17 fev 15:50liqa

"Qəbələ" həvəslə hazırlaşır

"Qəbələ" həvəslə hazırlaşır
Sabah bütün diqqətlər Tofiq Bəhramov adına Respublika stadionuna dikiləcək. Mərkəzi arena qış fasiləsindən sonra ikinci prinsipial qarşılaşmaya "qucaq açacaq". Ardıcıl 6-cı dəfə çempionluğu hədəfləyən "Qarabağ" son oyunlarda uğurlu seriya yaxalayan "Qəbələ"ni sınağa çəkəcək. Təbii, bu gün "Neftçi" qələbə qazanarsa, "köhlən atlar" "qırmızı-qaralar"la dueldə ikiqat əzmlə mübarizə aparacaq. Flaqman xal itirsə, Qurban Qurbanovun komandası turun mərkəzi qarşılaşmasında lider olmaq üçün döyüşəcək. Sənan Qurbanovun yetirmələri isə "üçlüy"ə daxil olmaq (bunun üçün "Səbail"in də xal itirməsi lazımdı), həmçinin çempionatın ilk yarısındakı məğlubiyyətlərin (1:4, 1:3) əvəzini çıxmaq haqda düşünür. Bir sözlə, son illərdə barışmaz rəqiblərə çevrilən, qızıl medallar uğrunda mübarizə aparan komandaların budəfəki dueli də maraq doğurur. Bu üzdən saat 17.30-dan etibarən hər kəsin diqqəti "Qarabağ" - "Qəbələ" matçına yönələcək.
Qonaqların bu oyuna necə hazırlaşdığını görmək üçün dünən Biləcəri Futbol Mərkəzinin yolunu tutdum. "Qırmızı-qaralar"ın səhər məşqi saat 11.30-da start götürdü. Buna qədər isə həm komandanın baş məşqçisi Sənan Qurbanov, həm də kapitan Cavid Hüseynov ilə söhbətləşmək (bu haqda başqa yazıda oxu - F.) imkanım oldu. Gənc mütəxəssis məşq zamanı futbolçularını çox da "yükləmədi". Hazırlıq prosesi birbaşa toplu çalışmalarla başladı. Onu da bildirək ki, komandada əhval-ruhiyyənin yüksək olduğunu müəyyənləşdirmək üçün uzun-uzadı təhlil aparmağa ehtiyac yoxdu. Futbolçuların zarafatlaşmasından, məşqdəki ab-havadan da bu qənaətə gəlmək mümkündü. Qonaqlar həvəslə hazırlaşırdı. Görünür, mövsümün ikinci yarısına yaxşı start verilməsi kollektivdəki atmosferə də təsir edib. Bundan başqa, baş məşqçini qayğılandıran problem də yoxdu. Nə cəzalı var, nə də zədəli.
Hər halda, belə önəmli qarşılaşma ərəfəsində məşq zamanı azarkeşlərin tribunadan komandaya dəstək verəcəyini də gözləmək olardı. Ancaq belə bir mənzərənin şahidi olmadıq. Bəlkə də komandanın əsas fanatları Qəbələdən gələcəkləri üçün bu gün, ya da sabah Bakıya təşrif buyuracaqlar. Hər halda, istər "Qəbələ"nin, istərsə də "Qarabağ"ın azarkeşləri məşqlərdə görünməsələr belə, ümid edək ki, oyun günü "Tofiq Bəhramov"da tamaşaçı sayı yetərincə olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar