13 fev 12:45liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
..göz yaşı...

Qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfini qoyan, Ayxan Abbasovun gəlişindən və qış fasiləsində heyətin güclənməsindən həvəslənən “Sumqayıt” ikinci yarıya 2 məğlubiyyətlə başlayan iki komandadan biridi. Düzdü, rəqiblər də yetərincə güclü olub. Hər halda, “Qəbələ”ni səfərdə udmaq, “Qarabağ”ı meydandan başıaşağı yola salmaq hər oğulun işi deyil.
“Kimyaçılar”ın çempionla qarşılaşmaya heç-heçə üçün çıxdığını görmək çətin deyildi. Əsasən qapısının toxunulmazlığının qayğısına qalan Abbasovun yetirmələri ümidini əks-hücumlara bağlamışdı. Lakin bu yolla da istəyə çatmaq mümkün olmadı. Oyun başa çatandan sonra sumqayıtlı futbolçular olduqca məyus görünürdülər. Yenilgi ilə barışa bilməyən futbolçulardan bəziləri bir müddət gözlərini tribunaya zilləyib sanki öz-özünə “bu nə bəladı düşmüşük” sualını verirdilər. Meydanı ən sonda tərk edən isə Aleksey İsayev oldu. Həm də necə?! İstedadlı yarımmüdafiəçi göz yaşlarına hakim ola bilmirdi. Klub rəsmilərindən birinin Alekseyi sakitləşdirmək istəyi də baş tutmayınca, paltardəyişmə otağına ağlaya-ağlaya yollandı.
Göz yaşlarının səbəbini öyrənmək üçün səbəbkarla əlaqə saxlamaq istədik. Sualımızı eşidən klubun mətbuat katibi Rəşad Məmmədov məsələyə özünün aydınlıq gətirə biləcəyini söylədi: “Neftçi” - “Keşlə” oyununa Ayxan Abbasovla birgə yollanmışdıq. Qarşılaşmaya baxa-baxa “Sumqayıt”dakı vəziyyətlə bağlı söhbətimiz oldu. Alekseyin ağladığını görən Ayxan müəllim dərhal ona yaxınlaşıb, səbəbini soruşub. Sırf məğlubiyyətə görə üzüldüyünü deyib. Komanda Antalyada yaxşı hazırlıq keçmişdi deyə, futbolçularda çempionatla bağlı ümid yaranmışdı. Lakin hər 2 oyunda məğlub olmaq, az da olsa Avroliqa zonasından uzaqlaşmaq hamıya pis təsir edib. Aleksey göz yaşlarının səbəbi kimi bunları göstərib. Xatırlayıram, bu hal bir dəfə də yaşanmışdı. Rəqibin adını dəqiq xatırlamıram, ancaq “Bayıl Arena”da idi. Məğlubiyyətdən sonra hamı paltardəyişmə otağına yollandığı halda, İsayev qapının yanında oturub, əllərini də üzünə tutub ağlayırdı. Çox həssas insandı”.
...nöqsanı...
Belə bir deyim var ki, həmkar həmkarın səhvini qabartmaz, kənara çəkib başa salar, izah edər. Lakin bu, heç də hər zaman keçərli olmur. Hansısa nöqsan sənin işinə çətinlik yaradır, redaktorun və oxucuların qarşısında sual qarşısında qoyursa, həmin məqamı vurğulamağa məcbursan. Ki, bir də təkrarlanmasın, həmkar işinə daha məsuliyyətli yanaşsın.
“Səbail” – “Zirə” qarşılaşmasından reportaj hazırlayan jurnalistlərə oyunun protokolu təqdim olunmuşdu. Protokol nə üçündü? Futbolçuların ad-soyadlarını və hansı nömrə altında çıxış etdiklərini bilmək üçün. Oxuculara onlayn reportaj təqdim edən media mənsubu dəqiq məlumat vermək üçün kağız parçasında yazılanlarla tanış olmalıdı. Əvəzetmələr zamanı futbolçuların ad-soyadını dəqiq təqdim etməlidi. Amma protokolda futbolçunun adı yoxdusa, yalnız soyad göstərilibsə, istəsək də, istəməsək də, ortaya müəyyən problem çıxır. Deyək ki, təcrübəlilər futbolçuları yaxından tanıyır, protokola ehtiyac duymur. Gənc həmkarlarımızın arasında tanımayanlar, bilməyənlər var axı. Adam “A.Dedov” ad-soyadını oxuyanda Dedovun adının Andrey, Aleksey, yoxsa Aleksandr olduğunu hardan bilsin? Və ya “K.Bayramov”un adı Kamrandı, Kamal, yoxsa Kəmaləddin? Odu ki, klubda çalışanlar bu məqama diqqət yetirməlidi.
Yaranmış problemin səbəbini öyrənmək üçün “Səbail”in mətbuat katibi Törə Əhmədovanı aradıq: “Deməli, vəziyyət belə olub. Oyun üçün iki protokol hazırlanmışdı. Biri, dediyiniz kimi, adların qısaldılmış formasında olan protokol, digəri isə tam versiyada. Adların qısaldıldığı protokol klub rəsmiləri üçün hazırlanmışdı, belə deyim, özümüz üçün. Jurnalistlər üçün isə ad-soyadların tam formada yazıldığı protokol tərtib olunmuşdu. Çünki həmin protokol ilk növbədə oyunu şərh edən aparıcılara lazımdı. Həmin protokoldan 5 ədəd masanın üzərinə qoyulmuşdu. Ola bilsin, əməkdaşınıza ondan çatmayıb deyə, digər versiyanı əldə edib. Amma sizi əmin edirəm ki, ad-soyadların tam yazıldığı protokol hazırlamışdıq”.
...yoxluğu...
2015/16 mövsümündə “Neftçi”nin əsas qapıçısı olan, sonradan “Qəbələ”yə üz tutan Aqil Məmmədovun yenidən köhnə-yeni komandasının heyətində meydana çıxmaq arzusu çin olmaq bilmir ki bilmir. Ötən ilin yanvarında “ağ-qaralar”a müqavilə bağlasa da, çox keçmədən anlaşmaya xitam verildi və o yenidən “Qəbələ”yə qayıtmalı oldu. Bu qış yenidən “Neftçi”nin sıralarında göründü. Və heç bir problem olmadan müqaviləyə qol çəkib çempionatın ikinci yarısına bakılıların sıralarında başladı. Hətta “Qarabağ”la prinsipial oyunda adı “23-lüy”ə salınmışdı.
Lakin “Neftçi” – “Keşlə” oyununda protokolda Aqilin adına rast gəlmədik. Səlahət Ağayev əsas heyətdə yer almışdı, ehtiyatda isə yalnız Kamran İbrahimov var idi. Ötən qış Məmmədovla bağlı yaşanan hadisəni unutmayanlar 30 yaşlı qolkiperin yoxluğunu görüncə, özünə “indi nə oldu” sualını verdi. “Adın çıxınca, canın çıxsın” məsələni boşuna deməyiblər ki. Zədə, şəxsi problemlər – bu kimi ehtimallar da göz önünə gəlmədi. “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə danışanda, əsl səbəb üzə çıxdı: “Hansısa səbəb axtarmağa gərək yoxdu. Aqilin adının protokola salınmamasının yeganə səbəbi zədəylə bağlıydı. “Qarabağ”la oyundan sonra, həftəiçi məşqlərin birində topuğundan xəsarət almışdı. Klubun həkimi Aqilin meydana çıxmasının mümkün olmadığını deyəndən sonra adının protokola salınmaması qərara alındı. Həftəsonu olduğundan, müayinə etdirmək imkanımız olmadı. Bu gün yoxlanışdan keçəcək. Zədəsinin nə dərəcədə ciddi olduğuna və hansı diaqnoz qoyulduğuna aydınlıq gələcək. Biz də bu haqda məlumat verəcəyik”.
...vərəqəsi
“Sabah”ın “Qəbələ”yə məğlub olmasında Marko Deviçin meydandan qovulması az rol oynamadı. Matçın sonları olsaydı, bəlkə o qədər də hiss olunmazdı. Amma qırmızı vərəqənin ilk hissəyə əlavə olunmuş dəqiqədə göstərilməsi, belədə “tələbələr”in ikinci yarıda bir nəfər azlıqda oynaması yekun nəticədə sözünü dedi.
Əvvəla, Ukrayna yığmasının sabiq forvardının “tələsinə düşməyən” gənc Səbuhi Bayramovun işini yüksək qiymətləndirməliyik. Çünki Deviç hər iki epizodda penalti qazanmaq üçün simulyasiyaya əl atdı ki, Səbuhi aldanmadı. Görünür, əvvəlki oyunlarda hakimlərin Markoya güzəşt etməsi və bir neçə epizodda “nöqtə”ni göstərməsi “9 nömrə”nin iştahını artırmışdı.
Deviçin 19 illik peşəkar karyerasına göz gəzdirməkdə məqsədimiz əvvəlki komandalarda simulyasiyaya görə meydandan qovulub-qovulmamasına aydınlıq gətirmək idi. Həmçinin neçə dəfə vaxtından əvvəl paltardəyişmə otağına göndərildiyini bilmək. Məlum oldu ki, təcrübəli futbolçu “Metallist”də top qovduğu dönəmlərdə üç dəfə hakimlərin ağır qərarı ilə üzləşib. Və bütün hallada iddialılarla oyunlarda. “Şaxtyor”, “Dinamo” və “Dnepr”lə qarşılaşmalarda referilərin Markoya göstərdikləri vərəqələrin rəngi qırmızı olub. Təfərrüatı səbəbkarın dilindən eşidək: “Düz qeyd edirsiz, buna qədər üç dəfə meydandan qovulmuşdum. “Dnepr”lə oyunda sırf ikili mübarizə vaxtı rəqibə qarşı kobud oynadığıma görə “qırmızı” almışdım. “Şaxtyor”la görüşdə isə yenə kobud oyuna görə ardıcıl iki “sarı”dan sonra meydandan qovulmuşdum. O ki qaldı “Dinamo” ilə matça, qırmızı vərəqəlik epizod deyildi. Taras Mixaliklə aramda mübahisə düşmüşdü və əlimlə sinəsindən itələmişdim. Buna itələmək demək olarsa. Toxunmaq ifadəsi daha doğru olar. Ən pis halda sarı vərəqə vermək olardı. Lakin hakim nədənsə qırmızı vərəqəyə əl atdı. Simulyasiyaya görə ilk dəfə meydanı vaxtından əvvəl tərk etdim”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar