə yaxındı ki, bu proses davam edir. Digər gəlirlərlə yanaşı, dövlətin ayırdığı vəsait qəzetlərin inkişafına yardım etdi. Ancaq elə bir məqam gəldi ki, təhlillər aparıldı. KİV-lər üzərlərində çalışdılarmı? Dövlət yardımı olmasa, onlar fəaliyyət göstərə biləcəklər sualı ətrafında düşünək. Bununla bağlı müəyyən araşdırmalar aparıldı və məlum oldu ki, bəzi redaktorlar bu yardıma arxayın olub, inkişaf etməkdə maraqlı olmadılar. Vəsait alan nəşrlərin sayı azaldıldı və yeni tələblər irəli sürüldü. Daha çox ictimai-siyasi qəzetlərin maliyyələşməsi gündəmə gəldi. Artıq fondun Müşahidə Şurasının iclası keçirilib və kimlərin yardım alacağı müəyyənləşib. Ancaq “Futbol+” qəzetinin adı orda yoxdu. Qəzetin rəhbərliyi də mənimlə bir neçə dəfə əlaqə saxladı və biz bu məsələni müzakirə etdik. Özüm də həmin qəzetə müsbət qiymət verirəm. Bu sahədə ən fəal nəşrlərdən biridi. Görünür ki, “Futbol+” ictimai-siyasi qəzet olmaması səbəbindən siyahıda kənarda qaldı. Bu məsələ Mətbuat Şurasının diqqətindədi. Belə nəşrlər sahə üzrə fəaliyyət göstərən qurumlar (AGİN-i nəzərdə tutur – red.) tərəfindən maliyyələşə bilər. Mətbuat Şurasının rəhbəri kimi mən idman sahəsində fəaliyyət göstərən qurumlarla müzakirələr aparmağı düşünürəm ki, qəzet özünü maliyyələşdirənə qədər dəstək görə bilsin”.
Amaşovun açıqlamasından razı qalmayan həmkarlarımız Mətbuat Şurasının sədrinə “gəlin razılaşaq ki, bu gün Azərbaycan idman mətbuatında “Futbol+” məktəb rolunu oynayıb və üzdə olan idman jurnalistlərinin böyük əksəriyyəti “Futbol+”in yetirməsidi. Bu qəzet idmanın, xüsusilə də futbolun təbliğ olunmasında çox əziyyət çəkib. Mən hələ uşaq olarkən həmin qəzeti köşklərdə görürdüm. Bu qəzetin kifayət qədər oxucusu var, tələbat da böyükdü. Amma gəlin razılaşaq ki, “Futbol+” ümumi mətbuatın bir hissəsi, bir qolu olduğu üçün maliyyə yardımından kənarda qalmamalıdı” söyləyiblər.
Amaşov aparıcıların bu fikirlərinə belə cavab verib: “Düşünürəm ki, ruhdan düşmək lazım deyil. Artıq bu mərhələdə qəzet yardımdan kənardadı. Mütəmadi olaraq siyahılar təzələnir. Kimlər ki tələblərə cavab verə biləcək, onlar növbəti dəfə də qalacaqlar. Müəyyən müzakirələr nəticəsində “Futbol+” və maliyyə ayrılmayan başqa nəşrlər barədə müzakirələr açıb onların fəaliyyəti yönündə nələrsə etmək olar”.
Sonda İlkin Baba Əflatun bəyə “ümid edirik ki, siz də bu məsələni dəqqətdən kənarda saxlamayıb, “Futbol+”ə və Azərbaycanın idman mətbuatına Mətbuat Şurasının sədri kimi dəstəyinizi əsirgəməyəcəksiz. Bu gün sayt mediası məhz “Futbol+”dən istifadə edərək, mənbə kimi onu göstərərək məlumatlar yayırlar. Gəlin onu da etiraf edək ki, peşəkar jurnalistlər məhz qəzetlərdə yetişir” söyləyib.
Dövlət radiosundan olan həmkarlarımıza qəzetin taleyinə biganə qalmadıqlarına görə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Təbii ki, Amaşovun cavabları bizi razı salmadı. Xüsusən də bir ölkədə “Oxu məni”, “Hərbi and”, “The Business Times” kimi sahə nəşrləri maliyyələşdirildiyi halda, aparıcı idman qəzet kənarda qalırsa, deməli, ayrı-seçkiliyin səbəblərini, köklərini başqa yerlərdə və başqa adamlarda axtarmaq lazımdı. Axtarırıq və güman edirik ki, axtarışlarımız tezliklə nəticə verəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar