26 fev 12:34liqa, reportaj

"Neftçi"yə növbəti şok

"Neftçi"yə növbəti şok
72. Neftçi (Bakı) - Səbail 1:2 (0:2)
1. Səlahət Ağayev - 4,5
18. Tural Axundov - 4,0
(70. Əli Şirinov, 90+5) - qiymətsiz
3. Mamadu Mboc - 5,0
5. Anton Krivotsyuk - 5,0
26. Ömər Buludov - 5,0
6. Qoran Paratski - 5,0
93. Soni Mustivar - 5,0
9. Baqali Dabo - 5,0
8. Emin Mahmudov (k) - 5,0
(22. Mirabdulla Abbasov, 75) - 4,0
11. Vangelis Platellas - 5,0
16. Canluka Sansone - 5,5
(7. Namiq Ələsgərov, 86) - qiymətsiz
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
4. Petru Raku
15. Ruslan Abışov
21. Məhəmməd Mirzəbəyov
32. Mirkamil Əliyev
33. Turan Vəlizadə
36. Mamadu Kane
95. Rəhman Daşdəmirov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Canluka Sansone

1. Aleksandr Rıbka - 6,0
13. Şəhriyar Rəhimov - 5,5
32. Elvin Yunuszadə - 5,0
99. Jarjue Maudo - 5,0
7. Fəhmin Muradbəyli - 5,5
(18. Aqşin Qurbanlı, 89) - qiymətsiz
5. Vüqar Bəybalayev - 5,0
14. Rahid Əmirquliyev (k) - 5,0
10. Ağabala Ramazanov - 5,0
(33. Tome Kitanovski, 60) - 5,5
8. Yevgeni Koçuk - 5,5
28. Kevin Kubemba - 5,5
9. İmanol İriberri - 4,5
(21. Oke Akpoveta, 71) - 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
4. Enrike Perilyo
3. Tamazi Tsetsxladze
11. Ruslan Qurbanov
20. Eltun Yaqublu
26. Kamal Qurbanov
77. Ədilxan Qarəhmədov
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Aleksandr Rıbka
Qollar: K.Kubemba, 35 (0:1). Y.Koçuk, 43 (0:2). B.Dabo, 57 (1:2, E.Mahmudov).
Vərəqələr: Ş.Rəhimov, 21 (qeyri-idman hərəkəti). A.Ramazanov, 27 (qeyri-idman hərəkəti). R.Əmirquliyev, 45+1 (qeyri-idman hərəkəti). C.Sansone, 63 (qeyri-idman hərəkəti). T.Axundov, 66 (qeyri-idman hərəkəti). F.Muradbəyli, 80 (oyunun bərpasını ləngitmək). A.Rıbka, 90+4 (oyunun bərpasını ləngitmək). E.Yaqublu, 90+6 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
24 fevral. Bakı. Bakcell Arena. 752 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 4, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Bir gün öncə "Qarabağ"ın xal itirməsi "Neftçi"yə aradakı məsafəni artırmaq imkanı yaratmışdı. Təbii, favorit "ağ-qaralar" idi. Bu rəqiblar arasında son 5 oyunda "Səbail" nəinki qələbə qazana bilməmişdi, heç-heçəsi də yox idi. Həmin duellərdən 4-də "quru" hesabla qalib gələn flaqman 5 görüşün hamısında ən azı iki top fərqiylə "dənizçilər"i üstələmişdi. Bir sözlə, statistika "Neftçi"nin aşkar öndə olduğunu göstərirdi. Ancaq futbolda rəqəmlərin yox, meydandakı mübarizənin nəticəni müəyyənləşdirdiyini hər kəs yaxşı bilir.
Matça fəal başlayan "Neftçi" ilk dəqiqədəcə rəqib qapısına yol tapdı. Platellas qapıya zərbə endirdi, rəqib futbolçuya dəyən top istiqamətini dəyişib Sansoneyə düşdü. Canlukanın ötürməsindən sonra Dabo fərqlənsə də, laysman italyan hücumçunun oyundankənar vəziyyətdə olduğuna işarə etdi. Bundan sonra bir müddət qapılar qarşısında yaddaqalan vəziyyət görmədik. Bununla belə, flaqman yavaş-yavaş təzyiqi artırırdı. 32-ci dəqiqədə Platellas əla ötürmə ilə Daboya fərqlənmək imkanı yaratdı. Ancaq sonuncunun bir qədər ləngliyi fürsətin əldən çıxması ilə nəticələndi. Az sonra Sansonenin cərimə zərbəsindən birbaşa qapıya ünvanladığı top cüzi fərqlə dirəyin yanından keçdi. Bu dəqiqələrdə "Neftçi" təzyiqi davam etdirirdi. Növbəti həmlə Mahmudovdan gəlsə də, müdafiəçiələr qola mane oldu. 35-ci dəqiqədə isə "vurmayana vurarlar" prinsipi işə düşdü. Axundov kobud səhvə yol verərək Səlahətə yanlış ötürmə etdi. Əvvəlcə top dirəkdən döndü, Ağabalanın təkrar zərbəsinin qarşısını Səlahət aldı. Özünü yetirən Kubemba dəqiq vuruşla "mərmi"ni hədəfə "sancdı". Qapısında qol görən "ağ-qaralar" dərhal hücuma atıldılar. Sansone heç bir dəqiqə keçməmiş "status-kvo"nu bərpa etməyə yaxın idi. Amma onun olduqca təhlükəli zərbəsi dəqiq olmadı. Növbəti qol isə yenə "Səbail"dən gəldi. 43-cü dəqiqədə Koçuk cərimə zərbəsindən topu birbaşa "çərçivə"yə göndərdi. Təbii, "Neftçi" fasilə ərəfəsində buraxılan qollardan birinin əvəzini çıxmaq istəyirdi. Ancaq Platellasın vuruşu zamanı Rıbka topun qapıdan keçməsinə imkan vermədi.
Gözlənildiyi kimi, "Neftçi" ikinci hissəyə də istəkli başladı. 52-ci dəqiqədə Sansone növbəti dəfə cərimə zərbəsi zamanı topu birbaşa qapıya göndərmək qərarına gəldi, lakin Rıbka bu dəfə də qola imkan vermədi. Cəmi 4 dəqiqə sonra Aleksandr Platellasın da çox təhlükəli vuruşunu zərərsizləşdirdi. Ardıcıl həmlələr 57-ci dəqiqədə bəhrə verdi. Sansonedən topu qəbul edən Emin Elvini aldadıb qapıya paralel ötürmə etdi və Baqali fürsəti qaçırmadı. Əslində "Neftçi"nin hesabı bərabərləşdirmək üçün yetərincə vaxtı var idi. Amma Bordinin yetirmələri nə qədər basqı etsə də, rəqib qapısına yol tapa bilmədilər. 75-ci dəqiqədə Sansonenin zərbəsi təhlükəli olsa da, hesabın bərabərləşməsi üçün yetərli deyildi. Yeri gəlmişkən, bundan 10 dəqiqə öncə İriberrinin təkbətək epizodu boşa verdiyini də xatırladaq. Son dəqiqələrdə isə Mbocun başla vuruşundan sonra top cüzi fərqlə üstdən keçdi. Beləliklə, "Səbail" "üçlük"dəki yerini möhkəmləndirdisə, "Neftçi" növbəti şoku yaşadı.
FARİZ

Gözdən qaçmadı
* Oyunun əvvəlində Vüqar Bəybalayev yerdə qalsa da, "Neftçi" hücumu davam etdirdi. Epizod başa çatdıqdan sonra Ağabala Ramazanov Baqali Dabo ilə kəllə-kəlləyə gəldi. Ancaq başqa futbolçuların, həmçinin hakimin müdaxiləsi qarşıdurmanın böyüməsinə mane oldu. Bununla belə, Ağabala ilə Baqali bir müddət epizodu müzakirə etdilər.
* 27-ci dəqiqədə Ömər rəqiblə mübarizədə başından xəsarət aldı. Həkimlərin müdaxiləsindən sonra Buludov matçı başı sarıqlı davam etdirməki oldu.
* İkinci qoldan sonra "Səbail" azarkeşləri "Forza", nə oldu, səsin gəlmir" atmacası ilə "Neftçi"nin ən böyük fanklubuna "ilişdilər".
* İkinci yarıda Roberto Bordinlə Aftandil Hacıyev arasında söz atışması oldu. Səbəb isə Baqali Dabonun rəqibin ehtiyat oyunçular skamyasına tərəf tüpürməsi olub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar