26 mar 13:34liqa

Təqvim “Qəbələ” üçün ağır görünsə də...

Təqvim “Qəbələ” üçün ağır görünsə də...
...aprelin 9-nu gözləməliyik

Premyer-liqada mübarizənin başa çatmasına bir ay dörd gün qalıb. Bu isə o deməkdi ki, növbəti ölkə çempionunun adına aprelin sonunda aydınlıq gələcək. Ötən mövsüm də əsas mübarizə “Qarabağ”la “Qəbələ” arasında getmişdi, amma indiki qədər intriqa yox idi. Hazırda ağdamlılar əsas rəqibini 2 xal qabaqlayır ki, bunu ciddi fərq saymaq olmaz. Növbəti turların birində Qurban Qurbanovun yetirmələrinin heç-heçə etməsi belə Roman Qriqorçukun rəhbərlik etdiyi komandanı yenidən ilk pilləyə yüksəldəcək. Bunun üçün isə “qırmızı-qaralar”ın uduzmaq haqqı yoxdu. Yəni komanda tarixində ilk dəfə “qızıl” sevinci yaşamaq istəyirsə, apreldə keçirəcəyi 5 çempionat oyununu qalib başa vurmalıdı. Eyni sözlər “Qarabağ”a da aiddi. İndiki durumda futbol ictimaiyyətini maraqlandıran əsas sual finiş xəttinə hansı komandanın tez çatacağıdı. Bunun üçün müəyyən fikirlər səsləndirilir, ehtimallar irəli sürülür. Biz isə təqvimi göz önünə gətirib qısa araşdırma apardıq.
Həm “Qəbələ”, həm də “Qarabağ” kubok mübarizəsini də davam etdirdiyindən, ikinci dərəcəli yarışın hansınasa mane olacağı tutarlı sualdı. Əvvəlcə rəqiblərin adlarına nəzər salaq. Bölgə təmsilçisi yarımfinalda “İnter”lə üzləşəcək. Həmin “İnter” ki, “Qəbələ” cari mövsümdə bu rəqibə boyun əyməyib: 2 heç-heçə və “qırmızı-qaralar”ın qələbəsi. Bakılıların qeyri-sabit nəticələrlə yadda qaldığını və heyət kasadlığını nəzərə alsaq, qəbələlilərin işi çətin olmamalıdı. O başqa məsələ ki, ilk dəfə çempionluq sevincini yaşamağı hədəfləyən klub və onun üzvləri kuboku başı üzərinə qaldırmaq sevdası ilə alışıb-yanmır. Yəni əsas diqqəti premyer-liqaya ayıracaqları 100 faizdi. “Qarabağ” isə güclənmiş və son vaxtlar formada olan “Neftçi”yə qarşı mübarizə aparacaq. Heç şübhəsiz, futbolçular meydanda tər tökəcək. Bu da çempionat oyunlarında yorğunluğa səbəb ola bilər. Öz aramızdı, ardıcıl üçüncü “qızıl dubl”u kim istəməz?! Kubok mübarizəsinin ağdamlılara daha çox təsir edəcəyi inandırıcıdı.
Çempionatdan danışırıqsa, hər ikisini qarşıda 5 vacib oyun gözləyir. “Qəbələ” cəmi 2 dəfə doğma azarkeşləri önündə çıxış edəcəksə, 3 dəfə səfərə çıxacaq. 24-cü turda keçiriləcək “Zirə”ylə oyunun hansı nəticə ilə başa çatacağını təxmin etmək çətin məsələdi. Qəbələlilər millidən qayıdacağı halda, zirəlilər fasilə müddətindən lazımınca istifadə etmiş olacaq. Bundan başqa, “qartallar”ı Qəbələ səfərində heç-heçə də qane edəcək. Odu ki, əsas diqqəti müdafiəyə ayırmaqla 1 xal istəyinə çata bilərlər. Bir sözlə, “Qəbələ” üçün asan olmayacaq. 25-ci turda çempionluğa iki əsas namizəd üz-üzə gələcək. Mərkəzi qarşılaşmanın yekun nəticəsi xüsusilə bölgə təmsilçisi üçün həlledicidi. Məğlubiyyət “Qəbələ”nin “qızıl” arzusunun üstündən çalın-çarpaz xətt çəkəcək. Digər hallarda növbəti 3 oyunu gözləmək lazım gələcək. 26-cı turda “Qəbələ”ni Gəncəyə səfər gözləyir. Həmin şəhər ki, ötən mövsüm Qriqorçukun yetirmələri ordan 0:3 hesablı yenilgi ilə qayıtmışdı. Həmin şəhər ki, bu il fevralın 28-də “Qəbələ” “Kəpəz”lə 1:1 oynamışdı. Gəncəlilərin də Avroliqaya vəsiqə uğrunda mübarizə apardığını nəzərə alsaq, qonaqların işi asan olmayacaq. 27-ci turda “qırmızı-qaralar” doğma azarkeşləri önündə “İnter”i qəbul edəcək. Sonuncu turda isə oynamağa çətinlik çəkdikləri süni örtükdə mübarizə aparacaqlar. Rəqib “Sumqayıt”dı. Göründüyü kimi, 5 oyunun hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət daşıyır. O başqa məsələ ki, “Qarabağ”la şəxsi görüşün nəticəsi komandada ruh yüksəkliyi yaradacaq.
“Köhlən atlar”a gəlincə, son 3 ilin çempionunun ən böyük üstünlüyü Gəncəyə səfər etməyəcəyi, Sumqayıtda süni örtükdə oynamayacağıdı. Çünki hər iki rəqibini “Azərsun Arena”da qəbul edəcək. 24-cü turdakı rəqib “Kəpəz”, 27-ci turda “Sumqayıt”dı. 25-ci turda çempionluğa namizədlərin qarşılaşacağını yuxarıda qeyd etmişdik. 26-cı turda “köhlən atlar” “İnter Arena”da “İnter”in, sonuncu turda isə “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq. Yəni “Qarabağ” üçün 3 çətin oyun qalıb. “Qəbələ” ilə ev, “İnter” və “Neftçi”ylə səfər matçları. “Ağ-qaralar”la qarşılaşmanın sonuncu tura təsadüf etdiyini nəzərə alanda premyer-liqanın sonluğunun daha maraqlı alınacağı indidən görünür. İstənilən halda, aprelin 9-da, yəni “Qarabağ” – “Qəbələ” oyunundan sonra çox suallara aydınlıq gələcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar