12 mar 13:52liqa, reportaj

“Sabah”ın zülmət gecələri davam edir

“Sabah”ın zülmət gecələri davam edir
Tərlan Əhmədov: “Futbolçulara deyirəm ki, uduzsaz belə, oyununuzdan zövq alın”
77. Keşlə - Sabah (Bakı) 3:0 (1:0)
1. Kamran Ağayev (k) – 5,5
19. Azər Salahlı – 5,5
93. Edvinas Girdvainis – 5,0
(33. Tərlan Quliyev, 45) – 5,0
3. Denis Silva – 5,5
4. Slavik Alxasov – 5,5
22. Nikola Mitroviç – 5,5
(91. Nurlan Quliyev, 89) – qiymətsiz
32. Valeri Kutsenko – 5,0
11. Vüsal İsgəndərli – 5,5
25. Con Kamara – 5,0
65. Cabir Əmirli – 5,5
23. Conatan Ayite – 6,0
(17. Samir Məsimov, 75) – 5,5
Ehtiyat oyunçular
30. Davud Kərimi
18. Ruslan Əmircanov
8. Seymur Əsədov
10. Ruslan Nəsirli
21. Angelo Pena
66. Murad Qayalı
78. Elmir Rəhimzadə
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Conatan Ayite

30. Saşa Stamenkoviç – 3,5
25. Vanderson Silva – 3,5
5. Kərim Diniyev – 3,5
33. Eltun Turabov – 3,5
(77. Şakir Seyidov, 84) – qiymətsiz
19. Məqsəd İsayev – 4,0
15. Erik Ramos – 4,0
91. Coşğun Diniyev – 4,0
11. Elgün Nəbiyev – 3,5
(17. Təmkin Xəlilzadə, 46) – 4,0
22. Miloş Bosançiç – 3,5
(6. Vadim Abdullayev, 70) – 3,5
10. Cavid İmamverdiyev (k) – 4,5
9. Marko Deviç – 4,0
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
4. Tərzin Cahangirov
27. Bəxtiyar Soltanov
13. Filip İvanoviç
88. Elçin Əsədov
97. Emil Qasımov
42. Reza Biqdelo
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Cavid İmamverdiyev
Qollar: C.Ayite, 27 (1:0, V.Kutsenko). C.Ayite, 47 (2:0). C.Əmirli, 67 (3:0).
Vərəqələr: M.İsayev, 55 (qeyri-idman hərəkəti). C.İmamverdiyev, 61 (hakimin qərarına etiraz). N.Quliyev, 90+2 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
9 mart. Bakı. ASK Arena. 250 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ötən tur “Neftçi”yə böyük hesabla uduzan, ümumiyyətlə, qış fasiləsindən sonra inamsız təsir bağışlayan “Sabah”ın qara günləri davam edir. Hesabat turunda “Keşlə” ilə qarşılaşan “tələbələr”dən çox şey gözlənilsə də, Elşad Əhmədovun yetirmələri, demək olar ki, meydanda heç nə ilə yadda qalmadılar. “Dişsiz” hücum, bərbad müdafiə və “təkəri buraxmış maşın” təsiri bağışlayan yarımmüdafiə - bugünkü “Sabah”ın simasıdı desək, yanılmarıq.
Şənbə günü “ASK Arena”da baş tutan qarşılaşmada ilk qol meydan sahiblərindən gəldi. 27-ci dəqiqədə Kutsenko müdafiəçilərin arxasına ötürmə etməklə Ayiteni zərbə mövqeyinə çıxardı. Forvard isə topu yaxın küncə yönəldib, hesabı açdı. Buraxılan qolda Stamenkoviçin səhvini vurğulamaq yerinə düşər. Buna qədər isə qonaqlar iki dəfə hesabı açmağa yaxın olmuşdular. 9-cu dəqiqədə İmamverdiyevdən əla ötürmə alan Deviç bir hərəkətlə rəqib müdafiəçiləri yerə sərib “çərçivə”ni nişan alsa da, zərbəsi dəqiq olmadı. Belə ki, top cüzi fərqlə dirəyin yanından keçdi. 20-ci dəqiqədə isə İmamverdiyevin cəzimə zərbəsindən sonra top tirə toxunaraq meydanı tərk etdi. İlk yarının qalan dəqiqələrində üstünlük meydan sahiblərinin tərəfində olsa da, tablodakı hesab dəyişmədi.
İkinci hissə başlar-başlamaz Tərlan bəyin komandası hesab arasında fərqi iki topa çatdırmağı bacardı. Bu dəfə də Conatan diqqət mərkəzinə düşdü. “32 nömrə” “Sabah”ın qapıçısı ilə müdafiəçisinin anlaşılmazlığından yararlanaraq toru silkələdi. Qapısında ikinci qolu görən “tələbələr”in oyunda dönüş etmək üçün irəli atılacağı gözlənilsə də, tribunalara toplaşan azsaylı azarkeşlər əksini gördü. “Keşlə” rəqibi öz qapısına doğru sıxaraq, onlara meydanın mərkəzini keçməyə belə imkan vermirdi. Futbol dili ilə desək, meydan sahibləri qonaqları “topla döyürdü”. Onlar çox asanlıqla debütantın cərimə meydançasına yaxınlaşır, hər zövqə uyğun düşünülmüş hücumlar qururdular. 58-ci dəqiqədə Saşanın inamlı oyunu olmasaydı, Ayite het-trikini rəsmiləşdirə bilərdi. Forvardın yaxın məsafədən başla zərbəsini qolkiper gözəl seyvlə zərərsizləşdirərək, komandasını qoldan xilas etdi. 67-ci diqəqidə isə matçda son nöqtə qoyuldu. Cabir özü başladığı hücumu özü də dəqiq tamamladı. Meydanın mərkəzində topu ələ keçirən Əmirli bir qədər irəliləyib Vüsala ötürmə etdi. İkinci yenidən onu “görüncə”, yarımmüdafiəçi sürətlə cərimə meydançasına yaxınlaşıb iti bucaq altında uzaq “9-luğ”u dəqiq nişan aldı. Qalan dəqiqələrdə tərəflərin fərqlənmək cəhdləri fayda vermədi və beləliklə, qarşılaşma daha istəkli görünən tərəfin - “Keşlə”nin inamlı qələbəsi ilə yekunlaşdı.
RƏŞAD

Reaksiyalar
Tərlan Əhmədov: “Maraqlı oyun oldu. Hər iki komandanın ifasında qarşılıqlı hücumlara şahidlik etdik. Bu gün daha istəkli idik, komanda səhv etmədən qalib gəldi. Hücum futbolu oynayaraq, müdafiədə səhv etmədik. Bu da məni sevindirdi. Ayitenin öz oyununu tapmasına sevindim. Amil Yunanov cəzalı, Klennon zədəlidi. Həmçinin Sərtan, ola bilər ki, növbəti oyuna yetişməsin. Buna baxmayaraq, komanda əzmkar futbol sərgilədi. Hər bir komanda rəqibi təhlil edir. Mən öz komandamın oyununa daha çox üstünlük verirəm. Futbolçulara deyirəm ki, uduzsaz belə, oyununuzdan zövq alın. Bu gün istədiyim futbolun 60-70 faizini meydanda gördüm".
Elşad Əhmədov: “Oyuna pis başlamadıq. Yenə də hücumda problemlər yaşayırıq. 15-20 dəqiqə normal futbol oynadıq. Qapımızdan ilk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər. Fasilədə futbolçularla danışdıq, həvəsli başladıq. Amma yenə ilk hücumda qol buraxdıq. Meydanın bərbad durumu oyunumuzda hiss olunurdu. Ötürmələr istənilən kimi alınmırdı, topu ram etmək də çətin idi. Buna baxmayaraq, oynamalıydıq. Deməzdim ki, komanda oyunun sonlarına yaxın yorulmuşdu. Fiziki yox, psixoloji cəhətdən oyunçular “sınmışdı”. Stamenkoviçə gəlincə, o bizim köməyimizə çox çatıb. Komanda üçün lazımlı futbolçudu. Müdafiədə səhvlərimiz çox olur. Bunları araşdıracağıq. Onu düz qeyd etdiz ki, ardıcıl məğlubiyyətlərdən sonra komandaya fərqli yanaşmaq lazımdı. Uşaqlarda psixoloji durumu düzəltməyə çalışacağıq. Ola bilsin, “Qarabağ”la matçda qeydə alınan nəticə “Neftçi” ilə qarşılama ərəfəsində kollektivdə arxayınlıq yarada bilərdi. Amma bu gün belə deyildi. Ötən həftə temperaturu olduğuna görə Təmkini erkən əvəzlədik. Xəstə olduğundan iki gün idi komanda ilə məşq edirdi. Tam hazır deyildi, bu da meydanda hiss olunurdu”.

Gözdən qaçmadı
* Əvəzetmədən meydana daxil olan Tərlan Quliyevin fasilədən sonra ikili mübarizədə forması cırıldı. Müdafiəçi bir neçə dəfə ehtiyat oyunçular skamyasına səslənib, yeni forma istəsə də, qarşı tərəfdən reaksiya gəlmədi. Nəhayət, Kamran Ağayev komanda yoldaşının dadına çataraq, uca səslə “Tərlana forma gətirin” dedi. Məhz onun müdaxiləsindən sonra problem aradan qaldırıldı.
* Meydan sahiblərinin yarımmüdafiəçisi Nikola Mitroviç 82-ci dəqiqədə Tərlan Əhmədovdan əvəzlənməsini istəsə də, baş məşqçi onun bu arzusunu yalnız 89-cü dəqiqədə reallaşdırdı.
* FİFA agenti Tural Əsgərov və iki əcnəbi həmkarı “ASK Arena”da matçı izləyənlər arasında idi.
* “Keşlə”nin müdafiəçisi Edvinas Girdvainis anadangəlmə sarışın olmasına baxmayaraq, “Sabah”la matçda saçını bir qədər də ağardıb meydana çıxmışdı. Ancaq yeni saç üslubu ona düşərli olmadı. Belə ki, Edvinas ilk yarının son dəqiqələrində zədələnərək meydanı erkən tərk etmək məcburiyyətində qaldı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır Bütün xəbərlər
Ən çox oxunanlar