24 mar 13:24liqa

Bayrama bayram qatanlar

Bayrama bayram qatanlar
Novruz bayramı ərəfəsinə təsadüf edən premyer-liqanın 23-cü turunda qonaqlar qələbəyə həsrət qaldı. Beləliklə, ardıcıl 2-ci tur səfərdə oynayanlar zəfər üzü görmədi. Bu tur da məhsuldarlıq sarıdan “sinifdə qaldı”. Dörd görüşdə qapılara cəmi 6 top vuruldu. Çempionluq uğrunda savaşanların büdrədiyi ötən həftəyə qısa nəzər salmağa dəyər.
“Kəpəz” ardıcıl 4-cü ev oyununu keçirdi. Ötən tur “Zirə”yə qalib gələn gəncəlilər bu dəfə “Sumqayıt”ı 1 cavabsız qolla evinə yola saldı. Bununla da “sarı-göylər” bu mövsüm ilk dəfə ardıcıl 2 qələbə qazandı. Sumqayıtlıların isə enişi davam edir. Samir Abasovun komandası son 4 oyunda meydanı məğlub tərk edir. Görüşə damğa vuran futbolçu isə Dario Federiko oldu. “Sambaçı” fərdi keyfiyyətləri hesabına ilk hissənin sonuncu dəqiqəsində hesabı açdı. “Kimyaçılar”ın fasilədən sonrakı bütün cəhdləri boşa çıxınca gəncəlilər bayrama bayram qatdı.
Turun mərkəzi qarşılaşması “Bakcell Arena”da baş tutdu. “Neftçi”nin 80 illik yubileyinə təsadüf edən derbi gərgin mübarizə şəraitində keçdi. Elxan Abdullayev “İnter”in dilini tapıb. Zarafat deyil, heç də yaxşı mövsüm keçirməyən “ağ-qaralar” bu mütəxəssisin rəhbərliyi altında “ağ-göylər”lə 3-cü oyundan da qalib ayrıldı. Fasiləyə Hüqo Barqasın qoluyla öndə yollanan flaqman Rəhman Hacıyevlə fərqi artırdı. Buna dərhal cavab verən Nizami Hacıyev cari mövsümdə qollarının sayını 7-yə çatdırmaqla komanda yoldaşı Rauf Əliyevi haqladı. Maraqlıdı ki, hər iki futbolçu ən məhsuldar yerli oyunçular olsalar da, yığmadan kənarda qalıblar. “İnter”in məğlubiyyətdən qurtulmaq üçün 20 dəqiqə vaxtı var idi. Ancaq Zurab Xizanişvilinin hücumlara atılması belə fayda vermədi. Halbuki “İnter” qalib gəlsəydi, gümüş medala iddiasını artıracaqdı. İndi ilk “5-liy”i qapayan “Neftçi”ni “Zirə”dən cəmi 4 xal ayırır.
Qeyri-sabit çıxışını davam etdirən “Qəbələ” yenə Şüvəlanda büdrədi. Buna görə “qırmızı-qaralar” günahı yalnız özündə axtarmalıdı. Çoxlu qol vəziyyətini sağa-sola xərcləyirsənsə, “vurmayana vurarlar” prinsipi işə düşür. Tellur Mütəllimov “İnter”in ardınca AZAL-ın da qapısına yol tapdı. Ancaq 90-cı dəqiqədə Nuqzar Kvirtiya səhnəyə çıxdı. Dmitri Bezotosnının kobud səhvindən sonra gürcü futbolçu komandasını məğlubiyyətdən xilas etdi.
“Qəbələ”nin təsəllisi “Qarabağ”ın da büdrəməsi oldu. Bu mövsüm ilk dəfə “köhlən atlar” “Zirə”yə qalib gələ bilmədi. Bununla da iki klubun “qardaşlığı” haqda iddialar bir xeyli səngidi. Hərçənd ağdamlılar bu turu da itkisiz başa vura və çempionatda intriqanı xeyli azalda bilərdi. Ancaq artıq yığma üzvü saydığımız Riçard Almeydanın qola sevinməsinə Yovan Krneta imkan vermədi. Son 5 turda bizi amansız mübarizə gözləyir.
Topaz premyer-liqası
4-cü dövrə, 23-cü tur

18 mart
Kəpəz – Sumqayıt 1:0
Neftçi – İnter 2:1
19 mart
AZAL – Qəbələ 1:1
Zirə - Qarabağ 0:0
1. Qarabağ 23 15 4 4 37-11 49
2. Qəbələ 23 13 8 2 42-13 47
3. İnter 23 10 9 4 33-23 39
4. Zirə 23 8 6 9 20-23 30
5. Neftçi 23 8 2 13 19-36 26
6. Sumqayıt 23 6 7 10 20-30 25
7. Kəpəz 23 5 9 9 16-24 24
8. AZAL 23 1 7 15 10-37 10
Bombardir: Filip Ozobiç (Qəbələ) – 11.
Növbəti turun oyunları: 2 aprel – Qəbələ - Zirə, Qarabağ – Kəpəz, Sumqayıt – Neftçi, İnter – AZAL.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar