02 mar 13:13liqa

“Yankovi özünü apara bilmirdi, ona aid olmayan məsələlərə başını soxurdu”

“Yankovi özünü apara bilmirdi, ona aid olmayan məsələlərə başını soxurdu”
Ayxan Abbasov “Səbail”lə oyuna dönüş nöqtəsi kimi baxır
“Zirə” ilə oyunda ardıcıl 4-cü məğlubiyyətə üzülən “Sumqayıt” mövsüm ərzində ilk dəfə sonuncu pilləyə yuvarlandı. Bu azmış kimi, həftəiçi komandanın fiziki hazırlıq üzrə məşqçisi Sergey Yankovi də düşərgədən uzaqlaşdırıldı. Yayılan söz-söhbətə inansaq, ukraynalı mütəxəssisin getməsini “ağ-göylər”in baş məşqçisi Ayxan Abbasov istəyib. Niyə? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Ayxan bəylə söhbətləşməyi lazım bildik.
- Ardıcıl dörd oyundu xala həsrətsiz ki, bu da artıq turnir cədvəlində əksini tapıb. Baş məşqçisi olduğunuz “Sumqayıt” sonuncu pillədə qərarlaşıb. Enişin səbəbini və ya səbəblərini üzə çıxara bilmisiz?
- Bu haqda çox düşünürəm, vəziyyətdən çıxış yollarını arayıram. Komanda normal oynayır, oyun planında heç bir rəqibdən geri qalmır. Sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirik. Bizim əsas problemimiz məhz qol vura bilməməyimizlə bağlıdı.
- Sözlərinizdən belə çıxır ki, “Sumqayıt”ın əsas dərdi normal forvardın olmamasıdı. Atilla Yıldırımın nəyə qadir olduğuna ilk iki dövrədən bələdik. Komandanın ən ödənişli futbolçularından olsa da, qarşılığını verə bilmir. Bunu bilə-bilə, qış fasiləsində ən azı səviyyəcə ondan üstün hücumçu dəvət edə bilərdiz. Siz isə Peyman Babayi ilə anlaşdız. Dörd oyundan sonra onun da Atilladan fərqlənmədiyi görünür.
- “Sumqayıt”ın müəyyən qadağalarla üzləşdiyini bilirsiz. Bizə legioner transfer etmək olmaz. Azərbaycanda isə səviyyəli yerli forvardların sayı çox deyil. Olanların da başqa klublarla müqaviləsi var. Belədə məcburuq ki, ölkə kənarından əslən azərbaycanlı futbolçuları tapaq, onların xidmətindən yararlanaq. Atillanı yola salıb kimi gətirək? Peyman hələ komandada yenidi. Uyğunlaşma müddətini tez başa vursa, özünü göstərəcək.
- Bəzi sumqayıtlı veteranlar – Mahir Şükürov, Kamal Quliyev qəzetimizə açıqlamalarında sizə gənc futbolçulara güvənməyi məsləhət görüblər. Bəlkə onların dedyi kimi edəsiz? “Sumqayıt-2” hazırda birinci divizionun lideridi, orda top qovanların 7-si U-21-ə dəvət alır. Razılaşın ki, zəif olsaydılar, yəqin ki, yığmaya cəlb olunmazdılar. Əsas heyətdə oynayanlar özlərini doğrultmurlarsa, gənclərə yol açın.
- Kənardan baxanda döyüş hamıya asan gəlir. Demirəm ki, mən hər şeyi bilirəm, bütün verdiyim qərarlar düzdü. Ola bilsin, mənim də hardasa səhvlərim var. Ancaq hər gün kollektivin içində olan biri kimi kimin hansı vəziyyətdə olduğunu mən daha yaxşı görürəm. Güclünü kənarda qoyub zəifi oynatmaqla özüm-özümə quyu qazan deyiləm ki... Gənclərin bu gün bəlli səviyyəsi var. Premyer-liqa ilə divizionu müqayisə etmək, “orda qol vurursa, əsas komandada da vuracaq” kimi fikirləşmək düzgün deyil. Bəlkə də kimlərsə düşünür ki, mən gənclərə, ümumiyyətlə, şans tanımıram. Ancaq belə deyil. Komandanın həftəiçi məşqlərinə əvəzedicilərdən oyunçular dəvət edir, onlara özlərini göstərmələri üçün şans yaradıram. “Zirə” ilə qarşılaşmada Süleyman Əhmədova start heyətində yer verdim. Siz mənə deyin, onun oyunundan razı qaldız? Şəxsən bir məşqçi kimi o məni qane etmədi. Əvvəlki qarşılaşmalarda Xəyal Nəcəfov meydanda olub. O da hələ ki istənilən effekti vermir. Ancaq hər ikisinin yüksək potensialı var. Gələcəkdə komandanın aparıcı üzvlərindən ola bilərlər. Bütün bunlar gələcək üçündü. Bu gün isə bizdən nəticə tələb olunur. Qarşıdakı matçlarda gənclərə yeni oynamaq imkanı yaradacam. Səbuhi Abdullazadəni, Baxşəli Baxşəliyevi bəyənirəm. Onlara da əsas komandada oynamaq fürsəti yaradacam.
- “Zirə” ilə görüşdə meydanda ən zəiflərdən biri Elvin Məmmədov olsa da, onu sona qədər dəyişmədiz. Yerində dayanıb hərəkət etməyi xoşlamayan yarımmüdafiəçidənsə, daha hərəkətli gəncə güvənə bilərdiz...
- Elvin uzun müddət zədədən əziyyət çəkdi. Neçə ay yaşıl meydandan kənarda qaldı. Bu da istər-istəməz özünü göstərməli idi. O yeni-yeni formaya düşür. Məmmədov “Zirə” ilə qarşılaşmanın ikinci yarısında meydanda ən yaxşılardan idi. Unutmayın ki, bizi qarşıda ölkə kubokunun yarımfinal görüşləri gözləyir. Həmin matçlarda təcrübəli oyunçuya çox ehtiyacımız olacaq. Elvin mərkəzdə top saxlamağı, kəskin ötürmələr verməyi bacarır.
- Komandanın fiziki durumundan narazısız?
- Futbolçuların fiziki hazırlığı məni qane edir. Çünki bu məsələyə birbaşa özüm cavabdehəm. “Sumqayıt” bütün matçlarda son saniyəyə qədər mübarizə aparıb və aparacaq da.
- Belə olan halda çempionatın gedişində fiziki hazırlıq üzrə köməkçiniz Sergey Yankovi ilə niyə vidalaşdız?
- Onunla yollarımızı ayırmağın komandanın fiziki durumu ilə heç bir əlaqəsi yoxdu. Sadəcə, ümumi işi məni qane etmədi.
- Bəlkə bir qədər ətraflı məlumat verəsiz...
- Yankovi özünü apara bilmirdi, ona aid olmayan məsələlərə başını soxurdu. Bir-iki dəfə qulağıma çatdı ki, klubdan kənar yerlərdə bəzi fikirlər səsləndirib, çərçivəni aşıb. Həmin vaxt düşündüm ki, insandı, səhv edə bilər. Ona görə də güzəşt etdim. Lakin gördüm ki, o bunu başa düşmədi. Son oyunda yaşananlara görə isə artıq qəti qərar verməyə məcbur oldum.
- Yəni texniki zonada özünü baş məşqçi kimi aparırdı?
- Yox, siz düşünən kimi deyil. Ümumiyyətlə, mən heç kimə özünü elə aparmağa imkan vermərəm. Komandada bir baş məşqçi olur və hamı da ona qulaq asır, dediklərini yerinə yetirir. Əks halda komanda daxilində nizam-intizam pozula bilər.
- 4 oyun, 4 məğlubiyyət. Rəhbərlik uğursuzluğa necə yanaşır?
- Hansı klubda rəhbərlik məğlubiyyəti asan həzm edir? Məncə, ən iddiasız komandada belə hamı yaxşı nəticə istəyir. Hər məşqdən öncə və sonra rəhbərliklə görüşür, fikir mübadiləsi aparırıq. Onlar da görür ki, komanda həftəboyu necə məşq edir, futbolçular, məşqçilər korpusu qələbə qazanmaq üçün nə qədər çalışır. Bizə bir qələbə lazımdı ki, “qara zolaq”dan çıxaq. İnşallah, “Səbail”lə oyunda uğursuzluğa son qoyarıq.
- Yəqin ki, “Zirə”də çalışdığınız dönəmi unutmamısız. Orda işlədiyiniz müddətdə də komanda qış fasiləsindən sonra bir neçə tur uğursuz oyunla yadda qalmışdı. Eyni hal hazırda “Sumqayıt”da yaşanır. Bu təsadüfdü, yoxsa...
- Nə deyim? “Sumqayıt”ın xala həsrət qalması mənə də qəribə gəlir. Uduzduğumuz oyunları təhlil edəndə görürəm ki, hər şeyi düz etmişik, yuxarıda dedyim kimi, rəqiblərdən heç də zəif təsir bağışlamamışıq. Lakin sonda yenə uduzuruq. “Zirə”də də eyni halı yaşamağıma gəlincə, bu təsadüfdü.
- Növbəti turda “Səbail”lə qarşılaşacaqsız. Qarşılaşma ərəfəsində düşərgədə ab-hava necədi?
- “Səbail” qış fasiləsindən sonra çox parlaq oyun nümayiş etdirir. Bilirik ki, bizi çox çətin qarşılaşma gözləyir. Ancaq uşaqlar heç nədən çəkinmirlər. Həmin matça da yüksək əhval-ruhiyyə ilə hazırlaşırlar. Sonuncu pillədəyik. Ola bilər, bu bizim üçün yaxşı vəziyyət deyil. Amma mən komandadakı hər bir şəxsdən - istər futbolçulardan, istərsə də işçilərdən razıyam. Hamı çox istəklidi. İnanıram ki, bu istək bəhrə verəcək. Qışdan sonra çempionatda çox gərgin oyunlar izləyirik. Bütün komandalar hər xal uğrunda döyüşür. Amma mən öz komandama güvənirəm. Nə olur-olsun, sona qədər futbolçulara inanacam. Kollektiv təzyiq altında olsa da, üzərinə düşən məsuliyyəti hiss edir. Komanda üzvlərinin işə yanaşması məni razı salır. Futbolçulara da bildirmişəm ki, ruhdan düşməsinlər. Mübarizə aparıb, vəziyyətdən çıxmağa çalışacağıq. Qarşıda hələ 10 oyun var. 15-16 tur sonuncu pillədə qərarlaşan komandalar bu gün bizdən yuxarı çıxa biliblərsə, bizim də bunu bacaracağımıza əminəm. Ardıcıl iki qələbə “Sumqayıt”ı iki pillə yuxarı daşıya bilər. Ona görə də indidən təslim olmaq düzgün çıxmaz.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar