24 mar 19:15liqa, reportaj

“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir

“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir
91. AZAL (Bakı) – Qəbələ 1:1 (0:0)
23. Aqil Məmmədov – 5,0
24. Emin Cəfərquliyev (k) – 5,5
3. Tural Hümbətov – 5,0
(21. Samir Məsimov, 77) – qiymətsiz
5. Kamil Hüseynov – 5,0
18. Ruslan Əmircanov – 5,5
77. Arkadi Qalperin – 4,5
(11. Frank Madu, 73) – 5,5
91. Mehdi Taouil – 5,5
8. Sadio Tounkara – 5,5
70. Vaqif Cavadov – 6,0
27. Rəşad Abdullayev – 5,0
(10. Nuqzar Kvirtiya, 68) – 5,5
6. Bəxtiyar Soltanov – 5,0
Ehtiyat oyunçular
1. Tərlan Qasımzadə
16. Feyzi Aşkan
19. Elnur Süleymanov
55. Qeyrət Qənbərov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanin ən yaxşısı: Vaqif Cavadov

22. Dmitri Bezotosnı – 4,0
34. Urfan Abbasov (k) – 5,0
3. Voislav Stankoviç – 5,0
5. Rasim Ramaldanov – 5,0
88. Tellur Mütəllimov – 5,5
7. Nika Kvekveskiri – 5,0
27. Teo Uiks – 3,0
(32. Rəşad Eyubov, 25) – 5,0
10. Ruslan Qurbanov – 5,0
(17. Məhəmməd Mirzəbəyov, 89) – qiymətsiz
19. Filip Ozobiç – 6,0
11. Asif Məmmədov – 5,5
31. Daniel Subotiç – 5,5
(9. Sergey Zenyov, 57) – 5,5
Ehtiyat oyunçular
33. David Pietrzkeviç
8. Qismət Alıyev
18. Baqali Dabo
77. Araz Abdullayev
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Filip Ozobiç
Qollar: T.Mütəllimov, 52 (0:1, R.Qurbanov). N.Kvirtiya, 90 (1:1, F.Madu).
Vərəqələr: T.Uiks, 16 (perspektivli hücumun qarşısını kəsmək). T.Hümbətov, 42 (qeyri-idman hərəkəti). N.Kvirtiya, 81 (qeyri-idman hərəkəti). S.Tounkara, 88 (qeyri-idman hərəkəti). N.Kvekveskiri, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ÖMƏR PAŞAYEV, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
19 mart. Şüvəlan. AZAL Arena. 300 tamaşaçı (3050 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.


AZAL “Qəbələ” üçün münasib rəqib olmayıb. 30-cu dueldəki heç-heçəylə şəxsi oyunlardakı bütün göstəricilərin bərabərləşməsi də bundan xəbər verir. Budəfəki xal itkisi Roman Qriqorçukun komandasına baha başa gələ bilərdi. Əyalət təmsilçisinin bəxti gətirdi ki, Şüvəlandakı oyundan bir qədər sonra başlayan “Zirə” – “Qarabağ” matçında lider xal itkisiylə üzləşdi və çempionluq mübarizəsində intriqa azalmadı…
İnsafən, “qırmızı-qaralar” oyunu heç də pis keçirmədi. Ümumiyyətlə, hər iki komandanın ifasında baxımlı, güzəştsiz mübarizənin getdiyi bir qarşılaşmaya şahidlik etdik. İlk yarıda qonaqlar 3-4 real imkandan yararlana bilmədi ki, Subotiçlə Ruslan meydan sahiblərini həyəcanlandırdı. AZAL isə Bəxtiyarın qaçırdığı iki yüzfaizlik şansın əldən verilməsinə üzüldü. Qriqorçukun 25-ci dəqiqədə etdiyi dəyişiklik daha çox diqqəti çəkdi. Ukraynalı mütəxəssis oyunu alınmayan, tez-tez qayda pozuntusuna yol verən və sarı vərəqə alan Uiksin “qırmızı” alacağından çəkinərək, fasiləni belə gözləmədən onu əvəzlədi.
İkinci yarıya daha fəal başlayan “Qəbələ” hissənin əvvəlində hesabı açdı. Asifin zərbəsindən sonra müdafiəçidən dönən top Ruslanın önünə düşdü. O isə daha əlverişli mövqedə olan Tellurun fərqlənməsinə imkan yaratdı. Qriqorçukun döyüşə atdığı Zenyov iki dəfə fərqi artırmaq imkanına malik olsa da, bir epizodda topu təkbətək çıxdığı Aqilin üstünə vurdu, digərində baş zərbəsiylə tiri “nişan aldı”. Oyunun taleyini isə Tərlan Əhmədovun dəyişiklikləri həll etdi. Təcrübəli mütəxəssis 5 dəqiqə intervalla Kvirtiya və Madunu meydana buraxdı ki, əsas vaxtın başa çatmasına saniyələr qalmış onlar matçda bərabərliyi təmin etdi. Komanda yoldaşının ötürməsini qəbul edən gürcü çarpaz vuruşla topu tora qovuşdurdu. Hərçənd Bezotosnının kobud səhvini də qeyd etmək lazımdı. Qapıçı topun sürətini azaltsa da, onu qolunun altından buraxdı. Beləliklə, 22-ci turda “Neftçi”yə uduzan “Qəbələ” yenə xal itkisinə məruz qaldı. Bu əyalət təmsilçisinin Şüvəlandan boynubükük döndüyü ardıcıl üçüncü səfərdi. Bir sözlə, Qriqorçuk üçün “AZAL Arena” sindromu davam edir.
MİRAĞA

Gözdən qaçmadı
* İlk yarının sonlarında Ömər Paşayev qələmini düşürdü. Vacib “silah”ının cibindən düşməsindən xəbərsiz olan referini Vaqif Cavadov xilas etdi. Qələmə rast gələn futbolçu onu sahibinə qaytardı.
* Bir xal AZAL-a heç də asan başa gəlmədi. Əvəzetmələriylə matça damğa vuran Tərlan Əhmədov 77-ci dəqiqədə məcburi dəyişiklik etməli oldu ki, Tural Hümbətov ağır zədə alaraq, meydanı erkən tərk etmək məcburiyyətində qaldı. Onun yaşıl meydana nə vaxt dönəcəyinə bu gün aydınlıq gələcək.

Reaksiyalar
Roman Qriqorçuk: “Komandamın oyunundan razıyam. Təbii ki, xal itkisinə görə məyusam. Bu gün yaxşı oynadıq. Ancaq yaxaladığımız qol imkanlarını boşa verdik. Oyundan sonra futbolçularıma da dedim ki, bəxtimiz gətirmədi. Onlar başını dik tutmalıdırlar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşmalıyıq. Düzdü, son iki oyunda xallar itirmişik. Ancaq komandamın çempionluğa hazır olmadığını demək tezdi. Bu suala çempionat başa çatdıqdan sonra dəqiq cavab vermək olar. Qarşıda hələ 5 oyun var, yəni 15 xal toplamaq mümkündü. Aydın məsələdi ki, qarşıdakı oyunlara çox ciddi hazırlaşmalıyıq. "Qəbələ" çətinə düşən kimi haqqımda Ukrayna mətbuatında məqsədli şəkildə xəbərlər yayılır? Başa düşə bilmirəm, bu necə ola bilər? Bu tip suallara cavab vermək istəmirəm. Düzdü, əvvəllər də vətəndən təklif almağımla bağlı söz-söhbətlər ortaya atılırdı. Cavabım o vaxt olduğu kimi standartdı - şərhsiz. Həm də mən “Qəbələ”nin indi çətin vəziyyətdə olduğunu düşünmürəm”.
Tərlan Əhmədov: “Əvvəlcə bayramınızı təbrik edirəm. Oyuna gəlincə, futbolçularıma təşəkkür düşür. Sona qədər mübarizə apardılar. Komandama inanırdım. Onlara diqqətli olmaq tapşırığı verilmişdi. Uduza da bilərdik, amma yaxaladığımız şansdan yararlandıq. Son dəqiqədə vurduğumuz qol bizə bir xal qazandırdı. Dəyişiklər etdik, bu da öz nəticəsini verdi. Hər oyunqabağı futbolçuları motivasiya edəndə bir ilim geri düşür. Demək olar ki, praktiki cəhətdən 7-ci yerə qalxmağımız mümkün deyil. Qalan oyunları udsaq belə, qeyri-real görünür. Futbolçuların özünəinamı var. Sonuncu yerdə olsaq da, ümid var. Oyunçular komandanın adına görə və öz gələcəkləri naminə mübarizə aparırlar. Ötən il 46 xal yığsaq da, bu il sonuncu yerdəyik. Halbuki oyun baxımından rəqiblərdən çox da geri qalmırıq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar