12 mar 14:07liqa

"Neftçi" vahid liderliyə yiyələndi

"Neftçi" vahid liderliyə yiyələndi
Beləliklə, Topaz premyer-liqasında 20-ci tur başa çatdı. Tur ikihakimiyyətliyə son qoyulması ilə yadda qaldı. Şənbə günü "Zirə"nin müqavimətini qıra bilməyən "Qarabağ" buna görə özünü günahlandırmalıdı. Ümumiyyətlə, Qurban Qurbanovun komandası qış fasiləsindən sonra keçirdiyi oyunların yarısında xal itirib. Əks halda, nəinki zirvədə qərarlaşmaq, "Neftçi" ilə xal fərqini xeyli artırmaq olardı. Çünki "ağ-qaralar" da kifayət qədər xal itirib. Roberto Bordinin komandası Sumqayıtda da büdrəyə bilərdi. 76-cı dəqiqəyə kimi hesabda irəlidə olan Ayxan Abbasovun komandasının sürpriz etməyə gücü çatmadı. Əzmkar qələbə qazanan "Neftçi" italiyalı çalışdırıcısına yönəlik "hesabda geri düşəndə oyunu çevirə bilmir" ittihamını da aradan qaldırmış oldu. Bakılılar vahid liderliyi ələ keçirməklə 3-cü dövrəni də qalib başa vurmaq şansını artırdı.
Zirvə mücadiləsi kimi, üçüncü yer uğrunda da amansız mübarizə gedir. "Səbail" prinsipial rəqibi "Qəbələ"yə uduzmaqla işini çətinləşdirdi. Bölgə təmsilçisi artıq bakılılardan cəmi 3 xal geri qalır. Çox güman, sıralama gələn turdan sonra da dəyişməyəcək. Çünki həm "Qəbələ"ni, həm də "Səbail"i cümə günü liderlərlə çətin duel gözləyir. Aftandil Hacıyevin komandası "Qarabağ"ı qonaq edəcək, "qırmızı-qaralar" isə "Neftçi" səfərinə yollanacaq.
Turun yeganə böyükhesablı qələbəsi "ASK Arena"da qeydə alındı. "Keşlə" "Sabah" üzərində 3 xalı 3 qolla qazandı. Beləliklə, debütant ardıcıl ikinci oyunda darmadağına məruz qalmaqla yanaşı, qələbəsiz seriyası 5-ə çatdı. Bu mənada yalnız "Sumqayıt"a baxıb təsəlli tapan "Sabah" növbəti turda məhz "gənclik şəhəri" təmsilçisi ilə üz-üzə gələcək.
Topaz premyer-liqası
3-cü dövrə, 20-ci tur
9 mart
Keşlə – Sabah 3:0
Qarabağ – Zirə 0:0
10 mart
Qəbələ – Səbail 2:1
Sumqayıt – Neftçi 1:2
1. Neftçi 20 13 5 2 35-14 44
2. Qarabağ 20 12 6 2 39-17 42
3. Səbail 20 9 4 7 23-19 31
4. Qəbələ 20 7 7 6 23-22 28
5. Sabah 20 6 3 11 15-29 21
6. Keşlə 20 5 4 11 21-30 19
7. Zirə 20 4 7 9 16-28 19
8. Sumqayıt 20 4 4 12 15-28 16
Bombardirlər: Baqali Dabo (Neftçi) – 9, Ceyms Adeniyi (Qəbələ) – 8, Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
Növbəti turun oyunları: 15 mart - Sabah – Sumqayıt, Zirə – Keşlə, Səbail – Qarabağ, Neftçi – Qəbələ.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! Bütün xəbərlər
Ən çox oxunanlar