17 fev 12:51liqa

“Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı

“Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı
Rəşad Məmmədov: “Nə qədər təəccüblü olsa da, Keşavarz haqda, demək olar ki, heç bir məlumat yox idi”
“Sumqayıt”ın qış “transfer pəncərəsi”ndə heyətinə qatdığı futbolçulardan biri də Peyman Keşavarz idi. “Kimyaçılar”ın Antalyadakı təlim-məşq toplanışına son anda qoşulan cənubi azərbaycanlı müdafiəçi istər yoldaşlıq görüşlərində, istərsə də məşq prosesində sərgilədiyi performansla məşqçilər korpusunun diqqətini cəlb etdiyindən Ayxan Abbasov onu sərəncamında görmək istədi. Şəhriyar Əliyevin zədədən yeni qayıtdığını və optimal formasından uzaq olduğunu düşünən baş məşqçi klub rəhbərliyindən Cənubi Azərbaycandan olan soydaşımızla müqavilə bağlanmasını istədi. Müdafiəçi ilə bağlı yüksək fikirdə olan Abbasov qəzetimizə açıqlamasında ondan razı qaldığını bildirməklə yanaşı, diktafondan kənar söhbətimizdə Peymanın mövsümün kəşfi olacağını da bildirmişdi. Doğrudan da Antalyadan geri dönəndən sonra “Sumqayıt”ın “doğma divarlar” arasında ilk məşqini izləyərkən ikitərəfli oyunda Keşavarzın ikili mübarizələrdə inamlı təsir bağışladığını, xüsusilə də hava mübarizlərində etibarlı olduğunu qeyd etmişdik. Ancaq bugünlərdə məlum olub ki, “gənclik şəhəri”nin təmsilçisi 24 yaşlı futbolçunun xidmətindən yararlana bilməyəcək. “Ağ-göylər”lə müqavilə bağlayan, “50” nömrəli formanı seçən Peymanın sənədlərində problem ortaya çıxıdığından “gənclik şəhəri”nin təmsilçisindən ayrılmaq məcburiyyətində qalıb.
Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, Omanın “Yasan Əl-Vaste” klubundan gələn Peyman bu mövsüm artıq iki klubun düşərgəsində olub. Kluba yaxın olan mənbəmizin sözlərinə inansaq, Keşavarz adını çəkdiyimiz Oman təmsilçisindən ayrılandan sonra bu ölkənin başqa bir klubuna yollanıb və orda cəmi 3 gün olub. Həmin müddətdə onunla rəsmi müqavilə bağlanılıb və həmin sənədin bir nüsxəsi də FİFA-ya göndərilib. Ancaq nə futbolçunun, nə də “Sumqayıt” rəhbərliyinin bundan xəbəri olub. “Kimyaçılar” Peymanla müqavilə bağladıqdan sonra Oman Futbol Federasiyasına müraciət edərək, müdafiəçinin sənədlərinin göndərilməsini istəyib. Qarşı tərəf də premyer-lqanınn 16-cı turuna təsadüf edən “Qəbələ” ilə oyun ərəfəsində Peymanın digər sənədləri ilə yanaşı, “futbolçu pasportu”nu da “ağ-göylər”ə göndərib. Klubun idman direktoru Zamiq Hüseynov sənədlərlə tanış olduqda görüb ki, Keşavarz üçün “Sumqayıt” mövsüm ərzində 3-cü klub olacaq və məşqçilər korpusundan onun adını oyunun protokoluna daxil edilməməsini istəyib. Qəbələ səfərindən əliboş dönən “Sumqayıt” rəhbərliyi yenidən Peymanla bağlı araşdırmaları davam etdirib və məlum olub ki, onun “kimyaçılar”a keçidi qeyri-mümkündü. Və belədə klub rəhbərliyi onunla yolları ayırıb.
Bütün bunlar yuxarıda qeyd etdiyimiz kimi, kluba yaxın olan mənbənin bizə ötürdüyü informasiyadı. Söylənilənlərə aydınlıq gətirmək üçün “ağ-göylər”in mətbuat katibi Rəşad Məmmədovu aradıq. Rəşad bəy söylənilənləri təsdiq etdi: “Komandanın baş məşqçisi Ayxan Abbasov Peymanı Antalyadakı toplanışda sınaqdan keçirdi. Müdafiəçi istər məşq prosesində, istərsə də meydana çıxıdığı yoxlama görüşlərində özü barədə müsbət fikir formalaşdırdı. Bu üzdən Abbasov onunla müqavilə bağlanmasını istədi. Bundan sonra bütün proseslər klubun idman direktorunun səlahiyyəti çərçivəsində idi. Zamiq Hüseynov futbolçunun özü ilə söhbət etdi, Oman Futbol Federasiyasına sorğu göndərdi. Omana sorğu göndərməmişdən öncə isə istər FİFA-nı, istərsə də Asiya Futbol Konfederasiyasının saytına daxil olub məlumat əldə etməyə çalışmışdı. Nə qədər təəccüblü olsa da, Keşavarz haqda, demək olar ki, heç bir məlumat yox idi. Heç internet qaynaqlarında da Peymanla bağlı bilgiyə rast gəlinmədi. “Qəbələ” ilə oyuna saatlar qalmış bizə futbolçunun sənədləri gəldi və məlum oldu ki, “Yasan Əl-Vaste”dən sonra Peyman daha bir Oman klubunun düşərgəsində olub. Orda cəmi 3 gün olmasına baxmayaraq, müqavilə imzalanıb və qısa vaxtdan, 72 saatdan sonra anlaşma qüvvədən düşüb. Siz təsəvvür edin ki, bundan heç futbolçunun agentinin də xəbəri olmayıb. Belədə risk edib onun adını “Qəbələ” ilə oyunun iştitirak ərizəsinə daxil etmədik. Matçdan sonra isə rəhbərlik səviyyəsində qərara alındı ki, Peymanla vidalaşaq. Odu ki, bu məsələdə “Sumqayıt”ı nədəsə qınamaq, səriştəsiz addımda ittiham etmək, məncə, yersizdi”.
Xatırladaq ki, oxşar hadisə Emin Mehdiyevlə bağlı da yaşanmışdı. “Keşlə” bu qış Türkiyəyə apardığı futbolçunu məhz bu səbəbdən sifariş edə bilmədi. Müdafiəçi cari çempionatda həm “Qaradağ Lökbatan”ın, həm də Türkiyənin Bal Liqasının təmsilçisinin şərəfini qoruduğundan 3-cü komandaya keçidinə icazə verilmədi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar