24 mar 13:30liqa, reportaj

“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi

“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi
90. Neftçi (Bakı) – İnter (Bakı) 2:1 (1:0)
1. Boban Baykoviç – 5,5
5. Georgi Navalovski – 5,0
3. Ruslan Abışov (k) – 5,0
4. Kiril Petrov – 5,5
2. Məqsəd İsayev – 5,5
(15. Mahir Şükürov, 82) – qiymətsiz
6. Tərzin Cahangirov – 5,5
8. Zdenek Folprext – 5,5
7. Namiq Ələsgərov – 5,0
(17. Rəhman Hacıyev, 46) – 5,5
10. İqnasio Errera - 6,0
11. Fəhmin Muradbəyli – 5,0
9. Hüqo Barqas – 5,0
(12. Daniel Seqoviya, 66) – 5,0
Ehtiyat oyunçular
16. Maksim Vaylo
13. Filyo
14. Elvin Bədəlov
18. Murad Ağayev
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: İqnasio Errera

13. Orxan Sadıqlı – 4,5
33. Tərlan Quliyev – 4,5
27. Adrian Skarlatake – 4,5
14. Zurab Xizanişvili - 4,5
3. Denis Silva – 4,5
22. İlkin Qırtımov – 5,0
24. Fuad Bayramov – 5,0
10. Elnur Abdullayev – 5,0
(88. Məmməd Quliyev, 88) - qiymətsiz
8. Nizami Hacıyev (k) – 5,5
6. Samir Zərgərov – 4,5
(9. Pərdis Fərcad-Azad, 65) – 5,0
11. Rauf Əliyev – 5,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
2. Sərtan Taşkın
4. Slavik Alxasov
19. Mirhüseyn Seyidov
7. Mirsahib Abbasov
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Nizami Hacıyev
Qollar: H.Barqas, 42 (1:0). R.Hacıyev, 70 (2:0). N.Hacıyev, 71 (2:1).
Vərəqə: yoxdu.
Hakimlər: FARİZ YUSİFOV, Azər Əsgərov, Vüqar Bayramov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
18 mart. Bakı. Bakcell Arena. 2500 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

“Neftçi”nin bu oyunda uduzmaq haqqı yox idi. Əvvəla, ona görə ki, həmin gün klubun 80 yaşı tamam olurdu. Yəni istər rəhbərlik, istərsə də azarkeşlər bayrama xüsusi hazırlıq görmüşdü. Mümkün məğlubiyyət isə bayramı yasa çevirə bilərdi. Digər tərəfdən turnir cədvəlindəki vəziyyət. İki tur əvvəl “Zirə”yə boyun əyməklə işini çətinə salan “ağ-qaralar” bu dəfə də uduzsaydı, 4-cü pillədəki rəqibi ilə xal fərqi 7-yə yüksələcəkdi. Məhz bu iki amili göz önünə gətirəndə, meydan sahiblərinin meydanı başıaşağı tərk edəcəyi gözlənilmirdi. Hə, bu matçdan 4 gün əvvəl “Qəbələ” üzərində qazanılan möhtəşəm qələbənin gətirdiyi ruh yüksəkliyini də unutmaq olmazdı.
“Neftçi” hakimin start fitindən cəmi 20 saniyə sonra azarkeşləri ayağa qaldıra bilərdi. Oyunda vurulacaq ilk qolun müəllifi Barqas ələ düşən fürsəti qeyri-dəqiq zərbə ilə boşa verdi. 6-cı dəqiqədə Nizami diqqətləri üzərinə çəkdi. Kapitan fərdi ustalığı hesabına rəqibdən sıyrılıb qapıya zərbə endirsə də, top Baykoviçdə “ilişdi”. Qələbə hər iki tərəfə lazım olduğundan, irəliləyən dəqiqələrdə top əsasən meydanın mərkəzində “hərəkət edirdi”. Tərəflər ehtiyatlı oyuna üstünlük verməklə səhv buraxmamağa çalışırdı. Odu ki, amansız mübarizəyə və qayda pozuntularına şahidlik edirdik. Amma istənilən halda, “ağ-qaralar”ın müəyyən ərazi üstünlüyü müşahidə olunurdu. 22-ci dəqiqədə Nizaminin adını tabloya yazdırmaq arzusunu topu iki həmlədə dəf edən Boban gözündə qoydu. Gözlənilən qol hissənin sonlarına yaxın gəldi. Barqas “Sumqayıt”la oyunda vurduğu qolun bənzərini təkrarladı. Bu məqamda Orxan Sadıqlının kobud səhvini qeyd etməsək, olmaz.
Fasilədən sonra meydanda yaşananlar “Neftçi” – “Qəbələ” görüşünün ssenarisini xatırladırdı. Hesabda önə keçən Elxan Abdullayevin yetirmələri diqqəti müdafiəyə ayırmaqla əks-hücumlara bel bağlayırdı. Məqsəd rəqibi üzərinə çəkmək və sürətli hücumdan sonra hesab arasındakı fərqi artırmaq idi. Düzdü, “Neftçi” istəyinə çatdı. Amma planlaşdırılmış əks-hücumda yox, adi vəziyyətdə. Meydana sonradan çıxan Rəhman cərimə meydançası həndəvərindən o qədər də qüvvətli olmayan vuruşla Orxanı məyus etdi. Azarkeşlərin sevinc səslərini Nizami batırdı. Rəhmanın qolundan cəmi bir dəqiqə sonra əla fürsət yaxalayan Hacıyev təsəlli qolunu vurub komanda yoldaşlarını ümidləndirdi. Pərdisin meydana çıxmasıyla üstünlük tam “İnter”in tərəfinə keçdi. Lakin qalan dəqiqələrdə ciddi cəhdlərə, Xizanişvilinin son 10 dəqiqədə hücumçu kimi oynamasına baxmayaraq, bərabərlik qolunu vurmaq mümkün olmadı. Nəticədə “Neftçi” klubun 80 illik yubileyinə əla hədiyyə etmiş oldu.
HƏBİB

Gözdən qaçmadı
* ”Neftçi”nin 80 yaşının tamam olduğunu nəzərə alan azarkeşlər və klub rəhbərliyi yubileyə rəng qatacaq addımlar atmışdı. Azarkeşlərdən danışırıqsa, tribunadan asılan iri həcmli rəmzi formanın üzərinə “arzuların komandası”nda yer alan futbolçuların adları həkk olunmuşdu. Saşa Stamenkoviç, Dmitri Kruqlov, İqor Mitreski, İqor Getman, Erik Ramos, Flavinyo, Mahmud Qurbanov, Zaur Tağızadə, Ələkbər Məmmədov, Nikolas Kanales, Anatoli Banişevski. Ən maraqlısı oyunçu seçimində “6+5” legioner limitinə əməl olunmasıydı.
* “Forza Neftçi”nin yer aldığı tribunanın məhəcərrlərindən asılan plakatlarda yazılanlar da diqqəti çəkirdi: “Biz varkən yıxılmaz “Neftçi”, “Aşiqik, cümlə-aləm bilsin”, “Bürünc bizim, qalanları sizin, 1966-2016”, “Neftçi” üçün biz ölərik, siz döyüşün”, “Xəyallarımızla deyil, ürəyimizlə oynayın”, “Ürəklərin komandası, bir şəhərin arzusu”…
* Stadionun diktoru 80 illik yubiley tədbirlərinin silsilə xaraxter alacağını dəfələrlə arenaya toplaşanların diqqətinə çatdırdı. Belə ki, martın 30-da, yəni “Qarabağ”la ölkə kubokunun yarımfinal qarşılaşmasından öncə vaxtilə “Neftçi”nin formasını geymiş, lakin hazırda ölkə xaricində yaşayan bir çox sabiq futbolçular azarkeşlər qarşısına çıxacaq. Başqa sürprizlər də olacaq, amma bu haqda ətraflı bilgi verilmədi. Apreldən etibarən isə klubun “fan-şop”u və muzeyi istifadəyə veriləcək.
* Futbolçular meydana ayaq basanda hər kəsi təəccübləndirəcək halla rastlaşdıq. Belə ki, “Neftçi”nin futbolçuları hazırki yox, 50-ci illərdə geydiyi formalarla mübarizə aparacaqdı. Bundan başqa, yaxalarındakı loqo da klubun ilk nişanəsi idi. Futbolçuların premyer-liqa üçün sifariş olunan nömrələrdən yox, 1-dən 11-ə qədər olan nömrələrdən istifadə etməsi də diqqətimizi çəkdi. Həmçinin oyundan əvvəl PFL-in himni əvəzinə Matvey Blanterin bəstəsi ilə yazılmış marş səsləndirildi. Bəli, SSRİ dövrünün həmin məşhur futbol marşı.
* Klub rəhbərliyi jurnalistlərə də sürpriz etmişdi. Belə ki, fasilədə qələm əhli üçün nəzərdə tutulan furşet bu dəfə daha gözəgəlimli idi. Novruz bayramının rəmzləri olan şəkərbura ilə paxlava, həmçinin müxtəlif növ sendviçlərdən dadmaq imkanımız vardı. Klubun sözçüsü Mehman Rəsulov üzərinə “Neftçi-80” yazılan tortu kəsdikdən sonra “ixtiyarımıza buraxdı”.
* “İnter”in heyətində vaxtilə “Xəzər Lənkəran”ın formasını geymiş 4 futbolçu - Orxan Sadıqlı, Adrian Skarlatake, Rauf Əliyev və Elnur Abdullayev mübarizə aparırdı. Siyahıya Denis Silvanı da əlavə etmək olar. Sadəcə, o sonradan ağ-qara formanı da geydiyi üçün bakılı fanatlarla dostlaşmış sayılır. Maraqlıdı ki, bu qədər oyunçunun arasında hədəfə tuş gələn yalnız Orxan oldu. “Forza Neftçi”nin üzvləri ilk hissədə Sadıqlıya nəfəs almaq imkanı vermədi. “Orxan burdasan, bəs “Xəzər”in hardadı” süarını “Orxan, gəl bura, bir az mırtlaşaq” əvəz edəndən az sonra “İnter”in qolkiperi kobud səhvə yol verib topu tordan çıxardı. Orxan azarkeşlərin sualına əlini ürəyinə qoymaqla cavab verdi.
* Rəhman hesab arasındakı fərqi artırandan sonra uzun məsafə qət edib “Forza Neftçi”lilərə tərəf qaçdı. Onun arxasında qaçanlar yerlilər – Ruslan Abışov, Tərzin Cahangirov və Fəhmin Muradbəyli idi. Həmin an legionerlər başverənləri müşahidə etməkdə idi. Bəziləri isə su şüşələrinə hücum çəkmişdi.
* Matç başa çatandan sonra “Neftçi”nin futbolçuları qələbəni öncə “Forza Neftçi” ilə bayram etdi. Daha sonra “Köhnə 13”ə tərəf yön aldılar. Amma bu dəfə tullanıb-düşmək qismət olmadı. Belə ki, “Köhnə 13”ün üzvləri futbolçulardan hansısa məqama görə hesabat tələb edirdi.

Reaksiyalar
Zaur Svanadze: “Belə bir gündə “Neftçi”ni səmimi qəlbdən təbrik edirəm. Məğlub olsaq da, bunu haqq etmirdik. Düzdü, ilk hissədə rəqib üstün idi, qol imkanları da oldu. Amma fasilədən sonra oyunu bərabərləşdirə bildik. Hücum edən tərəf idik. Uşaqlar pis oynamadı, çatışmayan qələbə oldu. Bəxtimiz gətirmədi. Bu mövsüm “Neftçi”yə üç dəfə uduzmuşuq, görünür, bizim üçün düşərli rəqib deyil. Yenilgidə baş məşqçi kimi hansısa səhvimin olduğunu deməzdim. Məşqlərdə hücumların üzərində işləyirik. Kim nə etməli olduğunu yaxşı bilir. Sadəcə, texniki səhvlər hücumların düşündüyümüz kimi alınmasını əngəlləyir. Heyətimiz də kasaddı. Qışda nəinki güclənə bilmədik, hətta iki aparıcı oyunçumuzu də itirdik. Həmin Ruslan Abışov ki, bu gün bizə qarşı oynadı. Heç olmasa, futbolçunu buraxanda “İnter”ə qarşı oynamaq qadağası qoyardılar. Centlmen razılaşması deyirlər buna. Ruslanın getməsindən mənim xəbərim olmadı. Antalyadaydıq, Bakıdan zəng vurdular ki, “Neftçi” ilə razılaşmışıq, Abışovu buraxın… “Neftçi”ylə bağlı xoş xatirələrim var. Futbol oynadığım vaxtlarda bu komandaya qarşı mübarizə aparmaq həmişə çətin idi, xüsusən də Bakıda. Səhv etmirəmsə, 1981-ci il idi. Bakıdakı oyunda müdafiəçimiz Tavadze topu səhvən rəqib hücumçuya vermişdi, o da gedib qol vurmuşdu. Nəticədə 0:1 hesabıyla uduzmuşduq. Tiflisə qayıdanda bütün qəzetlər “Zaur Svanadze kobud səhv etdi” yazırdı. Halbuki həmin epizoda yaxın da deyildim. “Neftçi”nin adı çəkiləndə ən çox bu hadisə yadıma düşür. Maşallahla İsgəndər olduqca cəld və sürətli oyunçular idi. İndiki komandanı əvvəlki ilə müqayisə etmək mümkün deyil. Arada böyük fərq var. O vaxt oturuşmuş heyətləri var idi. Həm də yerli futbolçular oynayırdı”.
Elxan Abdullayev: “Hər şeydən öncə “Neftçi” camiəsini təbrik etmək istəyirəm. Bu gün xoş bir gündü. Stadionda əla ab-hava vardı. Azarkeşlərin hər birinə təşəkkür edirik. Oyuna gəlincə, meydanda can qoyan hər futbolçuma təşəkkür edirəm. Oyun ərzində üstünlük bizdə oldu və layiqli qələbə qazandıq. O ki qaldı hesabı açandan sonra hücuma atılmamağımıza, bu sırf taktiki tapşırıqdı. Yəni geri çəkilməklə rəqibi üzərimizə çəkirik. Və belədə daha bir qol vurmaq imkanımız olur. Gördüyünüz kimi, hesab arasındakı fərqi artıra bildik. Bir dəqiqə keçməmiş qol buraxmağımız yerinə düşmədi. Bu baş verməsəydi, bəlkə də daha böyükhesablı qələbəyə sevinərdik. Komandamdan razıyam, amma optimal formanı yığmağa vaxtımız var. İşimizə indi yox, sonra qiymət verəcəksiz. Baykoviçdən razıyam, o qapıda duranda mən arxayın oluram. Nəticələrə görə özümü tərifləmək istəmirəm. Mənim işim bacardığımı ortaya qoymaqdı. Əsas odu, azarkeşlər sevinir, üzləri gülür… “Neftçi” avrokuboklarda çıxış etmək istəyirsə, kubokda özünü göstərməlidi. Futbolçular “Qarabağ”ı məğlub edə bildiklərini göstərməlidilər. Bunu bacarsaq, deməli, Avroliqada çıxış etməyi haqq edirik. Əks halda, ora bizim yerimiz deyil… Mən “Neftçi”yə yeni gələndə jurnalistlər həm millidə, həm də klubda işlədiyimi əsas gətirib qınayırdı. Bu ayın əvvəli də yığma ilə birgəydim. Qətər toplanışında iştirak etdim. Qayıdandan sonra komandam “Qəbələ” ilə “İnter”i məğlub etdi. İndi niyə bu haqda danışan yoxdu? Qışdan öncəki uğursuzluğun səbəbi mənim iki yerdə işləməyim deyildi. Sadəcə, yeni futbolçulara ehtiyac vardı… Nizamiylə bağlı suala cavab vermək istəməzdim. Bu məsələni şişirtməyinizin səbəbini də anlamıram. Nizami çox tərbiyəli oğlan, bacarıqlı futbolçudu. Mən ona az danışmağı məsləhət görərdim. Futbolçu öz işini görməlidi, kənardakılar danışmalıdı. Yaxşı olar ki, özü bu haqda danışmasın. Prosineçkinin ona dəvət göndərməməsinin səbəbini mən bilmirəm. Hərənin öz baxışı, öz fikri var. O ki qaldı onu “Neftçi”də görmək istəməyimə, bu suala cavab vermək çətindi. Mənə həmin cinaha futbolçu lazım olsa, bir neçə oyunçunu gözdən keçirərəm. Nizami öz işini görsün, qalanı düzələcək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar