12 fev 17:29liqa, reportaj

“Zirə” haqq etmədiyi qələbəyə sevindi

“Zirə” haqq etmədiyi qələbəyə sevindi
Aftandil Hacıyev: “Bəlkə də mövsümdə ən yaxşı oyunumuzu nümayiş etdirdik”
64. Səbail – Zirə 0:2 (0:1)
1. Aleksandr Rıbka - 4,0
13. Şəhriyar Rəhimov – 4,0
32. Elvin Yunuszadə - 4,5
99. Jarjue Maudo – 4,5
27. Emil Martinov – 4,0
(33. Tome Kitanovski, 62) – 4,0
5. Vüqar Bəybalayev – 4,0
14. Rahid Əmirquliyev (k) – 5,0
10. Ağabala Ramazanov – 4,5
8. Yevgeni Koçuk – 4,5
7. Fəhmin Muradbəyli – 4,0
(18. Aqşin Qurbanlı, 62) – 4,0
28. Kevin Kubemba 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
3. Tamazi Tsetsxladze
17. Elçin Rəhimli
19. Ruslan Hacıyev
26. Kamal Qurbanov
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Rahid Əmirquliyev

85. Kamal Bayramov (k) – 6,0
88. Tellur Mütəllimov – 5,5
39. Sadiq Quliyev – 5,5
27. Adrian Skarlatake – 5,5
26. Miloş Radivoyeviç – 5,5
38. İlkin Muradov – 5,5
99. Rafael Məhərrəmli - 4,0
(3. Budaq Nəsirov, 77) – qiymətsiz
11. Dilan Duventru – 5,0
(10. Sadio Tounkara, 72) – 5,5
9. Aleksandr Dedov – 5,5
91. Bilal Həmdi – 5,5
18. Xulio Sezar Rodriges – 5,0
(20. Fofana Esmael, 46) – 5,0
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
8. Kamal Mirzəyev
23. Mfo Kqasvane
17. Robin Nqalande
77. Mirsahib Abbasov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Kamal Bayramov
Qollar: X.S.Rodriges, 2 (0:1, T.Mütəllimov). S.Tounkara, 90+5 (0:2, F.Esmael).
Vərəqələr: E.Yunuszadə, 61 (qeyri-idman hərəkəti). B.Həmdi, 68 (qeyri-idman hərəkəti). A.Qurbanlı, 83 (qeyri-idman hərəkəti). J.Maudo, 88 (qeyri-idman hərəkəti). A.Dedov, 90+1 (qeyri-idman hərəkəti) – sarı. E.Yunuszadə, 81 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
10 fevral. Bayıl. Bayıl Arena. 300 tamaşaçı (3200 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5
Bəribaşdan qeyd edək ki, “Səbail”lə oyuna ciddi itkilərlə çıxan “Zirə” 90 dəqiqənin tamamında 2019-cu ildə ilk qələbəsinə qovuşsa da, qələbəyə layiq deyildi. Sadəcə, Kamal Bayramovun qapıda inamlı oyunu ilə yanaşı, bəxt də qəsəbə təmsilçisinin üzünə güldü.
Matça gəlincə, hələ bir çox azarkeş tribunda yerini tutmağa imkan tapmamışdı ki, qonaqlar hesabı açmağı müvəffəq oldular. Sol cinahla irəliləyən Tellur qapı önünə asma etdi. “Qartallar”ın bu qış rənglərinə bağladığı Rodriges hava mübarizəsində rəqib müdafiəçidən üstün oynayıb topu qapıya göndərsə də, Rıbka ilk cəhddə topu geri qaytarmağı bacardı. Geri qayıdan “mərmi” yenidən paraqvaylının başına düşdü və topu uzaq küncə yönəltdi. Buraxılan qolda Rıbkanın səhvinin olduğunu vurğulamaq lazımdı. Bəlkə heç kim onun kimi təcrübəli qolkiperdən belə səhv gözləmirdi. Oyunun əvvəlində hesabda önə keçən Abasovun yetirmələri qoldan ruhlanaraq, böyük qüvvə ilə irəli atılmaqdan çəkinmir, rəqibin müdafiə xəttini təzyiq altında saxlayırdı. Belə həmlələrin birində Dedov adını tabloya yazdırmağa yaxın oldu. Lakin moldovalı yarımmüdafiəçi 30-cu dəqiqədə yüzfaizlik qol şansını əldən verdi. İlk yarının qalan dəqiqələri o qədər də maraqlı alınmadı. Azarkeşlər daha çox meydanın mərkəzində gedən mübarizəyə şahidlik etdilər.
Fasilədə “dənizçilər”in baş məşqçisinin yetirmələrinə nə söylədiyini bilməsək də, ikinci 45 dəqiqədə meydanda tam fərqli “Səbail” var idi. 51-ci dəqiqədə meydan sahiblərinin çoxgedişli kombinasiyasından sonra zərbə mövqeyinə çıxan Ağabala uzaq məsafədən “çərçivə”ni nişan alsa da, top tirə dəyərək geri qayıtdı. Komandasının rəqibi sıxışdırdığını görən Hacıyev hücumların kəsərini artırmaq üçün meydana “yeni qan” buraxmağa qərar verdi. 62-ci dəqiqədə Kitanovcki ilə Qurbanlı meydana çıxdı. Baş məşqçinin bu addımı çox keçmədən bəhrəsini verə bilərdi. Ancaq Kitanovski 70-ci dəqiqədə yaxın məsafədən başla topu qapıya göndərsə də, bu dəfə dirək qonaqların köməyinə çatdı. Ona qədər isə Rahidin cərimə meydançasının həndəvərindən zərbəzi dirəyi yalayıb çölə çıxmışdı. Bu dəqiqələrdə “qartallar” bütünlüklə öz qapısına doğru çəkilib, müdafiədə ətdən divar hörmüşdülər. Skarlatakenin rəhbərlik etdiyi arxa xətt oyunçuları hər vasitə ilə - bəzən hokkeydə olduğu kimi özlərini topun qarşısına atırdılar – meydan sahiblərinin qol sevinci yaşamasına imkan verməməyə çalışırdılar. Son 10 dəqiqə isə daha dramatuik şəkildə keçdi. 81-ci dəqiqədə Yunuszadə ikinci sarı vərəqə alıb komandasını azlıqda qoyarkən çoxları qonaqların bundan yararlanacağını düşündü. Lakin hər şey əksinə oldu. Düzdü, “Zirə” say üstünlüyündən yararlanıb bir-iki dəfə Rıbkanın qoruduğu qapıya yaxınlaşdı. Ancaq yaddaqalan təhlükə yarada bilmədilər. Əvəzində “dənizçilər” məğlubiyyətən qaçmaq üçün bütün komanda ilə irəli atıldı. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə Bayramovun qəhrəmanlığı olmasaydı, qonaqlar oyuna meydanın mərkəzindən başlamalı olacaqdılar. Kapitan yaxın məsafədən ardıcıl iki zərbəni dəf etməklə yadda qaldı. Kamal əvvəlcə Kitanovskinin, ardından Jarjuenin sevinməsinə imkan vermədi. Hücumun davamında Hacıyevin komandası topu tora qovuşdursa da, hakim oyundankənar vəziyyət olduğunu bildirib, qolu qeydə almadı. Son saniyələrdə “Zirə”nin qurduğu əks-hücum isə məhsuldar alındı. Komanda yoldaşının uzun ötürməsindən sonra topu Rıbkanın başının üstündən atan Fofana cinaha meyillənib qapı önünə asma etdi. Orda isə müdafiəçilərin nəzarətsiz qoyduğu Sadio çətinlik çəkmədən başla dəqiq oynadı.

Reaksiyalar
Samir Abasov: “Bu cür oyundan sonra şərh vermək çox çətindi. Ümumiyyətlə, bu qarşılaşmaya ciddi itkilərlə çıxmışdıq. Bildiyiniz kimi, bəzi yerli oyunçularımız cəza səbəbindən bu görüşü buraxmaq məcburiyyətindəydilər. Əvvəl də çətinliklərlə üzləşirdik. Müəyyən rotasiyalara əl atdıq, sistem dəyişikliyinə getdik. Açığı, turnir cədvəlindəki mövqeyimiz elədi ki, qələbəyə sevinə də bilmirsən. Qalib gəldiyimizə görə futbolçulara təşəkkür edirəm. İlk yarıda hər şeyi düz edirdik. Fasilədən sonra rəqib boşluqlarımızdan istifadə etməyə başladı. Bu gün müdafiənin cinahında məcburiyyətdən gənc oyunçunu oynadırdıq. Rəqib də onun təcrübəsizliyindən istifadə edib, demək olar ki, bütün hücumları məhz o cinahdan qurmağa çalışırdı. Yaxaladıqları qol fürsətlərindən yararlana bilsəydilər, bəlkə də böyük hesabla qalib gələcəkdilər. Əvəzetmələr etdik, boşluqları aradan qaldırmağa çalışdıq. Özünüz də gördüz ki, gənc futbolçumuz özünü itirmişdi. Onu da qınamaq olmur. Yeni komandada, özünə yad mövqedə oynamaq o qədər də asan deyil. Bir az çətin idi bizə. Bir sıra futbolçumuz komandaya yeni qoşulub. İnanıram ki, bütün debütantlarımız qısa vaxtda özlərini göstərə biləcəklər. Bir hissəni normal, ikinci yarını zəif keçirməyimiz rotasiyalarla bağlıdı. Hətta köməklçilərimdən birini tribunaya göndərdim ki, o tərəfdən göstərişlər versin”.
Aftandil Hacıyev: “Bu gün stadion gələn və ekran qarşısında əyləşən azarkeşlər çox maraqlı futbol izlədilər. Qapımızda iki qol görmüşüksə, bu, səhvlərimizdən xəbər verir. Ancaq yetirmələrimin oyunundan razıyam. “Səbail” bu gün bəlkə də mövsümdə ən yaxşı oyununu nümayiş etdirdi. Parlaq oyun sərgiləyib, məğlub olmağımıza gəlincə, məncə, dediyiniz şəklidə də qələbələrimiz olub. Erkən qol buraxdıq. Bu da futbolçularımıza müəyyən təsirini göstərdi. Həm parlaq futbol sərgiləmək, həm də qalib gəlmək üçün müəyyən zamana ehtiyac var. Yeni komandayıq. Zamanla bunun da öhdəsindən gələrik. Qırmızı vərəqəyə görə Elvun Yunuszadəyə cəza verilməyəcək. Oyun epizodunda cəzalandı. Ancaq məyusuq ki, onun xidmətindən növbəti turda istifadə edə bilməyəcəyik. O ki qaldı son saniyələrdə polislərlə münaqişəsinə, həmin vaxt fikrim oyunda olub və bunu görməmişəm”.
Aleksandr Dedov: “Əlbəttə, çətin qarşılaşma oldu. Bizə həm də turnir cədvəlində son pillədə olmağımız təzyiq yaradır. Buna görə də indi bizə nəticə vacibdi. Çox şadam ki, qalib gəldik. Komandamı təbrik edirəm ki, bu gün məhz nəticəni əldə etdik. Rəqibə çox qol şansı verdik? Hardasa sizinlə razıyam. Ancaq bizim də çox oyunlarımız olub ki, qol vurmaq üçün yetərincə imkan qazanmışıq. Ancaq qol vura bilmirdik və həmin qarşılaşmaları uduzurduq. Futbol belədi, nə vaxtsa bəxt sənin üzünə gülməliydi. Bu gün də belə oldu. Çempionatda növbəti görüş artıq yeni səhifədi. "Neftçi"ni təhlil edərək başqa cür hazırlaşacağıq. Buna görə də indi bir şey demək çətindi. Baş məşqçinin futbolçularla münasibəti barədə heç nə deyə bilmərəm. Bu sual mənə aid deyil. Ancaq bu gün özünüz də gördüz ki, komandamız bir kollektivdi. Futbolçularımız meydanda bir-birinin arxasında duraraq qarşıya qoyulan vəzifəni yerinə yetirməyə çalışırlar. Qalan hər şey normaldı”.

Gözdın qaçmadı
* Bu dəfə “Bayıl Arena”da diktor funksiyasını AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Mahal Məmmədov yerinə yetirirdi. Halbuki əvvəlki görüşlərdə mikrofon arxasında departamentin digər əməkdaşı Etibar Tağıyev olurdu.
* “Zirə” ilə matçda “Səbail”lin mətbuat xidməti premyer-liqa tarixində ilkə imza atmaqla yadda qaldı. Jurnalistlərə təqdim olunan protokolda hər iki komandanın heyətində yer alan oyunçuların soyadı tam şəkildə göstərilsə də, adlarının yalnız baş hərfləri qeyd olunmuşdu.
* Matçı izləyənlər arasında moldovalı azarkeş də var idi. Aleksandr Dedovla Yevgeni Koçukun oyununu canlı izləmək üçün Bakıya gələn futbolsevər matçdan öncə tribunaya üzərində futbolçuların şəkli olan Moldovanın iki bayrağını asmışdı.
* İlk hissənin sonlarına yaxın Koçuk İlkin Muradovla mübarizədə topu ondan alaraq komandasının əks-hücumunu qurmaq istədi. Lakin Əliyar Ağayev fitini səsləndirərək moldovalı legionerin həmin an qayda pozuntusuna yol verdiyini bildirdi. Baş hakimin qərarından narazı qalan yarımmüdafiəçi üzünü 4-cü hakimə tutaraq “mən nə etdim ki? İkili mübarizədə qaydalar çərçivəsində topu aldım. Siz istəyirsiz ki, mən rəqibə “zəhmət olmasa, topu mənə ver deyim? Heç yerdə belə futbol oynamırlar”. Hər xırda şeyə görə fit çalmağınız düz deyil” söyləyərək, əsəbi şəkildə “hadisə yerindən” uzaqlaşdı.
* Ötən tur premyer-liqa matçlarına təyinat alan AFFA nümayəndələri istər oyundan öncə, istər matç davam edən zaman, istərsə də qarşılaşma başa çatandan sonra hər xırda detala diqqət yetirir, çatışmazlıqlar barədə özlərində qeydlər aparırdılar. Hətta mətbuat konfransına girmək istəyən jurnalistlərin belə akkreditasiyalarına xüsusi diqqət yetirilirdi. Ancaq nədənsə bu matçda eyni hala şahidlik etmədik. AFFA nümayəndəsi Ramiz Mustafayev mətbuat konfransında gözə dəymədi. Heç konfrans zalının qapısında da jurnalistlərdən sənəd tələb edən olmadı.
* Qırmızı vərəqə alaraq meydandan qovulan Elvin Yunuszadə qaydalara əsasən birbaşa paltardəyişmə otağına yollanmalı olsa da, bunu etmədi. Bu azmış kimi, müdafiəçi onu texniki zonadan uzaqlaşdırmaq istəyən polis əməkdaşı ilə də mübahisə etməkdən də çəkinmədi.
* Azarkeş sayını artırmaq istəyən “Səbail” bu dəfə Bayıl qəsəbəsində və “20-ci sahə”yə yaxın yerlərdə avtobus dayanacaqlarında afişa yapışdırmağı da lazım bilmişdi ki, buna görə ancaq klubu alqışlamaq olar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar