26 fev 15:37liqa

Bordin: "Mənə deməyə başqa sözü var idisə, gözləyərdi"

Bordin: "Mənə deməyə başqa sözü var idisə, gözləyərdi"
Oyundan sonra mətbuat konfransı salonuna əvvəlcə "Səbail"in baş məşqçisi Aftandil Hacıyev daxil oldu. Gənc mütəxəssis öncə ümumi fikirlərini dilə gətirdi:
- Düşündüyümüzdən də ağır oldu. İkinci hissədə bu qədər müdafiə olunacağımızı gözləmirdim. Əslində 2:0 hesabı ilə önə keçməyimiz də gözlənilməz idi. Ümumi planımızda var idi ki, rəqibi əks-hücumda yaxalayaq. Standart vəziyyətlərdən də yararlanmaq istəyirdik. Koçukun vurduğu qolda ustalığını qeyd edərdim. "Neftçi" üzərində qələbə 6 xala bərabərdi. Bəlkə də çempionatda ən vacib qələbəni qazandıq.
- Bordinlə mübahisənizə aydınlıq gətirərdiz.
- Onun etirazı o oldu ki, mən rəqib oyunçuya söz deyirdim. Amma mən də öz futbolçumuzu müdafiə edirdim. Dabonun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi. Ancaq tərcüməçi vasitəsilə danışdığımızdan anlaşılmazlıq oldu. Bağışlanmaz hərəkət idi. Bəlkə də səhvini başa düşər. İnanmıram ki, Bordinə tərəf hansısa oyunçumuz tüpürsə, o, sakit dayanar.
- Belə üstünlük gözləyirdiz?
- Üstünlüyün biz tərəfdə olduğunu deməzdim. "Neftçi" favorit idi. Sadəcə, çox istəkliydik. Bəzi komponentlərdə onları yaxalamaq istəyirdik. "Neftçi" güclü olsa da, bəzi zəif nöqtələrindən yararlanmaq istəyirdik. Bu o demək deyil ki, onlardan güclüyük. Çempionluğa oynayırlar. Bizim məqsədimiz 3-cü pillədəki mövqeyimizi qorumaqdı.
- Fərqli qələbədi, bəs fərqli mükafat olacaq?
- Çempionluğa oynayan komandadan 3 xal almaq başqaları üzərində qələbədən fərqlənir. Yəqin ki, rəhbərlik bunu nəzərə alar.
- Bir qədər də güclənməklə gələn mövsüm çempionluğa oynayacağınızı gözləmək olarmı?
- Çətin məsələdi. Çünki "Səbail" köklü klub deyil. Müəyyən vaxta ehtiyac var. "Neftçi" və "Qarabağ"la mübarizə aparmaq üçün heyətdə köklü dəyişiklik olmalıdı. Hazırda qərarlaşdığımız pillədə möhkəmlənmək istəyirik. Bu gün bizdən aşağıda qərarlaşan komandalarla mübarizə aparırıq.
Daha sonra "Neftçi"nin baş məşqçisi Roberto Bordin jurnalistlər önünə çıxdı:
- Oyuna yaxşı başladıq, hətta Dabo qol da vurdu. Amma ofsayd qeydə alındı. Qapımızdan erkən qollar buraxdıq. Sonra toparlanmaq çətin oldu. Bizim üçün neqativ nəticə oldu. Oyunu idarə edən tərəf biz idik. 2 qol buraxdıqdan sonra daha çətin olur, futbolçular ikiqat enerji sərf etməli olurlar. Sona qədər vuruşsaq da, istədiyimiz nəticəni əldə edə bilmədik. Komandamın ümumi oyunundan razı qaldım. Çünki rəqib qapısı qarşısında kifayət qədər təhlükəli vəziyyətlər yaratdıq. Hətta son saniyələrdə Mamadu Mbocun da hesabı bərabərləşdirmək imkanı oldu. Ancaq hesabı bərabərləşdirə bilmədik.
- "Qarabağ" dünən xal itirmişdi. Ola bilər ki, bu üzdən komanda daha istəkli idi və bu, oyuna mənfi təsir göstərdi?
- Deməzdim ki, çox istəkli olduğumuz üçün "yandıq". Oyuna yaxşı hazırlaşmışdıq, meydana da 3 xal üçün çıxmışdıq. Yaxşı mübarizə apardıq, amma istəyimizi hesabda əks etdirə bilmədik. Rəqibdən 2 top buraxacağımızı gözləmirdik. Matça fərqli formada hazırlaşmışdıq. 2 top buraxdıqdan sonra çox dəyişikliklər etməli oldum.
- Ruslan Abışov nə zaman hazır olacaq?
- Ruslanda bərpa prosesi yaxşı gedir. Yavaş-yavaş hazırlaşır. Sadəcə, meydanda mübarizə üçün tam hazır deyil. Bunun üzərində iş gedir.
- Tural Axundovun səhvi futbolda adi səhvdi, yoxsa çempionluğa oynayan komandada belə ötürmə nə dərəcədə qəbulediləndi?
- Dediyim kimi, qələbə üçün meydana çıxmışdıq. İlk dəqiqələrdən bunu nümayiş etdirirdik. Futbolda belə texniki səhvlər normaldı. Tural səhvdən sonra sona qədər dönüş yaratmaq istədi, mübarizə apardı.
- "Qarabağ" artıq sizə çatıb. Bu, komandada psixoloji gərginliyə səbəb olmayacaq?
- Bu cür düşünmürəm. Çempionat sıfırdan başlayacaq. Yeni oyunlar görəcəyik. Komandamız ilk dəqiqədən sona kimi hər şeyi düzgün etdi, kifayət qədər təhlükəli vəziyyətlər yaratdı.
- Rəqib sizi nə ilə təəccübləndirdi?
- Sizi nə iləsə təəccübləndirdi? İki qol buraxdıq. Birini özümüz hədiyyə etdik, ikinci isə standart vəziyyətdən oldu. Səlahətin qapısı qarşısında başqa təhlükəli vəziyyət gördüz?
- Belə çıxır ki, rəqibi düzgün qiymətləndirməmisiz.
- Biz hər bir rəqibə hörmətlə yanaşırıq və oyunlara xüsusi hazırlaşırıq. Rəqib komandanın oyunçuları tez-tez yerə uzanırdılar, vaxt uzadırdılar. Bunu heç kim demir. Hansı ki, vacib amildi.
- "Zirə" ilə matçdakı xal itkisi və bugünkü məğlubiyyət sistemdə və heyətdə dəyişiklik etməyinizə səbəb olacaq?
- Hər rəqibə qarşı eyni üslubda hazırlaşmıram. Sabahdan növbəti oyunun hazırlığına başlayacağıq.
- Azarkeşlərdə belə bir fikir formalaşıb ki, Mirabdulla Abbasov start heyətində meydana çıxanda qol vurur. Buna münasibətiniz necədi?
- Bu cür şərhlərə fikir vermirəm. Komandamın həftəboyu hazırlığına baxıram. Mirabdulla 4 gün komanda ilə məşq etməmişdi, xəstələnmişdi.
- Həmkarınız Aftandil Hacıyev qalmaqala görə sizi günahlandırdı. Sizin də münasibətiniz maraqlıdı...
- Oyun epizodunda Daboya qarşı kobudluq edilmişdi. Buna görə futbolçular arasında söz-söhbət ola bilər. Amma məşqçi kimi oyunçularıma müdaxilə edə bilməz. Mənim də iradım buna görə oldu ki, get, öz oyunçularınla maraqlan. O, əl-qol hərəkəti etdi. Dedim ki, çəkiliş var, oyundan sonra gözləyərsən, söhbət edərik, bir-birimizi başa düşərik. Amma o gözləmədi. Mənə deməyə başqa sözü var idisə, gözləyərdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar