17 fev 15:53liqa

“Qarabağ”dan qorxmuruq, çəkinmirik”

“Qarabağ”dan qorxmuruq, çəkinmirik”
Sənan Qurbanov hədəfi açıqladı
“Qəbələ”nin dünənki məşqindən öncə Sənan Qurbanovla söhbətləşmək imkanımız oldu. Xatırladaq ki, mövsümün ilk yarısında “qırmızı-qaralar”ın çalışdırıcısının postunu tərk edəcəyi ilə bağlı söz-söhbət dolaşırdı. Doğrudan da şimallılar həmin müddətdə uğursuz nəticələri sırlamaqla məşğul idi. Ancaq klub rəhbərliyi uzun illər məşqçilər korpusunda yer alan, Roman Qriqorçukun gedişindən sonra isə “sükan arxasına” keçən Sənan bəyə güvəndi. Nəhayət, bölgə təmsilçisi qış fasiləsi ərəfəsində özünə gəldi, kubokda yarımfinala adını yazdırdı və çempionatdakı uğurlu nəticələr fonunda “üçlüy”ə yaxınlaşadı. Qurbanovla sual-cavab zamanı əsasən “Qarabağ”la oyun haqda danışsaq da, bizi maraqlandıran bəzi məqamlara da aydınlıq gətirdik.
- Sizi qarşıda “Qarabağ”la çətin və prinsipial oyun gözləyir. Bu matça hazırlıq necə gedir?
- Əlbəttə, “Qarabağ”la görüşə ciddi hazırlaşırıq. Bilirik ki, afişa olaraq da azarkeşləri yaxından maraqlandıran bir oyundu. Çalışacağıq ki, meydanda “Qəbələ”nin adına layiq yaxşı futbol nümayiş etdirək. Təbii, nəticə də bizim üçün çox önəmlidi. Rəqib də son çempiondu, neçə illərdi ardıcıl olaraq həmin titulu heç kimə vermir. Bu iki komandanın oyunları həmişə maraqlı olub. Həm azarkeşlər üçün, həm də komanda adına layiqli mübarizə aparmağa çalışacağıq. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik.
- Heyətlə bağlı hansısa problem var?
- Zədəli futbolçumuz yoxdu. Heyətlə bağlı durum ürəkaçandı. Tam kollektivlə məşqlərimizi davam etdiririk.
- Bu mövsüm iki dəfə “Qarabağ”la üz-üzə gəlmisiz və hər iki oyunda məğlub olmusuz. Həmin “Qəbələ” ilə indiki arasında nə fərq var? Komandada bu müddətdə nəyin dəyişdiyini demək olar?
- Uduzduğumuz hər iki oyunda səhvlərimiz oldu. Hər iki qarşılaşmanı təhlil də etmişik. Səhvlərimizdən nəticə çıxarmağa çalışırıq. Təbii, bu kimi məsələlərdə zamana ehtiyac var. Cari mövsümdəki oyunları çıxmaq şərtilə, keçmişə nəzər salsaq, “Qarabağ”la maraqlı qarşılaşmalarımız olub. Bu futboldu, məğlubiyyətlər ola bilər. Əsas odu ki, həmin yenilgilərdən, səhvlərdən nəticə çıxaraq. Maksimum çalışırıq ki, əvvəlki iki oyunda yol verdiyimi səhvləri təkrarlamayaq. Belə deyim, səhvlərdən nəticə çıxarıb meydanda “Qəbələ”nin adına layiq futbol göstərmək lazımdı.
- Son oyunlarda “Qəbələ”nin uğurlu statistikası var. 7 oyundu uduzmursuz, bunların 6-da qol buraxmamısız, son 4 matçda qələbə qazanmısız. Bu məqam “Qəbələ”nin yüksəlişdə olduğuna dəlalət edir? “Qarabağ”la matçda bu seriyaların ömrünü uzatmaq mümkün olacaq?
- Məni sevindirən əsas odu ki, futbolçularımız məsuliyyəti dərk edirlər. İşlərinə çox ciddi, peşəkarcasına yanaşırlar. Bizim üçün bu çox önəmlidi. Mövsümün əvvəlindən məhz bunu komandamıza aşılamağa çalışırıq. Bir an olsun, konsentrasiyanı itirməmək lazımdı. İstər məşqlərdə, istərsə də sosial həyatlarında olsun. Bu peşəkar bir futbolçu üçün çox önəmlidi. Bir qədər də zamana ehtiyac var idi və məncə, bunun bəhrəsini görürük. Çünki futbolçu tam məsuliyyətlə, düzgün şəkildə işinə yanaşanda bu nəticədə də özünü göstəməyə başlayır. Onların məsuliyyətli olması bizi də sevindirir.
- Həftəsonu keçiriləcək matçda hədəfiniz 1 xaldı, yoxsa qələbə istəyirsiz?
- Hər oyuna qələbə üçün çıxırıq. Düzdü, rəqib “Qarabağ”dı. Amma bizim yanaşmamız baxımından bu heç nəyi dəyişməyəcək. Çalışacağıq ki, “Qarabağ”dan xal və ya xallar alaq. Uğurlu nəticə qazanmalıyıq ki, yolumuza davam edək və hansısa mənfi hal psixoloji cəhətdən bizə təsir etməsin.
- Qışda “Qarabağ” sabiq oyunçularını yenidən heyətə cəlb etdi. Reynaldo ilə Riçard Almeydanın Ağdam klubuna dönməsi sizi narahat edir?
- Təbii, “Qarabağ” güclü rəqibdi. Buna qədər də heyətində güclü futbolçular var idi. Məsələn, bizdən Filip Ozobiç getdi, İnnosent Emeqara var. Ümumiyyətlə, çox futbolçuların adını saymaq olar. Klub olaraq artıq özlərini sübut ediblər. Sistemə oturmuş bir komandadı. Özlərinin oyun üslubunu neçə illərdi davam etdirirlər. “Qarabağ” həmişə “Qarabağ”dı. Hansısa futbolçunu alanda da, mövcud sistemə uyğun birini alırlar ki, oyun tərzlərini dəyişməsinlər. “Qarabağ” həmişə ciddi rəqib olub.
- Bu komanda ilə kubokun yarımfinalında da üz-üzə gələcəksiz...
- Futbolçular üçün “Qarabağ”a qarşı oynamaq özü bir motivasiyadı. Belə bir qarşılaşma komandalar üçün maraqlı bir mübarizə deməkdi. Öz gücünü daha yaxşı bilmək, özünə əmin olmaq üçün bu qarşılaşmanın əhəmiyyəti çoxdu. Doğrudu, mövsümün ikinci yarısına pis başlamamışıq. Lakin sadəcə, 2 tur geridə qalıb. “Qarabağ”la oyun özümüzü göstərmək baxımından yaxşı bir qarşılaşma olacaq. Həm biz məşqçilər, həm də futbolçular üçün maraqlı bir görüşdü. Qeyd etdiyiniz kimi, kuboklun yarımfinalında da “Qarabağ”la qarşılaşacağıq. Çempionatda oynayıb, yarımfinal ərəfəsində onlar haqda tam məlumat toplamaq imkanımız da yaranıb. “Qarabağ”dan qorxmuruq, çəkinmirik. Rəqibə hörmət edirik.
- Son 4 oyunda 1:0 hesabı ilə qalib gəlmisiz. Bu, “bir olsun, bizim olsun” taksikasıdı, yoxsa həmin nəticələr sırf təsadüfdü?
- Yox, deməzdim ki, bu bizim taktikamızdı. Çünki oyunlara baxsaz, rəqib qapısı önündə çoxlu qol imkanlarımız olur. Sadəcə, onlardan yalnız birini dəyərləndirə bilirik. Həm hücumda, həm də müdafiədə komanda şəklində oynamaq istəyirik. Futbolçulara da bu yöndə tapşırıq vermişik. Hücum edəndə də, müdafiə olunanda da bunu kollketiv halında etməliyik. Məhz bu düşüncəni futbolçulara aşılamağa çalışırıq. Ancaq elə bir fikrimiz yoxdu ki, bir top vuraq, müdafiəyə oturaq. “Qəbələ”nin oyununda belə anlayış yoxdu. Komandada inkişafı görürük və bu da bizi sevindirir. Bütün istədiklərimizi gerçəkləşdirə bilməsələr də, sadaladıqlarımın əksəriyyətini etmələri müsbət haldı.
- Hazırda “Qəbələ” heyətinə, futbolçularının potensialına görə premyer-liqa komandaları arasında neçəncidi?
- “Qəbələ” çox yaxşı futbolçulardan qurulmuş komandadı. Həm təcrübəli yerli, həm əcnəbi, həm də istedadlı gənc oyunçularımız var. Bu isə yetərincə yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verir. “Qəbələ” buna qadir komandadı. Hədəfimiz bu il perspektivli, hansı ki yığma üzvü olan gənc oyunçularımıza şans verməklə onların nəyə qadir olduğunu görmək, həm də nəticə qazanmaqdı. Cari mövsüm avrokuboklara getməyə borcluyuq. Bunun üçün gücümüz var. Potensial olaraq bu heyət Avropaya vəsiqə qazanmağa qadirdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar