12 mar 14:04liqa, reportaj

“Neftçi”nin müdafiəçiləri hücumçu rolunda

“Neftçi”nin müdafiəçiləri hücumçu rolunda
Stuxlik söyüldü, “Sumqayıt” rəsmisi “yağladı”
80. Sumqayıt – Neftçi (Bakı) 1:2 (1:0)
1. Mehdi Cənnətov – 5,0
74. Yusif Nəbiyev – 5,0
5. Adil Nağıyev – 5,5
2. Rail Məlikov – 6,0
(17. Nicat Qurbanov, 90) – qiymətsiz
3. Vurğun Hüseynov (k) – 5,5
9. Ehtiram Şahverdiyev – 5,5
(34. Elvin Bədəlov, 64) – 5,0
99. Əli Babayev – 5,5
60. Elvin Məmmədov – 5,0
10. Aleksey İsayev – 5,5
22. Əfran İsmayılov – 5,0
(12. Rəşad Əzizli, 79) – qiymətsiz
8. Peyman Babayi – 5,5
Ehtiyat oyunçular
7. Cavid Tağıyev
11. Atilla Yıldırım
18. Süleyman Əhmədov
21. Arif Daşdəmirov
49. İbrahim Əliyev
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev
97. Xəyal Nəcəfov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rail Məlikov

1. Səlahət Ağayev - 5,5
18. Tural Axundov - 5,5
25. Kiril Petrov – 5,5
3. Mamadu Mboc – 5,5
26. Ömər Buludov – 6,0
36. Mamadu Kane – 5,0
(6. Qoran Paratski, 87) – qiymətsiz
8. Emin Mahmudov (k) – 5,5
9. Baqali Dabo – 5,5
11. Vangelis Platellas – 5,5
(22. Mirabdulla Abbasov, 68) – 5,0
7. Namiq Ələsgərov – 5,0
16. Canluka Sansone – 5,0
(5. Anton Krivotsyuk, 90) – qiymətsiz
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
4. Petru Raku
15. Ruslan Abışov
33. Turan Vəlizadə
70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Ömər Buludov
Qollar: P.Babayi, 26 (1:0). M.Mboc, 76 (1:1, E.Mahmudov). Ö.Buludov, 87 (1:2).
Vərəqələr: B.Dabo, 19 (hakimi aldatmağa cəhd). M.Kane, 29 (qeyri-idman hərəkəti). V.Platellas, 57 (qeyri-idman hərəkəti). P.Babayi, 65 (qeyri-idman hərəkəti). R.Məlikov, 72 (qeyri-idman hərəkəti). A.Məmmədov, 75 (qeyri-idman hərəkəti). K.Petrov, 76 (qeyri-idman hərəkəti). Ü.İsgəndərov, 83 (icazəsiz meydana daxil olmaq). Ə.Babayev, 84 (hakimin qərarına etiraz). Ə.Şirinov, 87 (icazəsiz meydana daxil olmaq). C.Sansone, 89 (qeyri-idman hərəkəti). N.Ələsgərov, 90+3 (hakimi aldatmağa cəhd) – sarı. M.Cənnətov, 77 (rəqibə əl ilə zərbə vurmaq) – qırmızı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Əhmədağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Ələddin Ələkbərov (Bakı).
10 mart. Sumqayıt. Kapital Bank Arena. 2000 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 7 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Oyunun maraqlı keçəcəyinə zərrə qədər də şübhə yox idi. Təkcə bir faktı – sumqayıtlıların kubokda bakılıları mübarizədən kənarlaşdırmasını xatırlamaq kifayət edirdi ki, qonaq futbolçular matçın hansı prinsipiallıq daşıdığını dərk etsinlər. Üstəgəl, bir gün əvvəl “Qarabağ”ın xal itirməsi, “Keşlə”nin qələbə qazanıb, “Sabah”ın xallar itirməsi də hər iki komandanı 3 xal qazanmağa məcbur edirdi.
Bəribaşdan qeyd edək ki, dünən Sumqayıtda əsən güclü külək azarkeşlərin daha baxımlı futbol izləməsinə mane oldu. Təbiətin şıltaqlığından ilk yarıda qonaqlar əziyyət çəkməli oldusa, fasilədən sonra meydan sahiblər zəhmətə qatlaşdılar. Bəlkə də elə buna görəydi ki, hər 3 qol eyni qapıya – külək əsən istiqamətə - vuruldu. Bakılıların oyuna üstün başlayıb topa nəzarəti əllərində saxlamasına baxmayaraq, sumqayıtlıların məğlubiyyətlə barışmayacağını görmək çətin deyildi. Meydanın hər qarışı uğrunda gərgin mübarizə gedir, kobudluqların ardı-arası kəsilmirdi. Qapılar qarşısında təhlükəli vəziyyət baxımından kasadlıq müşahidə olunduğu anda səhnəyə Mboc çıxdı. Topu Səlahətə vermək istəyən müdafiəçinin ötürməsi zəif alınınca, araya girən Peyman qapıçını yerə sərib topu tora “sancdı”. Hesab açılandan sonra nisbi üstünlük “kimyaçılar”ın tərəfinə keçdi. Amma qola yaxınlaşan Platellas oldu. Yunan yarımmüdafiəçi ilk hissənin son saniyələrində əlverişli imkan yaxalasa da, qüvvətli zərbə ilə vurduğu top az fərqlə qapının yanından keçdi.
Fasilədən sonra çempionluğa oynayan rəqibin təzyiqi artırması, bu azmış kimi, küləyin “Sumqayıt”ın qapısına tərəf əsməsi meydan sahiblərinin “belini qırdı”. Topu heç cür öz qapısından uzaqlaşdıra bilməyən, uzaqlaşdıranda da bir neçə saniyə sonra yenidən hücumları dəf etməli olan Abbasovun yetirmələri təzyiqə dözsəydi, hesab fərqli ola bilərdi. Lakin dözə bilmədilər. 76-cı dəqiqədə Mboc Eminin asmasını başla dəqiq tamamlayaraq səhvini yudu. Qoldan dərhal sonra topu götürmək istəyən Petrov öncə Cənnətovun təpkisi ilə üzləşdi, çox keçmədən qarın boşluğunda qapıçının dirsəyini “hiss etdi”. Referi “Sumqayıt”ın qapıçısını birbaşa paltardəyişmə otağına yolladı. Azlıqda qalan “kimyaçılar” uduzmamaq üçün meydanda sözün əsl mənasında can qoyurdu. Bu dəfə səhnəyə heç kimin gözləmədiyi anda gənc Ömər çıxdı. Qüvvətli zərbəylə uzaq küncü dəqiq nişan alan müdafiəçi komandasına qələbə qazandıran qolun müəllifi kimi yadda qaldı. Bu görüş həm də Bordinli “Neftçi”nin hesabda geri düşdüyü halda qalib gəldiyi ilk oyun kimi xatırlanacaq.
Matça damğa vuran, oyunun gözəlliyinə xələl gətirən ad Rəşad Əhmədov oldu. Bu cür qarşılaşmanın yükünü daşımağa hazır olmayan referi iki penaltini “yeməklə” yanaşı, bir çox yanlış qərarlarda yadda qaldı. Bununla təkcə futbolçuları yox, həm də məşqçiləri, azarkeşləri, hətta klub rəsmilərini özündən çıxardı.

Gözdən qaçmadı
* Oyunun başlamasına sayılı dəqiqələr qalmış yerli azarkeşlərdən biri “Neftçi” fanatlarının yer aldığı tribunaya yaxınlaşıb kiməsə barmaq silkələyirdi. Polislər dərhal müdaxilə etməklə sumqayıtlı tərəfdarı ordan uzaqlaşdıra bildilər.
* “Neftçi” rəsmiləri üçün isti otaq ayrılsa da, nədənsə cəzalı Soni Mustivarla Məhəmməd Mirzəbəyov qarşılaşmanı küləkli havada, jurnalistlər üçün ayrılmış yerdən izləməyi üstün tutmuşdu. Hakimlər Komitəsinin sədri Frits Stuxliklə komitə üzvü Elçin Məmmədov da oyunu bizimlə yanaşı izləyirdi.
* Rəşad Əhmədovun sıralanan səhvləri Mehdi Cənnətovun “qırmızı”sı zamanı sumqayıtlı azarkeşləri özündən çıxardı. Aralarından bir nəfər Stuxliki tanıyınca, başqaları da ona qoşulub avstriyalı mütəxəssis başda olmaqla hakimləri “söyüş atəşinə” tutdular. Çox keçmədən “Sumqayıt”ın təhlükəsizlik üzrə rəisi Elnur İbişov da özünü media sektoruna yetirdi. Dəfələrlə Elçin Məmmədovu səsləyən və sonda istəyinə çatan İbişov həm sabiq referini, həm də hakimləri “yağladı”. Məmmədov təmkinini pozmayıb, susmaqla kifayətləndi.
* Ayxan Abbasovu texniki zonadan qovmaq asan başa gəlmədi. “Sumqayıt”ın çalışdırıcısı texniki zonanın xəttini tapdaladığına görə bu cür cəzaya layiq görülməsi ilə razılaşmırdı. Etirazını “Neftçi”lilərin də xətti tapdaladığını deməklə bildirsə də, hakimin qərarı dəyişmədi. Meydanı qaça-qaça tərk edən Abbasov azarkeşlərin “Ayxan” çağırışına əl çalmaqla cavab verdi, üstəlik, futbolçularına əzmkar oynamağı tapşırdı.
* Məğlubiyyət yerli tərəfdarlara elə pis təsir etmişdi ki, onlar çıxış yolunu sabiq futbolçuları Tural Axundovu söyməkdə gördülər. “Tural …” sözləri o qədər aşkar eşidilirdi ki, səbəbkar dözmədi. Üzünü tribunadakılara tutub əl işarəsi ilə söhbəti stadiondan kənarda “xırdalamaq” həvəsində olduğunu bildirdi.
* Matçı izləyənlər arasında əsas və U-21 yığmalarının baş məşqçiləri Nikola Yurçeviçlə Milan Obradoviçi də görmək olardı. Maraqlıdı ki, AFFA-nın bir neçə rəsmisi və İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov da Sumqayıta təşrif buyurmuşdu. “Zirə”nin baş məşqçisi Samir Abasov da oyunu izləyənlər arasında idi.

Reaksiyalar
Roberto Bordin: “Komandamın oyunundan çox razı qaldım. Futbolçularım ilk dəqiqələrdən sona qədər mübarizə apardılar. Bununla da Sumqayıta qələbə dalınca gəldiklərini göstərmiş oldular. Sərəncamımda belə futbolçular olduğuna görə fəxr edirəm. Qələbəyə görə də hər birini təbrik etmək istəyirəm. Buraxdığmız qolda kimisə günahlandırmaq istəmirəm. Səlahətlə Mboc arasında anlaşılmazlıq idi ki, hər bir futbolçunun başına gələ bilər. Lakin Mboc qısa zamanda özünü toparlamağı bacardı. Lazımi anda vacib qol vurmaqla faydalı olduğunu göstərdi… Turnir cədvəlində şəriksiz liderə çevrilməyimizin növbəti oyunlara hazırlaşmaq baxımından hansısa psixoloji çətinlik yaradacağını düşünmürəm. Hər oyunda məqsədimiz qalib gəlməkdi. Bunun öhdəsindən gələndən sonra növbəti matça hazırlaşacağıq. Düzdü, “Qəbələ” ilə qarşılaşmaya vaxtımız azdı. Yenə də komandanı hazır duruma gətirməyə çalışacağıq”.
Ayxan Abbasov: “Danışmaq çətindi mənə. Ona görə də qısa danışacam. Ümid edirəm ki, üzürlü sayarsız. Bu gün futbolçularımı göstərdikləri xarakterə görə təbrik etdim. Bura gələndə bir qram da şübhəm yox idi, bu gün də şübhəm olmadı. Verdiyim tapşırıqları yerinə yetirdilər. Fasilədən sonra hava şəraiti işimizi çətinləşdirdi. Eybi yox, növbəti oyuna hazırlaşacağıq… Hakimin dediyinə görə, texniki zonadan kənarlaşdırılmağım xətti tapdaladığıma görəydi. Mehdi Cənnətovla söhbətə gəlincə, isti başla danışmağa ehtiyac görmədim. İkilikdə söhbət edib, vəziyyətə aydınlıq gətirmək üçün vaxtımız olacaq. Hakimliklə bağlı protokolda hansısa qeydlərin aparılması ilə mən məşğul olmuram. Bunun üçün rəhbərlik var. Hakimlərin işinə qiymət verməyi siz jurnalistlərin öhdəsinə buraxıram. Dürüstlüyünüzə şübhəm olmayıb. Yəqin ki, lazım olan məqamları vurğulayacaqsız. Hakimin qərarları oyunun yekun nəticəsinə təsir etdimi? Bu sualı mən də sizə verirəm. Sizcə, etdi?”
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar