30 mar 13:27manset, gundem

Qara Qarayevlə bağlı AFFA-ya təklif gəlməyib

Qara Qarayevlə bağlı AFFA-ya təklif gəlməyib
Mikayıl Nərimanoğlu Riad Rəfiyevin müdafiəsinə qalxdı

Almaniya ilə oyunda (1:4) yığmanın heyətində ən yaxşılardan biri Qara Qarayev idi. Matçdan sonra onun bir sıra Avropa klublarının maraq dairəsinə düşdüyü haqda informasiyalar yayıldı. Əslində bundestimlə görüşün qitənin diqqət mərkəzində olması boşuna deyil. Hər halda, rəqiblərdən biri son dünya çempionudusa, belə maraq anlaşılandı. Qaranın özünü yaxşı tərəfdən göstəməsi isə onunla bağlı xoş fikir yaranmasına səbəb olub. Bu haqda mətbuata açıqlamasında yığmanın inzibatçısı, AFFA-nın seleksiya məsələləri üzrə baş əlaqələndiricisi Riad Rəfiyev məlumat vermişdi. Ancaq yarımmüdafiəçi ilə hansı klubların nə dərəcədə maraqlandığı bəlli deyildi.
Təbii olaraq, proses heç də birmənalı qarşılanmadı. Çoxları futbolçu ilə maraqlanan klubların AFFA-ya üz tutmasının səbəbini anlaya bilmirdi. Axı kimsə futbolçunu heyətinə qatmaq istəyirsə, onun klubuna müraciət etməli, təklif göndərməlidi. Aydındı ki, hansısa kluba məxsus futbolçunun transfer məsələləri ilə assosiasiya məşğul olmur. Bəziləri AFFA-nın “Qarabağ”ın başı üzərindən iş gördüyünü düşünürdü. Odu ki, məsələyə aydınlıq gətirmək qərarına gəldik.
Dünən Riad Rəfiyevlə əlaqə saxlayıb, bu anlaşılmazlığın səbəbini soruşduq. O bu haqda fikir bildirmək istəmədi. Belədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə danışdıq: “Məsələni Riadla bir daha dəqiqləşdirdim. Oyundan sonra orda olan bir neçə nəfər Rəfiyevdən soruşublar, yaxşı oynayan bir neçə futbolçu ilə maraqlanıblar. Nə konkret ad olub, nə də konkret hansısa futbolçu ilə bağlı təklif. Menecerlər də bilir ki, təklif olunacağı halda, AFFA-ya edilməməlidi. Dünyada qayda var. Təklif kluba olmalıdı. AFFA-ya bununla bağlı heç bir təklif göndərilməyib. Bununla bağlı Riadın adından deyilənlər hamısı yalandı. O heç kimə deməyib ki, AFFA-ya təklif göndərilib. Belə bir şeydən söhbət gedə bilməz. Hər oyunda olduğu kimi, burda da menecerlər olub. Riadı tanıyırmışlar, soruşublar ki, bu futbolçu kimdi, o kimdi? Konkret heç kimə müraciət olunmayıb. Menecerlər də yaxşı bilir ki, futbolçunun assoasiasiya ilə heç bir əlaqəsi yoxdu. Bizə də heç bir təklif daxil olmayıb. Olsa belə, həmin şəxsə bunun qeyri-peşəkarlıq olduğunu bildirərik. Çünki futbolçu bizim yox, klubundu. Mətbuatda görürəm ki, bəzi fikirlər yazırlar, AFFA-ya təklif gəlib. Belə bir şey olmayıb və ola da bilməz. Burda assosiasiyalıq heç bir şey yoxdu”.
Bu haqda klubdan da münasibət öyrəndik. “Qarabağ”ın baş meneceri Asif Əsgərov bunları dedi: “Düzü, vətənə bu gün (dünən) dönmüşəm. Ancaq onu deyə bilərəm ki, kluba Qara Qarayevlə bağlı müraciət edən olmayıb. Futbolçunun kimlərinsə maraq dairəsinə düşməsi haqda məlumatı mətbuatdan oxumuşuq. Hansısa Avropa klubunun bunun üçün AFFA-ya təklif göndərməsi mümkün deyil. Ola bilər, xarici klublar futbolçu ilə maraqlananda, AFFA-da çalışan birindən nəsə soruşsunlar, oyunçu haqda məlumat alsınlar. Bu isə assosiasiyaya təklif gəlməsi anlamına gəlmir. Təbii, AFFA kluba “biz futbolçunu satmaq istəyirik” desəydi, onda mövqeyimizi ortaya qoyardıq. Ancaq qurumdan bizə heç nə deyilmədiyi halda, münasibət bildirmək peşəkarlığa sığmaz. Yenə deyirəm, Avropa klublarının belə bir addım atması mümkünsüzdü. Çünki bizim indi peşəkarlaşmaq yönündə keçdiyimiz yolu onlar illər öncə keçiblər”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Bu gün, 15:26 TRANSFER DOSYESİ Bu gün, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Bu gün, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Bu gün, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Bu gün, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Bu gün, 15:15 “Neftçi” yeni kartların satışına başladı Bu gün, 15:14 “Parken”də anşlaq gözlənilir Bu gün, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Bu gün, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Bu gün, 15:10 Dima qol hesabını açdı Bu gün, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Bu gün, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Bu gün, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Bu gün, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Bu gün, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Bu gün, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Bu gün, 13:58 Ruslan bir pillə irəlilədi Bu gün, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Bu gün, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Bu gün, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Bu gün, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Bu gün, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Bu gün, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar