14 fev 23:07liqa

Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır

Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır
“Sonuncu pillədə olduğumuzu düşünməməliyik”
Çempionatın ikinci yarısında qələbəyə həsrət qalan iki komandadan biri “Keşlə”di. “Sumqayıt” “Qəbələ”ylə “Qarabağ”a boyun əydiyi halda, bakılılar “Səbail”lə “Neftçi”dən üst-üstə 5 cavabsız top buraxıb. Avroliqaya vəsiqə qazanmaq iddiasında olan, lakin hədəfindən xeyli uzaqlaşan “qırmızılar” həftəsonu doğma meydanda “Sumqayıt”ı qonaq edəcək. Bu oyunu Tərlan Əhmədovla yetirmələri üçün avrokubok məqsədi baxımından sonuncu şans adlandırmaq olar. Hər halda, növbəti məğlubiyyət şansları xeyli azaldacaq. Odu ki, “Keşlə” nəyin bahasına olur-olsun, qələbə qazanmalıdı.
Taleyüklü qarşılaşmadan öncə komandanın aparıcı futbolçularından olan Denis Silva ilə əlaqə saxlayıb həm dünən, həm də sabahla bağlı suallara cavab tapmağa çalışdıq.
- Ardıcıl iki məğlubiyyətdən sonra əhvalınızın yerində olması, istəsəz də, mümkün deyil. Razısan?
- Əlbəttə, məğlubiyyətlər varsa, üzgünlük də olmalıdı. Amma bu cür davam etməklə yaxşı heç nə əldə edə bilmərik. Həyat davam edir, qarşıda bizi daha 12 oyun gözləyir. Belə deyim, əsl mübarizə irəlidədi. Ona görə də keçmişi unudub, gələcəyə nikbin baxmağa çalışırıq. Komanda olaraq söhbətimiz olub. Çalışmalıyıq ki, yol verdiyimiz səhvlər təkrarlanmasın.
- “Sumqayıt”la oyun ərəfəsində üzlər gülür...
- Hər şey qaydasındadı deyərdim. Klubun rəhbəri Zaur Axundov bizimlə görüşdü və növbəti oyunlarda uğurlar arzuladı. Özü də gördü ki, “Neftçi”ylə matçda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Hamı var gücü ilə çalışırdı, qaçırdı, mübarizə aparırdı. Sadəcə, hakimin bəzi qərarları nəticəyə təsir göstərdi. Olduqca bəsit vəziyyətlərdə rəqibin xeyrinə cərimə zərbəsi təyin edirdi. Halbuki həmin epizodlarda qayda pozuntusundan söhbət gedə bilməzdi. Başa düşürəm, hakim də insandı, səhv edə bilər. Amma səhvlərin əksər hallarda əleyhimizə olması yaxşı hal deyil.
- Penalti epizodu ilə bağlı nə deyə bilərsən?
- Baqali Dabo ilə top uğrunda mübarizə apardıq. Hakim “nöqtə”ni göstərən kimi dərhal ona yaxınlaşıb “nə üçün” sualını verdim. Açığı, mənim toxunuşuma görə qayda pozuntusunu qeydə aldığını düşünmüşdüm. Ancaq bildirdi ki, Azər Salahlı ayağı ilə Dabonun üzünə toxunduğuna görə penalti verib. Futbol dili ilə desəm, təhlükəli oyuna görə.
- Ardıcıl iki məğlubiyyətə səbəb kimi müxtəlif ehtimallar irəli sürülür. Normal hazırlıq keçməmək, düşərgədə ab-havanın qaydasında olmaması, komandada yeni futbolçuların olması...
- Rəqiblərdən aşkar geri qalsaydıq və qələbə şanslarımız sıfır olsaydı, deyilənlərlə razılaşmaq olardı. Amma hər iki matçda kifayət qədər şansımız olub. Rəqiblərə asan təslim olmamışıq. Məğlubiyyətlərin əsas səbəbi buraxdığımız kobud və axmaq səhvlərdi. Konkret kimisə günahlandırmaq istəmirəm. İçi mən qarışıq lazımsız səhvlərə yol verdik. Sanki topu rəqibə verirdik ki, get, qol vur. Belə olan təqdirdə isə qələbə qazanmaq mümkün deyil.
- Maaşların vaxtında verilməməsini səbəb göstərmək olmaz?
- Maaşların verilmədiyini kim deyir axı? Belə bir problem yoxdu. Ola bilsin, bir neçə gün gecikmə olub və ya ola bilər. Amma klubda maliyyə ilə bağlı problem yoxdu. Yalan söhbətdi.
- Dördüncü pillədəki “Qəbələ” ilə aranızda 11 xal fərq var. Gələcəyə nikbin baxmaqla özünüzü aldatmırsız ki?
- Az öncə dediyim kimi, qarşıda 12 oyun var. Bu da potensial 36 xal deməkdi. Hər halda, daha çox çalışıb daha az səhvə yol verməklə mümkün qədər xal toplaya bilərik. Hər şey özümüzdən asılıdı. Digər rəqiblərimiz də xallar itirəcək. Məncə, ruhdan düşməyə ehtiyac yoxdu. Psixoloji gərginlik, təzyiq altında olmamalıyıq. Oyunlara “bu bizim üçün sonuncu şansdı” düşüncəsi ilə çıxmamalıyıq. Sonuncu pillədə olduğumuzu düşünməməliyik. Yalnız qarşıdakı oyuna baxmalıyıq. Nə keçmişdəkiləri yada salmalı, nə də gələcəkdəkiləri göz önünə gətirməliyik. Bunlara əməl etsək, hədəfə çata bilərik.
- “Keşlə” 9 ay əvvəl ölkə kubokunun sahibi olmuşdu, hazırda isə turnir cədvəlinin sonuncu pilləsindədi. Nə dəyişdi?
- O heyətlə indikini müqayisə etsəz, dəyişikliyi dərhal görərsiz. Kuboku qazanan futbolçulardan bir çoxu artıq komandada deyil. Üstəlik, maydan bu yana artıq üçüncü yeni məşqçi ilə işləyirik. Bunları deməklə kiminsə kimdənsə zəif olduğunu demək istəmirəm. Sadəcə, dəyişikliklərin belə vəziyyətə gətirib çıxardığını demək istəyirəm. Nə qədər güclü futbolçu və məşqçi gətirsən də, ilk dönəmlərdə istər-istəməz çətinlik çəkirsən. “Qarabağ”a baxın. 10 ildən çoxdu eyni məşqçi ilə işləyirlər. Futbolçular da aşağı-yuxarı eynidi. Arada müxtəlif mövqelərdə yeniliklər olur ki, bu da ümumi duruma təsir etmir. Çünki oyun fəlsəfəsi olduğu kimi qalır. Fikrimcə, Tərlan Əhmədovla və bu heyətlə davam etsək, uğurlu nəticələr olacaq. Futbolçular tədricən baş məşqçinin istədiklərini qavrayır.
- Həftəsonu “Sumqayıt”la qarşılaşacaqsız. Bu oyunun nə demək olduğunu, yəqin ki, anlayırsız.
- Olduqca vacib qarşılaşmadı. Onlar da bizim kimi fasilədən sonra qələbə qazanmayıblar. Bu hardasa bizə əlavə motivasiya verir. Digər tərəfdən, rəqibin də bizim haqda bu cür düşündüyünü nəzərə alsaq, vəziyyətin çətin olacağını təxmin edə bilərik. Evdə oynayırıq, öyrəşdiyimiz meydandı. Bu üstünlükdən maksimum yararlanmalıyıq. Məncə, “Sumqayıt”la qarşılaşma dönüş nöqtəsi olacaq. Qalib gəlsək, davamı mütləq gələcək.
- Məğlub da ola bilərsiz...
- Bu haqda düşünmürük. Hər şey Allahın əlindədi. Dediyiniz kimi olsa, vəziyyətimiz xeyli pisləşəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar