07 apr 13:39manset

“Bazar ertəsindən etiraz aksiyalarına əl atacağıq”

“Bazar ertəsindən etiraz aksiyalarına əl atacağıq”
“Futbol+” yaşamaq uğrunda mübarizənin yeni mərhələsində
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin ikinci rübündən yalnız ictimai-siyasi qəzetlərə maliyyə dəstəyi verir. Sahə nəşrləri, o cümlədən 1997-ci ildən çıxan aparıcı idman qəzeti “Futbol+” dəstəkdən kənar qalıb. Novator.az “Futbol+”in baş redaktoru Mahir Rüstəmlini bu mövzuda danışdırıb.
– Sahə nəşrlərinin maliyyə yardımından məhrum edilməsi sizin qəzetin durumuna necə təsir edəcək?
– Bu gün satış və reklam bazarında elə durum yaradılıb ki, – yaranıb yox, yaradılıb! – heç bir qəzetin həmin yardım olmadan gündəlik və ya günaşırı nəşr kimi mövcudluğunu saxlaması mümkün deyil. Yetərincə böyük xidmət haqqı götürən satış şirkətləri bu azmış kimi, satılan qəzetlərin də pulunu vaxtında ödəmir. Bu gün aprelin 5-di, təəssüf ki, biz yanvarda satılan qəzetlərin pulunun yarısını belə ala bilməmişik.
Reklam bazarında durumun necəliyi hər kəsə bəllidi. Bu ölkədə şirkətlərin reklam siyasəti bazar göstəricilərinə yox, şəxsi tanışlıqlara, dost-tanış münasibətlərinə əsaslanır. Bir də real iqtisadi münasibətlərin hökm sürmədiyi, inhisarçılığın at oynatdığı yerdə hansı reklam maraqlarından danışmaq olar?!
Bu mənada Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bizim qəzetə ayırdığı aylıq 5 min manat – həmişə gündəlik qəzetlər arasında ən aşağı məbləği biz almışıq! – vəziyyəti qaydaya salmaq, kommunal xərcləri və işçilərin əməkhaqqını vaxtında ödəmək baxımından bir nəfəslik idi. Aprelin 1-dən “yalnız ictimai-siyasi qəzetlər” bəhanəsi ilə həmin nəfəsliyi qapadılar.
Təbii ki, fəlakətin astanasındayıq. Burdan bir addım o yana uçurumdu.
– “Futbol+” dövriliyi dəyişə bilərmi? Dövlətin maliyyə dəstəyinin olmaması işçi heyətində ixtisarlara, maaş və qonorar fondunda azalmalara gətirə bilərmi?
– Aprelin 1-dən qəzetin dövriliyini həftədə 5 dəfədən 4 dəfəyə endirməklə yanaşı, qiyməti 10 qəpik qaldırmışıq ki, heç olmasa, itkilərin cüzi bir hissəsini qapayaq. Amma bu da çıxış yolu deyil. Təbii ki, vəziyyət belə davam edəcəyi təqdirdə gələn ay həm ixtisarlara getməli olacağıq, həm də çalışanların əməkhaqqını ödəməkdə ciddi problemlər yaşayacağıq.
– Azərbaycanda mətbu nəşrlərin yayımla bağlı ciddi problemləri var. Yayım şəbəkəsi çox daralıb. Bu məsələ ilə bağlı hansı tədbirlərin görülməsini istəyərdiz?
– Bildiyiniz kimi, 2013-cü ildən heç bir ciddi əsas göstərmədən Bakı Metropoliteninin stansiyalarında qəzet-jurnal satışına qadağa qoyulub. Media kursunu yönəldənlər tiraj və satış göstəricilərinin artmasında səmimidirlərsə, onda nədən metroda satışa qoyulan yasaq aradan qaldırılmır? Sirr deyil ki, bu halda redaksiyaların gəlirləri ən azı 10 faiz artacaq.
Abunə sistemi bilərəkdən və ya bilməyərəkdən çökdürülüb. Bu gün Bakının kəndləri, ucqar qəsəbələri, Sumqayıtla yanaşı, hətta paytaxtın böyük hissəsində qəzetlərin abunə yolu ilə yayılması mümkün deyil. Abunədə müəyyən güzəştlərə getmək variantları isə ancaq redaksiyaların hesabına olur. Bu məsələdə yayımla məşğul olan şirkətlər də boynuna hansısa məsuliyyəti götürməlidir.
Əldəyayım şəbəkəsi geniş şəkildə bərpa olunmalı, daha qəzet satıb çörək qazanmaq istəyən adamlar polislə qaçdı-tutdu oyunu oynamamılıdı. Bayram günlərində qəzet yayımı ilə bağlı problem daha acınacaqlı xarakter alır. Yayım-daşıma şirkətlərinin – xüsusən də dövlətə bağlı olanların – işləməməsi üzündən qəzeti oxucuya çatdıra bilmirik. Elə günlər olur ki, onlarla oxucu şəxsən redaksiyaya gələrək bizdən qəzet götürür. Razılaşın ki, hər kəs qəzeti daha asan yolla almaq istəyər. Bir sözlə, bu sahədə də durum acınacaqlıdı.
Son olaraq onu demək istəyirəm ki, biz dövlətin maliyyə yardımından məhrum olunmağımızla barışmayacağıq, çünki bunu ədalətsiz qərar sayırıq və bazar ertəsindən etiraz aksiyalarına əl atacağıq. Soruşa bilərsiz ki, niyə qərarın açıqlandığı aprelin 1-dən aksiyalara başlamadız? Sadəcə, suların daha da durulmasını, yuxarıdan bu yöndə hansısa məntiqli addım atılacağını gözlədik.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar