17 mar 14:28manset

“Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin!

“Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin!
Tək Allah şahiddi ki, biz həmişə vətənin idmanının və futbolunun yüksəkdə olmasını, başqalarına meydan oxumasını istəmişik. Vətənin həyatından kənarda deyilik. Həmişə Qarabağı istədik, həmişə vətəni istədik, vətəni böyük və tam istədik. Sizlər kimi, biz də “Traktorsazi”nin oyunlarıyla ovunuruq, vətəni o və bu taydakı soydaşlarımız kimi bütov görmək istəyirik. “Xəzər Lənkəran” isə bu vətəni bizə dar etdi. Çətin durumda olan qəzetimizi 9 min manatla sınağa çəkdi. Biz həmişə onlara şans verdik, reklam pulunu ödəmələri üçün düz 3 il gözlədik. Sonra aydın oldu ki, bunlar üç ili, sadəcə, iddia müddətinin bitməsi üçün gözləyirmiş. Amma enində-sonunda ədalət zəfər çaldı. Dünən təxminən üç ay davam edən məhkəmə araşdırması başa çatdı. “Xəzər Lənkəran” dörd məhkəmə iclasının heç birinə qatılmağı lazım bilməsə də, sonda Şirvan İqtisadi-İnzibati Məhkəməsi hökmünü verdi: “cavabdeh “Xəzər Lənkəran” Futbol Klubu” MMC-dən müqavilə üzrə ödənilməmiş 9000 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 9030 manat tutularaq iddiaçı “Futbol+” qəzeti redaksiyası MMC”yə ödənilsin”.
“Xəzər Lənkəran”ın, daha doğrusu, Tuyqun Nadirovun tam bir ay vaxtı var ki, ya bu pulu ödəsin, ya da da apellyasiya şikayəti etsin. Köhnə dostumuz Tuyqun bəyin xətrinə dəymək istəmirik, amma xatırladırıq ki, növbəti addım Respublika Prokurorluğuna şikayət olacaq. Nəini reportyorumuz Rəşad Qasımovun imzasını, hətta “SNN Express” adlı məktub və bağlamaların daşınması xidmətinin qəbzini də saxtalaşdırıblar. Tuyqun bəy, sadəcə, ayıbdı! Mənsimovların ad-sanına ayıbdı, “Palmali”nin nüfuzuna ayıbdı! Biz bu saxtakarlığı ölkəyə açıqlamaq istəmirik, utanırıq, amma siz istəsəz, heç şübhəsiz, açıqlamağa məcbur olacağıq!
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar