13 mar 12:55liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...problemi...

Yanvarın ortalarında Bakıda əsən güclü güclü külək ziyansız ötüşmədi. Bir çox tikililərə zərər vuran şiddətli külək Tofiq Bəhramov adına Respublika stadionunun mərkəzi sektorlarından ikisinin tavanını uçurdu.
Həmin vaxt arenanın direktoru Şamil Quliyevlə əlaqə saxlamış, problemin nə vaxt aradan qaldırılacağı ilə maraqlanmışdıq. Şamil bəy dəqiq vaxt deməkdə çətinlik çəksə də, təxmini zaman kimi fevralın ortalarını göstərmişdi. Göstərilən müddətin üstündən bir ay keçməsinə baxmayaraq, nöqsan hələ da aradan qaldırılmayıb. Belə ki, ötən şənbə “Qarabağ” – “Zirə” qarşılaşmasını işıqlandırmaq üçün Respublika stadionuna baş çəkən əməkdaşımız tavanın yerində olmadığını görüb. Texnologiyanın inkişaf etdiyi, insanların Marsa uçmağa hazırlaşdığı dönəmdə örtüyün təxminən iki aya yaxın müddətdə düzəldilməməsi sual doğurmaya bilməz. Odu ki, Şamil bəylə yenidən əlaqə saxlayıb səbəbi soruşduq: “Sizi inandırım, membran örtüyün o vəziyyətdə olması hamıdan çox bəlkə də məni narahat edir. Düzdü, Bakıda leysan xarakterli yağışlar yağmır. Amma təbiətin işini bilmək çətindi. Sabah, Allah eləməmiş, aramsız yağışlar yağsa, üstüaçıq sektorlar suyla dolacaq. Bir məqamı da qeyd edim ki, məlum problem gənclər və idman naziri Azad Rəhimovun diqqətindədi. O ki qaldı yubanmaya, səbəb sənədləşmə işləri ilə bağlıdı. Respublika stadionu tam sığortalanıb. Bu isə o deməkdi ki, dəyən zərər sığorta şirkəti tərəfindən ödənilməlidi. Bunun üçün isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyindən müvafiq sənədlər toplanıb sığorta şirkətinə təqdim olunmalıdı. Proses buna görə uzanırdı. Bildiyimə görə, sənədləşmə işləri başa çatmaq üzrədi. Əsas vəsaitin ayrılmasıdı. Örtüyü təmin etmək ciddi vaxt tələb etmir. Pul ayrılandan sonra işlər 7-10 gün müddətinə yekunlaşacaq. Bir neçə ölkədən olan şirkətlərlə danışıqlar aparılsa da, çox güman, avadanlıqlar Avropadan gətiriləcək. Çünki Koreya, yaxud ABŞ-dan gətirilən malların gömrük xərcləri baha olur. Ümid edirəm ki, ayın sonuna qədər yeni membran örtük qoyulacaq. Çünki qarşıdan “Qarabağ”ın avrokubok oyunları gəlir. Bu məqsədlə UEFA-dan nümayəndə heyəti gəlib arenanı təftiş edəcək”.
...azarkeşi...
Yetərincə gərgin alınan “Sumqayıt” – “Neftçi” görüşündə qonaqlar lazım olan qələbəni qazanmağı bacardı. Həm də bəzi itkilərlə. Belə ki, “Sabah”la oyunda qırmızı vərəqə alan Məhəmməd Mirzəbəyovla sarı vərəqə limitini dolduran Soni Mustivarın “Kapital Bank Arena”da meydana ayaq basmaları, istəsələr də, mümkün deyildi. Buna görə də hər iki futbolçunu tribunada gördük. Amma qonaqlar üçün ayrılan “skay-boks”da yox, media tribunasında. Halbuki “Sumqayıt” rəhbərliyi qonaqların rahatlığı üçün xüsusi otaq ayırıb. Matçda iştirak etməyən Rəhman Hacıyev oyunu klub rəsmiləri ilə birgə həmin kabinetdən izləyirdi.
Mustivarla Məhəmməd ilk 45 dəqiqədə bizimlə yanaşı otursalar da, fasilədən sonra gözə dəymədilər. Onları media sektorunda oturmağa nə vadar etmişdi? Fasilədən sonra hara yoxa çıxdılar? Suallara aydınlıq gətirmək üçün futbolçularla yanaşı əyləşən klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevi aradıq: “Açığı, Mustivarla Məhənməd də “skay-boks”da əyləşməliydi. Sadəcə, ora gec qalxdıqlarından yer tapa bilməmişdilər. Ona görə də oyunu tribunadan izləmək məcburiyyətində qaldılar. Azarkeşlərin arasında münasib yer olmadığından onlara media sektorunda əyləşməyi məsləhət gördüm. Jurnalistlərin sayı az idi deyə, boş yerlər var idi. İkinci hissəni isə “Forza Neftçi” azarkeşləri ilə eyni sektorda, birgə izlədilər. Ora öz istəkləri, yoxsa azarkeşləri təklifi əsasında getdiklərini dəqiq bilmirəm. Çünki fasilədə yanlarında deyildim”.
...qadağası
Əvvəl çempionat oyunlarında qol vurulanda təkcə diktorun səsini eşitməzdik. Meydan sahibləri fərqlənən tərəf olurdusa, üstəlik, mahnı səsləndirilirdi. Lakin son vaxtlar bu halın şahidi olmuruq. Deyilənə görə, Əsasnamədə bununla bağlı xüsusi bənd olmasa da, klub rəsmilərinə belə bir qadağanın olması haqda məlumat verilib: qoldan sonra mahnı səsləndirmək olmaz! Hətta matçdan əvvəl AFFA nümayəndəsi klub rəsmilərinə iclasda bu haqda məlumat verir.
Lakin “Qəbələ” – “Səbail” oyununda qadağaya məhəl qoyulmadı. Ceyms Adeniyi ilk qolu qonaqların qapısından keçirən kimi mahnı sədaları eşidildi. AFFA nümayəndəsi məsələyə dərhal müdaxilə edincə, eyni hal ikinci qoldan sonra təkrarlanmadı. Bu haqda xəbərdarlığın olunduğunu nəzərə alsaq, Qəbələdə bu işlə məşğul olan şəxsin əməlini anlamaq mümkün olmadı. Ya “olmaz” sözü ona çatdırılmamışdı, ya da bilə-bilə səhvə yol verib. Əsl səbəbi bölgə təmsilçisinin Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibovdan öyrəndik: “Bu haqda məlumatlıydıq. Həmçinin aparatı idarə edən əməkdaşı da xəbərdar etmişdik. Sadəcə, həmin şəxs səhvə yol verib. Bunu qol sevinci ilə əlaqələndirmək olar. Ya da belə deyim, əvvəlki oyunlarda qoldan dərhal sonra musiqi səsləndirməyə öyrəşdiyindən, bu dəfə diqqətsizliyə yol verdi. Özündən asılı olmayan səhv idi. İkinci qoldan sonra eyni hal təkrarlanmadı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar