24 mar 19:12liqa, reportaj

“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu

“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu
Diniyev Terimi yada saldı, Abasov rəqib futbolçunu təhqir etdi
89. Kəpəz (Gəncə) – Sumqayıt 1:0 (1:0)
30. Davud Kərimi – 5,5
13. Şəhriyar Rəhimov – 5,0
25. Şəhriyar Əliyev – 5,0
36. Renan – 5,5
21. Novruz Məmmədov – 5,0
5. Kərim Diniyev – 5,0
18. Tural Axundov (k) – 5,0
(7. Vüqar Bəybalayev, 71) – 5,0
10. Dario Federiko – 6,0
77. Serjinyo – 5,0
(6. Ceyhun Cavadov, 83) – qiymətsiz
19. Orxan Əliyev – 5,5
(15. Azad Kərimov, 89) – qiymətsiz
90. Jülyen Ebah – 5,5
Ehtiyat oyunçular
88. Tadas Simaitis
80. Tural Rzayev
9. Tural Qürbətov
16. Emin Zamanov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Dario Federiko

1. Fərhad Vəliyev – 5,5
19. Azər Salahlı – 4,5
2. Rail Məlikov – 4,5
3. Vurğun Hüseynov (k) – 4,5
14. Bəxtiyar Həsənalızadə - 4,5
20. Fərhad Qıstarov – 4,0
97. Xəyal Nəcəfov – 3,5
(21. Nasir Abilayev, 73) – 4,0
10. Məhəmməd Qurbanov – 5,0
8. Nicat Muxtarov – 5,0
77. Ehtiram Şahverdiyev – 4,0
(7. Sergey Çernışev, 65) – 4,5
9. Amil Yunanov – 4,5
Ehtiyat oyunçular
92. Mehdi Cənnətov
5. Seymur Əsədov
13. Bəhlul Mustafazadə
74. Yusif Nəbiyev
85. Xaliq İbrahimov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Fərhad Vəliyev
Qol: D.Federiko, 45.
Vərəqələr: Ş.Rəhimov, 29 (qeyri-idman hərəkəti). F.Qıstarov, 30 (qeyri-idman hərəkəti). Renan, 72 (qeyri-idman hərəkəti). V.Hüseynov, 90+4 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Elman Musayev, İsgəndər Əliyev, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
18 mart. Gəncə. Şəhər stadionu. 7200 tamaşaçı (25000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.


“Sumqayıt”la görüşdə “Kəpəz” məğlubiyyətsiz oyunlarının sayını 5-ə çatdırdı və bununla da yenidən Avroliqa mübarizəsinə qoşulmuş oldu. Ardıcıl 4 ev oyununa çıxan Diniyevin komandası avrokubok şansını artırdı. Xüsusən ilk hissədə “sarı-göylər”in üstünlüyü qeyd edilməlidi. 45-ci dəqiqəyə təsadüf edən qol zamanı isə Darionun texnikasını qabartmağa dəyər. Belə ki, meydan sahibləri rəqibi əks-hücumda yaxaladı, Ebahdan ötürmə alan Federiko əvvəlcə ayağı sürüşən Xəyalı, ardınca aldadıcı hərəkətlə Qıstarovu keçib, Fərhadla üzbəüz qaldı və topu qapıçının yanından tora qovuşdurdu. Bundan başqa, Renanın baş zərbəsindən sonra topun dirəkdən dönməsi, bir epizodda texnikası hesabına müdafiəçilərdən sıyrılan Darionun vuruşunu Vəliyevin əla reaksiya ilə uzaqlaşdırması matçın yaddaqalan məqamları idi. Həmçinin qonaqların hakimin idarəçiliyindən narazı qaldığını da vurğulayaq. “Kəpəz”in uğurlu seriyasını qeyd etdiksə, “Sumqayıt”ın ardıcıl 4-cü oyunda məğlub olduğunu da bildirək.
FARİZ, HİDAYƏT

Reaksiyalar
Şahin Diniyev: "Bu qələbəni azarkeşlərimizə həsr edirik. Görüş çox çətin alındı. Bu gün bizə oyundan çox nəticə vacibdi. Bir səhv belə etməməliyik. Kəsərli hücumlarımızı ilk hissədə reallaşdırdıq. Fərqi artırmaq istəyirdik. Çünki hesab çox “sürüşkən” idi. Bununla belə, qələbə qazanmağı bacardıq. Meydançanın yaxşı vəziyyətdə olmaması faktdı. Lakin gəlin bəhanə gətirməyək. Daha öncə də demişəm, yenə təkrar edirəm ki, qazonun durumu ən çox bizim ziyanımızadı. Çünki futbolçularımızın əksəriyyəti texnikalı oyuna üstünlük verir. Belə olan halda meydan amili uşaqlara çətinlik yaradır. Rəqib komanda Gəncəyə nə vaxt gəlirsə, biz onlardan da gec gəlirik. Ən azı hər iki komanda eyni stadionda mübarizə aparır. Bu mövzu artıq dillər əzbəri olub. Hamı qazondan şikayətlənir... Avropa Liqası şanslarımız isə davam etməkdədi. Belə desək, hər bir oyunumuz "90+ 3"-dü. Şükürlər olsun ki, komandamız son 5 oyunda uduzmur. Əvvəllər 4-cü yerdən 12-13 xal geri qalırdıqsa, bu gün bu rəqəm 5-ə enib. Bir söz deyim, yekəxanalıq çıxmasın, Fatih Terimin "biz bitdi demədən bitməz" ifadəsini bizə aid etmək olar. Yəni hər şey özümüzdən asılıdı”.
Samir Abasov: "Gəncə səfəri hər zaman çətin olub və bunu bilirdik. Qarşılaşmanın taleyini 1 qoll həll edəcəkdi. Çalışdıq ki, səhv buraxmayaq. Əfsuslar olsun ki, yol verdiyimiz səhv qolla nəticələndi. Gəncəyə gələn başqa komandalar da maksimum 2 qol vurublar. Bu stadionda daha artığını etmək mümkün deyil. Mənim sözlərimin sübutu kimi Sumqayıtda baş tutan və 3:1 hesablı qələbəmizlə bitən oyunu göstərmək olar. Qarşıdakı matçlara köklənməyə çalışacağıq. Yavaş-yavaş vəziyyətimiz gərginləşir. Oyun zamanı aqressiv görünməyimə gəlincə, məncə, belə bir şey yox idi. Çünki matçın gedişində məşqçilər futbolçularına kənardan tapşırıqlar verir. Rəqib oyunçulara iradım oldu. Oyunun vaxtını həddən artıq uzadırdılar. Gah yıxılırdılar, gah sürünürdülər. Şəxsən mən Sumqayıtdakı oyunda qaçıb topu rəqib futbolçulara verirdim ki, vaxt uzanmasın. "Kəpəz"in futbolçuları isə top yanlarında ola-ola vaxtı uzadırdılar. Bu yolla qalib gəlmək istəyirdilərsə, bu da qələbə qazanmağın bir növüdüsə, onları təbrik edirəm... Final fitindən sonra oyunçularımın hakimə yaxınlaşdığını görüb ora doğru hərəkət etdim. İstəmədim ki, xoşagəlməz nəsə baş versin. Ona görə də futbolçuları aparmaq qərarına gəldim”.

Gözdən qaçmadı
* Oyundan öncə laysmanın sağ qapının torunda yaranan problemi aradan qaldırması müəyyən vaxt aldı.
* Dario qoldan sonra yan xəttə doğru qaçıb, sevincini orda komanda yoldaşları ilə birgə qeyd etdi. Bu zaman top daşıyan uşaqlardan üçü də futbolçulara qoşuldu və braziliyalı ilə qucaqlaşmağa vaxt tapdı. Bu isə Federikonu bir qədər də şənləndirdi.
* 78-ci dəqiqədə Nicat Muxtarovun topu tribunaya vurması azarkeşlərin sərt reaksiyasına səbəb oldu. Onun vurduğu top “CBC Sport”un kamerasına tuş gəldi.
* İkinci hissənin əvvəllərində hər kəs giriş qapısına doğru axışdı: həm azarkeşlər, həm də polislər. Bir müddət sonra isə təcili tibbi yardım maşını da həmin istiqamətdə hərəkət etdi. Əvvəlcə kiminsə tribunadan yıxıldığı deyilsə də, sonradan məlum oldu ki, iki azarkeş arasında dava düşüb. Qarşıdurma tribunada başlasa da, asayiş keçikçiləri onun böyüməsinə imkan verməyib. Belədə hər iki fanat çöldə məsələni saf-çürük etməyi qərara alıb. Bu isə davaya səbəb olub. Lakin polislər yenidən müdaxilə edərək, davanın daha da böyüməsinə imkan verməyib. Əldə etdiyimiz məlumata görə, hər iki azarkeş bölməyə aparılıb, ifdələri alındıqdan sonra sərbəst buraxılıb.
* "Xəmsə" fanklubunun üzvləri bu görüşdə ilk dəfə üzərində yeni loqoları əks olunan pankartlar açmışdı.
* Sona yaxın Samir Abasovun aqressivliyi gözdən qaçmırdı. Tez-tez rəqib oyunçuların üzərinə qışqıran çalışdırıcı son olaraq 89-cu dəqiqədə əvəzlənən Orxan Əliyevə iradını kobud şəkildə bildirdi. Final ftinə 1 dəqiqə qalmış yerini Azad Kərimova verən Orxan Abasovun ağır təhqirinə məruz qaldı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar