14 fev 22:36liqa

“Tofiq Bəhramov”da növbəti “döyüş”

“Tofiq Bəhramov”da növbəti “döyüş”
Həftəsonu azərbaycanlı futbolsevərləri maraqlı və prinspial qarşılaşma gözləyir. Çempionatın mənzərəsənin müəyyən mənada aydınlaşması baxımından Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın əhəmiyyəti böyükdü. Fevralın 17-də “Qarabağ” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Rəhim Həsənovun idarə edəcəyi oyun aaat 17.30-da start götürəcək. Doğrudu, bu rəqiblər arasında hazırda 11 xal fərqi var. Həmçinin “Qəbələ”nin çempionluq şansları o qədər də yüksək deyil. Düzdü, qarşıdakı 12 tur indiki durumun dəyişməsi üçün yetərlidi. Bundan başqa, futbolun sürprizlər oyunu olduğunu, heç kimin ağlına gəlməyən hesabların qeydə alındığını zaman-zaman görmüşük. Elə bu idman növünü sevdirən cəhətlərdən biri də möcüzələri, sürprizləridi. Bununla belə, məsələyə real yanaşsaq, “qırmızı-qaralar”ın “Qarabağ”la “Neftçi”ni geridə qoyacağı, yarandığı gündən bu yana ilk dəfə qızıl medalları qazanacağı inandırıcı görünmür. Bəs onda sual yarana bilər ki, bazar günü keçiriləcək qarşılaşmanı xüsusi edən hansı səbəblərdi? Gəlin, onlara birlikdə nəzər salaq.
Prinspial rəqiblər
Əvvəla, bu mövsümü nəzərə almasaq, son illərdə çempionluq uğrunda əsas mübarizə məhz “Qarabağ”la “Qəbələ” arasında gedirdi. “Neftçi”nin zəifləməsi fonunda “qırmızı-qaralar”la “köhlən atlar” qızıl medallar uğrunda əsas rəqiblərə çevrilmişdi. Hərçənd bir neçə mövsüm davam edən çarpışmada ağdamlılar şimallılardan üstün oldu. Bu komandalar arasında kifayət qədər gərgin keçən matçların şahidi olmuşuq. Hətta böyük qalmaqalla yadda qalan oyun da olub. Söhbət 2016-cı ilin noyabrında, “Azərsun Arena”da baş tutan qarşılaşmadan gedir. Yadınızdadısa, həmin görüşdə 85-ci dəqiqəyədək “Qəbələ” 1:0 hesabı ilə öndə idi. Hakimin mübahisəli penalti qərarı ilə “Qarabağ” hesabı bərabərləşdirdi. Matça 4 dəqiqə əlavə olunsa da, ağdamlılar 90+7-ci dəqiqədə vurulan qolla əzmkar qələbə qazandılar. Onsuz da son dəqiqələri dramatik keçən oyunda ağdamlıların, xüsusən də Şahruddin Məhəmmədliyevin qol sevinci qığılcımı alovlandırdı. Rəşad Sadiqov qapıçının üstünə hücum çəkdi, ona sillə vurdu, futbolçular kəllə-kəlləyə gəldi. “Qəbələ” rəsmilərinin kəskin narazılığı, etirazı ilə müşayiət olunan oyunla bağlı İntizam Komitəsi cəza sanksiyalarını, cərimələri yağdırdı. Düzdü, tərəflər arasında həmin oyuna qədər də prinsipillıq var idi. Çünki hər iki komanda eyni vaxtda Avroliqanın qrupunda mübarizə aparır, çempionluq uğrunda savaşdırdılar. Ancaq həmin qarşılaşmadan sonra münasibətlər bir qədər də gərginləşdi. Odu ki, bu iki komandanın növbəti duelinin üzərindən səssiz-səmirsiz keçmək düzgün olmaz. İndi isə tərəflərin durumu, cari mövsümdəki hədəfləri ilə bağlı məqamlara göz gəzdirək.
Qarabağ
“Qarabağ”ın məqsədi ardıcıl 6-cı mövsüm çempion olmaqdı. Ağdamlıların bu hədəf yolunda əsas rəqibi hazırda “Neftçi”di. Tərəfləri 3 xallıq məsafə ayrırır. Əslində “köhlən atlar”ın 2 tur öncə “ağ-qaralar”la mübarizədə vəziyyəti xeyrinə dəyişmək imkanı var idi. Belə ki, Qurban Qurbanovun komandası “Tofiq Bəhramov”da baş tutan dueldə paytaxt təmsilçisini məğlub etsəydi, indi turnir cədvəlində durum fərqli ola bilərdi. Ancaq həmin oyunda qalib müəyyənləşmədi və aradakı məsafə qorundu. Ötən turda da çempionluğa iddalı hər iki komanda qələbə qazandı. Belə deyək, hazırda mübarizə ekvator xəttini keçib və marafonun sonuna qədər qızıl medal iddiasında olanlar maksimum şəkildə xal itkisindən qaçmağa çalışacaq. “Neftçi” şənbə günü meydana çıxacaq və qələbə qazansa, “Qarabağ” üzərində təzyiq yaranacaq. Çünki “Qəbələ” məğlub edilməsə, məsafə artacaq və bu istər turnir cədvəli, istərsə də psixoloji baxımdan “Neftçi”nin işinə yarayacaq. Odu ki, Qurban Qurbanovun yetirmələri həmin gün qələbə üçün hər şeyini ortaya qoyacaq. Əksinə, “ağ-qaralar” bir gün öncə xal itirsə, “köhlən atlar”ın “bir daşla iki quş vurmaq” imkanı yaranacaq. Belə ki, ağdamlılar “Qəbələ”yə qalib gəlməklə həm prinsipial rəqibinə növbəti zərbəni endirəcək, həm də liderə yaxınlaşacaq. Belə deyək, öncəki gün “Neftçi”nin oyununda qeydə alınan istənilən hesab ağdamlıların qələbə istəyini azaltmayacaq. Artıq Reynaldo da sıraya dönüb və braziliyalı ötən tur az da olsa, şans qazandı. Bu baxımdan “Qarabağ”da üzlər gülür. “Sumqayıt”la oyunda vərəqə cəzalısı olan Mahir Mədətovla Qara Qarayevin də bu turda komandasına kömək edə biləcəyini nəzərə alsaq, “Qəbələ”nin işi asan olmayacaq.
Qəbələ
Ancaq Sənan Qurbanovun yetirmələrini də siyahıdan silməməməliyik. Heç kim bu fikirə qarşı çıxmaz ki, bu komandanın potensialı çempionluq üçün mübarizə aparmağa yetərlidi. İstər yerli futbolçuları, istərsə də legionerləri baxımından. Sadəcə, komanda mövsümün ilk yarısında öz oyununu tapa bilmədi. Daha doğrusu, “qırmızı-qaralar” potensialından aşağı çıxış etdi. Ancaq komanda artıq 7 oyundu uduzmur. Bölgə təmsilçisi sonuncu məğlubiyyətini məhz “Qarabağ”dan alıb. Ondan sonra keçirdiyi 5 çempionat, 2 kubok matçında isə məğlubiyyətin nə olduğunu bilmir. Bu qarşılaşmalardan 6-da qapısını toxunulmaz saxlayıb, son 4 görüşdə isə qələbə qazanıb. Elə bunun nəticəsidi ki, Sənan Qurbanovun yetirmələrinin turnir cədvəlindəki mövqeyi də xeyli yaxşılaşıb. Komanda hazırda 4-cü yerdə olsa da, 3-cü pillədən cəmi 1 xal geri qalır. Qışda fövqəladə transferlər etməsə belə, “Qəbələ”nin heyəti heç də zəif deyil. Qış fasiləsindən sonra həm “Sumqayıt”ı, həm də “Sabah”ı eyni hesabla (1:0) məğlub edən “qırmızı-qaralar” Bakıya iddialı gəlir. Belə deyək, “Qarabağ”la mövsümün ilk yarısında üz-üzə gələn “Qəbələ” ilə indiki arasında ciddi fərq var. Burda söhbət heyətdən getmir. İstər oyun planında, istərsə də psixoloji baxımdan bölgə təmsilçisi hazırda yüksəlişdədi. Həmçinin “Qəbələ” qisas haqda da düşünür. Axı cari mövsümün geridə qalan hisəsində “Qarabağ” rəqibinə 1 xal belə verməyib. Evdə 4:1 hesabı ilə qələbə qazanan Qurban Qurbanbovun yetirmələri səfərdə də qalib gəldi (3:1). Bu məğlubiyyətlərin əvəzini çıxmaq istəyi də “qırmızı-qaralar”ın qələbəyə can atması üçün ciddi səbəbdi.
Kubokun yarımfinalçıları
Sözügedən komandaların dueli daha bir məqam baxımından da maraq doğurur. Axı tərəflər kubokun yarımfinalında da üz-üzə gələcək. Rəqibin “gözünün odunu almaq” baxımından da çempionatdakı qarşılaşmaların nəticəsi önəmlidi. Tutaq ki, “Qarabağ” qələbə qazansa, artıq “Qəbələ” bu rəqiblə görüşlərə ciddi inamsızlıq fonunda çıxacaq. Odu ki, “qırmızı-qaralar” fevralın 17-dəki görüşə həm də bu prizmadan yanaşır. “Köhlən atlar” isə cari mövsüm prinsipial rəqibi üzərində qazandığı qələbələrin sayını artırmaq haqda düşünür. Meydan sahibləri “Qəbələ”li futbolçularda yarımfinal oyunları zamanı “bu komandaya gücümüz çatmır” düşüncəsini formalaşdırmaq istəyir. Təbii, “qırmızı-qaralar” da bunun əksini sübut etmək niyyətindədi. Bütün bunlar tərəflərin qarşıdakı dulinə maraq qatan amillərdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar