24 mar 13:23liqa, reportaj

“Qarabağ” fürsəti qaçırdı

 “Qarabağ” fürsəti qaçırdı
94. Zirə (Bakı) - Qarabağ (Ağdam) 0:0
1. Anar Nəzirov - 5,5
28. Təmkin Xəlilzadə - 5,5
23. Yovan Krneta - 6,0
5. Adil Nağıyev - 5,5
39. Sadiq Quliyev - 5,5
16. Akim Latifu - 5,5
11. Viktor İbokoyi - 5,5
10. Elvin Məmmədov (k) - 5,0
20. Sezar Meza Kolli - 5,5
(26. Georgi Qorozia, 76) - qiymətsiz
7. Amadu Sanqar - 5,0
(13. Aleksandr Şemonayev, 70) - 5,0
43. Riçard Qadze - 5,0
(6. Vüqar Mustafayev, 82) - qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
17. Vüsal İsgəndərli
9. Nurlan Novruzov
87. Müşfiq İlyasov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Yovan Krneta

13. İbrahim Şehiç - 5,5
25. Ansi Aqolli - 5,5
(5. Maksim Medvedev, 74) - 5,5
55. Bədavi Hüseynov - 5,5
14. Rəşad Sadıqov (k) - 6,0
18. İlqar Qurbanov - 5,5
(44. Ağabala Ramazanov, 83) - qiymətsiz
91. Coşqun Diniyev - 5,5
(11. Mahir Mədətov, 86) - qiymətsiz
20. Riçard Almeyda - 5,5
10. Muarem Muarem - 5,5
8. Miçel - 5,0
22. Əfran İsmayılov - 5,5
6. Dino Ndlovu - 5,0
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
15. Rahid Əmirquliyev
32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Rəşad Sadıqov
Vərəqələr: C.Diniyev, 42 (qeyri-idman hərəkəti). A.Nağıyev, 49 (qeyri-idman hərəkəti). A.Latifu, 65 (qeyri-idman hərəkəti). A.Aqolli, 65 (qeyri-idman hərəkəti). E.Məmmədov, 69 (sistematik qayda pozuntusu). A.Nəzirov, 89 (oyunun bərpasını gecikdirmək). V.İbokoyi, 90 (qeyri-idman hərəkəti) - sarı. A.Latifu, 66 - qırmızı.
Hakimlər: RAMİL DİNİYEV, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
19 mart. Zirə. İdman Kompleksinin stadionu. 1300 tamaşaçı (2000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Bu komandaların cari mövsümdəki ilk üç qarşılaşması müəyyən dedi-qoduya səbəb olduğundan Zirədəki oyuna maraq yetərincə yüksək idi. “Köhlən atlar”ın qızıl medallar uğrunda əsas rəqibi “Qəbələ”nin bir neçə saat əvvəl AZAL-la heç-heçə etməsi “Qarabağ” “Zirə”ni udub, demək olar ki, böyük ölçüdə çempionluğu təmin edəcək” söyləyənlərin sayını artırmışdı. Ancaq hesabat turunun son qarşılaşmasında meydanda yaşananlar bir daha “qartallar” ağdamlalılar üçün işləyir” söz-söhbətinin şayiədən başqa bir şey olmadığını sübut etdi. İlk dəqiqələrdən qonaqlar üstünlüyü ələ keçirsə də, oyunda ilk təhlükə “köhlən atlar”ın qapısı önündə yaşandı. İbokoyinin uzaqdan zərbəsi dirəyi yalayıb keçdi. “Qarabağ”ın cavab həmləsi isə daha yaddaqalan oldu. Almeydanın yaxın məsafədən başla zərbəsinə Nəzirov inanılmaz reaksiya göstərərək, topu kornerə çıxardı. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə həm meydan sahiblərinin, həm də qonaqların qol vurmaq üçün bir neçə imkanı olsa da, gah zərbə mövqeyinə çıxan futbolçular qeyri-dəqiq olurdu, gah da qolkiperlər inamlı oynayaraq topun qapı xəttini keçməsinə imkan vermirdi. “Qartallar”ın qaradərili futbolçulardan formalaşan hücum xətti sürətli reydləri, ikili mübarizələrdə inamlı təsir bağışlaması tribunalara toplaşan yerli azarkeşlərə xüsusilə zövq verirdi. Qadze – Sanqar - Latifu “üçlüy”ü qonaqların müdafiəçilərinə zaman-zaman çətin anlar yaşadırdılar.
Fasilədən sonra da ssenari dəyişmədi. Hər iki komandanın üzvləri qol vurmaq üçün əlindən gələni edir, meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Meydanda yaşanan gərginlik futbolçulara da təsirsiz ötüşmədi. Belə ki, 66-cı dəqiqədə əsəblərinə hakim ola bilməyən Latifu fitdən sonra Aqollinin ayağına zərbə endirdi ki, bunun da bədəli meydandan qovulmaq oldu. Komandasının azlıqda qaldığını görən Ayxan Abbasov heç olmasa, bir xal qazanmaq üçün hücumameyilli oyunçuları müdafiəçilərlə əvəzləməyi lazım bildi. Son 15 dəqiqədə rəqibin qapısını mühasirəyə alan qonaqlar 88-ci dəqiqədə hesabı açmağa yaxın olsa da, Krneta başla topu boş qapıdan çıxarmaqla onların sevinməsinə imkan vermədi.
RƏŞAD

Reaksiyalar
Qurban Qurbanov: “Fikrimcə, maraqlı oyun alındı. Bu matçda yeganə çatışmayan məqam qolun yoxluğu oldu. “Zirə”yə uğurlar arzulayıram, bizə qarşı layiqincə mübarizə apardılar. Futbolçularımdan razı qaldım. Qarşıdakı həftədə oyunçularımız millinin düşərgəsində olacaqlar. Onlara uğurlar arzulayıram. Premyer-liqada yaranan fasilə dönəmində heyətə əvəzedici komandadan futbolçu cəlb edib bir yoxlama oyunu keçirməyi planlaşdırırıq. Bu gün meydana çıxanlardan razı qaldığımı bildirdim. Məncə, Əfran xüsusilə ilk hissədə yaxşı oynadı, amma son dəqiqələrdə yoruldu. Ümumilikdə onun çıxışı məni qane etdi. Özünüz də gördüz ki, futbolçularımın durumu pis deyil. Düşünürəm ki, futbolçularım milliyə xeyir verə biləcəklər. Son vaxtlar mətbuatda yayılan xəbərlərə gəlincə, “Zirə” – “Qarabağ” yaxınlığına görə sübut olunası bir şey yoxdu. Bizdən də yaxın komandalar var və biz bunu heç vaxt qabartmamışıq. Düşünmürəm ki, “Qəbələ” xal itirdiyinə görə futbolçularımda arxayınlıq var idi. Oyunlarımızın sayı azalır və hər oyunda qələbə qazanmağa çalışacağıq. Yenə deyirəm, hamının qarşısında başımız ucadı, heç kimdən utanmırıq. Son dəqiqələrdə qol vurmaq üçün bütün komanda irəli atıldı. Maksim meydana çıxandan sonra Rəşad irəlidə oynamağa başladı ki, bu da qələbə qazanmaq istəyimizdən xəbər verir. Rəqib müdafiəçi topu boş qapıdan çıxarmasaydı, 3 xal qazana bilərdik”.
Ayxan Abbasov: “Qarabağ”a qarşı oynamaq çox çətin idi. Amma rəqibi təhlil etmişdik və oyuna ciddi hazırlaşmışdıq. Futbolçularıma rəqibi sıxmağı tapşırmışdım və bunun öhdəsindən gəlməyi bacardıq. Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin oldu. Futbolçularımızın sona qədər mübarizə aparması çox sevindirici idi. Qarşıda fasilə var və bundan istifadə edib daha yaxşı olmağa çalışacağıq. Mən əvvəl də demişəm ki, çempionatda mübarizə çox çətin olacaq. Bu matçda futbolçularımda istək gördüm və çalışacağıq ki, bunu sona qədər davam etdirək. Komandanın iki futbolçusunun oyun vəziyyətində bir-birinə irad bildirməsinə mübahisə etmək deməzdim. Bizdə nizam-intizam ilk pillədədi və buna xüsusi diqqət yetiririk. Matç zamanı istənilən komandada belə hallar yaşanır. “Qəbələ” ilə oyuna xüsusi hazırlıq planımız yoxdu. Bütün qarşılaşmalara eyni qaydada hazırlaşırıq. Yalnız onu deyə bilərəm ki, “Qəbələ” ilə matçda əsas hədəf 3 xal olacaq”.

Gözdən qaçmadı
• Matçdan öncə tanınmış müğənni Röya tribunalara toplaşan azarkeşlərə bayram hədiyyəsi olaraq bir neçə mahnı ifa etdi.
• “Zirə” ilə matç “Xəzər Lənkəran”dan yaxşı tanıdığımız, uzun illər “ağ-yaşıllar”ın tərcüməçisi olmuş, hazırda isə “Qarabağ”ın düşərgəsinə qoşulmuş Elvar Quliyev üçün yadda qaldı. Belə ki, Elvar bəy təxminən 10 aylıq fasilədən sonra yenidən texniki zonada baş məşqçinin göstərişlərini legioner futbolçulara çatdırmaqla məşğul idi.
• Hakimin əsas vaxta əlavə etdiyi uzatma dəqiqələrində “Zirə” azarkeşlərindən biri dördüncü hakim Rəhim Həsənona səslənərək matçın başa çatmasına neçə dəqiqə qaldığını soruşdu. Həsənovun onun sualına reaksiya vermədiyini görən azarkeşin “dispetçer deyilsən, vaxtı səndən soruşmayıb kimdən öyrənim” söyləməsi tribunadakıların gülüşünə səbəb oldu. Sən demə, həmin azarkeş marşrut şoferi olduğundan və Həsənovun uzatma dəqiqəsini göstərən tablonu qaldırmasından elə başa düşüb ki, o da ictimai nəqliyyatda olan dispetçerlər kimi intervala cavabdehlik daşıyır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar