12 fev 17:58liqa, reportaj

“Qarabağ” üçün birgünlük sevinc

“Qarabağ” üçün birgünlük sevinc
Ozobiç toru cırdı, Aleksey göz yaşlarına boğuldu
62. Sumqayıt – Qarabağ (Ağdam) 0:2 (0:1)
12. Rəşad Əzizli – 4,5
74. Yusif Nəbiyev – 4,5
2. Rail Məlikov – 5,0
3. Vurğun Hüseynov (k) – 5,0
5. Adil Nağıyev – 4,5
21. Arif Daşdəmirov – 5,0
99. Əli Babayev – 5,0
97. Xəyal Nəcəfov – 4,5
(22. Əfran İsmayılov, 46) – 5,0
10. Aleksey İsayev – 5,5
70. Ülvi İsgəndərov – 4,5
(15. Əmir Ağayev, 46) – 4,0
8. Peyman Babayi – 4,5
(9. Ehtiram Şahverdiyev, 65) – 4,0
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
7. Cavid Tağıyev
17. Nicat Qurbanov
18. Süleyman Əhmədov
20. Rüfət Abdullazadə
60. Elvin Məmmədov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Aleksey İsayev

13. Vaqner da Silva – 5,5
77. Vild-Donald Gerye – 5,0
(25. Ansi Aqolli, 76) – qiymətsiz
55. Bədavi Hüseynov – 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
5. Maksim Medvedev – 5,5
20. Riçard Almeyda – 5,0
21. Hacıağa Hacılı – 5,5
17. Abdulla Zubir – 6,0
19. Filip Ozobiç – 5,5
10. Dani Kintana – 5,5
(99. Reynaldo, 80) – qiymətsiz
7. İnnosent Emeqara – 5,0
(6. Simeon Slavçev, 67) – 5,0
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
4. Rahil Məmmədov
18. İsmayıl İbrahimli
30. Abbas Hüseynov
52. Yakub Jezniçak
70. Nicat Süleymanov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir
Qollar: F.Ozobiç, 20 (0:1, A.Zubir). B.Hüseynov, 81 (0:2).
Vərəqələr: X.Nəcəfov, 23 (qeyri-idman hərəkəti). H.Hacılı, 29 (qeyri-idman hərəkəti). Ə.Babayev, 45+1 (qeyri-idman hərəkəti). R.Almeyda, 54 (qeyri-idman hərəkəti). F.Ozobiç, 57 (qeyri-idman hərəkəti). Ə.İsmayılov, 69 (qeyri-idman hərəkəti). V-D.Gerye, 69 (oyunun bərpasını ləngitmək). E.Şahverdiyev, 78 (qeyri-idman hərəkəti). A.İsayev, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
9 fevral. Sumqayıt. Kapital Bank Arena. 1500 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Yekun nəticəsi maraqla gözlənilən oyun idi. Əvvəla ona görə ki, “kimyaçılar” son 5 ilin çempionu üçün həmişə çətin rəqib sayılıb. Xüsusən də Sumqayıtdakı oyunlarda. Cari mövsümün ilk dövrəsində “Azərsun Arena”da baş tutan gərgin oyun hələ də unudulmayıb. Ötən mövsüm ağdamlıları kubok mübarizəsindən kənarlaşdıran da məhz sumqayıtlılar olmuşdu.
Hər iki baş məşqçi əsas heyətdə yeniliklərə əl atmışdı. Qurbanov cəzalıların - Qarayla Mahirin yoxluğunda Hacıağa ilə Emeqaraya güvənmişdisə, zədəli Şahruddini Vaqner əvəzləmişdi. Abasov isə daha ciddi problemlərlə üz-üzəydi. Atillanın xəstələnməsi, Əfranın 90 dəqiqə oynamağa hazır olmaması, Cavidlə Mehdinin sona qədər ehtiyatda qalması rəqibin işini asanlaşdırmışdı.
Gözlənildiyi kimi, oyun “Qarabağ”ın üstünlüyü şəraitində başladı ki, beş müdafiəçi ilə mübarizə aparan meydan sahiblərinin əsas hədəfi qapısında top görməmək idi. Lakin çempionun təzyiqinə tab gətirmək cəmi 20 dəqiqə mümkün oldu. Ozobiç Zubirin ötürməsini hiyləgər zərbə ilə qapıdan keçirdi. Topun torunu cırıb qapıdan çıxması müəyyən şübhələrə yol açsa da, baş hakim mərkəzi göstərdi. Hissənin sonuna qədər “Qarabağ” rəqibə əl-qol açmaq imkanı vermədi. Hətta 27-ci dəqiqədə Zubir özü də qola yaxın oldu. Bir dəqiqə sonra Maksimin təhlükəli cinah ötürməsinə isə Emeqaradan əvvəl müdafiəçilər çatdı.
“Sumqayıt” ikinci hissəyə fırtına kimi başladı. Əfran meydana çıxandan sonra üstünlüyü ələ keçirən “kimyaçılar” olduqca hərəkətli və istəkli görünürdü. 54-cü dəqiqədə qapıçıyla duelə yollanarkən Riçard onu yıxmasaydı, sonluq yaxşı olmayacaqdı. Buna baxmayaraq, elə həmin qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsindən sonra Əfranın qüvvətli zərbəsi cüzi fərqlə qapının yanından keçdi. Bu dəqiqələrdə sonluğu təxmin etmək çətin deyildi. Ya riskə gedən meydan sahibləri bərabərlik qolunu vuracaq, ya da həmin istəyə qonaqlar çatacaqdı. Sonda sevinən “köhlən atlar” oldu. Ozobiçin künc zərbəsindən havalandırdığı topa Zubir istədiyi kimi toxuna bilməsə də, Əmirin ayağından sıçrayan top Bədavinin önünə düşdü. Yığma üzvü topu tora göndərməklə yekun nəticəni müəyyənləşdirən qol müəllifi kimi yadda qaldı.
Ağdamlılar qələbə sayəsində “Neftçi”ylə xalların sayını bərabərləşdirməyi bacardı. Lakin həmin sevincin ömrü heç 24 saat da çəkmədi.

Gözdən qaçmadı
* Zədə səbəbindən oyunda iştirak edə bilməyən Miçel matçın başlamasından bir neçə dəqiqə sonra mərkəzi sektorda göründü. Xanımı ilə birgə oturmağa boş yer tapa bilməyən futbolçunun köməyinə boğazından “Sumqayıt”ın şərfini asan yerli azarkeş çatdı. O, rəqibin ispan legionerinə yer göstərməklə yanaşı, altındakı doşəkçəni verdi. Çox keçmədən “Qarabağ” rəsmiləri Miçeli uyğun yerə apardı.
* “Qarabağ” Sumqayıta səfər edəndə yerli futbolsevərlər üçün bayram olur. Uşaq-böyük, qadın-kişi demədən böyük əksəriyyət arenanın yolunu tutur. Budəfəki mənzərə də əvvəlkilərdən fərqli deyil. Fanatların tribunaları doldurduğunu görən polislər stadiona axın edən yüzlərlə tərəfdarın sektora keçidinə imkan verməyincə, gecikənlər oyunu meydanın kənarlarında ayaqüstə izləmək məcburiyyətində qaldılar.
* “İmarət” qonaqlar üçün ayrılan sektorda yerini tutduğu halda, “Qarabağ Ordu”nun üzvləri fərqli addım atmışdı. Onlar əsas tribuna ilə üzbəüz, ağdamlıların ehtiyat oyunçuları üçün ayrılmış yerin arxasında ayaqüstə dayanıb dəstək verirdilər.
* Oyunun ağırlığını nəzərə alsaq, jurnalistlərin say çoxluğunda qeyri-adi məqam axtarmaq artıq olar. Paytaxtdan Sumqayıta xeyli sayda media mənsubu təşrif buyurmuşdu, üstəgəl, yerli qələm əhli. Media sektorunda oturacaqların sayının az olduğuna görə “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov yerini həmkarımızdan birinə verib özü pilləkəndə oturmaq məcburiyyətində qaldı. Ardınca Rəşada 2-3 jurnalist də “pilləkən yoldaşı” oldu.
* Ozobiç hesabı açanda bir anda ara qarışdı. Xorvat futbolçunun vurduğu top qapıdan keçsə də, toru cıraraq çölə çıxması şübhələrə yol açdı. “Qarabağ”lılar qolu bayram edir, Rəşad Əzizli ilə Adil Nağıyev topun qapıdan keçmədiyini iddia edirdi. Bu mənada laysman Cavanşir Yusifovun Orxan Məmmədovu çaşdırmasını da qeyd etməliyik. Yan xətt hakiminin tərəddüd içində olması Orxanın qolu gec qeydə almasına səbəb oldu. Özünü hakimlərə çatdıran Rail Məlikov topun qapıdan keçdiyini deməklə ədalət təmsilçilərinin işini yüngülləşdirmiş oldu.
* Oyun başa çatandan sonra “Sumqayıt”lı futbolçuların üzgünlüyünü görmək ürək ağrıdırdı. Komanda yoldaşları pərişan halda paltardəyişmə otağının yolunu tutduğu halda, Aleksey İsayev göz yaşlarına hakim ola bilmədi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar