05 mar 16:16liqa, reportaj

Əvəzetmələr “Zirə”ni yenilgidən xilas etdi

Əvəzetmələr “Zirə”ni yenilgidən xilas etdi
Yurçeviç özünə əziyyət verib Zirəyə getmədi
75. Zirə - Qəbələ 1:1 (0:0)
85. Kamal Bayramov (k) – 5,5
88. Tellur Mütəllimov – 5,0
14. Bəxtiyar Həsənalızadə - 5,0
27. Adrian Skarlatake – 5,0
2. İlkin Qırtımov – 5,5
6. Vüqar Mustafayev – 5,0
(91. Bilal Həmdi, 65) – 5,5
38. İlkin Muradov – 6,0
9. Aleksandr Dedov – 5,0
11. Dilan Duventru – 5,5
23. Mfo Kqasvane – 5,5
(17. Robin Nqalande, 70) – 5,0
18. Xulio Sezar Rodriges – 5,0
(20. İsmael Fofana, 46) – 5,5
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
8. Kamal Mirzəyev
10. Sadio Tounkara
26. Miloş Radivoyeviç
39. Sadiq Quliyev
77. Mirsahib Abbasov
99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: İlkin Muradov

22. Dmitri Bezotosnı – 5,0
8. Qismət Alıyev – 4,5
27. Bəhlul Mustafazadə - 5,0
5. Rasim Ramaldanov – 5,0
2. Amin Seydiyev – 5,0
88. Sabien Lilay – 5,0
(34. Ürfan Abbasov, 87) – qiymətsiz
4. Elvin Camalov – 5,5
28. Stiven Jozef-Monroz – 5,0
14. Cavid Hüseynov (k) – 6,0
21. Atakora Lalavele – 5,5
(9. Davit Volkov, 79) – qiymətsiz
17. Ceyms Adeniyi – 5,0
Ehtiyat oyunçular
1. Anar Nəzirov
35. Murad Popov
6. Rüstəm Nuruyev
10. Rauf Əliyev
11. Asif Məmmədov
18. İlqar Qurbanov
77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Cavid Hüseynov
Qollar: B.Həsənalızadə, 57-öz qapısına (0:1). İ.Fofana, 87 (1:1, B.Həmdi).
Vərəqələr: C.Hüseynov, 20 (hakimin qərarına etiraz). R.Ramaldanov, 70 (oyunun bərpasını ləngitmək). İ.Fofana, 90+3 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
3 mart. Zirə. İdman Kompleksinin stadionu. 600 tamaşaçı (1512 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Şənbə günü qeydə alınan nəticələrdən sonra hər iki komandanın iştahının artması anlaşılan idi. “Səbail”in “Sumqayıt”la qarşılaşmada gözlənilmədən 2 xal itirməsi bayıllıların turnir cədvəlindəki əsas izləyicisi olan qəbələliləri həvəsləndirmişdisə, “Sabah”ın “Neftçi” önündə diz çökməsi “Zirə”ni 3 xala səsləyirdi. Di gəl ki, statistika bölgə təmsilçisinin qələbə arzusunun çin olmayacağından xəbər verirdi. “Qırmızı-qaralar” Zirədə sonuncu dəfə 2016/17 mövsümündə qələbə qazanmış, son 4 oyunda 3 xala həsrət qalmışdı. Üstəlik, Samir Abasovun yetirmələrinin çempionatın son 3 qarşılaşmasında 7 xala sevinməsi də qonaqların işinin asan olmayacağından xəbər verirdi.
“Qartallar” artıq ilk dəqiqələrdən iddiasını ortaya qoymağı bacardı. “Qəbələ”nin futbolçuları top saxlamaqda, hücum qurmaqda çətinlik çəkir, əvəzində “Zirə”lilər təhlükəli vəziyyətləri sıralayırdı. 9-cü dəqiqədə Skarlatakenin cərimə zərbəsindən vurduğu top az fərqlə qapının üstündən keçəndən 5 dəqiqə sonra yerli azarkeşlər “qol” deyib ayağa qalxdı. Duventrudan ideal ötürmə alan Xulio topu qapıya necə vurmaq haqda düşündüyü an araya Bəhlul girib komandasını qoldan xilas etdi. 20-ci dəqiqənin tamamında qəsəbə təmsilçisi növbəti dəfə qola yaxın oldu. Bu dəfə Bezotosnı Xulionun hiyləgər zərbəsini dəf etdi, qayıdan topu Mfo “çərçivə”yə tuşlaya bilmədi. Dəqiq desək, gecikdi. Yenə cərimə zərbəsi və yenə təhlükə. 28-ci dəqiqədə Dedovun duran topu Bezotosnının qapısından keçirmək istəyini ukraynalı qolkiper gözündə qoydu. Qəbələlilər hissənin sonlarına yaxın nisbətən fəallaşsalar da, tablodakı 0-lar dəyişməz qaldı.
Sənan Qurbanov fasilədə yetirmələrinə nə deyib, nə yedizdirib-içizdirdisə, ikinci hissənin əvvəlində meydanda fərqli “Qəbələ” gördük. Daha hərəkətli, istəkli və mübarizədən çəkinməyən, pressinq etməkdən yorulmayan futbolçular sərt oyunla rəqibin topla rəftarına imkan vermirdilər. Məhz həmin pressinqin sayəsində hesabı açmaq mümkün oldu. Cavid Skarlatakeni topu itirməyə məcbur etdi, “mərmi”ni ondan aldı, qaçdı və… Əslində, niyyəti Adeniyiyə ötürmə etmək idi. Sadəcə, top yolüstü Bəxtiyarın ayağına dəyib Kamalın qoruduğu qapıya daxil oldu. “Zirə”nin itiriləcək heç nəyi qalmamışdı. Ya hesabı bərabərləşdirməli, ya da qapısında növbəti topu görməliydi. Öncə Fofananı, ardınca Nqalande ilə Həmdini mübarizəyə qoşan Samir Abasov uğurlu əvəzetmələrlə yadda qaldı. Həmdinin cinahda fəallığı hər imkanda rəqibin qapısı önündə təhlükə yaratsa da, qol vurmaq mümkün olmurdu. Buna səbəb isə hesab açılandan sonra qəbələlilərin böyük qüvvə ilə geri çəkilməsiydi. Elə qapıda top görmək də buna görə oldu. Geriyə çəkilməklə rəqibi üstünə gəlməyə məcbur edən bölgə təmsilçisi qarşılaşmanın sonlarında buraxılan qola üzüldü. Rasimlə Qismətin uzaqlaşdıra bilmədiyi top Bilala düşüncə, fransız qapı qarşısına asma etdi. Amini üstələyən Fofana üçün Bezotosnını məyus etmək “iki vur iki” idi. Bu riyazi hesablamanın öhdəsindən layiqincə gələn Fofananın qolu hər iki komandanın iki xal itirməsi ilə nəticələndi.
HƏBİB

Gözdən qaçmadı
* Oyundan əvvəl ehtiyatda qalan futbolçular öz aralarında “kvadrat” oynayanda, iki təcrübəli – Asif Məmmədovla İlqar Qurbanov ortaya girməli oldu. Bunu görən Rauf Əliyevin Samir Qurbanov və Rüstəm Nuruyev kimi gənclərə “qoymayın qocalar ortadan çıxsın” deməsinə baxmayaraq, İlqarın yerinə qayıtması heç 5 saniyə çəkmədi.
* Hava küləkli və şaxtalı olduğundan futbolçuların əksəri futbolkanın altından uzunqol mayka geymişdi. Yalnız 6 nəfər buna ehtiyac görməmişdi ki, hamısı da yerlilər idi: Cavid Hüseynov, Rasim Ramaldanov, Bəhlul Mustafazədə, İlkin Qırtımov, Vüqar Mustafayev və Tellur Mütəllimov.
* “Qəbələ”nin ev və səfər oyunlarında görməyə alışdığımız klubun vitse-prezidenti Farizz Nəcəfov nədənsə Zirəyə yollanmamışdı.
* Qonaqların hesabı açmasına baxmayaraq, tablodakı 0-lar bir müddət dəyişməz qaldı. Yalnız mətbuat katibi Elmar Abdullazadənin diktora xəbərdarlığından sonra nöqsan aradan qaldırıldı.
* “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Keşlə” oyunları arasında 45 dəqiqəlik zaman kəsiyi olsa da, yığmanın baş məşqçisi Nikola Yurçeviç özünə əziyyət verib Zirəyə getməyi məqsədəuyğun saymamışdı. Əvəzində köməkçisi Arif Əsəfovu qəsəbəyə göndərmişdi.
* Oyun başa çatandan sonra bir neçə azyaşlı meydana ayaq basmaqda çətinlik çəkmədi. Həmin 4-5 nəfərin rahat şəkildə futbolçulara yaxınlaşıb selfi çəkdirməsinə heç kim mane olmadı.

Reaksiyalar
Sənan Qurbanov: “Ötən tur evdə qələbə qazansaq da, qaydalar çərçivəsində vurduğumuz qol hesaba alınmamışdı. Burdan gənc hakimlərə diqqətli olmağı tövsiyə edirəm. Uşaqların əziyyətini yerə vurmaq olmaz. Kiçik səhv bizi 3 xaldan etdi. Bəzən elə alınır ki, daha çox müdafiə olunmağa məcbur olursan. Belə deyim, rəqib səni məcbur edir. Bu gün belə oyunlardan biri idi. Meydandakı mübarizədən razı qalsam da, sonluq ürəyimizcə olmadı. Qarşıda bizi çox oyun gözləyir. Məncə, itirdiyimiz xalları bərpa etməyimiz mümkün olacaq. Gənc oyunçularımıza güvənirik. Zamanla daha yaxşı oynayacaqlar. Rauf Əliyevin ehtiyatda qalmasına gəlincə, güvəndiyimiz futbolçulardandı. Sadəcə, bugünkü taktiki plana görə “11-lik”də yox idi. Davit Volkov kiçik zədəyə görə həftəiçi iki məşq buraxmışdı. Ona görə də ilk dəqiqələrdən şans verə bilmədik. Voislav Stankoviçə gəlincə, bir neçə gün öncə məşqdə adi vəziyyətdə zədələndi. Bir neçə gün həkim nəzarətində olmalıdı”.
Samir Abasov: “Öz adımıza deyiləcək sözüm yoxdu. Hesabda geri düşdük, bərabərlik qolunu vurduq, sonluq da belə. Halbuki məqsədimiz qələbə qazanmaq idi. Şükürlər olsun ki, uduzmadıq. Qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Heyf bu oyundan. Bilal Həmdinin ilk dəqiqələrdən oynaya bilməməsi bizim üçün olduqca ciddi itki idi. Belə deyim, planlarımıza təsir etdi. Açığı, daha tez sağalacağını və bu oyunda komandaya daha çox kömək edəcəyini düşünürdük. Bəlkə də meydana çıxmağa hazır deyil. Amma məcburiyyətdən riskə getməklə sağlamlığını təhlükə altına atdıq. İsmael Fofananın ikinci hissənin əvvəlində oyuna qoşulmasının səbəbi isə Xulio Sezar Rodrigesin zədələnməsinə görə idi… Pərdis Fərcad-Azad heç bir səhvin “qurbanı” deyil. Biz ona qış fasiləsində özünə yeni komanda tapmağı tapşırmışdıq. Özü də bilirdi ki, yeni hücumçular gələcək. Hazırkı aqibətindən razıdı. Komandayla məşq etsə də, adı “23-lüy”ə salınmır. Qısası, planlarıma daxil deyil. Klub olaraq futbolçunun qarşısında öhdəliyimiz var. Ortada müqavilə varsa, maaşını ödəmək borcumuzdu. Futbolçu özü bu durumla barışırsa, suallar ona ünvanlanmalıdı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar