05 mar 17:57liqa, reportaj

Lider baxımlı oyunla böyükhesablı qələbə qazandı

Lider baxımlı oyunla böyükhesablı qələbə qazandı
Sansone: “Qarşıdakı 9 turda mənim neçə qol vurmağımdansa, komandanın qalib gəlməsi əsasdı”
73. Neftçi (Bakı) – Sabah (Bakı) 3:0 (2:0)
1. Səlahət Ağayev -5,5
21. Məhəmməd Mirzəbəyov – 5,0
25. Kiril Petrov – 5,5
3. Mamadu Mboc – 5,5
26. Ömər Buludov – 5,5
8. Emin Mahmudov (k) – 6,5
93. Soni Mustivar – 5,5
(36. Mamadu Kane, 57) – 5,5
7. Namiq Ələsgərov – 5,5
(4. Petru Raku, 76) – qiymətsiz
11. Vangelis Platellas – 5,5
9. Baqali Dabo – 6,0
16. Canluka Sansone – 6,0
(22. Mirabdulla Abbasov, 69) – 5,5
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
15. Ruslan Abışov
6. Qoran Paratski
5. Anton Krivotsyuk
33. Turan Vəlizadə
70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Emin Mahmudov

30. Saşa Stamenkoviç – 4,5
17. Təmkin Xəlilzadə - 4,0
(25. Vanderson Silva, 40) – 4,0
21. Novruz Məmmədov – 4,0
(10. Cavid İmamverdiyev, 46) – 4,5
5. Kərim Diniyev (k) – 4,0
13. Filip İvanoviç – 4,0
19. Məqsəd İsayev – 4,0
91. Coşqun Diniyev – 4,5
4. Tərzin Cahangirov – 4,0
7. Rəşad Eyubov – 5,0
9. Marko Deviç – 4,0
11. Elgün Nəbiyev – 4,0
(77. Şakir Seyidov, 67) – 4,0
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
6. Vadim Abdullayev
27. Bəxtiyar Soltanov
22. Miloş Bosançiç
33. Eltun Turabov
88. Elçin Əsədov
97. Emil Qasımov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Rəşad Eyubov
Qollar: C.Sansone, 9 (1:0). E.Mahmudov, 24 (2:0). B.Dabo, 79 (3:0, E.Mahmudov).
Vərəqələr: C.Sansone, 11 (hakimin qərarına etiraz). T.Xəlilzadə, 11 (qeyri-idman hərəkəti). B.Dabo, 12 (hakimin qərarına etiraz). R.Eyubov, 25 (hakimin qərarına etiraz). V.Platellas, 34 (qeyri-idman hərəkəti). N.Məmmədov, 44 (qeyri-idman hərəkəti). Ö.Buludov, 67 (qeyri-idman hərəkəti). M.Mirzəbəyov, 75 (qeyri-idman hərəkəti). S.Mustivar, 81 (oyunun bərpasını ləngitmək) – sarı. M.Mirzəbəyov, 84 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: VÜQAR HƏSƏNLİ, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev (hamısı Bakı)
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
2 mart. Bakı. Bakcell Arena. 1000 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Ardıcıl iki turda xal itirən, çempionluq uğrunda əsas rəqibi “Qarabağ”ın yaxınlaşmasına imkan verən “Neftçi” “Sabah”la görüş ərəfəsində çox tənqidə məruz qalmışdı. “Ağ-qaralar” debütantla qarşılaşmada da qələbə qazana bilməsəydi, yəqin ki, Roberto Bordinə və yetirmələrinə ünvanlanan etiraz dalğası daha da böyüyəcək, ən azı növbəti tura qədər “Neftçi”nin uğursuz çıxışı futbol ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olacaqdı. Ancaq “ağ-qaralar” “tələbələr”lə görüşdə sərgilədiyi oyun və qazandığı böyükhesablı qələbə ilə buna imkan vermədi.
İlk dəqiqələrdən üstünlüyə yiyələnən meydan sahibləri artıq 7-ci dəqiqədə qonaqların qapısı qarşısında ilk təhlükəli vəziyyəti yaratmağı bacardı. Xeyli müddətdi əsas heyətdən kənarda qalan, ancaq bu oyunda start “11-liy”ində meydana çıxan Namiq Ələsgərov Platellasın ötürməsindən sonra iti bucaq altında “çərçivə”yə zərbə endirsə də, Stamenkoviç ayaqları ilə topu uzaqlaşdırmağı bacardı. Əslində Namiqin həmin anda zərbə vurmaq və yaxud ötürmə etmək istədiyi müəmmalı qaldı. İlk yaddaqalan hücumun uğursuz başa çatmasına baxmayaraq, 9-cu dəqiqədə “ağ-qaralar” hüsabı açmağa müvəffəq oldu. Dabo sol cinahdakı Platellasa ötürmə etmək istəsə də, topa toxunan “Sabah”ın futbolçusu istiqaməti dəyişdi və “mərmi” Sansonenin önünə düşdü. Meydan sahiblərinin yeni transferi isə bu “hədiyyə”dən maksimum yararlanaraq, premyer-liqada qol hesabını açdı. Qoldan ruhlanan Bordinin yetirmələri qarşıdakı dəqiqələrdə təzyiqi bir qədər də artırdı. Bunun da nəticəsi kimi həftəiçi Rusiya mətbuatına verdiyi müsahibəyə görə cərimələnən Mahmudov 24-cü dəqiqədə hesab arasında fərqi iki topa çatdırdı. Kornerdən qapı önünə asmanı qonaqların müdafiəçiləri uzaqlaşdırmağı bacarsa da, top Eminin qarşısına düşdü. O isə cərimə meydançasının xətti üzərindən qüvvətli zərbə ilə “mərmi”ni yaxın “9-luğ”a sancdı. İki dəqiqə sonra artıq kapitan məhsuldar ötürmə ilə yadda qala bilərdi. Ancaq onun “əziyyətini” Dabo boşa verdi. “Ağ-qaralar”ın “vuran ayağı” əlverişli vəziyyətdən “çərçivə”ni dəqiq nişan ala bilmədi. Ümumiyyətlə, ilk hissə meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçdi. “Sabah” isə birinci 45 dəqiqədə, demək olar ki, heç nə ilə yadda qalmadı. “Tələbələr”in lideri Deviçdən danışmağa dəyməz. Ukrayna millisinin sabiq forvardı, qonaqların əsas qoleadoru sanki meydanda yox idi. Fasiləyə qədər liderin irəli xətdə yer alan oyunçuları bir qədər dəqiq olsaydılar, daha çox fərqlənə bilərdilər. Platellas və Sansone bir neçə dəfə real qol şanslarını boşa verməklə yadda qaldılar.
Komandasının top saxlaya, normal hücum qura bilmədiyini görən Elşad Əhmədov ikinci yarıya əvəzetmə ilə başladı. Cavid İmamverdiyevi “döyüşə atan” baş məşqçi oyunda dönüş etməyi düşünürdü. İmamverdiyevin meydana çıxması qonaqların oyununda canlanma yaratsa da, bu hesabda əksini tapmadı. Əvəzində meydan sahibləri gözəl kombinasiya ilə 3-cü dəfə “tələbələr”i meydanın mərkəzinə dəvət etdilər. 79-cu dəqiqədə Mahmudovun cərimə meydançasına ötürməsini ikinci yarıda meydana çıxan Mirabdulla hiyləgərcəsinə ayaqlarının arasından buraxdı və Dabonu zərbə mövqeyinə çıxardı. İlk yarıda kapitanın ötürməsini lazımınca dəyərləndirə bilməyən “9 nömrə” bu dəfə səhvə yol vermədi və toru silkələdi. Bu həm də “Neftçi”nin “qara mirvari”sinin mövsümdə 9-cu qolu idi. 84-cü dəqqədə Mirzəbəyov simulyasiyaya görə qarşısında ikinci sarı vərəqəni görüb komandasını azlıqda qoysa da, “Sabah” bundan yararlanıb təsəlli qolunu belə vura bilmədi. Beləliklə, turun mərkəzi qarşılaşması meydan sahiblərinin qələbəsi ilə başa çatdı.
RƏŞAD

Reaksiyalar
Elşad Əhmədov: “Ardıcıl 2 oyun xal itirən “Neftçi”nin aqressiv start götürəcəyini bilirdik. Rəqib layiqli qələbə qazandı. Müdafiəmiz ilk 15 dəqiqədə zəif oynadı. Məqsəd İsayev Vandersondan daha sürətli idi. Vandersonu buna görə ehtiyatda saxladım.Təmkinin erkən əvəzlənməsinə gəlincə, qızdırmalı idi”.
Roberto Bordin: “Oyuna ciddi hazırlaşmışdıq. Dərk edirdik ki, bu matçda 3 xala xüsusi ehtiyacımız var. Əzmkar oynadıq və ilk dəqiqələrdən inamlı təsir bağışladıq. Bu gün qələbəyə layiq idik. Bir sıra oyunçularımız var idi ki, çoxdan start heyətində görünmürdülər. Ancaq onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər. Unutmayaq ki, Ruslan Abışov ciddi zədədən qayıdıb. Sevinirəm ki, artıq komandayla məşqlər edir. Hələ ki hazır deyil. Ancaq növbəti oyunlarda onu görəcəyik. Qırmızı vərəqə ilə bağlı oyundan sonra Məhəmməd Mirzəbəyovla söhbət etdim. Dedi ki, ona toxunmuşdular. Qırmızı vərəqədən sonra rəqib say üstünlüyü qazandı və daha üstün oynadı. Epizoda baxdıqdan sonra fikir bildirə bilərəm. Deməzdim ki, aqressiv oynadıq. Hər iki komandaya xeyli sarı vərəqə göstərildi. Platellas bu gün oyun qurucusu kimi oynasa da, o, hücumameyilli futbolçudu. Məncə, cinahda daha yaxşıdı. Ancaq universal futbolçudu və pleymeker kimi də çıxış edə bilir. Bu gün Namiqə şans verdik. Ələsgərov isə ancaq cinahda oynaya bilir. Ona görə də Platellası mərkəzə çəkmişdim. Hesab 2:0 olandan sonra yetirmələrimə topu saxlamaq tapşırığı verdim. Deməzdim ki, Platellas oyunu yubadırdı. O, meydanı çox yaxşı görür. Sadəcə, hesab arasında fərq 2 olunca, topu saxlamağı üstün tutduq. Marko Deviçlə aramızda elə bir narazılıq olmadı. Platellasın “sarı”ya layıq olub-olmadığını müzakirə edirdik”.
Canluka Sansone: “Bu gün yaxşı oyun nümayiş etdirdik. İlk dəqiqələrdən qol axtarışındaydıq və bunu da erkən vura bildik. Bundan sonra ikincini də vurduq və daha yaxşı oynamağa başladıq. Demək olar ki, oyunun taleyini həll etdik. Təbii ki, qol vurmaq xoş və vacib amildi. Ancaq öncə şəxsi və komanda göstəricilərinə baxıram. Bu gün həm şəxsi, həm də komanda göstəriciləri yaxşı idi. Buna görə daha çox sevinirəm, nəinki qol vurduğum üçün. Deməzdim ki, “Səbail”lə bir həftə öncəki oyunla bu gün keçirdiyimiz qarşılaşma arasında böyük fərq var. Sadəcə, qol imkanlarımızdan istifadə edə bildik. “Səbail”lə qarşılaşmada isə bunu bacarmadıq. Bir məğlubiyyətin geriyə addım kimi qələmə verilməsinin tərəfdarı deyiləm. “Fiziki cəhətdən çatdıra bilmirsiz” sualı ilə razılaşmıram. Komanda 11 nəfərdən ibarət deyil. Heyətimiz genişdi. Hər bir futbolçuya şans verilməlidi və hamı buna layiqdi. Dəyişikliklər isə baş məşqçiyə aiddi. Qarşıdakı 9 turda mənim neçə qol vurmağımdansa, komandanın qalib gəlməsi əsasdı”.
Rəşad Eyubov: “Sabah"a qış fasiləsindən sonra gəlmişəm. Bu üzdən komandadakı qeyri-sabitliyin səbəbi barədə nəsə demək mənə çətindi. Deyə bilərəm ki, necə lazımdısa, məşqlərimizi edirik. Sadəcə, hansısa məqamda nəsə çatmır. Mənim üçün prinsipial oyun deyildi. Yalnız "Sabah"ın qələbəsi üçün meydana çıxmışdım. "Neftçi"yə qarşı məndə hansısa əvəz çıxmaq hissi, prinsipiallıq yox idi. Aqressiv olmağım bəzi epizodlarda narazı qalmağımla bağlı idi. "Qarabağ"la heç-heçədən sonra gördük ki, oynamaq olar. Bu gün açıq futbol sərgilədik. Ancaq bunun üzərində hələ çox çalışmalıyıq. Düşünürəm ki, məşqçilər korpusu oyunu təhlil edəcək. Demək olmaz ki, məğlubiyyətə səbəb seçilən taktika idi".

Gözdən qaçmadı
* 34-cü dəqiqədə hakim Platellasa sarı vərəqə göstərincə, Marko Deviçlə Roberto Bordin arasında mübahisə yaşandı. “Ağ-qaralar”ın baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında, sadəcə, fikir mübadiləsi olduğunu bildirsə də, italyan mütəxəssisin rəqib futbolçu ilə aqressiv formada danışdığını hamı gördü.
* Qarşılaşmanı izləyənlər arasında yığmanın baş məşqçisi Nikola Yurçeviçin yeni təyin olunmuş köməkçisi Arif Əsədov da var idi. Məşqçlər Komitəsinin üzvü, iki oğlu “Sabah”ın şərəfini qoruyan Şahin Diniyev də “Bakcell Arena”ya gələnlər arasında idi.
* Matçdan sonra “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanov paltardəyişmə otağına yollanıb komanda üzvlərini qələbə münasibəti ilə təbrik etsə də, prezident Kamran Quliyev arenanı erkən tərk etməklə yadda qaldı.
* “Ağ-qaralar”ın mətbuat xidmətinin sabiq əməkdaşı Rüstəm Fətəliyevin bir müddət öncə klubdan ayrıldığı bildirilsə də, “Sabah”la görüşdən sonra əvvəki kimi iş başında idi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar