05 mar 17:53liqa, reportaj

Bayılda qol səsi çıxmadı

Bayılda qol səsi çıxmadı
74. Səbail – Sumqayıt 0:0
1. Aleksandr Rıbka – 5,5
13. Şəhriyar Rəhimov (k) – 5,5
4. Enrike Perilyo – 6,0
99. Jarjue Maudo – 5,5
32. Elvin Yunuszadə - 5,5
7. Fəhmin Muradbəyli – 5,0
(11. Ruslan Qurbanov, 78) - qiymətsiz
5. Vüqar Bəybalayev – qiymətsiz
(77. Ədilxan Qarəhmədov, 7) – 5,0
10. Ağabala Ramazanov – 5,0
8. Yevgeni Koçuk – 5,5
28. Kevin Kubemba – 4,5
9. İmanol İriberri – 4,5
(33. Tome Kitanovski, 58) – 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
3. Tamazi Tsetsxladze
17. Elçin Rəhimli
18. Aqşin Qurbanlı
26. Kamal Qurbanov
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Enrike Perilyo

1. Mehdi Cənnətov – 5,5
74. Yusif Nəbiyev – 5,5
2. Rail Məlikov – 5,5
3. Vurğun Hüseynov (k) – 6,0
5. Adil Nağıyev – 5,0
9. Ehtiram Şahverdiyev – 5,0
(17. Nicat Qurbanov, 82) – qiymətsiz
99. Əli Babayev – 5,0
60. Elvin Məmmədov – 4,5
(7. Cavid Tağıyev, 68) – 4,5
10. Aleksey İsayev – 5,0
22. Əfran İsmayılov – 5,0
(15. Əmir Ağayev, 88) – qiymətsiz
8. Peyman Babayi – 4,5
Ehtiyat oyunçular
12. Rəşad Əzizli
11. Atilla Yıldırım
18. Süleyman Əhmədov
21. Arif Daşdəmirov
34. Elvin Bədəlov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev
97. Xəyal Nəcəfov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Vurğun Hüseynov
Vərəqələr: Ə.Qarəhmədov, 34 (qeyri-idman hərəkəti). E.Yunuszadə, 46 (qeyri-idman hərəkəti). V.Hüseynov, 60 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
2 mart. Bakı. Bayıl Arena. 400 tamaşaçı (3200 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 4,5.
Qış fasiləsindən sonra “qara zolaq”da olan “Sumqayıt” uğursuz axara son vermək istəyirdi. “Kimyaçılar”dan fərqli olaraq, çempionatın 3-cü dövrəsinə əla başlayan “Səbail” isə növbəti qələbəsinə köklənmişdi. Ancaq 90 dəqiqənin yekununda qalib müəyyənləşmədi. Tərəflərdən heç biri fərqlənə bilmədi. Özü də qapılar qarşısında saysız-hesabsız qol vəziyyətlərinin də şahidi olmadıq. Bununla belə, bəzi epizodları qeyd edə bilərik.
Oyuna gözlənilməz itki ilə başlayan “Səbail” 9-cu dəqiqədə hesabı açmağa yaxın oldu. Şəhriyarın qapı önünə ötürməsi zamanı İriberrinin zərbəsindən sonra top dirəkdən döndü. Belə düşünmək olardı ki, meydan sahibləri təzyiqi davam etdirib, qol arzusunu gerçəkləşdirəcək. Lakin təşəbbüsü ələ alan “Sumqayıt” topa daha çox nəzarət etməyə başladı. Hacıyevin komandasının isə “ilk gülləsi boşa çıxdığından”, əks-hücumlar haqda düşünməyə başladı. Növbəti yaddaqalan epizodu da Bayıl təmsilçisi yaratdı. Ağabalanın təhlükəli vuruşu zamanı Mehdi əla reaksiya ilə qola imkan vermədi.
“Kimyaçılar” ümumi oyun planında üstün görünsə də, qonaqların ifasında “çərçivə”yə ilk zərbəni 52-ci dəqiqədə izlədik. Amma Rıbka Ehtiramın sevinməsinə imkan vermədi. Qalan dəqiqələrdə Kitanovskinin əla fürsəti qaçırdığını, Koçukun sevinməsinə isə Vurğunun mane olduğunu bildirək. 3-cü uzatma dəqiqəsində isə “Sumqayıt” qələbə qolunu vurmağa yaxın idi. Nicat Peymana fərqlənmək imkanı yaratsa da, sonuncu bərbad vuruşla əla fürsəti dəyərləndirə bilmədi.
FARİZ

Reaksiyalar
Ayxan Abbasov: “Bizi ağır oyun gözləyirdi. Bilirdik ki, qış fasiləsindən sonra ən yaxşı nəticələrə imza atan komandaya qarşı oynayırdıq. Həmkarım Aftandil Hacyevin premyer-liqada ilk ilidi, yaxşı komanda yaradıb və ona uğurlar arzulayıram. Ardıcıl dörd oyunda məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən hazırlamaq çətindi. Futbolçularıma göstərdikləri xarakterə görə təşəkkür edirəm. Düzdü, qələbə daha yaxşı olardı. Ancaq uduzmadıq, qış fasiləsindən sonra ilk xalımızı qazandıq. Çalışacağıq ki, bu durumdan çıxaq. Bunun üçün bizə indi ilk növbədə birlik lazımdı. Azarkeşlərimizə dəstəyə görə minnətdaram. Əslində qış fasiləsindən sonra uduzduğumuz qarşılaşmalarda da rəqiblərdən geri qalmamışdıq. Ən yaralı yerimiz qol imkanlarından istifadə edə bilməməkdi. Belə rəqiblə oyunda bir-iki qol fürsəti olur. Bu dəfə də oldu, ancaq yararlana bilmədik. Qalib gələ bilməyəndə, çalışmalısan uduzmayasan. Bu 1 xal futbolçulara özlərinə gəlmələri üçün bəlkə də kömək edəcək... Elvin Məmmədov? Çalışıram ki, komandamda kim var, onlardan istifadə edim. Elvin də zədədən sonra qayıdıb, ona vaxt lazımdı. Bu gün verdiyimiz tapşırıqları yerinə yetirdi. Bir komandada 20-22 futbolçu olur. Kimsə oynamırsa, bu o demək deyil ki, zəifdi. Məşqlərdə baxırıq, kim daha yaxşı hazırdısa, ona üstünlük veririik. Peyman həqiqətən çox çalışır. Sabah Atilladan da istifadə edəcəyik. Komandamızın bütün futbolçuları bizim üçün dəyərlidi”.
Aftandil Hacıyev: “Bizim üçün iki fərqli hissə oldu. Qarşılaşmaya ciddi itkilərlə başlamışdıq. Rahid Əmirquliyev cəzalı, Oke Akpoveta zədəli idi. Ruslan Qurbanov da zədədən yeni qayıdıb. Üstəlik, Bəybalayevin ilk dəqiqələrdə ciddi zədə alaraq oyunu tərk etməsi müəyyən qədər planlarımıza təsir etdi. Ancaq düşünmürəm ki, ən pis oyunumuzu oynadıq. Rəqibimiz qış fasiləsindən sonra xal qazanmadığından bizimlə görüşə dönüş oyunu kimi baxırdı. Biz isə “Neftçi”yə səfərdə qalib gəldikdən sonra həftə ərzində psixoloji hazırlıq üzərində çox çalışdıq. İlk hissə rəqibin üstünülüyü ilə keçdi. İkinci yarıda oyunu bərabərləşdirə bildik. Hətta qol imkanlarımız oldu, ancaq son nöqtəni qoya bilmədik. Son saniyələrdə qapımızdan top da buraxa bilərdik. Planımız belə idi ki, qarşılaşmaya aqressiv başlayaq. Ancaq “Sumqayıt” ilk dəqiqələrdən üstünülüyü ələ keçirdi və bizi məcbur etdi ki, “bağlanaq”. Hər oyunda ilk növbədə uduzmamaq, risk etməmək istəyirik. Hesab edirəm ki, nəticə ədalətli oldu. Bundan sonra hər xal bizim üçün qızıla bərabər olacaq... Ruslan zədədən yeni qayıtdığı üçün risk etmək istəmədik. Futbolçuya belə durumda süni meydanda çox çətin olur. Zədəlilərimizi bir az qorumalı oluruq. O, qarşıdakı çətin oyunlarda bizə lazımdı. Qurbanovla oyundan öncə söhbətim olmuşdu ki, hardasa 15 dəqiqə meydana buraxa bilərəm... Vüqarın zədəsinə gəlincə, mənə ilk növbədə qaranlıq qaldı ki, baş hakim həmin epizodda niyə cərimə zərbəsi təyin etmədi? Vüqarın vəziyyəti heç də yaxşı deyil. Üzü, gözü şişib, həta gözü bağlanıb. İndidən bir şey demək çətindi. Qarşıdakı günlərdə durumuyla bağlı məlumat verə bilərik”.

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında yığmanın baş məşqçisi Nikola Yurçeviç və onun köməkçisi Arif Əsədov da var idi. Öyrəndik ki, millinin məşqçiləri Bayıldan birbaşa “Bakcell Arena”ya yollanacaqlar.
* Qarşılaşmanın start fiti 16.00-da səslənsə də, projektorların işığı yanırdı. Halbuki gündüz vaxtı buna ehtiyac yox idi.
* Matçın əvvəlində Vüqar Bəybalayev Əli Babayevlə hava mübarizəsindən sonra ağır zəbrə aldı. Əslində hakim heç qayda pozuntusu qeydə almadı. Lakin huşsuz halda uzanan gənc futbolçuya təkcə “Səbail”in yox, rəqib komandanın da həkimləri yardım etdi. Bir neçə dəqiqədən sonra özünə gələn Vüqara meydanın kənarında da tibbi yardım göstərildi. Bəybalayev xərəklə birbaşa patardəyişmə otağına aparıldı. Onu Ədilxan Qarəhmədov əvəzlədi.
* Bir qrup “Səbail” azarkeşi əvvəlcə “Dənizçilər” və “Kimyaçı” fanklublarının arasındakı sektorda yer aldı. Ancaq bir neçə dəqiqədən sonra nədənsə ordan uzaqlaşdılar. Bu dəfə həmin fanat qrupu qapıarxası sektorda peyda oldu. Lakin polislərin göstərişindən sonra yenidən yerlərini dəyişmək məcburiyyətində qaldılar. Özünə yer tapmayan azarkeşlər, nəhayət, meydan sahiblərinə dəstək verən fanatlara qarışdılar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar