13 mar 12:22liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Rəşad Əhmədov “yandı”
Topaz premyer-liqasının 20-ci turu hakim idarəçiliyi baxımından səs-küylü keçdi. Düzdü, ilk oyun günü paytaxtda baş tutan qarşılaşmalarda narazılıq doğuran məqam olmadı. Əvəzində paytaxtdan kənardakı görüşlər mübahisəli qərarlarla yadda qaldı. Xüsusilə Sumqayıtdakı oyunda gərginlik son həddə çatdı.
RƏHİM HƏSƏNOV, Keşlə – Sabah
FİFA referisi paytaxt derbisinnin öhdəsindən gəlməyi bacardı. Əslində 3:0-lıq oyunda hakim səhvi axtarmaq yersizdi. Rəhim Həsənov mümkün qədər oyunun baxımlılığına xələl gətirməməyə çalışırdı. O, əlini cəmi 3 dəfə cibinə atdı ki, meydan sahiblərinin bir, qonaqların iki üzvünə sarı vərəqə göstərdi.
RAUF CABBAROV, Qarabağ – Zirə
Zədədən yeni dönən FİFA referisi qarşılaşmanı yüksək səviyyədə idarə etdi. Soyuqqanlı görünən, komandalara oynamağa imkan verən, bu və ya başqa tərəfə rəğbətini hiss etdirməyən Cabbarovun göstərdiyi vərəqələr də haqlı idi. Düzdü, Tellur Mütəllimovun xəbərdarlığı sanki bir qədər tərəddüddən sonra baş tutdu. Ancaq həm bu, həm də Budaq Nəsirovun “sarı” aldığı epizodda qayda pozuntusu var idi. Rauf yalnız ikinci hissəyə əlavə olunan dəqiqələrə görə etirazla qarşılandı. “Qarabağ” tərəfi 2 dəqiqə yox, daha çox vaxt artırılmalı olduğunu iddia edirdi. Prinsipcə 5 əvəzetmənin hamısı ikinci hissədə gerçəkləşmişdi və bu, 3 dəqiqə əlavə olunmasını şərtləndirirdi. Ancaq FİFA referisi Qurban Qurbanovun 2 əvəzetməni eyni vaxtda və hissənin startından əvvəl həyata keçirdiyini hesablamaqla doğru qərar verdi. Yəni etirazlar əsassız idi.
İNQİLAB MƏMMƏDOV, Qəbələ – Səbail
Ədalət təmsilçisi oyunu normal idarə etdi. Hərçənd "Qəbələ" tərəfi onun işindən razı qalmadı. Xüsusilə də baş məşqçi Sənan Qurbanov. Elə məhz kəskin narazılığı üzündən çalışdırıcı hakimdən şifahi xəbərdarlıq aldı. Şübhəsiz, Sənan bəyin əsas etirazı Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqə ilə bağlı idi. Bəlkə də ikinci "sarı"da müdafiəçiyə güzəşt etmək olardı. Lakin Məmmədovu vərəqə verdiyinə görə də qınamaq olmaz. Bəzi mübahisəli qərarları olsa da, ümumilikdə nə kobud, nə də nəticəyə təsir edən səhvinin şahidi olduq.
RƏŞAD ƏHMƏDOV, Sumqayıt – Neftçi
Turun ən səs-küylü idarəçiliyi “Kapital Bank Arena”da qeydə alındı. Liderlə autsayderin qarşılaşması gənc hakim Rəşad Əhmədovun çiyinlərinə görə olsa da, Hakimlər Komitəsi “Neftçi” və “Sumqayıt” arasındakı prinsipiallığı nəzərə almalı, onu “odun içinə atmamalı” idi. Əslində etiraza səbəb olan epizodlarda ciddi hakim səhvindən danışmaq insafsızlıq olar. Konkret 13-cü dəqiqədə Tural Axundovun cərimə meydançasında Ehtiram Şahverdiyevə təmasında meydan sahibləri penalti tələb etsə də, bu, qarşı tərəfə münasibətdə ağır qərar olardı. “Sumqayıt”ın futbolçusu da bir an topu gövdəsi ilə gizlətməyə çalışıb rəqibin qaydanı pozmasına çalışırdı. Axundov isə, sadəcə, dirsəyi ilə rəqibə toxunmuşdu. Ona qalsa, Baqali Daboya qarşı 32-ci dəqiqədəki kobudluq daha çox penaltiyə oxşayırdı. Ancaq Rəşad Əhmədov qayda pozuntusundan əvvəl hücumçunun topu ayağından irəli buraxdığını və ona çatmayacağını nəzərə alıb, “nöqtə”ni göstərmədi. Mehdi Cənnətova göstərilən qırmızı vərəqə də haqlı idi. Qapıçı topu meydanın mərkəzinə aparmaq istəyən rəqib futbolçulara qarşı aqressiv davrandı, dirsəyi ilə Kiril Petrovun boğazına zərbə endirdi. Amma ümumilikdə gənc referi vərəqələrin təyinatında çoxlu səhvə yol verdi, əlini yeri gəldi-gəlmədi cibinə atmaqla gərginliyi artırdı. Bir qırmızı vərəqə ilə yanaşı, 12 sarı vərəqə göstərən Əhmədov bunların bir çoxunu verməyə bilərdi. Məsələn, 19-cu dəqiqədə Daboya simulyasiyaya görə göstərilən vərəqə yersiz idi. Çünki ona qarşı aşkar qayda pozuntusu var idi. Bundan başqa, göstərməli olduğu vərəqələr də var idi. 24-cü dəqiqədə Aleksey İsayevə qarşı qayda pozuntusu baş versə də, hakim davam işarəsi verdi. 40-cı dəqiqədə isə Emin Mahmudov Elvin Məmmədovu təhlükəli nöqtədə kobudluqla dayandırdı. Hakim yenə nəinki xəbərdarlıq etdi, qayda pozuntusu belə qeydə almadı. Ayxan Abbasovun texniki zonadan uzaqlaşdırılması isə anlaşılmaz qaldı. Düzdü, meydanın kənarındakı xətti keçən çalışdırıcı onu tribunaya göndərən hakimə kəskin etirazını bildirdi. Sırf “xətti tapdalamağa görə” idisə, Roberto Bordin də qaydalara riayət etmirdi. Bununla belə, Rəşad Əhmədovu hansısa tərəfə qərəzli idarəçilikdə ittiham etmək yersizdi. Qeyd etdiyimiz kimi, səhvlər var idisə, bu, hər iki tərəfin əleyhinə idi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar